MüƏllimlərin peşƏkar inkişafi milli məRKƏzi güRCÜstan



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə6/34
tarix14.10.2017
ölçüsü3,58 Kb.
#4581
1   2   3   4   5   6   7   8   9   ...   34

23
  Əgər müəllim tərəfindən keçirilən dərsi qiymətləndirmə qrupu müsbət dəyərləndirərsə, o 
zaman müəllimə 2 kredit bal verilir.
Müəllimin qiymətləndirmə qrupu  tərəfindən qiymətləndirmənin mənfi olduğu hal
da nə baş verir?
  Müəllim tərəfindən keçilən dərsin müsbət dəyərləndirilmədiyi halda, müəllimə əlavə dərsi 
keçmək imkanı verilir. Bunun üçün:
  Müəllim tövsiyələri nəzərə alır və nöqsanların aradan qaldırılmasına yönəlmiş peşəkar 
inkişafın uyğun tədbirlərini planlaşdırır. Fasilitator ona bu prosesdə yardım edir. Müəllim 
onun üçün peşəkar inkişafın istənilən vasitəsini seçməkdə sərbəstdir, məsələn, treninq, 
peşəkar ədəbiyyatla tanışlıq, həmkarı tərəfindən keçilmiş dərsin dinlənilməsi və s.
  1-dən 3 aya qədər vaxt parçasında müəllim dərsi planlaşdırır, onun planını yenə də qi-
ymətləndirmə qrupuna təqdim edir və onlarla keçiriləcək dərsin tarixini razılaşdırır.
  Qiymətləndirmə qrupu yenə də müəllimin dərsini müşahidə edir, bu zaman müəllim ötən 
müşahidə nəticəsində alınan əks təsiri nə dərəcədə nəzərə aldığını, nöqsanları nə dərəcədə 
düzəltdiyini və təcrübəsini necə kamilləşdirdiyini göstərməlidir.
  Dərsdə müşahidə nəticəsində qiymətləndirmə qrupu müəllim üçün kredit balların verilmə-
si haqqında qərar qəbul edir.
Baş müəllim statusunun əldə edilməsi üçün təcrübəçi müəllim neçə kredit-bal 
toplamalıdır?
Təcrübəçi müəllim onun tərəfindən həyata keçirilən icbari fəallıqlara uyğun olaraq qi-
ymətləndirilir. Təcrübəçi  müəllimə  baş  müəllim  statusunun  verilməsi  üçün  müvafiq  kred-
it-ballar növbəti qaydada müəyyənləşdirilir: 
Təcrübəçi müəllimə baş müəllim statusunun verilməsi üçün   
     
Kredit-ballar
icbari fəallıqlar 
Fənn imtahanı 10
Müəllimin qiymətləndirmə qrupunun müşahidə etdiyi 2 dərsin keçilməsi  
4
Müəllimin peşəkarlıq bacarıqlar üzrə peşəkar inkişaf kursunu keçməsi 5
Cəmi 19


24
Status haqqında qərar necə qəbul edilir? 
Hər üç icbari fəallığın nailiyyətlə yerinə yetirilməsi halında, müəllim elektron peşəkar 
qovluqda  müvafiq  təsdiqləyici  sənədləri  yerləşdirir.  Bu  sənədləri  elektron  sistemə  dərs  ili 
bitənə  qədər  məktəb  direktoru  tərəfindən  təsdiqlənən  müddətdə  yükləyir.  Qiymətləndirmə 
qrupu  peşəkar  qovluqda  mövcud  sənədlərin  əsasında  müəllimə  baş  müəllim  statusunun 
verilməsi və ya təcrübəçi müəllim statusunun dayandırılması haqqında qərar qəbul edir. Qi-
ymətləndirmə qrupu Müəllimlərin Peşəkar İnkişaf Milli Mərkəzinə təqdim edir.
Müəllim üçün sxemlə müəyyənləşdirilmiş statusun verilməsi sertifikatla təsdiqlənir. Sert-
ifikat müəllimin çalışdığı məktəbə resurs-mərkəzlərin vasitəsilə verilir.
Təcrübəçi müəllimin 3 il ərzində fənn imtahanını verə bilmədiyi halda və ya baş müəl-
lim statusunun verilməsi üçün təyin edilmiş müddət keçdikdən sonra bu statusun verilmə-
si üçün lazımi kredit-balları toplaya bilmədiyi halda, ümumtəhsil müəssisəsi onun iş yerinə 
vakansiya elan etməlidir. Musiqi və idman (fiziki tərbiyə) müəllimləri, eləcə də, qeyri-gürcü-
dilli  ümumtəhsil  müəssisələrinin/şöbələrin  müəllimləri  istisna  olunurlar,  vaxt  hesabı  onlar 
üçün fənn imtahanının təklif edildiyindən sonra başlanacaqdır. İmtahanın keçirilməsinə Qi-
ymətləndirmə və İmtahanlar Mərkəzi məsuliyyət daşıyır.
Əgər təcrübəçi müəllim statusla təyin edilmiş müddətdə əlavə işləri həyata 
keçirərsə və kredit balları toplayarsa, o zaman onlar itirilməyəcək və baş müəllim 
statusunun verildiyindən sonra əks olunacaqlar.
Əgər təcrübəçi müəllim peşəkar bacarıqlar imtahanını nailiyyətlə verərsə, o zaman 
fənn imtahanını verdikdən sonra digər fəallıqları yerinə yetirmədən baş müəllim statusunu 
əldə edir.
Əgər təcrübəçi müəllim fənn imtahanını vermişdirsə, o zaman başqa icbari fəallıqları (dər-
sin müşahidəsi və peşəkar inkişaf kursu) yerinə yetirməlidir, bundan sonra onun 10 kredit balı 
tanınır.
Təcrübəçi müəllimin maaş artımı necə baş verəcəkdir?
  Sxemə  əsasən,  2015-2016-cı  dərs  ili  boyunca  təcrübəçi  müəllimin  maaş  artımı  iki 
mərhələdə həyata keçirilir, xüsusilə də:
  2015-ci ilin sentyabrından müəllimlərin bazis maaşları 50 lari artırılacaqdır;


25
  2016-cı ilin aprelindən müəllimlərin maaşları yenə də artırılacaqdır və baza maaşı yenə də 
50 lari artırılacaqdır.
BAŞ MÜƏLLIM
Baş müəllim sxemlə müəyyənləşdirilmiş işləri hansı müddətlərdə həyata keçirir?
Təcrübəçi müəllimdən fərqli olaraq baş müəllimin seçimi vardır. O, karyerasını elə plan-
laşdıra bilər ki, hər 4 il  ərzində yalnız statusunun saxlanılması üçün yetərli olan kredit balları 
toplasın (13 kredit bal) və ya statusunun yaxşılaşdırılmasına qayğı göstərsin və bunun üçün 
ona 19 kredit bal lazım olacaqdır.
Baş müəllim statusu üçün 4 illik müddət təyin edilmişdir. 2015-2016-cı dərs ili müəl-
limin qiymətləndirmə sisteminin pilotlaşdırma ili kimi hesab edildiyindən müəllim statusla 
müəyyən edilmiş müddətin vaxtını bir il artıra bilər.
Əgər baş müəllimin status üçün müəyyənləşdirilmiş kredit balları az olarsa, o zaman ona 
əlavə 1 il veriləcək ki, qalan kredit-balları əldə etmək üçün fərdi iş planını təşkil etsin, bunda 
ona fasilitator köməklik edəcəkdir.
Bir ildən sonra onu müəllimin qiymətləndirmə qrupu qiymətləndirəcəkdir.
Növbəti statusun əldə edilməsi üçün  müəllimə vaxtın bitməsini gözləmək vacib deyil. Əgər 
status üçün müəyyən edilmiş müddət bitənə qədər baş müəllim aparıcı müəllim statusunun əldə 
edilməsi üçün yetərli olan 19 kredit balı toplayarsa, o zaman müəllimin qiymətləndirmə qrupu 
statusla müəyyən edilmiş vaxt bitənə qədər təkliflə Müəllimin Peşəkar İnkişafı Milli Mərkəzinə 
aparıcı müəllim statusunun verilməsi haqqında təkliflə müraciət edə bilər. 
Təcrübəçi müəllimdən fərqli olaraq, baş müəllimə sxem üçün lazımi kredit balları təkcə 
icbari fəallıqlarla deyil, eləcə də əlavə fəallıqlarla toplamaqimkanı verilir. Bu ona fənni 
tədris etmək üçün müvafiq biliyini təsdiqlətmək, eləcə də, Milli Tədris Planına uyğun 
dərsi keçirmək  və bununla belə öz imkanlarını göstərmək imkanını verir.
Statusunun saxlanılması üçün baş müəllim nə edir?
Baş müəllim statusla müəyyən edilmiş müddətdə 13 kredit bal toplayır ki, baş müəllim 
statusunu qoruyub saxlasın. Bu kredit balların toplanılma imkanı ona icbari və əlavə işlərlə 
verilir, bu da növbəti qaydada tarazlaşdırılmışdır:


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə