MüƏllimlərin peşƏkar inkişafi milli məRKƏzi güRCÜstan



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə16/34
tarix14.10.2017
ölçüsü3,58 Kb.
#4581
1   ...   12   13   14   15   16   17   18   19   ...   34

54
  Peşəkar xüsusiyyətlər:
  Fənn biliyinə yüksək səviyyədə sahibdir. Fasilitator, ilk növbədə, yüksək səviyyədə fənn 
biliyinə sahib olmalıdır və bu da onun peşəkarlığının əsas xüsusiyyətlərindən biridir.
  Müasir pedaqoji yanaşmaları (təlim-tədris, qiymətləndirmə, dərs mühiti) tanıyır və 
təcrübədə istifadə edir. Əlbəttə ki, fasilitatoru, yüksək peşəkarlıqla seçilən müəllimi öz 
pedaqoji təcrübəsində yalnız ənənəvi, artıq yaxşı tanış olan yanaşmaların istifadəsi qane 
etməməlidir.  O,  yeniliyə  yönəlməlidir,  hər  zaman  bu  yeniliklərlə  tanış  olmalı  və  sinif 
otağında onları tətbiq etməyə çalışmalıdır.
  Hər  zaman  öz  peşəkar  inkişafına  yönəlmiş  olmalıdır.  Funksiyası  məktəbdə  öz 
həmkarlarının  peşəkar  inkişafına  qayğı  göstərmək  olan  insanın  özü,  əlbəttə  ki,  buna 
nümunə olmalıdır. Öz işləri ilə təsdiq etməlidir ki, öz təcrübəsini analiz edir, nöqsanları 
aradan qaldırır və hər zaman öz peşəkar inkişafına qayğı göstərir.
  Yüksək  peşəkar  motivasiyası  var  və  başqalarının  motivasiyasını  artıra  bilər. 
Fasilitator  kimi  öz  peşəsinə  sadiq,  maksimal  şəkildə  motivasiyalı,  entuziasit  əməkdaş 
seçilməlidir, hansı ki, işə olan öz yanaşması ilə öz həmkarlarını da həvəsləndirəcəkdir.
  Onun şagirdlərinin yüksək akademik nailiyyətləri vardır. Müəllimin peşəkarlığının 
əsas indikatoru, sözsüz ki, onun şagirdlərinin akademik nailiyyətləridir.Yaxşı olardı ki, 
məktəb yaxşı təcrübəsi olan bir namizədi seçsin və bu da onun şagirdlərinin nəticələrində 
öz əksini tapır.
  Məktəbin  inkişafına  qayğı  göstərir.  Həqiqi  peşəkar  hər  zaman  çalışdığı  mühiti 
yaxşılaşdırmalıdır. İrəliləyişə, inkişafa yönəlmiş müəllim, təbii ki, təkcə özünün deyil, 
eləcə də, tamamilə məktəbin inkişafına da qayğı göstərir.
  Mədəni  müxtəliflik  mühitində  işləyə  bilir.  Məktəbin  spesifikasından  irəli  gələrək, 
müəllimin sosial, mədəni, etnik və ya dini cəhətdən fərqli insanların ətrafında işlədiyi 
halda, onun belə bir fərqli mühitdə insanlarla əlaqə və əməkdaşlıq bacarığı inkişaf etmiş 
olmalıdır.
  Analitik təfəkkür bacarığı. Fasilitatorun işi müəllimlərin iş prosesinin, onlar tərəfindən 
əldə  edilmiş  nəticələrin  öyrənilməsi  və  analizi  əsasında  problemlərin  həlli  yollarının 
axtarışını  tələb  edir.  Belə  ki,  namizədi  seçdikdə  onun  analitik  təfəkkür  qabiliyyəti  də 
nəzərə alınmalıdır.
  İnformasiya texnologiyalarına sahibdir. Nəzərinizə çatdırmaq istəyirik ki, məktəblər 
bütövlükdə elektron sistemə keçirlər. Bu sistemə daxil olan müəllimin öz profili vardır, onun 
istifadəsi ilə onlar öz işlərini planlaşdıra və idarə edə biləcəklər. Qiymətləndirmə qrupunun 
üzvü kimi, fasilitatorun onun peşəkar nəzarəti altında olan müəllimlərin şəxsi profilinə 
əli çatacaqdır. Onun vəzifəsi müəllim tərəfindən doldurulmiş öz-özünüqiymətləndirmə 


55
anketinin,  eləcə  də  həyata  keçirilmiş  işləri  əks  etdirən  sənədlərin  analizi  və 
qiymətləndirilməsi, elektron forma ilə müəllimlər üçün tövsiyələrin çatdırılmasıdır, bu 
tövsiyələri müəllimin şəxsi profilində, xüsusi ayrılmış sətirdə yerləşdirəcəkdir. Beləliklə, 
fasilitator  kimi  seçilən  müəllimin  informasiya-kommunikasiya  texnologiyalarını  yaxşı 
bilməsi vacibdir.
  Xüsusi tədris ehtiyacı olan şagirdlərlə iş strategiyalarını yaxşı bilir və istifadə edir. 
Fasilitator    xüsusi  tədris  ehtiyacı  olan  şagirdlər  oxuyan  siniflərdə  çalışan  müəllimlərə 
peşəkar məsləhət verə bilər.
  Qeyri-gürcüdilli məktəb tərəfindən seçilmiş fasilitator dövlət dilini bilməlidir 
ki, fasilitator üçün nəzərdə tutulan peşəkar inkişaf fəallıqlarına heç bir maneə 
olmadan cəlb olunsun.
  Şəxsi xüsusiyyətləri:
  Ədalətli  və  obyektivdir.  Müəllimin  peşəkar  inkişafının  fasilitatoru  eyni  zamanda 
məktəbin  qiymətləndirmə  qrupunun  üzvüdür  və  müəllim  tərəfindən  keçilən  dərsləri, 
eləcə də, onun peşəkar qovluğunu qiymətləndirir və onun üçün kredit balların verilməsi 
haqqında qərarın qəbulunda iştirak edir, əlbəttə ki, bu işin uğurla həyata keçirilməsi üçün 
ədalətli və obyektiv olmaq kimi şəxsi xassələr müəyyənləşdirir.
  Qrup  işinin  prinsipləri  ilə  paylaşır.  Məktəb  –  ümumi  məqsədin  ətrafında  birləşmiş 
insanlardan  ibarət  qrupdur.  Onun  hər  bir  üzvü  bu  ümumi  məqsədi  dərk  etməli  və 
onun  həyata  keçirilməsində  öz  töhfəsini  verməlidir.  Fasilitator  qrup  işi  prinsipləri  ilə 
paylaşmalı və bununla belə əməkdaşlıq mədəniyyətinin tətbiq edilməsinə və məktəbdə 
gücləndirilməsinə dəstək verməlidir.
  Lider  xassələri  vardır.  Fasilitatoru  seçdikdə  nəzərə  almaq  lazımdır  ki,  həmkarların 
peşəkar  inkişafı  üzrə  məsuliyyətlə  paylaşmaq,  onların  işlərinin  planlaşdırılmasına  və 
nəzarətə yaxşı təşkilatçı və lider xassələri olan peşəkar tələb olunur.
  Kollegialdır. Fasilitatorun işi bütövlükdə həmkarlarla əməkdaşlıq üzərində qurulmuşdur, 
çünki kollegial olmayan, öz əməkdaşlarına hörmətlə yanaşmayan və onları həmfikir kimi 
qəbul etməyən şəxs müsbət əməkdaşlıq mühitini yarada bilməz.
  Yaxşı  interpersonal  kommunikasiya  qabiliyyəti  vardır.  Sxemin  əsasında,  fasilitator 
müəllim tərəfindən keçirilən dərsləri müşahidə edir, bunun əsasında ona inkişafetdirici 
qiymətləndirmə  verir,  mütəmadi  olaraq  məsləhətlər  verir.  Belə  ki,  fasilitator  tam  bu 
işin  nailiyyətlə  həyata  keçirilməsi  üçün  mütləq  yüksək  səviyyədə  kommunikasiya 


56
bacarıqlarına sahib olmalıdır. Onun qabiliyyəti olmalıdır ki, müəllimlərlə ünsiyyət zamanı 
münaqişəli vəziyyətlərdən uzaq olsun, eləcə də dəyər və ləyaqəti təhqir edən söhbətlərdən 
özünü saxlasın.
Fasilitatorun seçimi necə olur? 
Müəllimin  peşəkar  inkişafının  fasilitatorunu  məktəbin  pedaqoji  şurası  səs  çoxluğu  ilə 
seçir. Kriterilərin əsasında, namizədi pedaqoji şura iclasında iştirak edən bütün səs hüququ 
olan şəxslər seçirlər. 
Fənlərin və ya fənn qruplarının kafedraları daxili razılaşma əsasında, namizəddən razılıq 
aldıqdan sonra, məktəbin pedaqoji şurasına öz fasilitatorluğa namizədlərini təqdim edirlər. 
Pedaqoji şura xüsusi çağırılmış iclasa lazımi sayda fasilitatorları seçir.
Səslərin bərabər bölündüyü halda, daha yüksək statusu olan (baş və ya aparıcı müəllim) və 
ya verilən məktəbdə iş müddətində intizam xətası olmayan və ya yüksək akademik dərəcəsi 
olan (müvafiq intizam üzrə ali təhsil diplomu, magistr dərəcəsi) namizədə üstünlük verilir.
Məktəbdə bir neçə fasilitator seçimi halında, kafedralar və ya fənn qrupları arasında tarazlığa 
riayət edilməsi yaxşı olardı. Fasilitatorun müəllimə ümumi peşəkar inkişafda yardım etməsinə və 
ona sxemlə nəzərdə tutulmuş fəallıqların həyata keçirilməsində dəstək verməsinə  baxmayaraq, 
müəllimlər bölündükdə, diqqətin fənn istiqamətlərinə verilməsi daha yaxşı olardı.  
Məktəbin  fasilitatorunun/fasilitatorlarının  seçim  proseduru  məktəbin  pedaqoji  iclasının 
müvafiq protokolunda öz əksini tapır, protokolun nəticələri isə müəllimin qiymətləndirmə 
qrupunun yaradılması haqqında direktorun əmrində göstərilir.
Fasilitator üç il müddətinə seçilir. Fənn və ya fənn qrupunun kafedrasının hüququ var ki, 
üç il müddəti keçdikdən sonra məktəbin pedaqoji şurası eyni namizədi təkrar təqdim etsin. 
Müəllimin qiymətləndirmə qrupunun üzvü qiymətləndirildikdə nə baş verir?
Qiymətləndirmə qrupunun üzvü özünü kənarlaşdırma haqqında elan edir. Bu halda, onun 
işini qiymətləndirmə qrupunun digər üzvləri qiymətləndirirlər. Məktəbin qrupun bu üzvünün 
təqdim etdiyi kafedra üzvünü qiymətləndirmə qrupuna bir dəfə üçün dəvət etmək hüququ var.
Məktəbdə qiymətləndirmə qrupunun təyin edilən qayda ilə formalaşması mümkün 
olmadığı halda nə baş verir?
 
Azkontingentli  məktəb  sxemlə  müəyyən  edilən  müddətdə  (dərs  ilinin  əvvəlindən  bir 
ay  müddətində)  qiymətləndirmə  qrupunu  komplektləşdirə  bilmədiyi  halda,  Müəllimlərin 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə