MüƏllifdən II


ly FƏSİL CİSA YƏTMÜHAKİMƏ İCRAATININ ƏSAS PRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ)



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə33/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   29   30   31   32   33   34   35   36   ...   266

ly FƏSİL CİSA YƏTMÜHAKİMƏ İCRAATININ ƏSAS PRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ) 

Məhkəmənin nüflızu yüksəldilməli, hakimlərin sözsüz müstəqilliyi 

və ancaq qanuna tabe olması təmin edilməli, onların fəaliyyətinə qanş- 

mağa  və  məhkəməyə  hörmətsizliyə  görə  məsuliyyətin  konkret 

dərəcələri müəyyən olunmalıdır. Bütün bu təklif və arzular Azərbaycan 

Respublikasının 12 noyabr 1995-ci ildə  ümumxalq səsvermə  yolu ilə 

qəbul olunmuş Konstitusiyasında, 10 iyun 1997-ci ildə qəbul olunmuş 

«Məhkəmələr və hakimlər haqqında» Qanunda və nəhayət, yeni qəbul 

olunmuş Cinayət-Prosessual Məcəllədə tam şəkildə nəzərə alınmışdır. 

Cinayət  prosesinin  müddəalannı  əks  etdirən  normalar  Azərbaycan 

Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində 

möhkəmləndirilmişdir. Bu prinsiplər bir-biri ilə üzvi surətdə qarşılıqlı 

əlaqədə olub, cinayət prosesinin prinsiplərinin sistemini təşkil edir. 

Cinayət  prosesinin  prinsipləri  bir-birindən  törəyir  və  bir-birini 

tamamlayırlar,  bununla  da  onlar  cinayət  mühakimə  icraatı  qarşısında 

duran vəzifələrin həyata keçirilməsinə təminat yaradırlar. 



§ 2. Cinayət prosesinin ayrı-ayrı prinsipləri 

və onların təhlili 

Həmin prinsiplər aşağıdakılardır: 

1.

 

Qanunçuluq (Cinayət-Prosessual Məcəllə, mad. 10); 



2.

 

Hər  kəsin  qanun  və  məhkəmə  qarşısında  hüquq  bərabərliyi 



(Konstitusiya, mad. 25 və 127, Cinayət-Prosessual Məcəllə, mad. 11); 

3.

 



Hakimlərin və andlı iclasçıların müstəqilliyi (Konstitusiya, mad. 

127; Cinayət-Prosessual Məcəllə, mad. 25); 

4.

 

Şəxsiyyətin  toxunulmazlığı  hüququnun  təmin  edilməsi 



(Konstitusiya, mad. 32; Cinayət-Prosessual Məcəllə, mad. 15); 

5.

 



Şəxsin  şərəf  və  ləyaqətinə  hörmət  edilməsi  (Konstitusiya,  mad. 

46; Cinayət-Prosessual Məcəllə, mad. 13); 

6.

 

Hüquqi  yardım  almaq  və  müdafiə  hüququnun  təmin  edilməsi 



(Konstitusiya, mad. 61; 67; Cinayət-Prosessual Məcəllə, mad. 19); 

7.

 



Təqsirsizlik prezumpsiyası (Konstitusiya, mad. 63, 127; Cinayət- 

Prosessual Məcəllə, mad. 21); 




Mirağa Cəfərquliyev 

8.

 



Cinayət mühakimə icraatının yalnız məhkəmə tərəfindən həyata 

keçirilməsi (Konstitusiya, mad. 125; Cinayət-Prosessual Məcəllə, mad. 

23); 

9.

 



Cinayət  işi  başlama  və  cinayəti  açma  dövlətçilik  prinsipi 

(Cinayət-Prosessual Məcəllə, mad. 38, 47); 

10.

 

Məhkəmələrdə işlərə baxılmasında hakimlərin və andlı iclasçı- 



ların iştirakı və kollegiallıq («Məhkəmə və hakimlər haqqında» Qanun, 

maddə 4); 

11.

 

Mühakimə icraatının milli dildə aparılması (Konstitusiya, mad. 



45, 127, Cinayət-Prosessual Məcəllə, mad. 26); 

12.


 

Cinayət mühakimə icraatının aşkarlığı (Konstitusiya, mad. 127; 

Cinayət-Prosessual Məcəllə, mad. 27); 

13.


 

Cinayət  mühakimə  icraatının  obyektivliyi,  qərəzsizliyi  və  əda- 

lətliliyi  -  obyektiv həqiqət prinsipi  (Konstitusiya,  mad. 127;  Cinayət- 

Prosessual Məcəllə, mad. 28); 

14.

 

Cinayət  prosesində  tərəflərin  çəkişməsi  -  çəkişmə  prinsipi 



(Konstitusiya, mad. 127; Cinayət-Prosessual Məcəllə, mad. 32); 

15.


 

Cinayət  mühakimə  icraatının  xalqın  nümayəndələrinin  iştirakı 

ilə  həyata  keçirilməsi  (Konstitusiya,  mad.  55;  Cinayət-Prosessual 

Məcəllə, mad. 24). 

Beləliklə, 

dövlətin 

Əsas 

Qanunu 


olan 

Konstitusiyada, 

Cinayət-Prosessual Məcəllədə və «Məhkəmələr və hakimlər haqqında» 

Qanunda, demək olar  ki, cinayət  mühakimə  icraatının 15 demokratik 

prinsipi  nəzərdə  tutulub.  İndi  də  onların  qısa  anlayışını  və  təhlilini 

vermək məq- sədəmüvafıq olardı. 



1.

 

Qanunçuluq prinsipi 

Cinayət-Prosessual  Məcəllənin  10-cu  maddəsində  qeyd  olunur  ki, 

məhkəmələr  və  cinayət  prosesi  iştirakçıları  Azərbaycan  Respublikası 

Konstitusiyasının,  Cinayət-Prosessual  Məcəlləsinin,  Azərbaycan 

Respublikasının 

digər 


qanunlarının, 

habelə 


Azərbaycan 

Respublikasının 

tərəfdar 

çıxdığı 


beynəlxalq 

müqavilələrin 

müddəalanna ciddi əməl etməlidirlər. 

Azərbaycan  Respublikasının  qüvvəyə  minmiş  və  dərc  edilmiş 

qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin 

cinayət  təqibi  üzrə  şübhəli  və  ya  təqsirləndirilən  şəxs  qismində 

məsuliyyətə  cəlb  edilməsinə,  tutulmasına,  həbsə  alınmasına, 

axtanlmasına, məc- 




IVFƏSİL CL\A YƏTMÜHAKİMƏ İCH.

4

A TIM.\' ƏSAS PRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ (VASITƏLƏRI) 

buri gətirilməsinə və  digər  prosessual  məcburiyyət tədbirlərinə  məruz 

qalmasına,  habelə  məhkum  edilməsinə,  cəzalandınimasına,  hüquq  və 

azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  və  digər  qanunlarının 

təfsiri  cinayət  prosesi  iştirakçılarına  o  halda  məcburidir  ki,  bu  təfsir 

Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsinin  qərarında 

verilmiş olsun. 

Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  Plenumunun  məhkəmə 

təcrübəsinə dair məsələlər üzrə izahları cinayət prosesini həyata keçirən 

orqanlar üçün tövsiyə xarakteri daşıyır. 

Cinayət-Prosessual  Məcəllənin  10-cu  maddəsində  göstərilən 

tələblərin  pozulması  ilə  aparılan  prosessual  hərəkətlərin  və  qəbul 

olunmuş  qərarlann  hüquqi  qüvvəsi  yoxdur.  Cinayət-Prosessual 

Məcəllənin  bu  göstərişi  və  yaxud  deyək  tələbi,  xüsusilə  təhqiqat, 

istintaq,  prokurorluq  və  məhkəmə  orqanlarının  ləaliyyətinə  aiddir. 

Qanunçuluq  prinsipi  cinayət  prosesini  həyata  keçirən  orqanların 

fəaliyyətinin əsasını təşkil edir. 

Cinayət prosesi qanunçuluq ilə üzvi surətdə bağlıdır. Cinayət prosesi 

qanunla  müəyyən  edilmiş  formada  dövlət  quruluşunu  və  ictimai 

quruluşu,  idarələrin,  müəssisələrin,  təşkilatların,  assosiasiyaların, 

səhmdar  cəmiyyətlərin,  konsernlərin,  konsorsiumların,  ölkənin 

vətəndaşlarının  xüsusi  mülkiyyətlərini,  hüquqlarını  və  qanuni 

mənafelərini  hər  cür  qəsdlərdən  qorumaqla  respublikamızda  sosial 

qanunçuluğun möhkəmləndirilməsinə mühüm təminat yaradır. 

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  cinayət  prosesini  həyata  keçirən 

orqanların  bütün  fəaliyyəti  cinayət-prosessual  qanunvericilik  ilə 

müəyyən edilir. Qanunda göstərilməyən hər hansı hərəkətin bu orqanlar 

tərəfindən həyata keçirilməsi qətiyyətlə qadağan edilir. 

Cinayət  mühakimə  icraatında  cinayət-prosessual  qanunvericiliyin 

tələblərinə əməl edilməməsi qanunçuluğun pozulmasına gətirib çıxarır 

və bununla bərabər, əksər hallarda iş üzrə obyektiv həqiqətin müəyyən 

edilməməsi ilə nəticələnir. 

Qanunçuluq  prinsipi  cinayət  işlərinin  icraatı  ilə  əlaqədar  prosesdə 

iştirak edən vətəndaşların da hüquqlarının və qanuni mənafelərinin ciddi 

qorunmasını  tələb  edir.  Proses  iştirakçılarının  hüquqlarının  məh- 

dudlaşdırılmasma  bu  və  ya  digər  şəxs  barəsində  qanunla  nəzərdə 

tutulmayan məcburi tədbirlərin görülməsinə yol verilmir. 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə