məqbərəsində bina edilmiş çinixana dünyanın ən gözəl memarlıq nümunələrindən
biridir. Buraya çinixana adı ona görə verilmişdir ki, binanın divarlarında hər çini
qabın özünəməxsus sənətkarın istedad və zövqünə uyğun olaraq yeri
hazırlanmışdır. Azərbaycan ustaları tərəfindən hazırlanıb burada toplanan çini
qablar və onların divarlardakı yerləri dünyanın bir sıra səyyah və sənətkarlarını
heyrətdə qoymuşdur.
Vaxtilə Ərdəbil xalçaçıları tərəfindən toxunulmuş dünyada ən böyük
―Şeyx Səfi‖ xalçası hal-hazırda İngiltərənin ―Viktoriya Albert‖ incəsənət
muzeyində saxlanılmaqdadır. Bu xalça Azərbaycanın ən gözəl və qiymətli sənət
nümunələrindəndir. Ərdəbil şəhərindəki İmamzadə Saleh abidələri, Yəqubiyyə,
İbrahimabad, Daşkəsən, Təpə, Almas və Asəf tacir körpüləri də tarixi
abidələrdəndir. Bu şəhərin orta əsrlərdə yaşamış görkəmli şəxsiyyətlərindən tarixçi
İbn Bəzzaz Ərdəbilli, şair Arif Ərdəbilini və başqalarını göstərmək olar.
Bir sıra tarixçiyə görə, Ərdəbil şəhərinin Sasani şahı Firuz tərəfindən bina
edilməsi fikri irəli sürülür. Lakin Moisey Xorenatsinin yazdığına görə, Ərdəbil
şəhəri eramızın IV əsrində Azərbaycanın paytaxt şəhəri olmuşdur. Digər erməni
tarixçisi Levonda görə IV əsrdə hun tayfaları Ərdəbil şəhərini çapıb talamışdır.
Ümumiyyətlə, əlimizdə olan faktlar Ərdəbil şəhərinin ən qədim tarixə
malik olmasını göstərir.
ATROPATENADA TĠCARƏT VƏ TĠCARƏT YOLLARI
Hər bir ölkənin qədim dövrlərdəki iqtisadi-ictimai inkişafını, həmin
ölkədə tarixən mövcud olmuş ticarət və ticarət yollarının nə səviyyədə olması ilə
izah etmək mümkündür. Atropatena ərazisinin coğrafi mövqeyi, onun Şərq ilə
Qərb, habelə Şimalla cənub ölkələri arasında yerləşməsi, bu ölkənin Şərqin ticarət
yolları qovşağında olması, digər ölkələrdə olduğu kimi oranın da iqtisadi
inkişağına təkan verən əsas amil olmuşdur. Şəhər həyatının yaranıb inkişaf
etməsində də ticarət yollarının böyük təsiri olmuşdur. Bu səbəbə görə də
Atropatenanın bir sıra böyük şəhərləri məhz ticarət yolları üzərində yaranıb inkişaf
etmişdir. Qazaka, Aqanzana, Fraaspa, Tarmakis, Artabed, Urmayid və başqalarını
misal göstərmək olar.
Atropatenada olan bu şəhərlər ticarət yolları vasitəsi ilə Orta Asiya, Yaxın
və Orta Şərq, habelə Albaniya, İberiya və Ermənistan şəhərləri ilə daimi əlaqə
saxlamışlar.
Çox güman ki, müasir ticarət yolları bir az dəyişikliklə qədimdə mövcud
olmuş yoların keçdiyi ərazilərdə yaranmışdır. Əlimizdə olan bir sıra faktlar da bu
fikri təsdiq edir. Ərəb müəlliflərinin əksəriyyəti, xüsusən səyyah və
coğrafiyaşünasları qədim Azərbaycanış şəhərləri, habelə həmin şəhərlər arasında
gedən ticarət və ticarət yollarının məsafəsi haqqında dəqiq məlumat vermişlər.
Böyük Midiyanın paytaxt şəhəri olan Ekbatanda bir neçə ticarət və hərbi
yol qovuşurdu. Onlardan biri Ekbatan – Suz – Babil, digər yol isə Ekbatan – Rey
olmuşdur. Üçüncü yol isə Ekbatanla Kiçik Midiyanın (Atropaten Midiyasının)
paytaxtı Qazaka şəhərini birləşdirirdi. Qazakadan bir yol Əfrahruda (Fraataya),
digəri isə Tabarmeysə, oradan da Urmayidə uzanaraq Atropatenanın qərbində olan
şəhərləri birləşdiridi. Fraatadan Tarmakis vasitəsi ilə şimal istiqamətinə uzanıb
gedən yol Atropatenanı Albaniya, İberiya, Ermənistan və Şimali Qafqazın şəhərləri
ilə birləşdirirdi. Qazakadan Ekbatana, Suza və Babilə gedən yol Atropatena
ölkəsini İranın cənub əyalətləri və Mesopotamiyanın ticarət mərkəzləri ilə
qovuşdurudu. Suz vasitəsi ilə Persepolisə (Təxt-e Cəmşidə), Partagenə, Kirmana
İran körfəzi sahilində olan Dilman və Hormoza gedən yol vasitəsi ilə Atropatena
İranın cənub əyalətləri ilə əlaqə saxlayırdı. Bu yolun bir şaxəsi İsfahana gedirdi.
Qazakadan digər bir yol Ekbatandan keçərək Reyə, oradan Damğana və
parfiyalıların ilk paytaxt şəhəri olan Səd darvazaya (Nisa) gedirdi. Atropatena
şəhərləri bu yol vasitəsi ilə dövrün ən mühüm ticarət yolu olub, şərq ilə qərbi (Çin
ilə Romanı) qovuşduran məşhur ―İpək yolu‖ cəlb edilmişdi. ―İpək yolu‖ vasitəsi ilə
Çin, hind və Orta Asiyanın əksər şəhərləri İran, Bizans, habelə Roma şəhərləri ilə
ticarət edirdilər. Məşhur ―İpək yolu‖nun çaparxanaları da olmuşdur. Hadi
Hidayətinin göstərdiyinə görə ən böyük hərbi yol Babildən başlayıb Diyalə çayına
keçdikdən sonra Zaqros dağlarını aşıb məhsuldar Kərxə dərəsinə, oradan
Kombadenə (Bisütun qayasında olan yazılar buradadır), oradan da Midiyanın
paytaxtı olan Ekbatana uzanırdı. Ekbatandan bir yol Xuzistana, onun bir şaxəsi isə
Rey vasitəsi ilə Xəzər dənizi sahilinə, oradan da Atropatenanın paytaxtı Qazakaya
gedirdi. Bu yol dövrünə görə ən böyük iqtisadi-hərbi əhəmiyyətə malik
olmuşdur
194
.
Şimala doğru uzanan yol Ekbatana şəhərindən keçərək Atropatenaya
gedirdi. Digər bir yol Ninevadan Beyruta, oradan isə Sur limanına uzanırdı. Bu
yolun bir qolu Nineva vasitəsi ilə Atropatena şəhərlərini qovuşdururdu
195
.
Zuaspadan Rey və Xəzər dənizi rayonlarını birləşdirirdi.
Qazakadan Ekbatana, Ninevaya, Babilə, Reyə, Xəzər dənizi sahilinə və
Zuaspaya gedən yolun mühüm iqtisadi əhəmiyyəti olmuşdur. Bundan başqa
Trabzona, Kolxidiyaya uzanıb gedən yolun da böyük strateji və iqtisadi əhəmiyyəti
var idi
196
. Bu dövrün nəqliyyat vasitələri at, qatır, uzunqulaq, öküz, dəvə və qoşqu
alətləri, təxte-rəvan və müxtəlif arabalar olmuşdur
197
. O dövrdə at, qatır,
uzunqulaq, dəvə, öküz və s. ticarət mallarını bir şəhərdən digərinə daşınılmasında
mühüm rol oynamışdır.
194
Hadi Hidayəti. Kuruş Kəbir, Tehran, 1335, s. 27 – 28.
195
Yenə orada, s. 49.
196
Rəhimzadə. Göstərilən əsəri, s. 49.
197
Yenə orada, s. 50.
Dostları ilə paylaş: |