MüƏllimlərin peşƏkar inkişafi milli məRKƏzi güRCÜstan



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə27/34
tarix14.10.2017
ölçüsü3,58 Kb.
#4581
1   ...   23   24   25   26   27   28   29   30   ...   34

85
Tədris Planının tələblərini, digər tərəfdən isə şagirdlərin tələbatlarını (sinifdə hansı bacarığın 
azlığı hiss olunur, şagirdlər nəyi bacarmırlar, nədə çətinlik çəkirlər, hər hansı bir konkret bacarığın 
inkişafı üçün hansı şagird fərqli yanaşma tələb edir və s.) nəzərə alır. Bizim istiqamətimiz bəyan 
edilmiş  (statik)  bilikdən  prosedur  (dinamik)  biliyi  keçməklə  şagirdi  şərti  (funksional)  biliyə 
qədər aparmaqdır, çünki məhz bu sonuncu şagirdə imkan verir ki, öz biliyini adekvat şəkildə 
müxtəlif vəziyyətlərdə istifadə etsin, beləliklə biliyi keçirsin, yəni transfer etsin.
Strategiyalar haqqında söhbətə başladıqda, müəllimlərə xatırladırıq ki, strategiya və metod 
bizim materialda sinonim kimi istifadə edilir. Tədrisin metodu/strategiyası şagirdlərdə müvafiq 
bacarığı inkişaf etdirmək üçün müəllimin məqsədyönlü bir əməlidir. Bir çox hallarda müəllimlər 
fəallığı  və  metodu  bir-birindən  seçməkdə  çətinlik  çəkirlər.  Fəallığa  sual  verilir:  nə  edirik? 
(məsələn, şagirdlər mətnlə tanış olacaqlar), metoda/strategiyaya isə - necə edirəm? (məsələn, 
şagirdlər mətnin oxunulması prosesində markerləşdirmə metodundan və ya “ikitərəfli qeydlər 
gündəliyindən” istifadə edirlər).
Strategiyanın  məqsədyönlü  şəkildə  seçilməsi  üçün  müəllim  bilməlidir  ki,  hansı  strategiya 
hansı bacarığın/bacarıqların inkişafına xidmət edir. Məsələn, şagirdlərdə informasiyanın analizi 
bacarığını inkişaf etdirmək istəyiriksə, ona mətnin məntiqi hissələrə bölünməsini təklif etməliyik, 
bundan sonra bu hissələr arasında əlaqələrin göstərilməsini, hadisənin səbəbinin izah edilməsi və 
ya gizli fikrin tapılması, axtarılmış məlumatda əsas məsələlərin eyniləşdirilməsi, məğzi və qeyri-
məğzi məlumatın fərqləndirilməsi, anlayışlar və ideyalar arasında əlaqələrin möhkəmlənməsi və s. 
göstərilməlidir. Bunun üçün tez-tez sual verək – niyə? İmkan verək ki, koqnitik sxemlərdən istifadə 
edilsin (məsələn, Ven diaqramı, təsnifat- kateqoriyalara ayırma cədvəli, anlayışlar cədvəli və s.).
Şagirdlərin tənqidi təfəkkür bacarığını inkişaf etdirmək istəyiriksə, o zaman materialı elə 
çatdırmalıyıq ki, onlara fikir, mühakimə və fərqli şərhetmə imkanını verək, öz fikrimizi onlara 
dolamayaq, fərqli fikirlər üzrə müzakirələr aparmaq, analiz etmək və qiymətləndirmək imkanını 
verək. Bunun üçün tez-tez diskussiyalara, debatlara onları cəlb etməliyik.
Çevik düşüncə, bir və ya bir növ vəziyyətdə öyrənilənin fərqli vəziyyətdə istifadə bacarığını 
(yəni transfer bacarığı) inkişaf etdirmək üçün şagirdlərə konkret nümunələr yolu ilə göstərməliyik 
ki, insanlar biliyin bir vəziyyətdən ikinciyə keçirilməsini necə bacarırlar; mövzunu öyrəndikdə 
əvvəlcədən şagirdlərin mənimsənilmiş materialı istifadə etmək imkanları olacaq vəziyyətləri 
bilməliyik. Əgər şagirdlərə anlatsaq ki, hansı vəziyyətlərdə öz biliklərini istifadə edə biləcəklər, 
bununla onların motivasiyası artacaqdır, çünki onlar məsələnin praktiki dəyərini anlayacaqlar 
(məsələn,  riyaziyyatda  öyrənilən  statistikanın  və  məlumatların  göstəricilərinin  analizi 
elementlərini coğrafiyada əhalinin miqrasiya məsələsi üzərində işləmək üçün istifadə edək ).
Müasir  həqiqətlərdə  yaradıcı-mütəfəkkir  insanlara  böyük  tələbat  vardır.  Yaradıcılıq 
təfəkkürü  elə  bir  istiqamətli  yolu  bildirir  ki,  bu  zaman  beyində  yaranan  ideyalar  məsələ 


86
haqqında gözlənilən nəticələrlə razılaşmır, öyrənilənin təkrarını, mühafizəkarcasına düşüncəni 
istisna edir. Bu, “çərçivələr kənarında düşüncədir” və orijinal ideyaların bir yerə toplaşması ilə 
assosiasiya yaradır (bunun vasitələrindən biri “əqli düşüncədir”). Yaradıcılıq düşüncəsi təsviri 
və elmi düşüncəni, ehtimalın formalaşdırılmasını tələb edir. Onu məcazi (alleqorik-metaforik), 
assosiativ və subyektiv kimi xarakterizə edə bilərik. Metodiki birrənglik, düşüncənin düz xətti, 
çərçivələr,  hakim  nöqteyi-nəzərə  kor-koranə  tabeçilik,  qeyri-ordinal,  yaradıcılıq  baxımından 
düşünən şagirdlərin xoşagəlməz və proqnozlaşdırılmayan vəziyyətlərə qarşı qorxusu uşaqlarda 
yaradıcılığı  öldürür.  Yaradıcılıq  fikrinin  inkişafı  üçün  müəllim,  ilk  növbədə,  şagirdin  səhv 
buraxmaq qorxusunu aradan qaldırmalıdır ki, öz fikrini sərbəst şəkildə söyləsin, yeni iş formasını 
təklif  etdikdə  şagirdi    vaxtda  məhdudlaşdırmasın,  təsviretmənin  fəallaşdırılmasına  yönəlmiş 
tapşırıqları versin (məsələn, ehtimalların söylənilməsi, problemin həllinin bir neçə mümkün 
yolunun təqdim edilməsi, bir əşyanın çoxtərəfli təyinatla istifadəsini düşünmək və s.), problemin 
həllinin təklif edilmiş yolunun yaxşılaşdırılmasını və ya dəyişdirilməsini xahiş etsin (məsələn, 
hekayəni necə başa çatdırardınız? Tarixi necə uzadardınız? Nə olardı, əgər....) və s.
İnsan tez dəyişən gerçəkliklə adaptasiya üçün daim şagird mövqeyində olur. Necə öyrənməli 
olduğunu bilirsə, o zaman istənilən yeni çağırışla ayaqlaşa bilir. Təlimin təlimi isə şəxsi təfəkkür 
prosesinin  idarəetməsi  xaricində  olmur.  Bu  bacarıq  metakoqnitik  bacarıq  adlanır.  Şagirdlər 
arasında metakoqnitik düşüncə nə qədər yüksək olursa, onlar bir o qədər yaxşı təhsil alırlar. Əgər 
şagird materialı başa düşməkdə ona nəyin mane olduğunu anlayırsa, şəxsi düşüncəsi prosesinin 
analizi  əsasında  problemin  həlli  strategiyasını  axtarır.  Müəllimin  vəzifəsi  şagirdləri  təlimin 
müxtəlif strategiyaları ilə tanış etmək və eyni zamanda hansı strategiyanın istifadəsinin ona daha 
yaxşı nəticəni verəcəyi fikrini öyrətməkdir (təlim strategiyalarıdır: qeydlərin aparılması, testin 
markerləşdirilməsi, ucadan fikrin söylənilməsi, materialın yekunlaşdırılması, məlumatın qrafiki 
təşkilatçılığı və s.).
Dərs prosesinin ayrılmaz atributu suallardır. Suallarla biz şagirdlərin düşüncələrini idarə 
edə və hər bir intellektual potensialı tam üzə çıxara biləcək dərs mühitini yarada bilərik. Bunun 
üçün şagirdlərə suallar verməliyik, amma əvvəlcədən yaxşı düşünülmüş və təfəkkürün müxtəlif 
səviyyəsinin inkişafına tərəf istiqamətlənən sualları verməliyik.
Sualların  müxtəlif  təsnifatı  vardır.  Onların  arasında  ən  yayılmışı  Benjamen  Blüm 
taksonomiyasına əsaslanmış təsnifatdır. Onun şəkli dəyişdirilmiş variantı da vardır və sualların 
altı tipini özündə birləşdirir. Bunlardır:
Biliyə yönəlmiş suallar, onlar faktların adlandırılmasını, konkret məlumatın bərpa edilməsini 
nəzərdə tuturlar. Bu tipdə sualları hansı risk-amillərin müşaiyət etməsi haqqında yuxarıda qısa 
söhbət apardıq.  Amma onu da demək lazımdır ki, şagirdlərə belə bir suallara cavab axtarmaq 
yolunu  öyrətdikdə buna daha çox zəhmət sərf edərik  nəinki məlumatın yadda saxlanılmasına.


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə