Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   2   3   4   5   6   7   8   9   ...   74

Tanser  bu  məktubda  mövcud  vergilərdən,  torpaq  mülkiyyətindən  və 
ictimai  təbəqələrdən  ətraflı  bəhs  edir.  Bu  məktub  bir  sıra  tarixçilərin  nəzər-
diqqətini  özünə  cəlb  etmiş,  haqqında  sovet  və  Avropanın  bir  sıra  tədqiqatçıları 
tədqiqat işi aparmışlar. Həmin dövrün mənbələrindən biri də ―Karnamak-e Ərdəşir-
e Papakən‖dir. Tarixi roman formasında yazılmış bu əsərdə Sasanilərin hakimiyyət 
başına  gəlməsi  və  parfiyalıların  sonuncu  hökmdarı  Ərdavanın  məğlub  edilməsi, 
Habelə Sasanilər imperiyasının inzibati bölgüsü haqqında məlumat verilir. Əsər öz 
növbəsində  dövrün  iqtisadi-sosial  tarixinin  öyrənilməsində  mühüm  əhəmiyyətə 
malikdir. 
Əsərdə 
Parfiya 
sülaləsinin 
sonuncu 
nümayəndəsi 
Ərdavanın 
hakimiyyətdən  əl  çəkib  qaçması,  Avestanın  Makedoniyalı  İskəndər  tərəfindən 
yandırılması və yeni sülalə olan Sasanilərin hakimiyyət başına necə və hansı yolla 
keçməsindən  ətraflı  surətdə  danışılır.  ―Matakdani  hazar  datastan‖  adlı  mənbə 
haqqında  son  illərdə  Leninqrad  şərqşünası  A.  Perixanyan  tədqiqat  işi  aparmışdır. 
Bu əsərin öz növbəsində Atropaten tarixinin öyrənilməsində də mühüm əhəmiyyəti 
vardır.  Əsərdə  ―şəhrik‖  və  ―anşəhrik‖,  ―Xastak‖,  ―dastakert‖  terminləri  ətraflı 
işıqlandırılır,  İran  və  Azərbaycan  ərazisində  süni  suvarma  kanallarının 
çəkilməsindən,  onların  kimlərə  məxsus  olmasından,  habelə  orada  qulların 
əməyindən  istifadə  edilməsindən  ətraflı  surətdə  danışılır.  Sasanilər  dövrünün 
hüquqi  kodeksi  olan  əsərdə  dövrün  hüquqi  normaları  müəyyənləşdirilir.  Bu  dövr 
quldarlıq quruluşundan feodalizmə keçid dövrüdür. Ona görə də bu əsərdə hər iki 
quruluşun  iqtisadi-ictimai  və  hüquqi  normaları  aydınlaşdırılır.  Dünyanın  bir  sıra 
tarixçiləri, o cümlədən Sovet tarixçiləri bu əsərdən geniş surətdə istifadə etmişlər. 
Pəhləvi  dilində  yazılmış  əsərlərdən  biri  də  ―Şatristanha-ye  İran‖  əsəridir.  Əsərin 
VIII  əsrdə  Bağdadın  xəlifəsi  əl-Mənsur  tərəfindən  bina  edilməsi  ilə  əlaqədar 
redaktə edilmiş nüsxəsi bizə gəlib çatmışdır. 
Markvartın  dediyinə  görə,  ―Şatristanha-ye  İran‖  ―Xvatay  namaq‖  ilə 
əlaqədar  olaraq  əldə  edilmişdir.  Bu  əsər  qiymətli  əsərdir.  Adından  da  məlum 
olduğu kimi İran və Azərbaycan şəhərlərinin tarixinə aid olan bu əsər demək olar 
ki, yeganə mənbədir. 
Əsərdə  Qanzak  (Qazaka)  –  Atropaten  dövlətinin  paytaxt  şəhərindən  və 
habelə  Bağdaddan  bəhs  edilir.  Bu  əsər  XIX  əsrin  sonundan  tədqiq  edilməyə 
başlanmış,  sonralar  müxtəlif  dillərə  tərcümə  edilmişdir.  Əsərdə  ticarət  yolları 
haqqında da məlumatlara təsadüf edilir. 
Pəhləvi  dilində  yazılmış  ―Ardavirafnamə‖,  ―Şəkand-e  kamanik‖, 
―Şətrənc‖ adlı əsərlərin də mühüm elmi əhəmiyyəti vardır. ―Xosrov Ənuşirəvanın 
öz  yaxın  adamlarına  məktubu‖  adlı  əsərdə  qədim  Azərbaycanın  sərhədləri 
şimaldan  Dərbənd,  cənubdan  isə  Həmədana  qədər  olan  əraziləri  əhatə  etdiyi 
göstərilir.  Azərbaycanın  tarixi  sərhədlərinin  müəyyənləşdirilməsi  üçün  mühüm 
elmi əhəmiyyətə malikdir. 


Atropatena  tarixinin  öyrənilməsində  I  Şahpurun  tərəfindən  yazdırılmış 
kitabənin də öyrənilməsi vacibdir. Bu kitabədə bir sıra inzibati və siyasi bölgülərin 
adı  çəkilir.  Bundan  başqa  Kartir  tərəfindən  yazılmış  ―Kəbeye  Zərdüşt‖,  ―Sər 
Məşhəd‖, ―Nəqşe Rəcəb‖ və başqa kitabələrin araşdırılması da məqsədəuyğundur. 
Pəhləvi  dilində  olan  bir  sıra  mənbələrdə  Zərdüşt  dini,  Atropatenanın  bu 
dinin  mərkəzi  olması  ilə  əlaqədar  ölkənin  təbiəti,  faydalı  qazıntıları,  şəhərləri, 
çayları, gölləri, dağları, habelə münbit torpaq sahələri haqqında məlumata təsadüf 
edilir.  Nəhayət,  ərəb  xilafəti  dövründə  Atropatena,  Ermənistan  və  Gürcüstanla 
maraqlanan bir sıra coğrafiyaşünas, tarixçi və səyyah Azərbaycana gəldikdən sonra 
bu  ölkənin  təbii-fiziki  coğrafiyası,  faydalı  qazıntıları,  yerli  əhalisi,  istehsal  edilən 
mallar,  habelə  bu  ərazinin  məhsuldarlığına  dair  qiymətli  məlumatlar  vermişlər. 
Onlardan  IX  –  XII  əsrlərdə  yaşamış  Məhəmməd  Təbəri,  əl-Məsudi,  əl-İstəxri,  əl-
Müqəddəsi, İbn Hövqəl, İbn Fəqih, İbn əl-Əsir, əl-Yəqubi, Yaqut Həməvini və b. 
göstərmək olar. Bu müəlliflər tədqiq etdiyimiz dövrdən bir neçə əsr sonra yaşayıb-
yaratsalar da, onların  əsərlərində  Atropatenanın  fiziki coğrafiyası,  təbiəti,  ölkənin 
iqtisadi-ictimai və siyasi tarixinə aid külli miqdarda məlumata rast gəlirik. 
Qədim  erməni  müəlliflərinin  əsərlərində  də  Atropatena  tarixinin 
öyrənilməsinə  aid  qiymətli  tarixi  və  coğrafi  faktlar  vardır.  Bu  müəlliflər 
Ermənistan  tarixini  yazarkən  istər-istəməz  Atropatena,  İran  və  digər  qonşu 
ölkələrin tarixinə də toxunmuşlar. 
Aqafangel,  Yeqişe,  Favst,  Buzand,  Movses  Xorenatsi,  Sebeos,  habelə 
alban  (Qafqaz)  tarixçisi  Movses  Kalankatvatsi  və  başqaları  Atropatenanın 
şəhərləri,  iqtisadi-ictimai  və  siyasi  tarixi,  təbii  sərvətləri  və  s.  haqqında  olduqca 
dəyərli fikir söyləmişlər. 
Atropatenanın tarixi haqqında ərəb və farsdilli mənbələrin də araşdırılması 
mühüm  elmi  əhəmiyyətə  malikdir.  Azərbaycan,  eləcə  də  Zaqafqaziya  ərəblər 
tərəfindən  işğal  edildikdən  sonra  həmin  əsərlərin  müəllifləri  Azərbaycan, 
Gürcüstan  və  Ermənistanı  hərtərəfli  öyrənməyə  başlamış  və  hər  üç  ölkəni 
―Ərməniyyə‖  adı  altında  tədqiq  etmişlər.  Ərəb  tarixçilərindən  Təbəri  (IX  –  X 
əsrlər)  özünün  ―Tarixi  Təbəri‖  əsərində  Sasani  dövrünün  iqtisadi-siyasi  tarixini 
yazan  zaman  əsərinin  çox  mühüm  hissəsini  Azərbaycana  həsr  etmişdir.  O,  öz 
əsərində  Azərbaycanın  qədim  ölkə  olmasını  göstərmiş,  onun  iqtisadi-ictimai  və 
siyasi  tarixi  haqqında  qiymətli  məlumat  vermişdir.  ―Xudaynamə‖yə  əsaslanan 
Təbəri  Azərbaycanın  mükəmməl  siyasi  tarixini  verə  bilmişdir.  Lakin  onun 
Azərbaycanın qədim tarixi haqqında olan məlumatı o qədər də dövrə uyğun gəlmir. 
İstər-istəməz  onun  fikirlərinin  hansı  mənbədənsə  götürüldüyü  nəzər-diqqəti  cəlb 
edir. Görkəmli ərəb coğrafiyaşünası Məsudi (X əsr) ―Müruc əl-zəhəb və əl-məadin 
əl-cövhər‖ əsərində Azərbaycanın faydalı qazıntılarından, təbii coğrafi şəraitindən, 
habelə siyasi tarixindən ətraflı məlumat vermişdir. Məsudi Qanzak şəhəri ətrafında 
qiymətli daş-qaş, neft və digər faydalı qazıntıların olduğunu qeyd edir. Məsudinin 
Qazaka  (Şiz)  şəhəri,  Azərgəşəsp  atəşgədəsi  və  habelə  Zərdüşt  haqqında  olan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə