Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   5   6   7   8   9   10   11   12   ...   74

Həsənxan Azərbaycanın sərhədlərini düzgün göstərməmişdir. Hətta, o, Azərbaycan 
dedikdə  Atropatenanı  nəzərdə  tutsa  da,  Bərdə  onun  şərqində  deyil,  şimalında 
yerləşmiş  olur.  Eynilə  Zəncan  da  Azərbaycanın  qərbində  yox,  şərqində 
yerləşmişdir.  M.  Həsənxan  qədim  müəlliflərə  istinad  edərək  yazır  ki,  Atropatena 
şimaldan  Tarum  dağı  və  Deyləm  ölkəsi  ilə  həmsərhəddir.  O,  geniş  bir  ölkədir. 
Onun  məşhur  şəhərlərindən  biri  Təbrizdir.  Bu,  əzəmətli  bir  məmləkətdir. 
Atropatenanın çox hissəsi dağlıqdır. Bu məmləkətdə mühüm və faydalı olan çoxlu 
qala vardır. Onun meyvəsi boldur. Bu qədər bağlı-bağatlı, axar sularından daha çox 
bulaqları olan başqa bir yer görməmişəm
8
.  Azərbaycanda  elə  bir  çeşmə  vardır  ki, 
oradan  çıxan  su  bərkiyir  və  daşa  çevrilir.  Əhali  kərpic  qəlibini  həmin  su  ilə 
doldurur, az bir vaxt keçdikdən sonra onun suyu çöküb daş kərpic əmələ gəlir
9

M. Həsənxana görə yunan və Roma tarixlərində qeyd edilən Midiya indiki 
Azərbaycandır. 
Yaqut  Həməvinin  yazdığına  görə  Makedoniyalı  İskəndərin  dövründə 
Mazandaran  dənizi  Hirkan  adı  ilə  məşhur  idi
10
.  Bəndhoşda  ―Zare‖  şorsu,  dəniz 
mənasındadır.  Zare  fəraxrud  ―böyük  dəniz‖  deməkdir.  Avestada  Xəzər  dənizi 
―Zare  ocistan‖  adlanmaqla  Dird  çayının  da  bu  dənizə  töküldüyü  qeyd  edilmişdir. 
Həmzə  İsfahaniyə  görə  Sasanilərin  dövründə  Bakı  dənizi  ―Akfuda  dəryah‖  və 
yaxud  ―Dra  Akfudə‖  adlandırılmışdır
11
.  Dra  və  yaxud  dəryah,  hər  ikisi  dəniz 
deməkdir.  M.  Həsənxana  görə  Akfudə  Badkubədir.  M.  Həsənxanın  bu  fikri 
inandırıcı  deyildir.  Ona  görə  ki,  Badkubə  termini  tədqiqatçılar  tərəfindən  qəbul 
edilməmişdir.  Bakı  adı  ehtimal  ki,  Baqavan  –  Baquan  formasından  əmələ 
gəlmişdir.  Azərbaycan  İranın  tərkibində  olan  zaman  onun  paytaxt  şəhəri  ölkənin 
ikinci  şahnişini  sayılırdı.  İstər  əzəmətinə  və  iqtisadiyyatına,  istərsə  də  əhalisinin 
sayına  görə  də  Azərbaycanın  paytaxtı  olan  Təbriz  II  şəhər  idi.  Atropatenanın  ən 
böyük  göllərindən  biri  Çiçəstdir.  Antik  mənbələrdə  bu  göl  Kapudan  adlanır. 
(Strabon,  XI.  13)  Kapud  –  müasir  fars  dilində  olan  Kəbudla  eyni  mənşəlidir. 
Dilçilik qanununa görə ―P‖ hərfi tələffüzdə ―B‖ ilə əvəz oluna bilər. Güman etmək 
olar ki, gölün suyunun rəngi həddən artıq göy olduğuna görə belə adlandırılmışdır. 
Ona görə ki, kəbud müasir fars dilində ―göy‖ deməkdir. Bu gölə sonralar Urmu və 
Şah  gölü  deyilmişdir.  Firdovsinin  ―Şahnamə‖  əsərində  bu  gölün  adı  ―Xuncəst‖ 
formasında verilir. Halbuki, bu etimologiya düz deyildir. Ərəb və (İbn Hövqəl) fars 
mənbələrində (hüdud əl-aləm) bu gölü ―Kəbuzan‖ formasında göstərmişlər. Əbul-
Fida  və  Yaqut  Həməvi  bu  gölü  ―Tila‖  adlandırır.  Onun  adlarından  birində  ―Tila‖ 
qalasının olduğunu qeyd edirlər. Həmdullah Qəzvini isə bu gölə ―Şor‖ dərya deyir. 
Avestada  bu  göl  ―Çiçəsta‖,  mənası  isə  parıldayan,  işıq  saçan,  işıldayan  deməkdir 
(Aban yəşt 49 - 50). Suyunun tərkibində duz həddən artıq çox olduğundan, günəşin 
                                                           
8
 M. Həsənxan. Mürat əl-buldan, Tehran, 1876, s.22. 
9
 Yenə orada 
10
 Yenə orada 
11
 Yenə orada 


şüaları  gölə  düşdükdə  onu  parıltılı  göstərir.  Aban  yəştin  49  -  50-ci  fərqordunda 
(bölməsində)  deyilir:  qurusu  möhkəm  iradəli  Siyavuşun  oğlu  Xosrovun 
hökmranlığı  dövründə  İran  pəhləvanları  (sərkərdələr)  vüsətli  və  dərin  Çiçəst 
gölünün  sahillərində  Anahitə  100  at,  min  öküz  və  1000  qoyun  gətirərək  ondan 
şahın  qüvvətli  olub  divlərə,  pis  niyyətli  şəxslərə,  müharibə  meydanlarında 
düşmənlərə  qalib  gəlməsini  diləmişlər.  O,  Turanlı  Əfrasiyaba  bu  gölün  sahilində 
qalib gəlməsini arzulamışdır. Bəndhüşün XVII fərqordun 7-ci paraqrafında deyilir: 
Azərgəşəsp  Keyxosrovun  şahlığına  qədər  daim  dünyanın  pənahgahı  idi.  Bu  vaxt 
Keyxosrov  üzdespar  bütgədəsini  Çiçəst  gölündə  viran  etdi,  müqəddəs  od  onun 
atının yalında aşkar olub qaranlığa qalib gəldikdə dünyanı işıq bürüdü. Müqəddəs 
od  Asnavant  dağında,  Azərgəşəsp  atəşgədəsində  də  şölə  çəkib  yanmağa  başladı. 
XXII  fərqordun  birinci  paraqrafında  Çiçəst  gölü  Xarəzmdə  olan  Sovbar,  Asvast, 
Satavis və Ürvis gölləri ilə müqayisə edildikdən sonra orada deyilir: mən təkrarən 
deyirəm  ki,  Çiçəst  gölü  Atropatkandadır.  ―Şatristanhaye  İran‖  əsərində  deyilir: 
―Atrupatkan  patkustında  olan  Gəncək  şəhərini  Frasyak  Turkert  bina  etmişdir. 
(―Şatristane Atrupatkan‖, İran guşnəspe Aturpatkan Spahpüt kərd‖). 
―Aturpatkan  padkustında  olan  paytaxt  şəhəri  Gəncəki  Frasyak  Turkert,  
Aturpatkanın spahbudu İran  guşnəsp bina  etmişdir‖. Həmdullah Qəzvini  ―Nüzhət 
əl-qülub‖  əsərində  bir  neçə  dəfə  bu  gölün  adını  çəkmiş  və  onu  Çiçəst 
adlandırmışdır.  Təsuc,  Salmas,  Urmu,  Marağa,  Tufarqan,  Sarab  şəhərlərindən 
danışan  müəllif  onlardan  axan  çayların  Çiçəst  gölünə  axmasından,  dadlı  və  bol 
olan meyvələrindən, iqlim şəraitindən ətraflı bəhs etmişdir. Çiçəst elə bir göldür ki, 
onun suyu  həddən artıq şor olmaqla suyunun tərkibində kükürd, zırnıx o qədərdir 
ki,  onda  üzmək  mümkün deyildir. Bu göl okean səviyyəsindən 1294  metr, Urmu 
şəhərindən isə  1339  metr hündürlükdə  yerləşir. Şimaldan cənuba  gölün  uzunluğu 
140  kilometr,  şərqdən  qərbə  eni  55  kilometr,  səthi  isə  5775  kvadrat  kilometrdir. 
Sofi, Acı, Mordi, Cğatu, Qadır çay bu gölə axır. Bundan başqa gölün suyuna onun 
təkindən də qaynar bulaqların suyu qarışır. 
Azərbaycanın  qərbində Zaqraos dağları şimaldan cənuba uzanaraq cənub-
şərqdə Omman dənizinə çatır. Mənbələrdə olan məlumata görə Urmu gölü hövzəsi, 
xüsusən  Təxt-e  Süleyman  ərazisi  (müasir  Əfşar  mahalı)  qədim  dövrlərdə  faydalı 
qazıntıların ən bol olan yeri idi. Bu ərazidə mis, qalay, qurğuşun, civə, neft, qızıl və 
gümüş mədənləri də mövcud idi. Orta Asiyalı X əsrin ərəb səyyahı, qiymətli qaş-
daş  və  habelə  faydalı  qazıntılar  axtaran  Əbu  Dülaf  kimi  tanınan  Məsər  ibn  əl-
Mühəlhil  məhz  bu  məqsədlə  gəlib  Azərbaycan  ərazisinə  çıxmış,  oranın  faydalı 
qazıntıları  haqqında  ətraflı  məlumat  vermişdir
12
.  Urmu  gölü  ətrafında  mərmər  və 
bir  növ  tikintidə  istifadə  edilən  ―xara‖  daşı  mövcuddur.  Urmu  gölünün  suyu 
həddən  artıq  şor  olduğundan  burada  canlılar  yaşaya  bilmir.  Lakin  gölün  ətrafının 
                                                           
12
 Крачковский И. Шахразур в географическом словаре. Ялута и в записке Абу Дулафа. Изв. АН. 
Азерб. ССР 1950. № 5; Səfərnameye əbu dülaf dər İran ba təliqate V. V. Minorski, tərcümeyi Əbilfəz 
Tabatabai, tehran, 1342. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə