MüƏllimlərin peşƏkar inkişafi milli məRKƏzi güRCÜstan



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə12/34
tarix14.10.2017
ölçüsü3,58 Kb.
#4581
1   ...   8   9   10   11   12   13   14   15   ...   34

41
DİREKTOR
Sxem çərçivəsində ümumtəhsil müəssisəsinin direktorunun hüquq-vəzifələri nədir?
Bilirsiniz ki, sxemin əsasında ümumtəhsil müəsisəsinin direktorunun olduqca vacib funksi-
yası vardır və ona böyük məsuliyyət həvalə edilir. O, özünün və məktəbin fəaliyyətini dərs ili 
ərzində elə planlaşdırmalıdır ki, sxemin tətbiq edilməsinə mane olmasın və ona cəlb olunmuş 
hər bir şəxsə dəstək versin ki, vaxtında və nailiyyətlə onlar üçün sxemlə müəyyənləşdirilmiş 
fəallıqları həyata keçirə bilsinlər. Bu məqsədlə istərdik ki, tövsiyələrimizi sizə təklif edək ki, 
direktor sxemin fəaliyyətə düşdüyündən bir il ərzində öz işlərini necə planlaşdıra və apara bilər.
Bir dərs ili ərzində məktəbin direktoru öz işini neçə planlaşdıra bilər?
  Qısaca təqdim etsək, direktorun işi bir dərs ili ərzində belə görünə bilər:
1.
  Sxemin  fəaliyyətə  başladığı  ildə,  dərs  ilinin  əvvəlində  məktəb  direktorunun  məlumat-
landırıcı görüş təşkil etməsi yaxşı olardı ki, burada əməkdaşlara sxem haqqında lazımi 
məlumat versin, onlar üçün anlaşılmayan bütün məsələləri izah etsin. Bu görüşün məqsədi 
hər bir əməkdaşın sxemin gedişi və tələblərinı eyni şəkildə, sxem çərçivəsində öz funk-
siyalarını anlayışıdır, eləcə də razılaşdırılmış və istiqamətli şəkildə öz işlərini planlaşdır-
malıdırlar ki, həm özlərinin və həm də başqalarının işlərinə mane olmasınlar. 
2.
  Həmin dərs ilinin əvvəlində direktor təyin edir və əmrlə müddətləri təsdiqləyir:
1)  Kafedralar üçün – onlar nə zaman təqdim etməlidirlər a)fasilitatorluğa namizədləri; 
b) məktəbin qiymətləndirmə qrupunun üzvlərini. Müddəti təyin etdikdə, direktor qi-
ymətləndirmə qrupunun formalaşdırılmasının sxemlə müəyyənləşdirilmiş müddətləri-
ni nəzərə almalıdır  ( dərs ilinin başlanmasından 1 ay).
II FƏSİL
MƏKTƏB


42
2)  Müəllimlər üçün – a) öz-özünüqiymətləndirmə anketi və peşəkar inkişafın fərdi iş 
planının tərtib edilməsinin müddətləri.Bu fəaliyyət dərs ilinin əvvəlində həyata keçi-
rilir; b)  peşəkar qovluqda müəllim tərəfindən həyata keçirilmiş fəaliyyətləri təsvir 
edən sənədlərin yüklənmə müddətləri. Sənədləri dərs ilinin sonunda müəllimin qi-
ymətləndirmə qrupu dəyərləndirir.
3.
  Dərs ilinin əvvəlində direktor pedaqoji şuranın iclasını dəvət edir, onda şuranın üzvlərini 
sxem çərçivəsində məktəbin planları ilə tanış edir və hər bir kafedraya  öz namizədləri-
ni və eləcə də qiymətləndirmə qrupunun üzvünün seçməyi və təyin edilən müddətlərdə 
təqdim etməyi tapşırır. İclas protokolla rəsmiləşdirilir.
4.
  Dərs ilinin başlanğıcından 1 ay ərzində direktor növbəti məsələlərin həlli üçün pedaqoji 
şuranın iclasının/iclaslarının çağırılmasını təmin edir:
a)  pedaqoji şura kafedralardan təqdim edilən namizədlər arasında fasilitatoru və ya fasili-
tatorları seçir (məktəbdə fasilitatorların sayı haqqında qərarı pedaqoji şura qəbul edir
5
). 
b)  Müəllimin qiymətləndirmə qrupunun seçilmiş üzvləri müzakirə olunub təsdiqlənəcək-
dirlər. Avtomatik olaraq qiymətləndirmə qrupunun üzvü olan fasilitatorun seçkisindən 
sonra kafedralar tərəfindən qiymətləndirmə qrupuna təqdim edilən nümayəndə üz-
vlər təhlil ediləcəkdirlər. Bundan sonra qiymətləndirmə qrupu formalaşdırılacaq və 
bu da iclasın protokolunda əks olunacaqdır. Təyin edilən qayda ilə qiymətləndirmə 
qrupunun  formalaşdırılması  mümkün  olmayan  məktəblərdə  alternativ  yollar  təhlil 
ediləcək və optimal qərar qəbul ediləcəkdir
6

  Direktor  əmrlə  müəllimin  qiymətləndirmə  qrupunun/qruplarının  tərkibini  təsdiq  edir 
(məktəbdə neçə müəllimin qiymətləndirmə qrupunun yaradılacağı məktəbdə kafedraların 
sayından asılıdır). Direktor müvafiq əmri elektron sistemə yükləyir.
5.
  Bundan sonra məktəbin direktoru, qiymətləndirmə qrupunun rəhbəri kimi, qiymətləndirmə 
qrupunun iclasını dəvət edir və qrup üzvləri ilə birlikdə) müəllimin qiymətləndirmə qru-
punun iş qaydasını işləyib hazırlayır; b) təcrübəçi və baş müəllimin dərsinin müşahidə qrafi-
kini tərtib edir, onu bu statusu olan müəllimlərlə razılaşdırır; c) kafedra nümayəndələrinə 
tapşırır ki, onların kafedra üzvü olan aparıcı müəllimlərindən (gələcəkdə mentordan da) 
model dərsin müşahidəsi qrafikini tərtib etmələrini və qiymətləndirmə qrupuna təqdim 
etmələrini xahiş etsinlər. 
6.
  Məktəbin  direktoru  müdiriyyətlə  birlikdə  fasilitatorların  və  müəllimin  qiymətləndirmə 
qrupunun işinin monitorinq planını işləyib hazırlayır, onu əmrlə təsdiq edib əməkdaşlara 
tanış edir.
5
 
Fasilitatorların sayı haqqında baxın səh.55
6
 
Qiymətləndirmə qrupunun formalaşması haqqında ətraflı tanış olun səh.57


43
7.
  Məktəbin  direktoru  əvvəlcədən  işlənib  hazırlanmış  planın  əsasında  fasilitatorların  və 
müəllimin qiymətləndirmə qrupunun iş monitorinqini təmin edir. Monitorinq nəticələri-
nin əsasında direktor müvafiq qərar qəbul edir. O, fasilitatorun və eləcə də qiymətləndirmə 
qrupunun hər hansı bir seçilmiş üzvünün səlahiyyətlərini dayandıra bilər və bunu da pro-
tokolla rəsmiləşdirir. Keçirilmiş monitorinqin əsasında fasilitatorun və ya qiymətləndirmə 
qrupunun  əvəzedilməsi  lazım  olarsa,  o  halda  direktor  onların  yenidən  seçilməsi  üçün 
lazım  olan  bütün  prosedurları  təmin  etməlidir. Yenicə  seçilmiş  fasilitatorun  və  ya  qi-
ymətləndirmə qrupunun üzvü haqqında məlumatı, eləcə də müvafiq protokolu, direktor 
elektro sistemə yükləyir.
8.
  Qiymətləndirmə qrupunun daimi üzvü kimi məktəb direktorunun və bu qrupun rəhbərinin 
vəzifəsidir ki, müəllimin işinin qiymətləndirməsində iştirak etsin. Bunun üçün:
  Direktor daxili məktəb qiymətləndirməsi prosesinin bütün mərhələlərinə nəzarət edir 
(müddətləri, prosedurları);
  Əvvəlcədən işlənilmiş qrafikin əsasında dərsdə müşahidənin standartlaşdırılmış rubri-
kasının istifadəsi ilə müəllim tərəfindən keçirilmiş dərsləri dinləyir və qiymətləndirir;
  Qiymətləndirmə qrupunun üzvləri arasında fikirlərdə fərq yarandığı halda, qərar səs 
çoxluğu ilə qəbul edilir, qrupda səslərin bərabər bölündüyü halda qiymətləndirmə qru-
punun rəhbəri kimi həlledici səs hüququ direktora verilir;
  Hər bir dərs ilinin sonunda, müəllim tərəfindən həyata keçirilən fəallıqların peşəkar 
qovluğa  yerləşdirilməsi  müddəti  bitdikdən  sonra  təqdim  edilən  sənədlərin  qi-
ymətləndirmə nəticələrinin əsasında müəllim üçün statusun verilməsi, saxlanılması 
və ya dayandırılması haqqında təklifin hazırlanmasında iştirak edir və onu Müəllim-
lərin Peşəkar İnkişafı Milli Mərkəzinə təqdim edir. Təkliflər elektron sistemə Mərkəz 
tərəfindən təyin edilən müddətlərdə yerləşdirilməlidir.
9.
  Məktəb  direktoru  hər  bir  əməkdaş  üçün  sxemin  fəaliyyəti,  treninqlərin,  resursların  və 
məktəbin daxili və ya nazirlik tərəfindən qəbul edilmiş qərarları haqqında bütün lazımi 
məlumatı hər zaman əlçatan etməlidir. Bu məqsədlə məktəbdə məlumatlandırıcı görüşlər 
keçirilə və ya lazımi məlumatı vaxtlı-vaxtında şifahi və ya elektron yolla yayımlayan şəxsi 
ayıra bilər. Eləcə də dərsin müşahidə qrafiki əyani yerdə yerləşdirilməlidir.
KAFEDRA
Sxem işə başladıqda, dərs ilinin əvvəlində, məktəbin müdiriyyəti tərəfindən təyin edilən 
müddətdə bütün kafedralar kafedra iclasını keçirir və təyin edilən kriteriləri nəzərə alaraq öz 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə