Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   2   3   4   5   6   7   8   9   10   ...   74

məlumatları olduqca qiymətli faktlardır. Ona görə də təsadüfi deyildir ki, indiyədək 
tədqiqatçılar Məsudinin əsərlərindən istənilən qədər istifadə edə bilmişlər. 
Azərbaycanda yaşayan əhalinin dili, onun şəhərləri və təsərrüfatı haqqında 
məlumat verən Yaqut Həməvi, İstəxri, İbn Hövqəl, Yəqubi, İbn əl-Əsir, İbn Kəlbi 
və  başqaları  Azərbaycanın  iqtisadi-siyasi  və  ictimai  həyatı  haqqında  həqiqətən 
dəyərli faktlar irəli sürmüşlər. Onlar Azərbaycanın şəhərləri, ticarət yolları, çayları, 
dağları və yerli əhalisinin mənşəyi, habelə qədim dili haqqında antik tarixçilərdən 
daha irəli gedib qiymətli mülahizələr irəli sürmüşlər. 
Məlum olduğu kimi böyük fars şairi Firdovsinin (X  əsr) ―Şahnamə‖ əsəri 
qədim ―Xudaynamə‖yə əsasən yazılmışdır. Firdovsinin 60 min beytdən ibarət olan 
bu əsərində Azərbaycanın qədim tarixi, şəhərləri, siyasi-iqtisadi məsələləri, Avesta, 
Zərdüşt,  Azərgəşəsp  atəşgədəsi  haqqında  dəyərli  məlumat  vardır.  Poetik  təfəkkür 
məhsulu  olsa  da  bu  əsər  başdan-başa  tarixi  məlumatlarla  doludur.  Firdovsi 
―Şahnamə‖  əsərində  Sasanilər  imperiyasının  siyasi  vəziyyətini  şərh  edən  zaman 
müəyyən  münasibətlərlə  əlaqədar  Azərbaycanın  da  siyasi  hadisələrinə 
toxunmuşdur.  Şəhristaninin  (XII  əsr)  əsərində  də  Atropatena  tarixinə  aid  geniş 
məlumat  vardır.  Orada  torpaq  mülkiyyəti  formaları,  vergilər,  mədəniyyət, 
ideologiya,  Zərdüşt və Avesta haqqında ətraflı məlumatlar verilmişdir. 
Həmdullah  Qəzvini  (XIII  əsr)  orta  əsr  müəllifi  olmasına  baxmayaraq 
özünün  ―Nüzhət  əl-qülub‖  əsərində  Azərbaycanın  əyalət  və  vilayətləri, 
iqtisadiyyatı,  qədim  şəhərləri,  qalaları,  ticarət  yolları  və  s.  haqqında  dəyərli 
məlumat vermişdir. Onun Ruindej, Ərdəbil haqqında olan məlumatı çox güman ki, 
Roma və latın tarixçilərinin əsərlərindən iqtibas edilmişdir. 
Sovet  tarixçilərinin  və  habelə  xarici  müəlliflərin  əsərlərində  Sasanilər 
dövrünün  siyasi,  iqtisadi  və  ictimai  tarixinə  dair  külli  miqdarda  məlumata  rast 
gəlmək  olar.  Bəzi  tədqiqatçılara  görə  İran  tarixşünaslığında  İranın  qədim  tarixi 
səthi  işıqlandırılmışdır.  N.  K.  Belovanın  son  illərdə  İran  tarixçiləri  haqqında  nəşr 
etdirdiyi  məqaləni  nümunə  göstərmək  olar.  N.  K.  Belovanın  fikrincə,  İran 
tarixçilərinin  əsərlərində  tarixi  dövrlərin  elmi  təhlili,  ölkənin  iqtisadi-ictimai  və 
siyasi  təhlilinə  təsadüf  edilmir.  İran  tarixçilərindən  Cəmaləddin  Fəqih,  Cavad 
Məşkur, Əli Sami, Əbülfəzl Nəbii, Rəhim Hüveyda, Seyid Əhməd Kəsrəvi, Seyid 
Həsən  Tağızadə,  Səid  Nəfisi,  ədəbiyyatçılardan  Purdavud  İbrahim,  Məhəmməd 
Müin,  arxeoloqlardan  Mahmud  Rad,  Əli  Hakimi,  Ələkbər  Sərfəraz  və  başqaları 
İranın  qədim  dövrünün  müəyyən  problemlərini  tədqiq  etmişlər.  Bu  göstərdiyimiz 
tədqiqatçılar  öz  əsərlərində  Atropatenanın  sərhədləri,  faydalı  qazıntıları,  şəhərləri, 
tarixi coğrafiyası, sakinlərinin etnik tərkibi, dili, dini görüşü, Avesta, xüsusilə onun 
maddi-mədəniyyəti, habelə siyasi tarixi haqqında da ətraflı məlumat vermişlər. 
XIX  əsrin  sonu  və  XX  əsrin  əvvəllərində  A.  Kristensen  Sasanilər  dövrü 
haqqında dövrünə görə bütün mənbələri gözdən keçirib fundamental tədqiqat əsəri 
yazmışdır.  A.  Kristensen  həmin  əsərində  Sasanilər  imperiyasının  kusti  olan 
Atropatena  haqqında  da  bir  sıra  dəyərli  məlumat  vermişdir.  Lakin  o,  I  Şahpurun 


―Kəbeye  Zərdüşt‖  və  ―Nəqşe  Rüstəm‖də  olan  kitabələrindən  lazımi  səviyyədə 
istifadə  edə  bilməmişdir.  II  dünya  müharibəsindən  sonra  tarixi  kitabələr  dəfələrlə 
tədqiqatçılar  tərəfindən  yenidən  araşdırılmış  və  ilk  tədqiqatlarda  qaranlıq  qalan 
mətnlər oxunulmuşdur. Şahpur tərəfindən yazdırılmış kitabələr Sprinqli tərəfindən 
oxunub şərh edilmişdir. İran arxeoloqu Əli Sami Sasanilərin mədəniyyəti haqqında 
əsər  yazdıqda  Sprinqlinin  tədqiqatından  istifadə  etmişdir.  Sovet  tarixçisi  M.  M. 
Dyakonov  ―Очерк  истории  древнего  Ирана‖  adlı  əsərində  I  Şahpurun 
kitabələrindən  istifadə  etmişdir.  Son  vaxtlarda  ―İranın  irsi‖  adlı  əsərin  müəllifi  R. 
Frayın  göstərdiyinə  görə  hələ  I  Şahpurun  dövründə  Sasanilərin  vahid  inzibati 
bölgüləri olmamışdır. V. V. Bartold, K. A. İnostrantsev, A. E. Krımski də Sasanilər 
dövrünün bir sıra məsələləri barədə əsərlər yazmışlar. Görkəmli şərqşünaslardan N. 
V. Piqulevsskaya, İ. H. Əliyev, M. M. Dyakonov, İ. M. Dyakonov, V. Q. Lukonin, 
A. Q. Perixanyan, Z. İ. Yampolski, Ə. S. Sumbatzadə, F. M. Məmmədova, K. H. 
Əliyev,  A.  H.  Fazili,  T.  M.  Məmmədov,  Ə.  Süleymani,  S.  Y.  Qasımova  və 
başqaları  Atropatenanın  bir  sıra  problemlərinə  dair  tədqiqat  aparmışlar.  Yeri 
gəlmişkən biz göstərdiyimiz tarixçilərin əsərlərindən istifadə edəcəyik. 
Müəllifin 1970 və 1984-cü illərdə ―Elm‖ nəşriyyatı tərəfindən buraxılmış 
―Azərbaycanın  qədim  tarixi  müasir  İran  tarixşünaslığında‖  və  ―Azərbaycanın 
qədim  və  ilk  orta  əsrlər  tarixi  İran  tarixşünaslığında‖  adlı  tədqiqatlarında  da 
Atropatena tarixinin öyrənilməsinə xüsusi diqqət verilmişdir. 
1983-cü  ildə  S.  Y.  Qasımovanın  rus  dilində  nəşr  etdirdiyi  ―Cənubi 
Azərbaycan  III  –  VII  əsrlərdə‖  kitabı  da  tədqiqat  prosesində  nəzərdən 
qaçmamışdır.  Azərbaycan  Respublikası  EA  müxbir  üzvü  İ.  H.  Əliyevin  1989-cu 
ildə  çap  etdirdiyi  ―Atropatena  tarixinin  oçerki‖  (rus  dilində)  monoqrafiyası 
Atropatena ərazisində yaşayan etnik qrupların mənşəyinə həsr olunmuşdur. 
İ.  Əliyev  Azərbaycan  ərazisində  yaranmış  Atropaten  dövlətinin 
təşkilindən,  onun  iqtisadi-siyasi  yüksəlişindən,  yadelli  işğalçılara  qarşı  apardıqları 
müharibələrdən və nəhayət, atropatenlilərin dini əlaqələrindən bəhs edir. 
 
I FƏSĠL 
 
ATROPATENANIN TƏBĠĠ-COĞRAFĠ ġƏRAĠTĠ 
 
Atropatenanın təbii-coğrafi şəraiti haqqında  mənbələrdə  ətraflı  məlumata 
təsadüf  edilmir.  Antik  müəlliflərdən  Strabon  öz  əsərində  bu  diyarın  təbii,  fiziki 
coğrafiyasının bir sıra məsələlərinə toxunmuşdur. Bundan başqa Polibi, Plini, Dion 
Kassi,  habelə  Antoninin  dostu  Delliyə  istinad  edən  Plutarx  bu  ölkə  haqqında 
məlumat  vermişlər.  Erməni  dilli  tarixçilərdən  Aqafanqel,  Favst  Buzand,  Movses 
Kalankatvatsi,  Movses  Xorenatsi  və  başqaları  da  Atropatenanın  təbii-fiziki 
coğrafiyası haqqında məlumat vermişlər. Bir sıra müəlliflər istər İran, Ermənistan, 
Gürcüstan və  habelə  Albaniyanın təbii coğrafiyası məsələlərinə toxunduqda istər-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə