Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   2   3   4   5   6   7   8   9   ...   74

Əhəməni  imperiyasını taxıl,  ət,  yun,  minik atı və  s. ilə  təchiz  edən  əsas baza  idi. 
Əhəmənilər,  sonralar  isə  parfiyanlar,  sasanilər  həmişə  apardıqları  uzun-uzadı 
müharibələrdə  Atropatena  ərazisinin  əlverişli  strateji  mövqeyindən  istifadə  etmiş, 
həm  də  öz  ordularını  buranın  maddi  və  iqtisadi  sərvətləri  ilə  təmin  etmişlər. 
Təsadüfi  deyil  ki,  Əhəməni  imperiyasının  süqutundan  sonra  məhz  Atropatenada 
müstəqil dövlət təşkil edilmişdir. 
Əsərdə  mənbə  və  ədəbiyyatın,  arxeoloji  qazıntıların  təhlilinə,  ölkənin 
tarixi-fiziki  coğrafiyasına,  iqtisadi-ictimai  və  siyasi  tarixinə,  yerli  əhalinin  maddi-
mənəvi mədəniyyətinə xüsusi diqqət verilmişdir. 
İran tarixçilərindən M. Etimad  əs-səltənə  ―Mirat  əl-buldan‖, Cəmaləddin 
Fəqih  ―Aturpatakan  və  nəhzət-e  milli‖,  Cavad  Məşgur  ―Təbriz  tarixi‖  və 
―Azərbaycan  tarixi‖  adlı  monoqrafiyalarında  Atropatenanın  qədim  dövr  tarixinin 
bir  sıra  məsələlərinə  toxunmuşlar.  Həmin  müəlliflər  iqtisadi-ictimai  problemlərin 
tədqiqindən yan keçərək elmə çoxdan məlum olan bir sıra məsələlər üzərində səthi 
olaraq  dayanmışlar.  C.  Fəqih  Atropatenanın  tarixi  sərhədlərini  belə  düzgün 
müəyyənləşdirə bilməmişdir. 
Cavad Məşgur ―Azərbaycan tarixi‖ və ―Təbrizin tarixi‖ adlı əsərlərində öz 
həmkarlarının fikirlərini təkrar etmişdir. Ümumiyyətlə, İran tarixçiləri İranın qədim 
tarixini yazarkən istər-istəməz Atropatena tarixinə də toxunmuşlar. O cümlədən H. 
Pirniya  ―İran-e  bastan‖,  Ə.  Kəsrəvi  ―Azəri  ya  Zəban-e  bastan-e  Azərbaycan‖,  S. 
Nəfisi  ―Təməddün-e  Sasani‖,  Rəhimzadə  Səfəvi  ―Tarix-e  iqtisadi-İran‖,  Əbülfəz 
Nəbii  ―Azərbaycan  dər  qələmrove  islam‖  (―Məcəllə-e  danişgədə-e  əsəbiyyat  və 
ülüm-e insani-e daneşgahe Firdovsi‖, Şəmare-e sevvom sal-e Cahardahhom (№54) 
Məşhəd,  1979)  və  başqaları  öz  əsərlərində  səthi  də  olsa  Atropatenanın  siyasi 
tarixindən bəhs etmişlər. İranın qədim tarixinin Sasanilər dövrü ilə məşğul olan bir 
sıra  Avropa  tarixçiləri,  o  cümlədən  A.  Kristensen  ―Tarix-e  Sasaniyan‖  əsərində 
ərəb  və  erməni  müəlliflərinə  istinad  edərək  Sasanilərin  inzibati  idarə  sistemini 
geniş  şərh etmişdir. Rus və sovet alimlərindən V. V. Bartold, G. A. İnostrantsev, 
A.  E.  Krımski,  sovet  tarixçilərindən  M.  M.  Dyakonov,  İ.  H.  Əliyev,  Z.  İ. 
Yampolski, Z. M. Bünyadov, A. Q. Perixanyan, V. Q. Lukonin, Ə. S. Sumbatzadə, 
K. H. Əliyev, T. M. Məmmədov, F. C. Məmmədova, S. Y. Qasımova və başqaları 
öz əsərlərində yeri gəldikcə Atropatena tarixinin bir sıra məsələlərinə toxunmuş və 
ya xüsusi tədqiqat əsərləri həsr etmişlər. 
Beləliklə,  yuxarıda  qeyd  edilənləri  nəzərə  alaraq  Atropatenanın  ictimai-
iqtisadi,  siyasi  və  mədəni  həyatı  xüsusi  tədqiqat  obyekti  olmamış  və  ilk  təşəbbüs 
kimi  oxuculara  təqdim  etdiyimiz  həmin  əsər  Atropatena  tarixinə  həsr  edilmişdir. 
Şübhəsiz,  kitabda  bəzi  mübahisəli  problemlər  də  öz  yerini  tapmışdır  ki,  bu 
problemlərin qəti həlli öz gələcək tədqiqatçısını gözləyir. 
Kitabın  çapa  hazırlanmasında  mənə  yaxından  köməklik  etmiş  Azərb. 
Respub. EA Tarix İnstitutu qədim dövr şöbəsi kollektivinə,  əməkdar elm xadimi, 


tarix  elmləri  doktoru  S.  B.  Aşurbəyliyə  və  Qurbanov  Rzaya  təşəkkürümü 
bildirirəm. 
 
GĠRĠġ 
 
Azərbaycan  tarixşünaslığında  Atropatena  tarixinin  geniş  tədqiq  edilməsi 
müxtəlif dilli mənbə və ədəbiyyatın araşdırılması çətinlikləri ilə sıx bağlıdır. Lakin 
Sasani imperiyası haqqında istər Sovet İttifaqında, istərsə də xarici ölkələrdə xeyli 
tədqiqat  əsərləri  yazılmışdır.  Atropatena  Sasanilərin  ən  mühüm  padkuslarından 
olduğuna görə onun iqtisadi-ictimai tarixi də həmin əsərlərdə işıqlandırılmışdır. 
Tədqiq  etdiyimiz  dövrün  (eramızdan  əvvəl  IV-eramızın  VII  əsrləri) 
öyrənilməsində  ilk növbədə  Atropatena  ərazisində  aparılmış arxeoloji qazıntıların 
nəticələrini  araşdırmaq  lazımdır.  Lakin  indiyə  qədər  Atropatena  ərazisində  planlı 
sürətdə arxeoloji qazıntı işləri nisbətən az aparılmışdır. Son vaxtlar yeni yolların və 
kanalların  çəkilişi,  müxtəlif  tikintilərlə  əlaqədar  təsadüfi  hallarda  bir  sıra  maddi-
mədəniyyət  abidələri  aşkar  edilmişdir.  Məsələn,  Ərdəbil,  Meşginşəhr,  Maku, 
Mərənd, Sarab və digər ərazidə aşkar edilmiş tapıntıları nümunə göstərmək olar. 
Atropatena  tarixinin  öyrənilməsində  Baruc,  Gənctəpə,  Təxt-e  Süleyman, 
Muğan, Ərşə mahalı, Germi və Sarab qazıntıları böyük əhəmiyyətə malikdir. 
Baruc qalası Mərənd şəhərindən 12 km aralıda yerləşir. Orada qala aşkar 
edilmiş,  qaladan  külli  miqdarda  tapılmış  dəmir  alətlər,  saxsı  qablar,  habelə  zinət 
şeylərinin  tədqiqi  həmin  qalanın  Atropatena  dövrünə  aid  olduğunu  sübut  edir. 
Maraqlı  burasıdır  ki,  Baruc  qalasının  materialları  Ərşə  və  Germi  mahallarından 
tapılmış materiallarla eyniyyət təşkil edir. Ərşədən tapılmış materiallar Atropatena 
tarixinin  iqtisadi-ictimai  inkişaf  səviyyəsini  öyrənməyə  imkan  verir.  Bu  ərazidə 
aşkar  edilmiş  küp  qəbirlər  Albaniya  (Mingəçevir  və  s.)  küp  qəbirləri  ilə  nəinki 
oxşar,  bəlkə  də  dövr  və  material  baxımından  eynidir.  Germi  qazıntılarından 
(Ərşədə) tapılan zinət və saxsı məmulatlar eramızın I – III əsrlərində Atropatenada 
sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyini söyləməyə imkan verir. 
Tarixi  mahal  olan  Ərşə  vilayətinin  etimologiyasını  Arşakilərlə 
əlaqələndirmək bir daha məqsədəuyğundur. Biri digərinə yaxın olan Ərşə və Germi 
mahalları  Savalan  dağının  şimalında,  Qaradağ  silsiləsinin  Talış  dağları  ilə 
birləşdiyi ərazidə yerləşir. Parfiyan kəndlərində (Germi rayonu) aparılmış arxeoloji 
qazıntılar  bu  ərazidə  3  növ  qəbir  tipinin  mövcud  olduğunu  aşkar  etmişdir.  I  tip 
qəbirlər (e.ə I və eramızın I əsri). 
I tip: Düzbucaqlı tip 1,50 m dərinliyində 2-2,5 m uzunluğa malik olan bu 
qəbirlər böyük daşlarla tikilirmiş. Üstünə isə bir və ya bir neçə iri daş qoyulurmuş. 
Qəbrin içi qırla suvanmışdır. Ölünün ayaq tərəfində tikilmiş daxmaca balaca qapı 
vasitəsi  ilə  qəbir  ilə  birləşdirilmişdir.  Ölünün  istifadə  etməsi  üçün  daxmaya  kasa, 
kuzə,  cam,  şərab  və  başqa  hədiyyələr  qoyulurmuş.  Dəfn  edilənin  baş  tərəfində 
düşmənlə  mübarizə  etmək  üçün  xəncər,  qılınc,  gürz  kimi  silahlar  qoyulurdu. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə