MüƏllimlərin peşƏkar inkişafi milli məRKƏzi güRCÜstan



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə22/34
tarix14.10.2017
ölçüsü3,58 Kb.
#4581
1   ...   18   19   20   21   22   23   24   25   ...   34

72
müəllimləri bir çox problemlərdən kənarlaşdırır. Şagirdlər hər zaman (müəllimin bir nəzərdən 
ciddi göründüyündə də) müəllimin səmimiyyət, diqqət və qayğı dolu münasibətini hiss edir və 
belə bir münasibətlə cavab verməyə çalışırlar.
Şagirdin və müəllimin münasibəti nə üçün bu qədər vacibdir? İlk növbədə, motivasiya və 
təhsilə təsir göstərdiyinə görə. Ümumiyyətlə məlumdur ki, fənnə qarşı yüksək motivasiyaya 
daha çox sevimli müəllim səbəb olur. Sevimli müəllim isə, səni diqqətlə dinləyən və başa düşən, 
səni şəxsiyyət kimi tanıyan, nailiyyətinə sevinən və nailiyyətsizliyini düşünən, səndən hər zaman 
daha yaxşı nəticələr gözləyən bir müəllimdir. Belə bir halda təsir göstərmək üçün daha az qüvvə 
və səlahiyyət lazımdır və işinizdən daha çox zövq ala biləcəksiniz.
İlk növbədə, şagirdin və müəllimin münasibətinin baş tutması üçün müəllim şagirdin təhsil, 
emosional və sosial problemləri ilə maraqlanmalıdır. Maraqlanmaq həddən artıq dərinliyə getməyi 
bildirmir. Şagird haqqında müəllim müxtəlif yollarla məlumat toplaya bilər. Bu, valideynlərlə, 
əməkdaşlıq,  həmkarlarla,  mütəxəssislərlə  görüşlərin  və  söhbətlərin  təşkili,  şagirdin  özündən 
məlumatın alınmasıdır. Məsələn,şagirdlərin özləri, ailələri, sevimli ev heyvanları, maraqları, öz 
güclü və zəif tərəfləri, nədən qorxduqları, kimi sevdikləri, insanlarda nəyi bağışlamadıqları və s. 
haqqında məlumatı yazdıqları kartoçkalardan istifadə edə bilərsiniz.
Elə bir hallar olur ki, şagird dərsdən sonra sinif otağını tərk etmək istəmir. Bu onu bildirirmi 
ki, sizinlə söhbət etmək istəyir? Qalın və onunla söhbət edin. Bir çox hallarda, şagirdi səmimi 
söhbətə dəvət etmək özünüzün və başqa insanların təcrübəsi, nailiyyətləri, çətinlikləri haqqında 
danışmaqla mümkün olur.
Şagirdlərə bir-birini daha yaxşı tanımaq imkanını verin. Bunun üçün “özünü tanıt” kimi 
fəallıqlardan istifadə edin (məsələn, mənim sevimli əşyam mənim haqqımda nəyi danışır”), 
onlar təbii olaraq başqa dərs fəallıqlarına birləşəcəklər. Əgər müəllim qrup üzvlərinin məlumatın 
tanınmasına bir az vaxt ayırarsa, bu, gələcəkdə tədrisin səmərəsinə dəstək verir. Münasibətlərin 
mökəmlənməsi üçün şagirdləri cütlüklərdə, kiçik qruplarda çalışdırmalıyıq.
Bir çox hallarda şagirdlərlə müsbət və xoş əhval-ruhiyyənin yaranmasına stereotiplər mane 
olurlar.  Əgər  şagirdin  məktəbdə  nailiyyətli  adı  bərqərar  olmuşdursa,  o  zaman  elə  bir  nəzər 
yaranır ki, öz qüvvələri ilə dərs materialını ödəyə biləcəkdir. Həqiqətən də zəif şagird kimi, yaxşı 
şagird də kömək və qarşılıqlı təsir istəyir. Başqa təhlükə də var, b.a. “favoritizm”, bu zaman 
müəllim sevimli şagirdləri seçir. Bir çox hallarda, bu cür şagirdlər yüksək akademik nailiyyətlə 
seçilirlər.  Bu,  başqa  şagirdləri  incidir  və  bəzən  aqressiyaya  da  səbəb  olur.  Müəllim  hər  bir 
şagirdin inkişafının həvəsləndirilməsinə dəstək verməlidir, onun güclü tərəflərini vurğulamaqla, 
lazımi və vaxtında tövsiyələrin verilməsi ilə. 
Müsbət  münasibətlərin  formalaşmasının  daha  bir  mühüm  aspekti  müəllimin  səmərəli 
kommunikasiyasıdır.  Bəzən  söylənilənin  məzmunu  onu  deyənin  səs  tonuna,  bədəninin 


73
vəziyyətinə, jestlərinə uyğun olmur. Şagird gizli bildirişi görə bilər və məsələn, müəllimə kobud 
cavab verə bilər, çünki müəllimin dediyi sözlər deyil, onun qeyri-verbal işarələri onun üçün 
təhqiramizdir.  Bunun  üçün  sözlərinizə  diqqət  verin,  amma  söhbət  tonunuza,  jestlərinizə  və 
mimikanıza daha ehtiyatla yanaşın.
Səmərəli kommunikasiyanın tətbiqinə aktiv dinləmə texnikasından istifadə etmək dəstək 
verir. O, dəqiqləşdirici sualları və sözlərin başqa şəkildə ifadə edilməsini nəzərdə tutur. Müəllim 
şagirdə cavab verənə qədər onun sözlərindən nəticə çıxarmalıdır. Nəticəsinin doğru olmadığı onu 
bildirir ki, şagirdin ismarıcını doğru başa düşməmiş və şagird yenidən öz fikrini izah etməlidir. 
Bundan sonra ismarıcı qəbul edən yenidən sözlərini başqa şəkildə ifadə edir. Proses ismarıc 
müəllifinin dinləyicinin onun fikrini düzgün başa düşdüyünü təsdiq etdiyinə qədər davam edir. 
Müəllim bu prosesdə şagirdin qeyri-verbal işarələrini müşahidə edir ki, onun sözlərini daha 
yaxşı analiz etsin. 
Münasibət dialoqla başlayır. Adətən, dialoqda bir həmsöhbət sual verir, onun həmin suala ya 
cavabı yoxdur və ya da ki, başqasının fikrini də dinləmək istəyir. Müəllimin yalnız düzgün cavab 
almaq üçün sual verdiyində dialoq vəziyyəti yaranmır, yəni kommunikasiya baş tutmur. Bunun 
üçün də bir çox hallarda, alternativ cavablara böyük təkan verən və müəllimin özünün də ola 
bilsin ki, cavabı olmadığı sualları verməlidir . Məsələn, “necə düşünürsünüz, nişanlısının qətli 
ilə əlaqədar Nestanın qərarı doğrudur və ya yox?”, “sizin fikrinizcə, qlobal iqlim dəyişkənliyinə 
yalnız təbii amillər səbəbdirlər?”, “sizin fikrinizcə, gen mühəndisliyinin inkişafı hansı müsbət 
və  mənfi  nəticələr  gətirə  bilərlər?”,  “Kldekari  eristavilərinin  xəyanəti  halında,  siz  Davit 
Ağmaşenebelinin yerində olsaydınız, necə hərəkət edərdiniz?” və s. Belə bir suallar hər bir 
şagirdin qorxu hissini yox edir, eyni zamanda, şagird özünü şəxsiyyət kimi hesab edir, çünki 
onunla maraqlanırdılar, onu etiraf edirlər. Dərsdə dialoq vəziyyəti belə yaranır və bu vəziyyət 
müəllim və şagirdin arasında əlaqənin əsasıdır.
  Sinifdə qarşılıqlı hörmət və qarşılıqlı anlayış mühitini yaradıb-yaratmağınıza əmin olmağınız 
üçün özünüzə növbəti suallar verin:
  Şagirdlərin dərs problemləri ilə maraqlanırsınızmı və onların emosional, akademik və sosial 
ehtiyaclarını araşdırırsınızmı?
  Hər bir şagirdə fərqli və yaradıcılıqla yanaşırsınızmı?
  Şagirdlərlə tez-tez dialoq aparırsınızmı və eyni cavabı olmayan suallar verirsinizmi? Onlara 
sərbəstliklə suallar vermək imkanını verirsinizmi?
  Şagirdlərin  maraqlarını,  onların  güclü  tərəflərini  nəzərə  alırsınızmı  və  bu  maraqların 
nəzərə alınması ilə və onların güclü tərəflərini vurğulamaqla onların tədris motivasiyasını 
yüksəltməyə çalışırsınızmı?


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə