III FƏSİL AZƏRBA YCAN CİN A YƏT-PROSESSUAL QANUNVERİCİLİYİNİN
İNKİŞAFI
çıxarılması, məhkəmə icraatı iştirakçılarının hüquqi və qanuni
mənafelərinin təmin edilməsi.
Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra onun
cinayət-prosessual qanunvericiliyinin inkişafında, 14 iyul 2000- ci ildə
təsdiq edilmiş və 1 sentyabr 2000-ci ildə qüvvəyə minmiş yeni
Cinayət-Prosessual Məcəllə böyük bir tarixi hadisəyə çevrilmişdir
(3;
106. s.l03-123;84. s.4-7).
’’Məhkəmələr və hakimlər haqqında” Qanun Azərbaycan
Respublikasında ədalət mühakiməsinin həyata keçirilməsini təmin
etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasında təsbit
olunmuş müstəqil məhkəmə hakimiyyəti yaratmağa yönəlmişdirsə, yeni
Cinayət-Prosessual Məcəllə cinayət mühakimə icraatının vəzifələrinin
yerinə yetirilməsi mexanizmini, onun əsas prinsiplərini və şərtlərini
müəyyən etmişdir. Yeni qəbul edilmiş CPM iki hissədən, on bir
bölmədən, 58 fəsildən, 521 maddədən ibarətdir
(33. s.36-39).
Adı çəkilən
CPM-in 9-cu maddəsində konkret olaraq qeyd edilir ki, cinayət
mühakimə icraatının əsas prinsipləri və şərtləri: 1) cinayət təqibinin
həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən edir; 2)
insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdıniması
hallanndan onun müdafiəsini təmin edir; 3) hər bir cinayət təqibinin
qanuniliyini və əsaslılığını müəyyən edir. Şərh etdiyimiz maddədə ciddi
surətdə xəbərdarlıq edilir ki, bu yeni CPM ilə müəyyən edilmiş hallarda
cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi
üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul
edimiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici
qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər.
Əvvəlki CPM-dən fərqli olaraq, 14 iyul 2000-ci il tarixdə təsdiq
olunmuş yeni Cinayət-Prosessual Məcəllədə bir sıra əlavə bölmələr və
fəsillər nəzərdə tutulmuş, digər bölmə və fəsillər isə əsaslı surətdə
dəyişikliklərə
məruz
qalmışlar.
Onlara
cinayət-prosessual
qanunvericiliyi; cinayət təqibi üzrə icraatın aparılması; bəraət qazanma
(reabilitasiya), vurulmuş ziyanın ödənilməsi; prosessual qərarların məc-
buriliyi; nümayəndələr və hüquq varisləri; cinayət prosesində etirazlar;
cinayət prosesində iştirak edən şəxslərin hüquqlarının və qanuni
mənafelərinin təmin edilməsi; prosessual məcburiyyət tədbirləri;
cinayət prosesində digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi;
5
^
Mirağa Cəfərquliyev
cinayət mühakimə icraatında əmlak məsələləri; cinayət mühakimə
icraatında mülki iddia; zərər çəkmiş şəxsə kompensasiya verilməsi;
əməyin və çəkilmiş xərclərin ödənilməsi; cinayət mühakimə zamanı
konfidensiallığın qorunması; böyük ictimai təhlükə törətməyən aşkar
cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat; andlı iclasçıla- nn
iştirakı ilə birinci instansiya məhkəməsində icraatın xüsusiyyətləri;
apellyasiya və kassasiya instansiyaları məhkəmələrində icraat; bəzi
kateqoriyalı şəxslər barəsində icraatın xüsusiyyətləri; xüsusi icraatlar və
s. aid etmək olar.
Yeni CPM yuxarıda sadaladığımız əlavə bölmə və fəsilləri nəzərdə
tutmaqdan başqa, ümumiyyətlə, ibtidai araşdırmanın apanimasınm və
məhkəmə baxışının keçirilməsinin prosessual qaydasını (o cümlədən
apellyasiya və kassasiya instansiyaları məhkəmələrində icraat) əsaslı
surətdə dəyişmişdir.
Birmənalı şəkildə qeyd etmək lazımdır ki, yeni Cinayət-Prosessual
Məcəllədə ibtidai istintaqla bağlı daha böyük dəyişikliklər və əlavələr
müşahidə olunur. Məsələn, əvvəlki CPM-ə görə ibtidai istintaq orqan-
lan yalnız Prokurorluqda, Daxili İşlər və Milli Təhlükəsizlik
nazirliklərinin nəzdində fəaliyyət göstərirdilər. Amma yeni
cinayət-prosessual qanunvericilik ilə bunlara Ədliyyə, Vergilər,
Fövqəladə Hallar nazirliklərinin və Dövlət Gömrük Komitəsinin də
istintaq orqanlan əlavə olundu. Ölkədə artıq yeddi dövlət orqanları
tərkibində ibtidai istintaq orqanlan yaradıldı. Bu dəyişikliklər
təhqiqatdan da yan keçmədi. Belə ki, CPM-in 214-cü maddəsinə
müvafiq olaraq, təhqiqat ibtidai araşdırmanın növü kimi aşağıdakı
şəkildə müəyyən edilmişdir: a) ibtidai istintaqı məcburi olan cinayət
işləri üzrə təxirə salınmaz istintaq hərəkətlərinin icraatı; b) böyük
ictimai təhlükə törətməyən bəzi aşkar cinayətlər üzrə məhkəməyədək
sadələşdirilmiş icraat. Əvvəlki təhqiqat orqanlarının sırasına üç yeni
orqanın - Vergilər, Fövqəladə Hallar nazirlikləri və Dövlət Gömrük
Komitəsinin təhqiqatçıları da qatıldı.
Yeni CPM-də prosesdə iştirak edən şəxslərin hüquqlarının və
qanuni mənafelərinin təmin edilməsinə geniş yer verilmişdir. Prosesdə
ittiham tərəfi ilə müdafiə tərəfi bərabər prosessual hüquqlara
malikdirlər. Daha dəqiq desək, müdafiə tərəfi olduqca güclü pozisiyalar
əldə etmişdir. CPM-in, demək olar ki, bütün müddəalan çox geniş və
ətraflı şərh olunur. Hər bir prosessual hərəkətin keçirilməsinin əsasları
III FƏSİL AZƏRBAYCAN CİNAYƏT-PROSESSUAL QANUNVERİCİLİYİNİN İNKİŞAFI
VƏ
qaydaları, bütün incəliklər nəzərə alınmaqla, izah edilir.
Qanunların qəbul edilməsi, təkmilləşdirilməsi və sistemləşdirilməsi
ilə bağlı ümumi prinsiplərə uyğun olaraq 2000-ci ilin 1 sentyabr
tarixində qüvvəyə minmiş yeni Cinayət-Prosessual Məcəllənin bir sıra
normaları dəyişikliklərə məruz qalmışdır. Belə ki, 2 iyul 2001-ci il
tarixdə Milli Məclis tərəfindən “Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında”
Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir
(7. s.2-3).
Yuxarıda qeyd olunan Qanunla yeni Cinayət-Prosessual Məcəllənin
87-dən çox maddəsinə dəyişikliklər edilmiş və eyni zamanda məcəlləyə
üç yeni maddə əlavə olunmuşdur. Eyni zamanda 2005-2007-ci illərdə
qəbul olunmuş qanunlarla yeni CPM-yə 1 O-dan yuxan yeni maddələr
əlavə olunmuş və 90-na qədər maddələrə dəyişiklik və düzəlişlər
edilmişdir. Bu qanunauyğun prosesdir, çünki yenicə müstəqilliyini
qazanmış ölkə dövlət quruculuğu ilə bağlı hüquq islahatlanm həyata
keçirir və bununla əlaqədar qanunvericilikdə total dəyişikliklər baş
verir. Dövlət quruculuğunda gedən dəyişikliklər, şübhəsiz ki, hüquq
islahatla- nnı da yeni müstəviyə keçirərək dinamik şəkildə inkişaf
etdirir. Bu dəyişikliklər hüququn bütün sahələrində olduğu kimi
cinayət-prosessual qanunvericilikdə də ümumi qaydalar üzrə davam
etməlidir.
Dostları ilə paylaş: |