MüƏllimlərin peşƏkar inkişafi milli məRKƏzi güRCÜstan



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə13/34
tarix14.10.2017
ölçüsü3,58 Kb.
#4581
1   ...   9   10   11   12   13   14   15   16   ...   34

44
kafedralarından fasilitatorluğa namizədi seçir və təqdim edirlər, həmin fasilitatoru məktəbin 
pedaqoji şurası ya seçir ya da seçmir. Kafedra 3 il ərzində bu məqsədlə iclas keçirmir, yalnız 
fasilitatorun vaxtından əvvəl səlahiyyəti dayandırıldığı və məktəbin yeni fasilitator seçməli 
olduğu hallar istisna edilir.
Eləcə də dərs ilinin əvvəlində, məktəbin administrasiyası tərəfindən təyin edilən müddət-
də, bütün kafedralar kafedra iclasını keçirməli və onda məktəbin qiymətləndirmə qrupuna 
üzvü seçməli və məktəbə məktəbin qiymətləndirmə qrupuna öz nümayəndəsini  təklif et-
məlidir. Kafedra 3 il ərzində bu məqsədlə iclas keçirmir, yalnız qiymətləndirmə qrupunun 
üzvünün vaxtından əvvəl səlahiyyəti dayandırıldığı halda.
Yaxşı olardı ki, seçkilərdən sonra qiymətləndirmə qrupunda kafedra nümayəndələri öz 
kafedralarına və həmkarlarına dərsin qiymətləndirmə rubrikasını, eləcə də başqa fəallıqların 
qiymətləndirmə kriterilərini və müvafiq rubrikaları təqdim edib izah etsinlər. Bu, müəllimlərə 
öz işlərini düzgün planlaşdırmaqda köməklik edəcəkdir.


45
Müəllimin qiymətləndirmə qrupunun tərkibinə kim daxildir?
Sxemə  əsasən,  müəllimin  qiymətləndirmə  qrupu  “İctimai  Hüquqlu  Hüquqi  Şəxs  – 
ümumtəhsil müəssisəsinin direktoru, direktor müavini (olduğu halda), fasilitator və müvafiq 
fənn/fənn  qrupu  kafedrası  tərəfindən  3  il  ərzində  təqdim  edilən  üzvdən  ibarətdir”,  onun 
tərkibini isə məktəbin özü müəyyənləşdirir.
Müəllimin qiymətləndirmə qrupu daimi və 3 il ərzində seçilmiş üzvlərdən ibarətdir.
Müəllimin qiymətləndirmə qrupunun daimi üzləri ümumtəhsil müəssisəsinin direktoru və 
direktor müavinidir, 3 illik müddətlə seçilmiş üzvlər isə müəllimin peşəkar inkişafı fasilitatoru 
və fənn kafedrasının nümayəndəsidir. 
  Məktəb müəllimin qiymətləndirmə qrupunun/qruplarının tərkibini komplektləşdirir, bunu 
da direktor əmrlə təsdiqləyir. Məktəbdə bir neçə qrupun olduğu halda:
  Məktəbin  direktoru  və  direktor  müavini  hər  bir  müəllimin  qiymətləndirmə  qrupunun 
üzvləridirlər.
  Fasilitator qiymətləndirmə qrupunun (qruplarının) üzvüdür. O, peşəkar nəzarəti altında 
olan müəllimi qiymətləndirir.
  Fənn/fənn qrupu kafedrasından seçilən üzv kafedranın üzv müəlliminin qiymətləndirilməsində 
iştirak edir.
Qiymətləndirmə qrupu və onun hər bir üzvünün funksiya-vəzifələri və işləri, eləcə də 
qiymətləndirmə rubrikaları, kriteriləri və qiymətləndirmə prosesi haqqında ətraflı məlumatla 
kitabçanın növbəti hissəsində tanış ola bilərsiniz.
III FƏSİL
MÜƏLLİMİN QİYMƏTLƏNDİRMƏ 
QRUPU


46
Məktəbin qiymətləndirmə qrupu nədən ibarətdir və onun fəaliyyəti hansı 
məqsədlərə xidmət göstərir? 
Sxemin əsasında, məktəbin bazasında tam yeni halqa – məktəbin qiymətləndirmə qrupu 
yaradılır. Onun təyinatı qiymətləndirmə sisteminin kamilləşdirilməsi yolu ilə məktəbdə təlim-
tədris  səviyyəsinin  yüksəldilməsinə  qayğının  göstərilməsidir.  Bu  təcrübənin  tətbiqi  başqa, 
daha uzunmüddətli məqsədlərin həyata keçirilməsinə də dəstək verir.
  Bir müstəqil təsisat kimi məktəbin formalaşdırılması və inkişafı.
Bu  modelin  nailiyyətlə  tətbiq  edilməsi  məktəbin  müstəqilliyinin  artırılması  və  onun 
müstəqil  təsisat  kimi  formalaşdırılmasına  dəstək  verir.  Bu  yolla  məktəb  məsuliyyəti 
bölüşdürür,  ona necə bir müəllimin lazım olduğu haqqında qərar qəbul edir, peşəkar inkişafda 
öz əməkdaşlarına yardım edir. Sxemlə nəzərdə tutulmuş işləri planlaşdırır və həyata keçirir. 
Sxemin çərçivəsində, məktəb mühüm qərar qəbul edən müəssisə kimi formalaşır. O, təhsili 
sisteminin idarəetməsində aktiv şəkildə cəlb olunmuşdur və başqaları tərəfindən qəbul edilən 
qərarların passiv qəbuledicisi deyil.
  Müəllimlərin peşəkar inkişafı
Müəllimin  qiymətləndirmə  qrupunun  yaradılmasının  əsas  ideyası  məhz  müəllimlərə 
peşəkar inkişaf yolu ilə dəstəyin verilməsidir. Onun təyinatı yalnız müəllim tərəfindən keçilən 
dərsin  və  ya  peşəkar  qovluğun  qiymətləndirilməsi  və  onun  üçün  kredit  balların  verilməsi 
deyil. Daxili məktəb müşahidəsi nəticəsində müəllimlər inkişafetdirici qiymətləndirmə alırlar, 
bu da onlara gələcək işlərində yardım edir. Yekun qiymətləndirmənin əsas məqsədi müəllim 
tərəfindən alınan nəticə deyil, müəllimin qarşılıqlı təsir əsasında əldə etdiyi tərəqqidir.
  Məktəbə əməkdaşlıq mədəniyyətinin bərqərar edilməsi
Dərs müşahidəsinin tam prosesi
7
, fasilitatorun işi kimi, tamamilə əməkdaşlığa əsaslanır. 
Əməkdaşların  arasında  daimi  kommunikasiya,  bir-biri  ilə  məsləhətləşmə,  bir-birinin 
peşəkar inkişafına məqsədyönlü qayğının göstərilməsi, - bütün bunlar məktəbdə əməkdaşlar 
arasında müsbət, işgüzar əlaqələrin formalaşmasına və əməkdaşlıq mədəniyyətinin bərqərar 
olunmasına dəstək verir və bu da, ümumilikdə, məktəbin nailiyyətinin ön şərtidir.
7
 
Dərsdə müşahidə proseduru ilə ətraflı olaraq məlumat kitabçasının növbəti hissəsində tanış olun.


47
  Qrup üzvünün öz-özünü inkişafları 
Qiymətləndirmə  qrupunun  üzvləri  iş  prosesində,  təbii  ki,  özləri  də  peşəkar  baxımdan 
inkişaf edirlər. Onların imkanları var ki, öz həmkarlarının işini müşahidə etsin və fikirlərini, 
nəzərlərini  dinləsin,  onların  təcrübələri  ilə  tanış  olsun,  eləcə  də  vəzifələrini  daha  yaxşı 
yerinə yetirmək üçün öz üzərlərində çalışsınlar. Əməkdaşlar arasında qarşılıqlı əməkdaşlıq 
və peşəkar diskussiyalar hər bir iştirakçıya imkan verir ki, peşəkar cəhətdən inkişaf etsinlər. 
Qiymətləndirmə qrupunun seçilmiş üzvləri 3 ildə bir dəfə rotasiyaya aid edilirlər (hərçənd 
məktəb ikinci müddətə də eyni namizədi qiymətləndirmə qrupunun üzvü kimi seçə bilər). Bu 
yolla məktəbdə yavaş-yavaş təcrübəli, məsuliyyəti olan kadrların sayı artacaq və bu da peşəkar 
səviyyənin  yüksəlməsinə  və  müvafiq  olaraq  təlim-tədris  səviyyəsinin  yaxşılaşdırılmasına 
dəstək verəcəkdir.
MÜƏLLİMİN PEŞƏKAR İNKİŞAFININ FASİLİTATORU 
Müəllimin peşəkar inkişafı fasilitatoru kimdir və bu iş hansı məqsədə xidmət göstərir?
Sxemin  ümumtəhsil  müəssisəsinə  təklif  etdiyi  mühüm  yeniliklərdən  biri  müəllimin 
peşəkar inkişafı fasilitatorunun təsisatının məktəblərdə qəbul edilməsidir. Onun təyinatı hər bir 
müəllimin fədri tələbatlarının aşkarlanması,  analiz edilməsidir, bu özünəməxsus ehtiyacların 
nəzərə alınması ilə onun peşəkar inkişafına qayğının göstərilməsi və bu yolla məktəbdə ümumi 
peşəkar səviyyənin artırılmasıdır. Əlbəttə ki, fasilitatorun, sxemə cəlb olunan hər bir şəxsin 
yekun məqsədi şagirdlərin nəticələrinin yaxşılaşdırılmasıdır. Müəllimin peşəkar inkişafının 
fasilitatorluğu  fəaliyyətinin  əsas  istiqaməti  peşəkar  fəaliyyətdə  olan  müəllimlərə  yardım 
edilməsidir ki, onlar gələcəkdə müstəqil olaraq öz təcrübələrini aparsın və yaxşılaşdırsınlar 
və bununla da məktəbin inkişafına yardım etsinlər. Belə ki, fasilitator təsisatının nailiyyətlə 
tətbiqi  və  fəaliyyətə  düşməsi  nəinki  ayrı-ayrı  müəllimin,  eləcə  də,  bütövlükdə  məktəbin 
inkişafına dəstək verir.
Məktəbin  bazasında  müəllimlərin  fasilitasiyası  peşəkar  inkişafın  ən  səmərəli  forması 
hesab edilir, çünki ayrı-ayrı müəllimin tələbatlarına yönəlmişdir və bununla belə imkan verir 
ki, konkret məktəbin, sinfin və tam regionun və ya icmanın özünəməxsus xüsusiyyətləri nəz, 
yəni müəllimin işləməli olduğu kontekst ərə alınsın.
Peşəkar inkişaf məqsədilə indiyə qədər təklif edilmiş bütün mexanizmlər, o cümlədən, 
treninqlər  və  müxtəlif  tipli  resurslar,  əsasən  vahid  şəklə  salınmış  idilər,  ümumi  standarta 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə