Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   2   3   4   5   6   7   8   9   ...   74

əsgərdən birinin öldürülməsi) lakin bu tədbir nəticə verməmiş, ağır tələfata məruz 
qalan  Antoni  tezliklə  və  təcili  surətdə  Atropatena  ərazisini  tərk  etməyə  məcbur 
olmuşdur.  Antoni  Atropatenaya  gəldiyi  yolla  deyil,  başqa  dağətəyi  yolla  geri 
çəkilmişdir. 
Bu taktika romalıları böyük qırğından xilas etmişdir. Plutarx müharibədə 
iştirak edən şəxslərin adını, ordunun sayını göstərməyi belə unutmamışdır. Plutarx 
bu məlumatları müharibə iştirakçısı Delliyə istinad edərək yazmışdır. 
Yunan  və  latın  dillərindən  vaxtilə  rus  dilinə  tərcümə  edilmiş  tarixi  və 
coğrafi  əsərlərin  Atropatena  tarixinin  öyrənilməsində  mühüm  rolu  vardır.  Bu 
barədə  K.  F.  Qan,  V.  V.  Latışev  və  P.  F.  Mişşenkonun  tərcümələrinin  Q.  A. 
Stratanevskini  xüsusilə  qeyd  etmək  lazımdır.  Onlar  Polibinin,  Diodorun, 
Strabonun,  Tatsitin,  İosif  Flavinin,  Arrianın,  Ammian  Marsellinin  və  digər  antik 
müəlliflərin  əsərlərini  rus  dilinə  tərcümə  etmişlər.  Öz  dəqiqliyi  ilə  seçilən  həmin 
tərcümələr indi də öz elmi əhəmiyyətini itirməmişdir. 
Eramızın  III  –  VII  əsrlərinə  aid  pəhləvi  dilində  yazılmış  əsərlərdə 
Atropatena  tarixinə  aid  ayrıca  məlumatlar  çox  azdır.  Sasani  imperiyası  haqqında 
olan  materialları  araşdırdıqda,  orada  Atropatenanın  inzibati  bölgüsü,  hüquqi 
normaları, iqtisadi-sosial tarixinə dair məlumata da təsadüf edilir. 
Ümumiyyətlə,  yazılı  mənbələrdə  Atropatena  tarixinə  aid  demək  olar  ki, 
yazılı  mənbələrdə  çox  cüzi  məlumat  verilmişdir.  Bəzi  tədqiqatçılara  görə  hələ 
Avestadan əvvəl İran ərazisində istər yazılı və istərsə də şifahi halda xalq rəvayət, 
nağıl və əfsanələri mövcud olmuşdur
4
. Az da olsa ―Avesta‖da bəzən qədim adlara 
rast  gəlmək  olur  ki,  bu  adlara  sonrakı  dövrlərdə  yaranmış  mənbələrdə  təsadüf 
edilmir.  Çox  güman  ki,  Avestanın  meydana  çıxdığı  dövrdə  istər  Azərbaycanda, 
istərsə  də  İranda  qədim  dövrə  aid  yazılı  mənbələr  mövcud  olmuşdur.  Görünür,  o 
dövrün  istər  ruhani  və  istərsə  də  başqa  siniflər  arasında  geniş  yayılmış  dastanlar, 
gözəl  və  təmtəraqlı  cümlələrlə  rəvayət  halında  şifahi  formada  xalq  arasında 
söylənirmiş. 
Azərbaycan  –  İran  tarixinə  aid  olan  dastanların  oxşarlığı  bu  müddəanı 
sübut  etmək  üçün  ikinci  bir  dəlil  hesab  edilə  bilər.  Əvvəllər,  Avesta  şifahi 
rəvayətlər  şəklində  qədim  İran  ərazisində  yaşayan  bir  sıra  tayfalar  arasında 
nəsildən-nəslə keçmişdir. O, həmin tayfaların mifoloji və əxlaqi təsəvvürlərini əks 
etdirmişdir.  Avestada  yazılmış  rəvayətlər  öz  tarixi  kökü  etibarı  ilə  çox  qədimdir. 
Əkinçiliyə keçidin başa çatdırılması və tayfa quruluşunun dağılmasının başlanması 
dövrünə  aiddir.  Avestada  əkinçi  əməyinin  mədh  edilməsi  də  məhz  bununla 
əlaqədardır.  Qədim  Azərbaycan  tarixinin  öyrənilməsində  zorastizmin  dini  kitabı 
olan Avestanın rolunu qeyd etmək lazımdır. Şübhəsiz ki, Avestanın rəngarəngliyi, 
böyük keyfiyyəti, çox pilləli olması müxtəlif ərazi və habelə dövrlər haqqında ilk 
mənbədir
5

                                                           
4
 Teodor Nelbeke. Həmase hay-e milli İran, tərcümeyi Bozorqələvi. Tehran, 1325, s. 2. 
5
 И. Алиев. История Мидии. Баку, 1960, s. 13 


İ. Purdavudun göstərdiyinə görə qədim İrandan yazılı şəkildə iki yadigar 
qalmışdır. Onlardan biri İran yaylasının cənub-qərb sakinlərinin dilində mixi xətlə 
daşlar üzərində, ikincisi isə həmin ərazinin şimal-qərb sakinlərinin dilində yazılmış 
―Avesta‖dır
6

Müəllifə görə birinci kitabə (daş yazıları) soldan sağa, ikinci isə (Avesta) 
sağdan sola yazılmışdır. Avestanın ilk tədqiqatçısı Angüstil Düperron 1755-ci ildə 
Fransadan  Hindistana  gəlmiş,  bu  ölkəni  10  ay  gəzdikdən  sonra  Sort  şəhərində 
məskunlaşaraq  1760-cı  ilə  qədər  bu  şəhərdə  yaşamışdır.  O,  sonralar  burada 
Avestanı  əldə  edərək  fransız  dilinə  tərcümə  etmişdir.  Müqəddəs  külliyat  olan 
Avesta  Azərbaycanın  qədim  tayfalarından  qalmış  ən  qiymətli  yadigardır. 
Avestadan  istifadə  etməklə  Atropatena  tarixinin  bir  sıra  məsələlərini  araşdırmaq 
olar.  Öz  quruluşuna  görə  Avesta  çoxtəbəqəli  və  müxtəlif  mənbələrdən  ibarətdir; 
burada  təkrarlanan  və  eyni  halda  ziddiyyətli  fikirlərdən  də  bəhs  edilir.  Avestanın 
istər dil xüsusiyyətləri, istər onun yazı üslubu, ayrı-ayrı fraqmentləri, rəngarəngliyi, 
onun  Azərbaycan  ərazisində  toplanması  xalqımızın  qədim  abidəsi  sayılmasına 
imkan  verir.  Avesta  Azərbaycanda  qələmə  alınmışdır,  ona  görə  də  Azərbaycanın 
qədim  tarixinin  araşdırılmasında  bu  külliyatın  özünəməxsus  yeri  və  mövqeyi 
vardır. 
I Şahpurun  əmri ilə  ―Kəbeye Zərdüşt‖də  Muğ Kartitin  yazdığı kitabə  III 
əsr  Sasani  imperiyasının  inzibati  bölgüsü  və  dövlət  idarəetmə  sistemində  olan 
mürəkkəb  məsələlərin  aydınlaşdırılmasında  elm  aləminə  çox  məlumat  vermişdir. 
Orada  zərdüştilərə  məxsus  atəşgahlardan,  habelə  başqa  dini  görüşlərlə  olan 
mübarizədən bəhs edilir. Müasir tədqiqatçıların həmin kitabəyə dair külli miqdarda 
tədqiqatları vardır. 
I  Şahpurun  əmri  ilə  ―Kəbeye  Zərdüşt‖,  ―Nəqş-e  Rüstəm‖,  ―Nəqş-e 
Rəcəb‖,  ―Səre  Məşhəd‖  və  başqa  yerlərdə  yazılmış  kitabələrin  tədqiqi  də 
Atropatena tarixinin öyrənilməsində əhəmiyyətə malikdir. 
Atropatena  tarixinin  öyrənilməsində  pəhləvi  dilində  yazılmış  mənbələrin 
olduqca mühüm əhəmiyyəti vardır. I Ərdəşirin (224-240) tapşırığı ilə onun vəziri 
Tanser Mazandaran hakimi Cəşnəsəf şaha məktub yazmışdır. Tanserin bu məktubu 
dövrün  iqtisadi-sosial  tarixinin  öyrənilməsinə  dair  qiymətli  mənbədir.  Burada 
torpaq mülkiyyəti formaları, habelə silklərdən və vergi növlərindən ətraflı surətdə 
bəhs edilir. 
―Tanserin  məktubu‖  VIII  əsrdə  İbn  Müqəffə  tərəfindən  ərəb  dilinə 
tərcümə  edilsə  də  təəssüf  ki,  nə  bu  tərcümə,  nə  də  onun  orijinalı  bizə  gəlib 
çatmamışdır.  Lakin  İbn  İsfəndiyar  ―Tarixi  Təbəristan‖  əsərini  yazan  zaman 
―Tanserin  məktubu‖nda  oranın  şahı  Cəşnəsəfə  yazdığına  görə  o,  onun  bir  nüsxə 
ərəb  mətnini  tapıb  fars  dilinə  tərcümə  etmişdir.  Bu  məktubda  dövlətin  daxili 
quruluşu, şahənşahın məbədlər və əhali ilə olan münasibətindən bəhs edilir. 
                                                           
6
 İ. Purdavud. Qatha, Bombey, 1927, s. 44. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə