Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   10   11   12   13   14   15   16   17   ...   74

dəyişmişdir. Belə ki, qədimdə Kaspi və yaxud Mazd, müasir dövrdə isə Əlburz dağ 
silsiləsinin davamı olan Ağdağ, habelə Ağgədiyə qədər olan Azərbaycan ərazisində 
bu  çay  Qızılüzən,  Gilan  torpağında  Şahrud  çayı  ona  qarışdıqdan  sonra,  Məncil 
körpüsü  yaxınlığında  ―Səfidrud‖  (Ağ  çay)  adlanır.  Qızılüzən  sözünün 
etimologiyasına gəldikdə, istər çayın suyunun qırmızı rəngə malik olması və istərsə 
də suyun tərkibində qızıl zərrələri  göründüyünə  görə belə adlanmışdır. Qızılüzən 
çayına Miyana yaxınlığında Sarıqamış, sonra isə Zəncan çayında birləşir. Bu çayın 
ilin bütün fəsillərində suyunun bol olmasına  baxmayaraq sahillərinin  və  yatağının   
girintili  və  çıxıntılı,  habelə  dağ  çayı  olduğuna  görə  çay  nəqliyyatı  hərəkəti  üçün 
əlverişli  deyildir.  Çaydan  bir  sıra  suvarma  kanalları  ayırmışlar;  onlardan  biri 
müasir  Rəşt  şəhərindən  keçir.  Bu  çay  külli  miqdarda  gil  gətirdiyinə  görə  onun 
deltası  daima  dənizin  içərilərinə  doğru  irəliləyir.  Ona  görə  də  onun  deltası  3600 
kvadratmetr, eni isə 110 kilometrə bərabərdir. Səhənd, Büzgüş (Büzguh-kıçı dağı) 
dağlarından başlanğıc alan bir sıra çaylar da Qızılüzənlə birləşir. Bunlardan başqa 
Zəncan  çayı  İraq-Sultanabaddan  mənbə  alıb  Qızılüzənlə  birləşir.  Azərbaycanın 
Urmu  gölünə  tökülən    çaylardan  isə  Cığatı  (Simin  rud),  Acıçay,  Tufarqan,  Sofi, 
Mordi, Qadır, Nazlı və Zəli çaylarını da göstərmək olar
26

Urmu gölünün şərq sahili olan Tufarqan (indiki Azərşəhr) yaxınlığındakı 
bulaqlardan mərmər hasil olunur. Bulaqların suyunun tərkibində mərmər olduğuna 
görə su axan zaman mərmər çöküntüləri əmələ gəlir. Müəyyən müddət keçdikdən 
sonra həmin çöküntülər daşa  (mərmərə) çevrilir. Hətta Əmir Teymur  vaxtilə  külli 
miqdarda  Azərbaycanda  olan  bu  mərmərləri  Səmərqəndə  aparmışdır.  Hətta 
Səmərqənddə yerləşən Teymurun qəbir abidəsi həmin mərmərlərdən tikilmişdir
27

Ərəb  mənbələrinin  göstərdiyinə  görə  Azərbaycan  ərazisinin  bir  sıra 
yerlərində  yuxarıda  göstərilən  yolla  (bulaqlar  vasitəsi  ilə)  külli  miqdarda  mərmər 
hasil  olurmuş
28
.  Ərəb  tarixçisi  Məsudi  və  orta  əsr  mənbəyi  sayılan  ―Əcaib  əd-
dünya‖ əsərində də bu barədə məlumat verilir. 
Urmudan  Salmasa  gedən  yolda,  Urmu  gölünün  şimal-şərqində  olan 
dağlarda  Sasani  dövrünə  aid  Ərdəşirin,  I  Şahpurun  təsvirləri  və  habelə  ermənilər 
üzərində çalmış olduqları qələbə simvolu daş üzərində görünməkdədir
29

Azərbaycanda  olan  torpaqların  xüsusiyyətindən  danışan  İran  tədqiqatçıcı 
T.  Bəhrami  göstərir  ki,  geniş  əraziyə  malik  olan  Azərbaycan  müxtəlif  torpaq 
növlərinə malikdir. Onun əkinçilikdə istifadə olunan torpaqları Səhənd, Savalan və 
Ağrı dağlarının vulkan püskürdüyü daşların təcziyəsindən  əmələ gəlmişdir. Lakin 
hər bir yerin spesifik və təbii xüsusiyyətlərindən asılı olaraq həmin tərkibə xüsusi 
                                                           
26
 T. Bəhrami. Göstərilən əsəri, s. 159-160 
27
 Yenə orada, s. 161. 
28
 Əl-Məsudi. Müruc əl-zəhəb və əl-məadin əl-cövhər. Paris, 1981, s. 177. M. Həsənxan. Mürat əl-
buldan. 
29
 Zəkəriyyə Məhəmməd əl-Qəzvini. ―Asar əl-bilad və əxbar əl-İbad‖, Leninqrad, Kataloq Xanikova, s. 
107. 


maddələr  əlavə  edilib  və  yaxud  əksinə,  onda  olan  bir  sıra  maddələr  aradan 
getmişdir
30

T. Bəhrami Azərbaycanda olan torpaq növlərini aşağıdakı qruplara bölür: 
qumsal-gilli, gilli-qumsal, qara və çöküntülü torpaqlar. 
Səhənd  yaxınlığında  olan  ərazi,  habelə  Təbriz  ətrafı  qumsal,  Marağa 
zonası gilli-qumsal, Miyandab gilli, Urmiya gilli-qumsal, Qaradağ, Mahabad gilli-
qumsal və qara, Miyandabın bir hissəsi isə laylı torpağa malikdir. 
İranın  təbii-coğrafi  xüsusiyyətlərini  tədqiq  etmiş  M.  P.  Petrov 
Azərbaycanda olan torpaqları kül rənkli və rütubətli qara torpaq növlərinə bölür
31
 
T.  Bəhrami  Azərbaycanı iqliminə  görə  üç  zonaya  bölür: soyuq, isti və 
mülayim. Soyuq zonaya Savalan və Səhənd ətrafı, isti zonaya Araz sahili - Muğan, 
mülayim zonaya isə Miyandab və Sulduz  rayonları daxildir. Səhənd dağına yaxın 
olan Təbrizdə bəzən qışda havanın  soyuqluğu mənfi 30°-yə qədər aşağı enir.  Belə 
hallar    meyvə  ağacları  üçün  xətərli  olub,  onların  kökünü  don  vurur
32
.  Savalan 
dağının şərq ətəyində yerləşən Ərdəbil şəhərindən isə bəzi vaxtlar qışda mənfi 33° 
soyuq olur
33

Təbriz,  eləcə  də  Ərdəbil  zonasında  yayda  havanın  hərarəti  bəzi  hallarda 
35°  -  40°-yə  qədər  yüksəlməsinə  baxmayaraq,  ümumiyyətlə,  hər  iki  ərazinin  qışı 
çox  soyuq,  yayı  isə  mülayimdir.  Azərbaycanın  iqlimi,  xüsusilə  Xəzər  dənizinə 
yaxın  olub,  dəniz  səviyyəsindən  hündür  olmayan  yerlər  şimaldan  əsən  soyuq 
küləklərin  tam  təsiri  altındadır.  Hətta  Sibir  tundralarında  əsən  küləklər  Xəzər 
dənizini maneəsiz keçərək özü ilə Araz sahili, Muğan və Astara zonasına  rütubətli  
buludlar  gətirir. Bu səbəbə görə də həmin ərazidə ardı-arası kəsilməyən yağıntılar 
olur.  Azərbaycan  ərazisinin  başqa  yerlərində  mövcud  olan  hündür  dağlar    şimal  
küləklərinin  qarşısını  ala  bildiyi  üçün  həmin  küləklər  bir  o  qədər  də  təsiredici 
deyildir.  Burada  Bağro,  Büzgüş,  Savalan  və  Səhənd  dağları  nəzərdə  tutulur. 
Beləliklə,  Azərbaycanın  şimal-şərq  rayonlar  səthinin  alçaqlığı  və  dənizə  yaxınlığı 
ilə əlaqədar iqliminin rütubətli, çox yağmurlu olması ilə qalan yerlərdən fərqlənir. 
Bu  göstərdiyimiz  zonada  payız  mövsümündə  yağıntılar  daha  tez  başlayır. 
Aqrotexniki qaydalara görə belə şərait payız əkinçiliyi üçün daha əlverişlidir. Ona 
görə də həmin ərazi tarixən özünün payız bitkiləri ilə məşhurdur
34

Azərbaycanın  göstərdiyimiz  ərazisində  qədim    dövrlərdən  etibarən 
torpağa  səpilmiş  arpa,  buğda  və  sairə  dənli  bitkilər  payız  yağmurluğunun  tez 
başlanması  ilə  əlaqədar  iki,  bəzi  hallarda  isə  üç  dəfə  məhsul  verir.  Bu  müddəanı 
qədim mənbələrlə yanaşı etnoqrafik müşahidələr də bir daha təsdiq edir. Məlumdur 
                                                           
30
 T. Bəhrami. Göstərilən əsəri, s. 161. 
31
 M. P. Petrov. Göstərilən əsəri, s. 142. 
32
 T. Bəhrami. Göstərilən əsəri, s. 161. 
33
 İsmail Dibac. Asar-e tarixi Azərbaycan-e şərqi, Təbriz, 1334. 
34
 Arpa, buğda adətən payızda, daha doğrusu, payızın ilk aylarında əkildikdən sonra suvarılır, yaxud 
yağmurluq nəticəsində tarlaya səpilən toxum tam bitdikdə məhsul vaxtı gözlənilən bəhrəni verə bilər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə