Mövzu № 3. Tərbiyəçi işinin əsas istiqamətləri
“Öz üzərində işləməyən müəllim yaxşı müəllim ola bilməz”.
Heydər Əliyev
Pedaqoji ustalıq nədir, o nələrdən təşkil olunur? “Usta” Tərbiyəçii başqalarından hansı keyfiyyətlər fərqləndirir? Bütün Tərbiyəçilər pedaqoji ustalığa yiyələnə bilərmi? Bu və bunun kimi onlarca suallar pedaqoji yaradıcılığa yenicə başlayan gənc mütəxəssisləri düşündürən məsələlər kimi diqqəti cəlb edir.
Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramında deyilir: “Pedaqoji ali və orta ixtisas müəssisələrində hələ də əsas diqqət tələbələrə fənn üzrə elmlərin nəzəri əsaslarının dərindən öyrədilməsinə yönəldilmişdir. Lakin onların pedaqoji ustalıqla bağlı vərdişlərə yiyələnməsinə, psixologiya elmini dərindən mənimsəmələrinə lazımi əhəmiyyət verilmir”.
Pedaqoji fəaliyyət (Tərbiyəçinin fəaliyyəti) digər fəaliyyətin (uşaqlərin fəaliyyətinin) idarə edilməsi kimi çətin və mürəkkəb bir prosesdir. Tərbiyə olunanların şəxsiyyətinə, onun formalaşmasına doğru istiqamətlənən bu fəaliyyət çoxcəhətli və məqsədyönlü fəaliyyət kimi Tərbiyəçidən dərin bilik, bacarıq, səriştəlilik, mahirlik, işinə dərin maraq tələb edir. Pedaqoji ustalıq bu xüsusiyyətlərin kompleksi olub, Tərbiyəçinin peşə biliklərinin, pedaqoji qabiliyyətlərinin və pedaqoji texnikasının vəhdətindən ibarətdir. Bu xüsusiyyətlər bir-biri ilə sıx surətdə bağlı olub, pedaqoji ustalığın ahəngdarlığını təmin edir.
Pedaqoji fəaliyyət biristiqamətli proses deyildir. Eyni zamanda bu fəaliyyətin obyekti olan insana-uşaqə bir deyil, onlarla, yüzlərlə gözə görünməyən amillər təsir edir: bir tərəfdən, uşaqin özü, onun fərdi psixofizioloji xüsusiyyətləri, pedaqoji prosesdə iştirak səviyyəsi, digər tərəfdən isə, onu əhatə edən sosial mühit. Bütün bunlar isə heç də həmişə müsbət təsirə və nəticələrə səbəb olmur. Buna görə də Tərbiyəçi yaradıcı düşünməli və fəal fəaliyyətə qoşulmalıdır. Bu baxımdan tərbiyəçi işinin aşağıdakı əsas istiqamətlərini qeyd etmək olar:
– uşaqlərin bilik və bacarıqların əsasları ilə silahlandırılması, onlarda elmi dünyagörüşün formalaşdırılması;
cəmiyyətin müəyyənləşdirdiyi əxlaq normaları ilə uşaqlərin tanış edilməsi, onlarda əxlaqi davranışın tərbiyə edilməsi;
uşaqlərin gələcək müstəqil həyata hazırlanması məqsədilə onlarda bacarıq və vərdişlərin formalaşdırılması;
Gələcək nəsildə mənəvi əqidə və inamın formalaşdırılması;
uşaqlərin intellektual səviyəsinin və psixi xüsusiyyətlərinin inkişaf etdirilməsi;
mühitin neqativ təsirinə qarşı fəaliyyətin təşkili və onların təshih edilməsi;
valideynlərlə pedaqoji əməkdaşlığın təşkili, uşaq şəxsiyyətinin inkişafında birgə fəaliyyətin təşkili və s.
Bu istiqamətlərdə fəaliyyətin məzmunlu və məqsədəyönlü təşkili Tərbiyəçidən yüksək pedaqoji ustalıq tələb edir.
Bir sıra alimlər belə hesab edirlər ki, pedaqoji ustalıq intuisiya ilə biliklərin, hər bir pedaqoji çətinliyi dəf edə bilən rəhbərliyin, uşaq qəlbinin duyğularını hiss edə bilmək bacarığının, daxili aləmi kövrək və incə olan uşaq şəxsiyyətinə nəcib və qayğı ilə yanaşmanın, müdriklik və yaradıcı cəsarətin, elmi təhlil bacarığı, təxəyyül və təsəvvürün birləşməsidir.
Professor M.Həmzəyev Tərbiyəçinin pedaqoji ustalığını şərtləndirən xüsusiyyətləri iki qrupa ayırır. Uşaqlara məhəbbət və seçdiyi ixtisasa marağı daxil etdiyi birinci qrupu – Tərbiyəçi şəxsiyyətinin peşə-pedaqoji istiqaməti, Tərbiyəçinin bir sıra pedaqoji, psixoloji bacarıq və qabiliyyətini daxil etdiyi ikinci qrupu – Tərbiyəçinin pedaqoji bacarıq və qabiliyyətləri adlandırır. Müəllif burada bir sıra pedaqoji qabiliyyətlərin üzərində xüsusi olaraq dayanır, onları pedaqoji ustalıq üçün başlıca xüsusiyyətlər hesab edir və çox doğru olaraq, bunların hamısını Tərbiyəçi şəxsiyyətinin formalaşmasının əsas əlamətləri kimi izah edir.
Başqa bir pedaqoji ədəbiyyatda isə bu xüsusiyyətlərin bir-biri ilə əlaqədar olan aşağıdakı dörd elementdən ibarət olduğu göstərilir: a) Tərbiyəçi fəaliyyətinin humanist istiqamətliliyi; b) peşə bilikləri c) pedaqoji qabiliyyətlər; ç) pedaqoji texnika. Bunun da hər biri öz növbəsində müəyyən komponentlərə ayrılır və pedaqoji ustalığın məzmununu və pedaqoji fəaliyyətin ahəngdarlığını təmin edir. Belə ki, Tərbiyəçi fəaliyyətinin humanist istiqamətliliyi onun fəal mövqeyində ifadə olunur: 1) özünəinamda; 2) vasitələrə qarşı pedaqoji təsirdə; 3) uşaqlərə və uşaq kollektivinə qarşı humanistlikdə və 4) pedaqoji fəaliyyətin məqsədinə qarşı strategiyada vasitələrə, fəaliyyət obyektinə yaradıcı təsirdə qiymətlilik təmayülü kimi aşkara çıxır.
Pedaqoji ustalığın fundamental əsasında peşə bilikləri, pedaqoji biliklərin formalaşmasının əsasında isə pedaqoji şüur və düşüncə, yəni fəaliyyət və yanaşmanın prinsip və qaydaları durur. Pedaqoji qabiliyyətlər – konstruktiv, kommunikativ, perseptiv, qnostik, təşkilatçılıq, suqqestiv və s. qabiliyyətlərə ayrılaraq həm tədris olunan fənn üzrə dərin biliklərə yiyələnməklə, həm də təlim-tərbiyə işlərini səmərəli surətdə həyata keçirməklə həlledici rol oynayır. Pedaqoji texnikaya gəldikdə isə o, Tərbiyəçi davranışını təşkiletmə forması kimi özündə iki qrup bacarıqları: 1) öz orqanizminə sahib olmaq, emosional vəziyyət, ünsiyyət texnikası və 2) didaktik, təşkilatçılıq, qarşılıqlı təsirin əlaqə texnikasına malik olmaq bacarıqlarını birləşdirir. Tərbiyənin məqsədinin gələcəyə yönələn olması ilə əlaqədar olaraq Tərbiyəçinin də fəaliyyəti ilk növbədə tərbiyə etdiyi şəxsiyyətin gələcəyinə yönəldilir. Başqa sözlə desək, Tərbiyəçinin fəaliyyəti uşaqlərin təlim-tərbiyəsinin gələcək nəticəsinin bu gün məqsəd kimi qarşıya qoyulub, gələcəyə istiqamətlənən olması ilə səciyyələnir.
Tərbiyəçinin peşə fəaliyyəti çoxcəhətli bir prosesdir. Təhsil, Tərbiyəçi və bağça haqqında bir sıra dövlət sənədlərində və pedaqoji ədəbiyyatlarda bu prosesin üç mühüm istiqaməti: öyrədici, tərbiyəedici və ictimai-pedaqoji istiqaməti daha qabarıq şəkildə qeyd edilir. Tərbiyəçi o zaman tam, yetkin və yaxşı Tərbiyəçi kimi özünü göstərə bilir ki, onda bu üç mühüm vəzifə, istiqamət vahid yönümdə bir-birini tamamlasın və sıx surətdə əlaqələnə bilsin. Buna görə də Tərbiyəçi həm öyrətməli, həm tərbiyə etməli, həm də ictimai-pedaqoji istiqamətdə fəal iştirak etməlidir. Bunun üçün Tərbiyəçidən bir sıra peşə keyfiyyətlərinə malik olmaq tələb olunur.
Pedaqoji ustalığın əsasında peşə bilikləri durur. Peşə bilikləri Tərbiyəçii ilk növbədə Tərbiyəçi kimi tanıdan və xarakterizə edən keyfiyyətdir. Peşə biliyinin zəifliyi Tərbiyəçii nüfuzdan salır, onu öz işinin ustası-yaxşı Tərbiyəçi olmaqdan “saxlayır”. Heç şübhəsiz ki, öz işinin ustası və novator kimi tanınan, xalq içərisində hörmət və nüfuz qazanan Tərbiyəçilər ilk növbədə özlərinin dərin peşə-ixtisas bilikləri ilə fərqlənən Tərbiyəçilərdir.
A.S.Makarenko qeyd edirdi ki, uşaqlər Tərbiyəçilərinə ciddiliyi, soyuqluğu, quruluğu və hətta yersiz irad tutmalarını bağışlayar, lakin zəif peşəkarlığını bağışlamazlar. Hər şeydən əvvəl, onlar Tərbiyəçilərində aydın və dəqiq bilik, bacarıq, səriştə, qabiliyyət, təmkin, işə daim hazırlıq, məntiqi düşüncə, tərbiyə prosesini bilmək, tərbiyəetmə bacarığını üstün tuturlar.
Peşə bilikləri iki istiqamətdə özünü göstərir: 1) Tərbiyəçinin pedaqogikanı, psixologiyanı dərindən bilməsi, pedaqoji şüura, düşüncəyə malik olması və pedaqoji qaydaları dərindən mənimsəməsi; 2) Tərbiyəçinin öz ixtisasını onun incəliklərinə qədər dərindən bilməsi.
Təcrübə göstərir ki, bunların hər ikisi birləşdikdə və Tərbiyəçinin yiyələndiyi təcrübə ilə zənginləşdikdə Tərbiyəçi özünün fərdi üslubunu yaradır, onun peşəkarlıq səviyyəsi yüksəlir.
Peşə bilikləri pedaqoji ustalıqda mühüm yer tutur. Peşə biliklərinin dərinliyi pedaqoji ustalığa geniş meydan açır. Lakin bu biliklərin necə, hansı səviyyədə verilə bilməsi, uşaqlərə çatdırılması heç də bunlardan az əhəmiyyət kəsb etmir. Buna görə də burada bir neçə vacib məsələnin nəzərə alınması olduqca vacibdir:
1. Tədris materialının və bütövlükdə təlim məqsədinin Tərbiyəçi tərəfindən düzgün müəyyənləşdirilməsi.
2. Məqsədəmüvafiq vəzifələrin aydınlaşdırılması və onların konkretləşdirilməsi.
3. Tədris materialının məzmununun aydın dərk olunması və əsas ideyanın, başlıca arqumentin müəyyənləşdirilməsi.
4. Tədris prosesinin məqsəd, vəzifə və məzmununa uyğun, əlverişli metodların seçilməsi.
5. Uşaqlərin dərketmə səviyyəsinə və proqram tələblərinə uyğun, onu aydın, asan həll etməyə səbəb olan təlim formalarının müəyyən edilməsi.
6. Uşaqlərin nəzəri bilikləri ilə praktik bacarıq və vərdişlərinin optimal həcmini müəyyən edə bilmək və onları reallaşdırmaq.
7. Təlim nəticələrinin aydın dərk olunması və ona nail olunması.
Tərbiyəçidən bir çox keyfiyyətlər, bacarıq və qabiliyyətlər tələb edir.
Pedaqoji ustalıqda mühüm yer tutan peşə keyfiyyətlərini üç qrupda təsnif etmək olar: ümumvətəndaş keyfiyyətləri, Tərbiyəçi peşəsinin spesifikasını müəyyənləşdirən keyfiyyətlər və xüsusi bilik, bacarıq və vərdişlərə malik olmaq keyfiyyətləri. Pedaqoji biliklər nə qədər dərin və geniş olsa da, pedaqoji bacarıqlar olmadan onlar pedaqoji ustalıq üçün kifayət etməyəcəkdir. Görkəmli pedaqoq Ş.Amonaşvili pedaqoji ustalığa aparan üç mənbənin olduğunu göstərirdi: 1) şəxsiyyətə humanist yanaşma mövqeyi; 2) pedaqoji prosesdə mövqe qazanmaq texnologiyasına yiyələnmə; 3) elmlə ünsiyyət etmək, böyük mütəfəkkirlərin, alimlərin kitablarını “qazımaq”.
Pedaqoji proses pedaqoji yaradıcılıq üçün əsas laboratoriyadır. Bu prosesdə Tərbiyəçi bir sıra mühüm qabiliyyətlərə yiyələnir ki, bunlar da onun usta Tərbiyəçi kimi formalaşmasının əsasını təşkil edir. Bir çox pedaqoq və psixoloqların bu sahədə gəldikləri ümumiləşdirilmiş nəticələr aşağıdakılardan ibarətdir:
Dostları ilə paylaş: |