Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   4   5   6   7   8   9   10   11   ...   74

istəməz  Atropatenanın da təbii-coğrafi  şəraitinə toxunmuşlar. Zəngin təbii-coğrafi 
şəraitə malik olan bu ölkənin təbii zənginliyi qədim yunan, Roma, pəhləvi, erməni, 
ərəb və  farsdilli  mənbələrdə  öz  əksini tapmışdır. Əldə  olan  məlumatlar, arxeoloji 
tapıntıların  nəticələri  təsdiq  edir  ki,  dağlıq  ölkə  olan  Atropaten  ərazisini  zirvələri 
qarla  örtülmüş  Savalan,  Səhənd,  Büzgüş,  Qaflantı,  Bağro  (Amard)  və  Zaqros 
dağları əhatə edir. 
Ərdəbilin şimalında yerləşən Savalan dağı dəniz səviyyəsindən 4480 metr 
hündürlüyə  malikdir.  Savalan  dağı  qədimdən  od  püskürən  vulkan  mənşəli 
dağlardan biri olmuşdur. Onun səfalı çəmənlikləri, bol sulu çayları və güvara suya 
malik  çeşmələri  vardır.  Bu  dağ  başdan-başa  təbii-faydalı  metallarla  zəngin 
mədənlərə malikdir. Xüsusən bu dağdakı müalicə əhəmiyyətli mineral sular bir çox 
xəstəliklər  üçün  şəfa  mənbəyidir.  Mənbəyini  bu  dağdan  alan  Acı  çay,  Balıqlı, 
Nəştəri,  Unar,  Xiyov  və  başqa  çaylar  düzən  torpaqların  suvarılmasında  tarixən 
böyük  iqtisadi  əhəmiyyətə  malikdir.  Lakin  bu  çaylar  dağ  çayları  olduğundan 
onlarda forel və qızıl balıq da olduqca çoxdur. 
Maldarların  yaylaq  zonasına  çevrilmiş  bu  ərazidə  minlərlə  qoyun  və 
iribuynuzlu  mal-qara,  xüsusən  at  ilxıları  və  dəvəçilik  təsərrüfatı  vardır.  Şahsevən 
tayfası öz  mal-qaralarını Savalan dağında  yaylağa  çıxarır. Hələ  qədimdən bu dağ 
Atropatenanın  tarixində  iqtisadi-ictimai  və  strateji  baxımdan  mühüm  rol 
oynamışdır. 
Atəşpərəstlik  ilə  əlaqədar  olaraq  bu  dağ  zərdüştilər  arasında  müqəddəs 
məkan  sayılarmış.  Pəhləvi  və  digər  mənbələrdə  Savalan  dağının  müqəddəsliyi  və 
Zərdüştün  buradan  öz  ideologiyasını  təbliğ  etməsi  haqqında  əfsanələr  yaradılmış, 
habelə külli miqdarda əsərlər yazılmışdır. Qeyd etmək lazımdır ki, bu dağ hazırda 
da xalq arasında müqəddəs sayılır. 
Məlumdur  ki,  xalq  arasında  tarixi  qəhrəmanlıq  dastanlarında  mənəvi, 
həmasi rütbəyə, əfsanəvi şan-şöhrətə malik olan insanlara və müqəddəs sayılan dağ 
və  çaylara  titul  (ləqəb)  vermişlər.  O  dağlardan  biri  Sultan  Savalan,  çaylardan  isə 
Xan Arazı göstərmək olar. 
Səhənd  dağı  Atropatenanın  təqribən  mərkəzi  hissəsini  təşkil  edir.  Onun 
qərbində  yerləşən  Urmu  gölü  tarixən  müqəddəs  göl  sayılmışdır.  Lakin  suyunun 
həddən  artıq  şor  olduğundan  orada  canlılar  yaşamır.  Göldən  ancaq  gəmiçilik  və 
külli miqdarda duz  əldə etmək üçün istifadə edirdilər. Qədim mənbələrdə Səhənd 
dağının da vaxtilə vulkandan əmələ gəlməsi haqqında məlumat vardır. 
Səhəndin  çəmənliklərində  külli  miqdarda  mal-qara  bəslənilir.  Xüsusən 
onun Urmu gölünə yaxın ətəklərində vaxtilə dünyada məşhur olan Midiya atlarının 
ilxıları bəslənilirdi. Bu ilxı atlarından orduların süvari bölmələrində istifadə edilir, 
həm  də  qonşu  ölkələrə  ixrac  edilirdi.  Təbriz  şəhəri  bu  dağın  ətəyində  yerləşir. 
Səhənd dağının sərt keçidləri mühüm strateji əhəmiyyətə malik olmuşdur. Yadelli 
işğalçılar  dəfələrlə  bu  keçidlərdə  məğlub  edilib,  tar-mar  olmuşlar.  Bu  dağda  da 
faydalı filiz mədənləri mövcuddur. 


Bağro  dağlarına  gəldikdə  isə  bu  dağ  silsiləsi  Savalan  dağına  paralel 
şəkildə davam edir. Bağro dağı keçmişdə Amard adlanırdı. Amard dağı kadus, gil, 
galış və nəhayət, Talış tayfalarının təsərrüfat həyatında, xüsusən orada maldarlığın 
inkişafına  mühüm  təsir  göstərmişdir.  Amard  çayı  Zaqros  dağlarından  mənbə  alsa 
da  bu  ərazidən  axır.  Bu  dağda  Novur  və  Qaragöz  adlı  kiçik  həcmli  göllər  vardır. 
Bağro  dağı  Xəzər  dənizinin  cənubunda  olub,  Ərdəbil  ovlağını  həmin  dənizdən 
ayırır. Bu dağda  mühüm strateji  əhəmiyyətə  malik olan keçidlər vardır. Bu dağın 
şimal yamaclarını qalın meşəliklər örtmüşdür. Meşələrdə qiymətli ağac növləri, o 
cümlədən  palıd,  dəmir  ağac,  qoz,  qızılgöz  və  s.  olduqca  çoxdur.  Nadir  vəhşi 
heyvan  növlərinə  də  bu  meşələrdə  təsadüf  edilir:  şir,  pələng,  bəbir  və  s.  Xəzər 
sahilinin keçmiş sakinləri kaduslar (müasir talışların və galışların əcdadı) öz mal-
qaralarını  bu  dağın  geniş  çəmənliklərində  otarırdılar.  Bu  dağda  saxlanılan 
qoyunların  yunu  keçmişdə  dünya  bazarlarında  şöhrət  tapmışdı.  Xüsusən  burada 
hazırlanmış  xalça,  kilim,  palaz,  xurcun,  corab,  kişi  paltarlarında  istifadə  edilən 
rəngarəng  şal  (yundan  toxunmuş  parça  növü)  keyfiyyətinə  və  davamlılığına  görə 
misilsiz idi. Meşə ağaclarından tabax, tikinti materialları, qaşıq, alaçıq çubuqları və 
s.  hazırlanırdı.  Qaradağ  silsiləsini  Araz  çayı  kiçik  Qafqaz  dağlarından  ayırır. 
Qaradağ mahalı təbii zənginliyi və faydalı qazıntıları ilə fərqlənir. Qaradağ silsiləsi 
Ağrı  dağ,  Savalan  və  Talış  (Bağro)  dağları  ilə  birləşir.  Orada  çoxlu  dəmir,  mis, 
qurğuşun,  neft,  mərmər,  tikinti  daş  mədənləri  vardır.  Onun  çəmənliklərində 
Qaradağ və qonşu mahalların maldarları yaylayır. Tarixən Qaradağ mahalının yağı, 
yunu,  yun  məmulatı  dünya  şöhrəti  qazanmışdır.  Qaradağın  ətəklərində  dənli 
bitkilər,  o  cümlədən  buğda,  arpa,  xüsusən  yazlıq  bitkilərdən  mərci,  noxud,  lərgə, 
paxla  olduqca  çox  məhsul  verir.  Bəzz  qalası  bu  mahalda  yerləşir.  Babəkin  ərəb 
işğalçılarına  qarşı    mübarizəsində  bu  qala  mühüm  rol  oynamışdır.  Qarasu  (ona 
Dərəvurt da deyilir) çayı Qaradağ silsiləsini Muğan düzündən ayırır. 
Atropatena ərazisində olan dağlardan biri də Büzgüşdür. Bu dağın adının 
etimologiyası  çox  güman  ki,  orada  dağ  keçisinin  çox  olması  ilə  əlaqədardır. 
Büzgüş dağ silsiləsi qərbdən Bağro dağı, şərqdən isə Savalan dağı ilə birləşir. Bu 
dağın  da  geniş  çəmənlikləri,  güvara  suya  malik  çeşmələri  və  faydalı  mədənləri 
olduqca  çoxdur.  Gərməri  (Gərmrud),  Həştəri,  qismən  də  Yurdçu  və  Sarab 
mahalının  maldarları  bu  ərazidə  olan  geniş  otlaqlardan  istifadə  edirlər.  Vaxtilə 
Urartu  çarları  Argişti  və  Menua  bu  ərazini  ələ  keçirmək  üçün  dəfələrlə  buraya 
hərbi yürüşlər təşkil etmişlər. Büzgüş dağının Sarab mahalına yaxın olan ərazisində 
Urartu  çarlarının  kitabələri  aşkar  edilmişdir.  Həmin  kitabələrdə  hərbi  yürüşlər 
haqqında  ətraflı  məlumatla  yanaşı,  orada  olan  yaşayış  məskənləri  və  çayları 
haqqında da məlumat verilir. Məhəmməd Həsənxan (XIX əsr) Əbu ishaq ibn Əliyə 
və  İbn  Müqəffaya  əsaslanaraq,  Azərbaycanın  keçmiş  sərhədlərini  belə  müəyyən 
etmişdir:  ―Azərbaycanın  sərhəddi  şərqdə  Bərdə  və  qərbdə  Zəncandır‖
7
.  Lakin  M. 
                                                           
7
 M. Həsənxan. Mürat əl-buldan, Tehran, 1876, s.22. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə