Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   2   3   4   5   6   7   8   9   ...   74

edilmişdir.  Bu  ərazidən  bir  sıra  qiymətli  maddi-mədəniyyət  nümunələri  də  aşkar 
edilmişdir.  Möhürlər  ticarət  müqavilələrində  mühüm  rol  oynamışdır.  Təxt-e 
Süleyman  qazıntılarına  alman,  ingilis  və  fars  dilində  irihəcmli  tədqiqatlar  həsr 
edilmişdir.  Bu  əsərlər  Atropatena  tarixinin  öyrənilməsində  mühüm  əhəmiyyətə 
malikdir. İran arxeoloqu Ələkbər Sərfəraz ―Təxr-e Süleyman‖ qazıntıları haqqında 
farsca  irihəcmli  bir  əsər  yazmışdır.  O,  bu  əsərdə  Qazakanın  təbii,  fiziki 
coğrafiyasını, şəhərin tarixini və Azərgəşəsp atəşgədəsinin mühüm dini rolunu izah 
etmişdir.  Lakin  əsərdən  tənqidi  surətdə  istifadə  etmək  lazım  gəlir.  Ümumiyyətlə, 
Atropatena  tarixini  tədqiq  etdiyimiz  dövrdə  (eramızdan  əvvəl  IV  –  eramızın  VII 
əsrləri)  Ələkbər  Sərfərazın  ―Təxt-e  Süleyman‖  adlı  kitabının  mühüm  əhəmiyyəti 
vardır. 
Qazaka  şəhəri  dövrün  mühüm  ticarət  yolu  üzərində  yerləşirdi.  Bu  şəhər 
həm  də  Sasanilərdən  xeyli  əvvəl,  hələ  Parfiya  vaxtından  atəşpərəstlərin  əsas  dini 
mərkəzi idi. İran ərazisində olan başqa atəşgədələr müqəddəs odu öz atəşgədələrinə 
buradan aparırdılar. 
Muğan  arxeologiyası:  İran  arxeoloqları  Muğanın  Germi  mahalında 
(parfiyan  kəndləri)  qazıntı  işləri  aparmışlar.  Arxeoloqlar  qazıntı  işləri  zamanı  bu 
ərazidən  parfiyan  dövrünə  aid  külli  miqdarda  maddi-mədəniyyət  abidələri  aşkar 
etmişlər. Bu abidələrin (xüsusilə küp qəbirlər mədəniyyəti) öyrənilməsi Atropatena 
tarixinin araşdırılmasında mühüm əhəmiyyətə malikdir. 
Eramızın I əsrinə aid olan bu qəbirlər Mingəçevir ərazisində aşkar edilmiş 
küp  qəbirlərlə  eyniyyət  təşkil  edir.  Bu  fakt  bir  daha  sübut  edir  ki,  vaxtilə  hər  iki 
ərazinin sakinləri eyni etnik mənşəli olmuşlar. Qazıntılar zamanı parfiyan kəndləri 
ətrafında olan təpələrdən külli miqdarda Valagez, Fraat, Mitridad tərəfindən vaxtilə 
zərb edilmiş parfiyan sikkələri, zinət şeyləri, toxuculuq alətləri və məişətdə işlənən 
saxsı  məmulatı və  s. aşkar edilmişdir. Öz  növbəsində  Muğanın Germi  mahalında 
aparılmış  qazıntıların  da  Atropatenanın  iqtisadi-ictimai  tarixinin  öyrənilməsində 
mühüm əhəmiyyətə malikdir. 
Meşginşəhr  yaxınlığında  aşkar  edilmiş  Sasani  şahı  Nersi  tərəfindən 
yazdırılmış  kitabənin  də  dövrün  siyasi  tarixinin  öyrənilməsində  mühüm  tarixi 
əhəmiyyəti  vardır.  Ərdəbil,  Maku,  Sarab,  Təbriz  və  Mərənd  ətrafında  təsadüfi 
hallarda  tapılmış  maddi-mədəni  abidələr  də  öz  növbəsində  Atropatena  tarixinin 
öyrənilməsində  mühüm  əhəmiyyətə  malikdir.  Məntəqənin  vaxtilə  iqtisadi-ictimai 
cəhətdən  inkişaf  etmiş  dövlətlərindən  biri  olmuş  Atropatenanın  bu  ərazisi 
Azərbaycan xalqının təşəkkül tapmasında böyük rol oynamışdır. 
III 
Daranın 
Qavqameldəki 
məğlubiyyətindən 
sonra 
Əhəməni 
imperiyasının şimal-qərb satraplığında müstəqil Atropatena dövləti yarandı. Antik 
müəlliflərdən  Plutarx,  Ammian,  Marsellin  bu  ölkəni  Atropaten  Midiyası 
adlandırmışlar.  Strabon  isə  bu  ərazini  kiçik  Midiya  adlandırmış,  Atropatenanın 
başçılığı ilə Atropaten dövlətinin təşkil edildiyini göstərmişdir. Sasani hakimiyyəti 
dövründə  bu  ölkə  Adərbadaqan,  erməni  mənbələrində  Atropataqan,  yaxud 


Atərpataqan,  ərəblərdə  Adərbican,  farslarda  isə  Azərbaycan  və  s.  kimi  qeyd 
olunmuşdur. 
Polibinin  yazdığına  görə  Midiyadan  dağlar  vasitəsi  ilə  ayrılan  bu  ölkə, 
Fasiddən Hirkan (Xəzər) dənizinə kimi geniş bir ərazini əhatə edir (Polib, V, 55). 
Strabona  görə  Matiana  ilə  Midiya  arasında  olan  bu  ərazinin  hüdudlarında  Spavta 
gölü  yerləşir.  Yay  iqamətgahı  Qazaka,  qış  iqamətgahı  isə  Veradır  (XI,  13,  2,  3). 
Burada Kadusilər, amardlar, tapurlar, kurtilər və başqa tayfalar yaşayır. Çox güman 
ki, bu tayfalar qeyri-İrandilli avtoxton dilli tayfalar olmuşlar. Atropatena haqqında 
Sasani  hökmdarı  I  Şahpurun  tərəfindən  (240-270)  ―Kəbeye  Zərdüşt‖də  yazılmış 
kitabədən başqa qədim yazılan mənbə hələlik aşkar edilməmişdir. Kitabədə qismən 
də  olsa  Ermənistan,  İberiya,  Atropatena  və  Albaniya  haqqında  məlumat 
verilmişdir. Lakin yunan və latın dillərində olan antik dövr mənbələr Atropatena, 
onun  yerli  əhalisi  və  s.  haqqında  nisbətən  ətraflı  məlumat  vardır.  O  cümlədən, 
tarixin  atası  Herodot,  Miletli  Hekatey,  Strabon,  Tatsit,  Plutarx,  Plini  və 
başqalarının  əsərlərində  bu  ərazi  və  onun  sakinləri  haqqında  məlumata  təsadüf 
edilir.  Miletli  Hekatey  (e.  ə.  VI  –  V  əsr)  ―Zemleopisanie‖  (―Yerin  təsviri‖)  adlı 
əsərində ―Muk‖ tayfalarının Araz sahilində yaşadıqlarını qeyd etmişdir. 
Hekateyin  məlumatlarından  parçalar  qədim  müəlliflərin  əsərlərində 
qalmaqdadır.  Skiflərin,  Kimmerlərin  Əhəməni  dövlətinin  satraplıqlarına  olan 
yürüşləri,  müklər,  kaspilər,  utilər  və  başqa  tayfalar  haqqında  olan  məlumatlara 
―tarixin atası‖ Herodotun (e. ə. 484 – 425) əsərində rast gəlmək olur. 
Atropatena  haqqında  ilk  dəfə  ətraflı  məlumat  verən  Strabon  (e.  ə.  I 
eramızın  I  əsri)  olmuşdur.  Strabon  Atropatenanın  sərhədləri,  əhalisi,  təsərrüfatı, 
sakinlərinin  etnik  tərkibi,  məşğuliyyəti,  hərbi  qüdrəti,  qonşuları,  adət  və  ənənələri 
barədə  məlumat  vermişdir.  Şübhəsiz,  Strabon  Midiya  haqqında  özündən  əvvəl 
yazanların məlumatlarına da biganə qalmamışdır. 
Strabon  Antoninin  Atropatenaya  hücumu  zamanı  onunla  bu  müharibədə 
iştirak etmiş dostları Apollonid və Delliyə istinad etmişdir. 
İOSİF  FLAVİ  Roma-Parfiya  münasibətlərindən  bəhs  etdikdə  Midiya  və 
Albaniyaya aid məsələlərə də toxunmuşdur. 
Məşhur  Roma  tarixçisi  Korneli  Tatsit  (55  –  117)  ―Tarix‖  və  başqa 
əsərlərində  Roma-Parfiya  münasibətlərindən,  Qafqazdan,  Albaniya,  İberiya  və 
Ermənistan haqqında ətraflı məlumat vermişdir. Tatsitin əsərləri eramızın I əsrində 
baş vermiş siyasi hadisələri əhatə edir. 
Atropatena  tarixi  haqqında  (eramızın  I  –  II  əsrləri)  məlumat  verən 
görkəmli  tarixçilərdən  biri  də  Plutarxdır
3
.  Plutarx  Antoninin  Atropatenaya  olan 
hücumu  haqqında  ətraflı  məlumat  verir.  Roma  sərkərdəsi  Krassın  parfiyanlar 
tərəfindən məğlubiyyətə uğradılması və s. barədə ətraflı məlumat vermişdir. Onun 
məlumatına  görə  romalılarda  olan  cəza  tədbiri  həyata  keçirilsə  də  (hər  10  nəfər 
                                                           
3
 Плутарх. «Сравнительные жизнописания», «Параллельные биографии, жизнь и дело 
замечательных людей в древности», том  I – II, 1989. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə