MüƏllimlərin peşƏkar inkişafi milli məRKƏzi güRCÜstan



Yüklə 3,58 Kb.

səhifə14/34
tarix14.10.2017
ölçüsü3,58 Kb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   34

48
uyğunlaşdırılmış və bir çox hallarda konkret məktəbin tələbatlarına və ehtiyaclarına cavab 
vermir,  eləcə  də  regionun  sosial  və  ya  mədəni  özünəməxsusluqlarını  nəzərə  almırdı.  İndi 
isə hər bir məktəbin öz məktəbini, məktəbin tarixini  yaxşı tanıdığı bir şəxsi seçmək imkanı 
var  və  ən  əsası,  həmin  şəxsin  məktəbin  inkişafına  dəstək  vermək  istəyi  vardır.  Hər  hansı 
bir azkontingentli məktəbdə fasilitatoru seçiminin mümkün olmadığı halda, bu funksiyanın 
yerinə yetirilməsi üçün ezam edilmiş şəxs verilən regionun və məktəbin özünəməxsusluğunu 
çox yaxşı öyrənməli və yalnız bundan sonra öz işini planlaşdırmalıdır.
  Məqsədyönlü, diqqət cəmləşdirilmiş peşəkar inkişaf
Fasilitator  müəllimə  sxemlə  müəyyənləşdirilən  fəallıqların  düzgün  planlaşdırılması 
və  nailiyyətlə  həyata  keçirilməsində  köməklik  edir.  Fasilitatorun  işi  mütəmadi,  yaxşı 
planlaşdırılmış  və  müəllimin  tələbatlarına  uyğunlaşdırılmışdır.  Belə  bir  fasilitasiya  daha 
səmərəlidir, çünki  müəllimə həm peşəkar irəliləyişdə, eləcə də, öz problemlərini və onların 
həlli yollarını daha yaxşı dərk etməkdə həqiqi köməklik göstərir.
Fasilitator  hər  zaman  müəllimlərlə  əməkdaşlıq  edir  –  fərdi  və  ya  qruplarda.  Lazım 
gəldiyi  halda,  öz-özünüqiymətləndirmə  anketinin  doldurulma  prosesində  öz  tələbatlarını 
aşkarlamaqda müəllimə yardım edir, sonra fərdi iş planının tərtib edilməsində məsləhət verir, 
müvafiq fəallıqların həyata keçirilməsində dəstək verir, eləcə də qiymətləndirmə qrupunun 
üzvü kimi, birbaşa dərsin müşahidəsi və peşəkar qovluğun qiymətləndirilməsi vasitəsilə onun 
işini qiymətləndirir və ən əsası, ona qarşılıqlı təsir verir. Beləliklə, tam aydındır ki, bu cür 
intensiv əməkdaşlıq şansı artır ki, fasilitatorun və ayrı-ayrı müəllimin qarşılıqlı əməkdaşlığı 
məhz müəllimin və məktəbin tələbatlarına uyğunlaşdırılmışdır və eyni zamanda, çox aydın və 
konkret  məqsədlərin əldə edilməsinə yönəlmişdir. 
  Məktəbdə peşəkar münasibətlərin formalaşdırılması
Fasilitator  təsisatının  məktəbdə  işə  başlaması  əməkdaşlıq  mühitinin  yaradılmasına  və 
həmkarlar arasında həm üfqi və eləcə də şaquli səviyyədə peşəkar əlaqələrin formalaşmasına 
dəstək verir. Fasilitator məktəbdə ikitərəfli etimad və hörmətə əsaslanan qarşılıqlı əməkdaşlıq 
mühitinin yaradılmasında və saxlanılmasında olduqca böyük rol oynayır. Onun vəzifələrindən 
biri odur ki, hamıya köməklik etsin – həm müəllimə və eləcə də sxemə cəlb olunmuş hər bir 
şəxsə - peşəkar əlaqələrdə öz rolu və məsuliyyətlərini yaxşı dərk  etməkdə.
  Məktəbdə peşəkar söhbət  və diskussiyalar mədəniyyətinin formalaşdırılması
Peşəkar  münasibətlərin  daha  bir  aspekti  problemli  məsələlər  ətrafında  diskussiyanın, 
söhbətlərin  mədəniyyətinin  tətbiqi  və  məktəbdə  həvəsləndirilməsidir.  Müəllimlərlə 


49
məsləhət  və  yekunlaşdırıcı  görüşlərin,  eləcə  də,  onlar  üçün  tövsiyələrin  və  inkişafetdirici 
qiymətləndirmənin  verildiyi  zaman  fasilitator  xüsusi  kommunikasiya  texnikasından,  aktiv 
dinləmə  və  sualların  verilməsi  strategiyalarından  istifadə  edir,  hansıları  o,  mütləq  yüksək 
səviyyədə yaxşı bilməlidir. Bütün bu müsbət, qarşılıqlı əməkdaşlıq mühitinin yaradılmasından 
başqa,  real  olaraq  müəllimlərə  problemli  məsələlərin  ayrılmasında,  onların  dərinlikdən 
anlaşılmasında və problemin həlli yollarının axtarışında köməklik edir.
  Öz-özünü inkişaf etdirmə
Təbii ki, fasilitator təkcə həmkarların və məktəbin peşəkar inkişafına deyil, eləcə də öz-
özünün inkişafına qayğı göstərməlidir. Fasilitatorluq bunun ən yaxşı imkanını verir, çünki 
həmkarlarla əməkdaşlığın  ikitərəfli səmərəsi olur. Təcrübənin qarşılıqlı paylaşılması, fikirlərin 
və nəzərlərin mübadiləsi yolu ilə həmkarlar öyrənir və peşəkar kimi böyüyürlər. Bununla 
yanaşı, iş zamanı fasilitatora yaxşı imkan verilir ki, özünün güclü və zəif tərəflərini aşkarlasın. 
Əgər fasilitator görürsə ki, müəyyən istiqamətlərdə öz kompetensiyalarını dərinləşdirməlidir, 
o  halda  Müəllimlərin  Peşəkar  İnkişafı  Milli  Mərkəzinə  müraciət  etməli  və  mərkəzdən 
konsultant yardımını tələb etməlidir.
Eyni zamanda, seçilən kimi müəllimin peşəkar inkişafının fasilitatorluğunun sistematik 
hazırlığı  planlaşdırılmışdır.  Hazırlıq  kursu  uzunmüddətli  olacaq  və  gələcəkdə  aşkarlanmış 
tələbatlara əsaslandırılacaqdır.
  Məktəbin inkişafı
Sxemin əsasında, müəllimin peşəkar inkişafının fasilitatoru sıx olaraq hər bir müəllimlə, 
eləcə də məktəbin administrasiyası ilə əməkdaşlıq edir. Bu, ona imkan verir ki, məktəbdə 
ümumi tendensiyaları ayırsın və digər fasilitatorlarla birlikdə (birdən artıq fasilitatoru olan 
məktəbdə)  məktəbin    inkişaf  planının  işlənib  hazırlanmasında  administrasiyaya  köməklik 
göstərsin. Bunun üçün yaxşı olardı ki, ildə bir dəfə, dərs ilinin sonunda məktəbdə fasilitatorların 
işgüzar görüşləri keçirilsin,hansında onlaröz işlərini yekunlaşdıracaq, bir-biri ilə öz təcrübələri 
ilə paylaşacaq, ümumi problemləri və onların həlli yollarını müzakirə edəcəklər.
Müəllimin peşəkar inkişafı fasilitatorunun funksiyaları nədir və onun işi necə aparılır? 
Sxem  aydın  şəkildə    müəllimin  peşəkar  inkişafı  fasilitatorunun  funksiyalarını 
müəyyənləşdirir.  Xüsusilə  də,  fasilitatora  növbəti  funksiya-vəzifələrin  yerinə  yetirlməsi 
tapşırılır:


50
Fərdi peşəkar tələbatların ayırd edilməsində müəllimə köməkliyin göstərilməsi
Sxemə əsasən,  dərs ilinin əvvəlində hər bir müəllimin həyata keçirdiyi birinci fəallıq 
öz-özünüqiymətləndirmə  anketi  formasının  doldurulmasıdır.  Forma  elektron  sistemdə, 
onun şəxsi profilində yerləşdirilmişdir və dərs ilinin sonunda isə yenə ona qayıdır və bir il 
ərzində həyata keçirdiyi işi analiz edir və bunun əsasında növbəti ildə onu doldurur və öz 
peşəkar fəaliyyətini planlaşdırır. Belə ki, öz-özünüqiymətləndirmə anketi müəllimin peşəkar 
inkişafının çox güclü vasitəsidir
8
. Buna görə də  müəllim tərəfindən dərin və əsaslı şəkildə 
onun hər bir bəndinin başa düşülməsi və şəxsi təcrübəsinin müəllimin peşəkar stadartının 
tələblərinə nə dərəcədə uyğun olduğunu obyektiv dəyərləndirməsi olduqca vacibdir. Məhz 
bunun üçün bu fəallığı həyata keçirdikdə, xüsusilə də sxemin fəaliyyətə başladığı birinci ildə, 
fasilitator tərəfindən müəllimlər üçün göstərilmiş dəstək çox dəyərli olacaqdır. Bu dəstəyin 
başlıca  məsələsi  öz-özünüqiymətləndirmənin  obyektivlik  səviyyəsinin  təmin  edilməsi  və 
müəllimin öz-özünürefleksiya bacarığının lazımi şəkildə işlənib hazırlanmasıdır.
Öz-özünüqiymətləndirmə  anketini  doldurduqda  fasilitatorun  yardım  forması  əsasən 
fərdidir, xüsusilə də sxemin işə başladığı birinci ildə. Əgər onun peşəkar nəzarəti altında olan 
müəllimlərə  öz-özünüqiymətləndirmə  anketini  necə  doldurmaq  üçün  ümumi  təlimatların 
lazım gəldiyini hesab edərsə, o zaman əvvəlcədən bu müəllimlərlə  qrup görüşünü keçirə bilər. 
Növbəti illərdə, müəllimlərin bu işdə lazımi şəkildə məharətləndiklərində, onlar öz-özünü 
 qiymətləndirmə anketini müstəqil şəkildə doldurmağı və analiz etməyi bacarmalıdırlar.
Peşəkar inkişafın  fərdi iş planının tərtib edilməsində müəllimə köməkliyin göstərilməsi
Müəllim öz-özünü qiymətləndirmə anketini doldurduqdan sonra minimal olaraq birillik 
iş planını tərtib edir ki, öz təcrübəsində nöqsanları düzəltsin və peşəkarlıq baxımından inkişaf 
etsin. Bu mərhələ olduqca məsuliyyətlidir, çünki peşəkar inkişaf məqsədilə düzgün seçilmiş 
və planlaşdırılmış fəallıqlar müəllimin nailiyyətinə və müvafiq olaraq, şagirdlərin nəticələrinin 
yaxşılaşdırılmasına səbəb olacaqdır. Məhz buna görə də bu fəaliyyətdə müəllimin fasilitatorla 
əməkdaşlığı, onun təcrübəsinin, məsləhətlərinin nəzərə alınması çox mühümdür.
Fəaliyyət  planının  tərtib  edilməsi,  təbii  ki,  məqsəd  deyil.  Onun  məqsədi  öz-
özünüqiymətləndirmə  nəticəsində  peşəkar  işdə  ayırd  edilən  nöqsanların  qarşısının 
alınması  və  ümumiyyətlə,  öz  peşəkarlığının  kamilləşməsi  üçün  vacib,  konkret  işlərin 
müəyyənləşdirilməsidir. Bunun üçün də iş planını ardıcıllıq və səylə yerinə yetirmək lazımdır. 
8
 
Öz-özünüqiymətləndirmə anketi haqqında qarşıdakı məlumat kitabçasının IV fəslində ətraflı tanış ola 
bilərsiniz, Müəllimin öz-özünü qiymətləndirməsi.




Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə