m
Mirağa Cəfərquliyev
təliyin yenidən baş qaldırması və nəticədə cəza çəkməyə ciddi maneə
törədilməsindən gedir. Deməli, hökmün icraya yönəldilməsində
məhkum ağır xəstəliyə deyil, hökmün icrasına maneçilik törətməyən
hər hansı adi bir xəstəliyə tutulubsa, CPM-in 516-cı maddəsinə əsasən,
o icra müəssisələrində mövcud olan bağlı tipli xəstəxanada müalicə
olunmaqla yanaşı, eyni zamanda, ona təyin olunmuş cəzanı da çəkə
bilər. Yuxanda qeyd olunanlan əsas götürərək biz hesab edirik ki, yeni
cinayət-prosessual qanunvericilik düzgün olaraq 510-cu maddədə
hökmün icrasının təxirə salınması üçün xəstəlik faktorunu nəzərdə
tutmamışdır.
Qanunvericiliklə bağlı başqa bir tənqidi fikir də söylənilir. Qeyd
edilir ki, bir sıra hallarda məhkumun cəza çəkməkdən şərti olaraq
vaxtından əvvəl azad edilməsi məsələsinə baxılması gecikdirilir və
bunun başlıca səbəbini onda görürlər ki, bu qəbildən olan işlərə
baxılmasının müddəti guya qanunvericilikdə konkret olaraq nəzərdə
tutulmamışdır. Bu mülahizələrlə də razılaşmaq çətindir, çünki belə bir
müddət CPM-in 520-ci maddəsində geniş və aydın şəkildə şərh
edilmişdir. Adı çəkilən maddənin birinci bəndində xüsusi olaraq qeyd
edilir ki, “hökmün və ya məhkəmənin digər yekun qərarının icrası
qaydasında məsələlərə dair müraciətlərə onlar məhkəməyə daxil
olduqdan sonra 10 (on) gündən gec olmayaraq məhkəmə iclasında
baxılır”.
Cinayət mühakimə icraatının vəzifələrinin, başqa sözlə desək,
ədalət mühakiməsinin həyata keçirilməsinin başa çatdıniması mahiyyət
etibarı ilə öz ifadəsini hökmün icra edilməsində tapır. Belə ki, şəxsin
təqsirli olub-olmamasını müəyyən etmək, təqsirli hesab edildikdə isə
ona cəza tətbiq edilib-edilməməsi məhz hökmün icrası prosesində
həyata keçirilmiş olur. Prosessual mənada hökmün icrası mərhələsi üç
hissəyə bölünür: 1. hökmün icraya yönəldilməsi; 2. hökmün bilavasitə
icra edilməsi; 3. hökmün icrası mərhələsində ortaya çıxan prosessual
məsələlərin həll edilməsi.
Hökmü icraya yönəldən əsas orqan onu çıxarmış məhkəmə və ya
hakimdir. Lakin hökmün bilavasitə onu çıxarmış hakim (məhkəmə)
tərəfindən icraya yönəldilməsi vəzifəsini mütləq şəkildə başa düşmək
düzgün deyildir. Əgər hökmdən apellyasiya şikayəti və yaxud protesti
verilmişsə və eyni zamanda apellyasiya məhkəməsi tərəfindən hökm
olduğu kimi saxlanılmışsa və yaxud ona müəyyən dəyişikliklər ediL
mişsə, belə hallarda hökmün icraya yönəldilməsi iş birinci instansiya
XX FƏSİL XÜSUSİ İCRAA TLAR
ya qaytanidıqdan sonra baş verir. Apellyasiya məhkəməsi cinayət işini
xitam etdikdə isə iş üzrə yekun məhkəmə qərarını özü icraya yönəldir.
Bir məsələyə də diqqət yetirmək lazımdır ki, hakim (məhkəmə)
tərəfindən hökmün icraya yönəldilməsinin konkret prosessual forması
haqqında qanunda göstəriş yoxdur. CPM-in 506-cı maddəsinin birinci
hissəsinin 1-ci bəndinə görə hakim qanuni qüvvəyə minmiş hökmün
icrası barədə dərhal göstəriş verməyə borcludur. Bu o deməkdir ki,
hökmün icraya yönəldilməsinin prosessual forması hakim tərəfindən
verilən göstərişdən ibarətdir. Lakin həmin göstərişin məhz hansı
formada verilməsi qanunda göstərilmir. Buradan belə aydın olur ki,
hakim həmin göstərişi konkret olaraq qərar, sərəncam və ya məktub
formasında verə bilər. Hökmün icraya yönəldilməsi barədə hakimin
verdiyi göstəriş prosessual formasından asılı olmayaraq bütün hallarda
yazılı şəkildə verilməlidir və bu barədə qanunda konkret göstərişin
olması daha məqsədəmüvafiq olardı. Bir daha qeyd etmək lazımdır ki,
prosessual formasından asılı olmayaraq hökmün icraya yönəldilməsi
haqqında hakimin göstərişində aşağıdakılar öz əksini tapmalıdır: a)
hökmün hansı məhkəmə tərəfindən çıxarılması; b) hökmün çıxarıldığı
vaxt və yer; c) məhkumun soyadı, adı və atasının adı; ç) hökmün qanuni
qüvvəyə minməsi tarixi; d) hökmü icra etməli orqanın adı.
Hökmü icraya yönəldən hakimin üzərinə bir sıra vəzifələr də düşür.
Hər şeydən əvvəl hakim hökmün icra edilməsi haqqında göstərişlə
yanaşı, eyni zamanda, həbsdə olan və azadlıqdan məhrum etməyə
məhkum edilmiş şəxsin ailəsinə hökmün icraya yönəldilməsi barədə
məlumat verməlidir. Bundan başqa, CPM-in 507-ci maddəsinin 6-cı
hissəsinə görə hökmdə məhkumun xüsusi və ya hərbi rütbədən məhrum
edilməsi, fəxri addan, yaxud məhkumun dövlət təltifindən məhrum
edilməsi haqqında məsələnin qoyulmasının zəruriliyi nəzərdə tutulduğu
halda hakim müvafiq təqdimatı və məhkəmə hökmünün surətini
məhkuma xüsusi və ya hərbi rütbə vermiş fəxri ad, yaxud dövlət təltifi
ilə təltif etmiş orqana göndərməlidir.
Hökmü icraya yönəldən hakim məhkumun ailə üzvləri və yaxın
qohumları ilə, habelə məhkumun bu barədə xahişi olduqda digər
şəxslərlə görüş verməyə haqlıdır. Belə olan halda hakim yaxın
qohumların dairəsi haqqında qanunun göstərişinə istinad etməlidir.
Digər şəxslərə gəldikdə isə məhkumun onlarla görüşməsinə icazə
verilməsi ha
Mirağa Cəfərquliyev
kim tərəfindən həmin şəxslərin məhkuma olan səmimi əlaqələri nəzərə
alınmaqla verilə bilər.
Hökmün vaxtında icraya yönəldilməsinin əhəmiyyəti belə bir
cəhətlə də xarakterizə olunur ki, əgər hökm vaxtında icraya
yönəldilməzsə, sonradan onun icrası mümkün olmaya da bilər. Belə ki,
müddətlərin keçməsi ilə əlaqədar olaraq hökm öz qüvvəsini itirdikdə və
yaxud cinayət əməli və ya cinayət etmiş şəxs artıq ictimai-təhlükəli
hesab edilmədikdə həmin hökmlərin icrası praktiki olaraq əhəmiyyətini
itirir. Bu da nəticə etibarilə o deməkdir ki, hökmün vaxtında icraya
yönəldilməməsi onun məhkuma, habelə digər şəxslərə tərbiyəvi təsir
göstərməməsinə gətirib çıxaracaq.
Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası zamanı bir
sıra şübhələrin və anlaşılmazlıqların araşdırılması və həll edilməsi
zərurəti yarana bilər. Bununla əlaqədar CPM-in 518-ci maddəsində izah
edilir ki, hökmü və ya digər yekun qərarını çıxarmış məhkəmə onun
icrası zamanı yaranan şübhə və anlaşılmazlıqları məhkumun ərizəsinə,
cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı əsasında, habelə öz
təşəbbüsü ilə həll etmək hüququna malikdir. Adı çəkilən şübhə və
anlaşılmazlıqlara aşağıdakı məsələlər daxildir: hökmlə müəyyən
edilmədiyi halda cəzanın həddini dəqiq müəyyən etmək; hökmlə
müəyyən edilmədiyi halda azadlıqdan məhrum etmə növündə cəzanın
çəkilməli olduğu cəzaçəkmə və ya tərbiyə müəssisəsinin növünü
müəyyən etmək; hökmlə həll edilmədiyi və ya anlaşılmazlıqla həll
edildiyi halda qətimkan tədbiri, məhkəmə xərclərinin bölüşdürülməsi
və ya maddi sübutların taleyi haqqında məsələləri həll etmək; öz
hökmünün və ya digər yekun qərarının başqa anlaşılmazlıqlanm aradan
qaldırmaq. Aydın məsələdir ki, yuxarıda sadalanan hər bir anlaşılmazlıq
aradan qaldınlmasa, nəticədə hökmün tam və dürüst icrasına əngəl
törədəcək. Çox müsbət bir haldır ki, bu məsələlərin həllini
qanunvericilik birinci instansiya məhkəmələrinin öz ixtiyarına buraxır.
Yəni bü- rokratizmin təzahürü kimi, formalizm əsasında hökmlərin ləğv
edilməsinə və yenidən baxılmasına heç bir ehtiyac qalmır.
Qanunda göstərildiyi kimi, cəzaları icra edən müəssisə və ya
orqanların təqdimatı əsasında hökmün və ya məhkəmənin digər yekun
qərarının icrası ilə bağlı bir sıra başqa məsələlərin də həll edilməsi tələb
olunur. Belə ki, CPM-in 519-cu maddəsinə müvafiq olaraq, məh
Dostları ilə paylaş: |