MüƏllimlərin peşƏkar inkişafi milli məRKƏzi güRCÜstan



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə1/34
tarix14.10.2017
ölçüsü3,58 Kb.
#4581
  1   2   3   4   5   6   7   8   9   ...   34


MÜƏLLIMLƏRIN 
PEŞƏKAR 
İNKIŞAFI MILLI 
MƏRKƏZI
GÜRCÜSTAN 
TƏHSİL VƏ  ELM 
NAZİRLİYİ


Müəlliflər:
Maya İnasaridze
Sofiko Lobjanidze
Manana Ratiani 
İrina Samsonia
Göstərdikləri köməkliyə görə məktəb direktorlarına minnətdarlığımızı bildiririk:
Xatuna Barabadzeyə
Lena Qomarteliyə
Moris Danduraşviliyə
Manana Turkadzeyə
Medeya Kokraşviliyə
Nino Çixladzeyə
© 2015, 
MÜƏLLIMLƏRIN PEŞƏKAR İNKIŞAFI MILLI MƏRKƏZI
UDC  37.011.31-05+371.124+371.134+371.136+331.546:37.011.31-05
Müəllimlik  fəaliyyətinin  başlanılması,  onun  peşəkar  inkişafı  və  karyera  irəliləyişi  sxeminin 
məlumat kitabçası/ müəl.: Maya İnasaridze, Sofiko Lobjanidze, Manana Ratiani, İrina Samsonia; 
Gürcüstan Təhsil və Elm Nazirliyi, Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzi .-20 sm.
Hissə.1.-120  səh.:  sxem  -ISBN  978-9941-0-8253-5  (bütün  hissələrinin).  ISBN  978-9941-0-
8254-2 (his. 1).-3351 əd., pulsuz
ISBN 978-9941-0-8253-5 (bütün hissələrinin). 
ISBN 978-9941-0-8254-2


MÜƏLLİMLİK FƏALİYYƏTİNİN 
BAŞLANILMASI, PEŞƏKAR İNKİŞAF 
VƏ KARYERA İRƏLİLƏYİŞİ 
SXEMİNİN MƏLUMAT KİTABÇASI
I HISSƏ



„Müəllimlik fəaliyyətinin başlanılması, peşəkar inkişaf və karyera irəliləyişinin sxem-
inin” tam fəaliyyətə düşməsi və onun məktəbdə effektli tətbiqi əsasən sxemə cəlb olunan 
hər bir şəxsin öz funksiya və öhdəliklərini nə dərəcədə düzgün anlayacağından, hər bir 
mərhələnin nə dərəcədə aydın şəkildə müəyyənləşdiriləcəyindən, eləcə də, koordinasiya-
da işləniləcək və sxemlə müəyyənləşdirilən fəallıqların həyata keçirilməsində bir-birinə 
nə dərəcədə köməklik göstəriləcəyindən asılıdır.
Məhz bu məqsədlə Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzi “Müəllimlik fəali-
yyətinə başlanılması, peşəkar inkişaf və karyera irəliləyişi sxeminin bələdçisi” seriyasını 
dərc  edəcəkdir,  onda  məktəblərin  administrasiyası  və  müəllimlər  üçün  hər  növ  lazımi 
məlumat toplanılacaqdır.
Qarşıdakı  məlumat  kitabçası  məktəblər,  o  cümlədən  sxem  çərçivəsində  məktəbdə 
həlledici rolu yerinə yetirən şəxslər üçün nəzərdə tutulmuşdur. Bunlar müəllimlər, direk-
torlar və onların müavinləri, müəllimin peşəkar inkişafı fasilitatorları və qiymətləndirmə 
qrupunun üzvləridir.
Məlumat kitabçasının birinci fəsli müəllimlər üçün nəzərdə tutulmuşdur. Onda ətraflı 
olaraq təsvir edilmişdir ki, onların sxemdə bölgüsü necə baş verir, onlara hansı məsuli-
yyət həvalə edilir, hər bir statusa malik müəllim hansı addımları atmalıdır ki, öz statusunu 
saxlaya  və  ya  artıra  bilsin,  eləcə  də,    peşəkar  inkişaf  məqsədilə  hansı  hansı  fəallıqlar 
həyata keçirilməlidir.
İkinci fəsil məktəblərin administrasiyası və kafedraları üçün nəzərdə tutulmuşdur. Sx-
emə əsasən, məktəbin administrasiyasına, xüsusilə də direktorlara çox mühüm funksiya 
həvalə olunur. Bunun üçün də məlumat kitabçasının bu hissəsinin məqsədi onlara ətraflı 
məlumatın çatdırılmasıdır ki, dərs ili ərzində özlərinin və məktəbin fəaliyyətini elə plan-
laşdırsınlar ki, maksimal olaraq sxemin fəaliyyətə düşməsinə dəstək verə bilsinlər.
ÖN SÖZ


Növbəti  fəsil  müəllimin  peşəkar  inkişafının  fasilitatorlarının  və  məktəbin  qi-
ymətləndirmə qrupunun işinə, onların seçim qaydasına, funksiya-vəzifələrinə və öhdə-
liklərinə aiddir.
Sonuncu, dördüncü fəsil isə öz-özünüqiymətləndirmə anketinə aiddir, hər dərs ilinin 
əvvəlində, sxemə əsasən, istənilən statusa malik müəllim onu doldurmalıdır. Onda öz-
özünü qiymətləndirmənin əhəmiyyəti və müəllimin peşəkar inkişafda funksiyası təhlil 
edilir, eləcə də öz-özünüqiymətləndirmə vasitəsinin strukturu və məzmunu təsvir və izah 
edilir.
Düşünürük ki, qarşıdakı məlumat kitabçası məktəblərə köməklik edəcək və sxemə 
cəlb olunan hər bir şəxsin sxemin fəaliyyətə düşdüyü mərhələdə öz məsuliyyət və funk-
siyalarını daha yaxşı anlamasını asanlaşdıracaqdır.
„Müəllimlik  fəaliyyətinin  başlanılması,  peşəkar  inkişaf  və  karyera  irəliləyişi  sx-
eminin”  məlumat  kitabçasının  növbəti  hissəsi  daxili  məktəb  qiymətləndirməsinə  aid 
ediləcəkdir.


MÜNDƏRICAT
FƏSİL I.
 MÜƏLLIM
 
13
    FƏALIYYƏTDƏ OLAN MÜƏLLIMLƏR SXEMDƏ NECƏ 
    BÖLÜNÜRLƏR?                               
13
    eSchool – da müəllimin təhsili və iş təcrübəsinin yükləndirilməsi 
    üzrə təlimat Müəllimin statusları:                       
14
    Müəllimin təhsili, akademik dərəcəsi                      
14
    Müəllimin iş təcrübəsi                             
16
    Məlumatın redaktə edilməsi/pozulması
                     
18
Müəllimin statusları
  
                               
18
  Təcrübəçi müəllim statusu kimə veriləcəkdir?                  
 19
  Baş müəllim statusu kimə veriləcəkdir?                      
 19
  Aparıcı müəllim statusu kimə veriləcəkdir?                   
 19
  Mentor statusu kimə verilir?                           
 19 
  SXEMDƏ BÖLÜNMÜŞ MÜƏLLIMLƏRIN FƏALIYYƏTI 
  VƏ MÜVAFIQ KREDIT BALLARI                     
20
Təcrübəçi müəllim
                                  
20
  Təcrübəçi müəllim sxemlə müəyyənləşdirilən fəaliyyəti hansı 
  müddətlərdə həyata keçirir?                            
20
  Baş müəllim statusunu əldə etmək üçün təcrübəçi müəllim nə edir?      
20
  Müəllimin qiymətləndirmə qrupu  tərəfindən qiymətləndirmənin mənfi 
  olduğu hal da nə baş verir?                            
23
  Baş müəllim statusunun əldə edilməsi üçün təcrübəçi müəllim neçə 
  kredit-bal toplamalıdır?                              
23
  Status haqqında qərar necə qəbul edilir?                     
24
   Təcrübəçi müəllimin maaş artımı necə baş verəcəkdir?             
24


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə