MüƏllimlərin peşƏkar inkişafi milli məRKƏzi güRCÜstan



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə28/34
tarix14.10.2017
ölçüsü3,58 Kb.
#4581
1   ...   24   25   26   27   28   29   30   31   ...   34

87
Dəqiqləşdirici  suallar,  onlar  adətən  belə  başlayırlar:  “əgər  düzgün  başa  düşürəmsə....”, 
“yəni sən deyirsən ki,...” və s. Belə bir suallar zamanı yaxşı olardı ki, müəllim dəqiq şagirdin 
dediyini təkrarlamasın (bu, şagirdin çaşqınlığını və qorxusunu yarada bilər ki, nəyisə düzgün 
söyləməmişdir), onun sözlərini başqa şəkillə ötürsün. Eləcə də çox vacibdir ki, bunu mənfi 
mimika ilə etməsin (məsələn, qaşlarını yuxarı dikmək, geniş açılmış gözlərlə təəccüblü sifət).
İzahatlı suallar, onlar, adətən növbəti sual sözü ilə başlayırlar “nə üçün”. Belə bir sualları 
müəyyən risklər müşaiyət edirlər. Məsələn, şagird onu  gücün tətbiq edilməsi kimi qəbul edə və 
öz cavabını doğrulda bilər. Bunun üçün yaxşı olardı ki, müəllim səmimiyyətlə maraqlandığını 
ifadə etsin ki, nə üçün belə düşünür? Eləcə də nəzərə almaq lazımdır ki, şagirdin “nə üçün?” 
sualına cavabı bildiyi (dərslikdən oxumuş və ya onun cavabını müəllimdən eşitmişdir) halda, 
izahatlı sual biliyə yönəlmiş suala keçid alacaqdır. Belə  suallardan istifadə personajın hərəkət 
motivini, hadisənin səbəblərini izah etmək  və s. üçün yaxşıdır. Onların vasitəsilə biz şagirdlərə 
şərh etməyə, səbəb-nəticə əlaqələrini görməyə təkan veririk.
Qiymətləndirici suallar. Ümumiyyətlə məlumdur ki, insanın emosiyaları onun təfəkkür 
proseslərinə  mühüm  təsir  göstərir.    Bizim  fakta  və  ya  hadisəyə  qarşı  əvvəlcə  emosional 
və bundan sonra – tənqidi (“Kornelin qrafasını” yadınıza salın – emoisonal və tənqidi şərh) 
yanaşmamız  formalaşır.  Bunun  üçün  şagirdlərə  öz  emosiyalarını  ayırd  etməkdə  köməklik 
göstərməyimizin böyük əhəmiyyəti vardır. Məhz bu tipdə suallar buna xidmət göstərirlər. Onlar 
şagirdlərə bu və ya digər hadisəyə, fakta, tarixi qəhrəmanlara, personajlara, hətta riyazi qaydalara 
qarşı öz münasibətlərini dərk etməkdə yardım edirlər.  Məsələn, “bu məsələni həll edəndə hansı 
hisslər sənə sahib oldular?”, “bu şeir səndə hansı hissləri yaradırlar?”, “bu personaja qarşı hansı 
yanaşmaların  vardır”  və  s.  Müəllim  nəzərə  almalıdır  ki,  şagirdlərin  aktivlik  və  cəlbolunma 
səviyyəsi yüksək olduğunda, məsələn, diskussiya zamanı, qiymətləndirici sualların verilməsi 
tövsiyə edilmir.Eləcə də bu tipdə sualları verdikdə, müəllimdən görünməlidir ki, həqiqətən də 
şagirdin cavabı ilə maraqlanır və rəsmi olaraq suallar vermir.
Praktiki suallar – nəzəriyyənin və təcrübənin qarşılıqlı əlaqəsinə yönəlmiş suallardır. “Onun 
yerinə siz necə hərəkət edərdiniz?”, “Həyatda düzbucaqlının sahəsinin hesablanma qaydasından 
necə istifadə etmək olar?”  və s.
Yaradıcılıq xarakterli suallar şərtilik, proqnozlaşdırma, ehtimallar elementlərindən ibarət 
olan  suallar,  onlar  şagirdləri  şəxsi  təsəvvürlərini  fəallaşdırmağa  “məcbur  edirlər”.  Məsələn, 
“necə  düşünürsən,  1801-ci  ilin  manifesti  olmasaydı,  Gürcüstan  necə  olardı?  ”,  “bitkilərin 
hamısının çinar ağacı kimi ucaldığında, nə baş verərdi? ”, “sizin fikrinizcə, bu romanın sonu 
necə  olacaqdır?”  və  s.  Yaradıcılıq  sualları  bütövlükdə  dərsin  ənənəvi  modelini  dəyişirlər. 
Burada doğru və yanlış suallar yoxdur. Şagirdlərin hər biri özlərini təsvir etməkdə azaddırlar. 
Hər birinin fantaziyasının müəllimin fantaziyası kimi eyni çəkisi və əhəmiyyəti vardır. Burada 


88
onlar bərabərdirlər. Bir çox hallarda müəllimlər belə bir sual verməkdən ehtiyat edirlər, çünki 
şagirdlərin fantaziya axınını dayandırmaqda çətinlik çəkirlər, amma nəticə risk etməyə dəyir. 
Sualların məqsədlərindən biri diskussiyanın həvəsləndirilməsidir.
Diskussiyadan, bir tədris metodu kimi, müəllimlər dərsin gedişi zamanı intensiv olaraq 
istifadə edirlər. Diskussiya interaktiv tədris metodlarından biridir və müxtəlif məqsədlərə xidmət 
edir. Öz fikrini sərbəst şəkildə ifadə etməyə, əsaslı müzakirəyə, tənqidi təfəkkür, kommunikasiya 
və  səmərəli  dinləmə  bacarıqlarının  inkişafına  dəstək  verir. Yaxşı  planlaşdırılmış  və  düzgün 
aparılmış diskussiya məsələnin daha yaxşı başa düşülməsinə şərait yaradır.
  Təlim  və tədris strategiyalarından səmərəli şəkildə istifadə edib-etmədiyinizi təyin etmək 
üçün özünüzə suallar verin:
  Strategiyaları dərs məqsədinə uyğun olaraq seçirəm?
  Strategiyaları seçdikdə sinfin (məs., böyüklüyü) və şagirdlərin (yaşını) xüsusiyyətini nəzərə 
alıram?
  Şagirdlərlə çoxtərəfli və yüksək düşüncə bacarıqlarını inkişaf etdirən strategiyalardan istifadə 
edirəm?
  Müvafiq  çətinliyi  olan  məzmunu  tədris  etməklə  şagirdləri  çağıra  bilirəmmi?  Onlara  bu 
çətinliyi dəf etməyi öyrədirəm?
  Tədrisin  müxtəlif  strategiyalarından  istifadə  edirəmmi  və  onları  şagirdlərin  konkret 
bacarığının/bacarıqlarının inkişafı üçün seçirəmmi?
  Şagirdlərə yüksək düşüncə bacarıqları üçün nəzərdə tutulmuş tapşırıqlar verirəmmi?
  Şagirdləri öz ideya və fikirlərini əsaslandırmaq üçün həvəsləndirirəm?
  Şagirdlərin  cavablarının  dəqiqləşdirilməsi  və  yayımlandırılması  məqsədilə  sualların 
verilməsi strategiyalarından istifadə edirəm?
  Məsələyə  dərindən  yetişmək  məqsədilə,şagirdlərin  cavablarına  əsaslanan  sualları 
formalaşdırıram? 
  Sual-cavab prosesinə bütün şagirdləri cəlb edirəm?
  Mühüm məsələlər ətrafında diskussiyanı, dialoqu və debatları həvəsləndirirəm?
  Diskussiyanın  səmərəli  şəkildə  aparılması  üçün  şagirdlərin  cavabları  və  ideyalarından 
istifadə edirəm?
  Diskussiyada mənim rolum fasilitasiya ilə əhatə olunur?
  Bu suallara cavabınızın müsbət olduğu halda, sizin şagirdləriniz:
  Hər şeylə maraqlanan və cəsarətlidirlər;
  Konstruktivist cəhətdən tənqididirlər;


89
  Çərçivələri və düz yolla gəzməyi sevmirlər;
  Təlimin və təfəkkürün müxtəlif strategiyalarından istifadə edirlər;
  Öz fikirlərini qeyri-məhdud  şəkildə ifadə edir və tənqidi şəkildə qiymətləndirirlər;
  Yaxşı düşünülmüş suallar verirlər;
  Problemin həlli məqsədilə müxtəlif strategiyalardan istifadə edirlər;
  Müəllimə və bir-birlərinə suallar verir və müxtəlif məsələni irəli sürürlər;
  Bir-birlərinə düşünməyə və müzakirə aparmağa təkan verirlər;
  Onların müzakirəsi əsaslıdır, diskussiya məsələsinin biliyi görünür;
  Diskussiyanı yayımlayır, bir-birindən müzakirə etməyi, əsaslı cavablar verməyi tələb edir, 
bir-birinə məsələni anlamağa və əsaslandırmağa təkan verirlər;
  Diskussiya nəticələrini yekunlaşdırırlar.
Yarımsahə: Motivasiya  və aktiv iştirak 
Motivasiya təhsilə, biliyə qarşı müsbət yanaşmanın vacib şərtlərindən biridir. Həm daxili, 
eləcə  də  xarici  motivasiya  şagirdin  nailiyyətlərini  müəyyənləşdirir.  Şagirdlər  nə  qədər  çox 
motivasiyalı olsalar, bir o qədər də təlimin keyfiyyəti çox olar və nə qədər az motivasiyaları olsa, 
təlimin keyfiyyəti də bir o qədər aşağı olar. Daxili motivasiyası olan şagird üçün dərs fəaliyyəti 
daha əhəmiyyətli, dəyərli və xoşdur, nəinki gözlənilən mükafat. Əgər şagird həvəsləndirmə, 
mükafat (yaxşı qiymət, tərif, sinifdə müəyyən statusun əldə edilməsi və s.) gözlədiyinə görə 
dərsdə  fəallıq  edir  və  çalışqanlıq  göstərirsə,  bu,  xarici  motivasiyanın  əlamətidir.  Tədrisdə 
motivasiyanın hər iki formasından istifadə edilir, - həm daxili, eləcə də xarici, hərçənd effektivlik 
nöqteyi-nəzərindən, şagirdlərin daxili cəhətdən motivasiyalı olduqları xüsusilə əhəmiyyətlidir. 
Belə bir halda, xarici motivasiyadan fərqli olaraq, onlar təhsilə daha çox məsuliyyətlə yanaşırlar, 
onların  öz-özünütənzimləmə  bacarıqları,  təhsilə  qarşı  müsbət  əhval-ruhiyyələri  var,  özlərinə 
daha inamlıdırlar.
Daxili  motivasiyanın  oyadılması  və  gücləndirilməsi  üçün  müəllim  şagirdlərin  diqqətini 
nəticəyə deyil, prosesə yönəltməlidir. Şagirdlərə təlim prosesi ilə alınan zövqü hiss etdirməlidir. 
Bunun  üçün  müəllim  tədris  zamanı  müxtəlif  strategiyalardan  istifadə  etməli,  şagirdləri  real 
həyatla, məişətlə, onların təcrübələri ilə əlaqədar olan işlərə cəlb etməlidir. Müəllimin şagirdlərin 
maraqlarını öyrənməsi və dərs fəallıqlarını onlara uyğunlaşdırması, şagirdlər arasında hər şeylə 
maraqlanmaq istəyini oyatması, dərs işi və əyləncəni (müxtəlif elmi oyunlardan istifadə etsin, o 
cümlədən, rol və imitasiya oyunlarından) bir-biri ilə həmahəng etməsi, şagirdlərə seçim etmək, 
fikirlərini ifadə etmək azadlığını verməsi, sinifdə öz-özünü aktuallaşdırma mühitini yaratması, 
şagirdin özünü bərqərar etmək, başqaları ilə öz münasibətlərini bölüşmək kimi güclü tərəflərini 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə