Müəssisə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Sənədin növü



Yüklə 83,9 Kb.
tarix26.03.2018
ölçüsü83,9 Kb.
#34205



Müəssisə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

Azərbaycan Tibb Universiteti




Sənədin növü

Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün

dissertasiya işinin


ANNOTASİYASI


İşin adı

İnsanın bətnxarici inkişafının müxtəlif yaş dövrlərində üz kəlləsinin asimmetriyası

Elmi istiqamətin adı və kodu

İnsan anatomiyası

3241.01


İcraçı

Əliyeva Səbinə Aydın qızı

Elmi rəhbər

Rusiya Elmlər Akademiyasının akademiki, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor V.B.Şadlinski

Şəhər və il

Bakı 2017

TƏDQİQATIN MƏZMUNU

İşin adı

İnsanın bətnxarici inkişafının müxtəlif yaş dövrlərində üz kəlləsinin asimmetriyası

İşin ideyası və referatı

Problem – bətnxarici inkişafın müxtəlif yaş dövrlərinə aid insan kəllələrinin üz şöbəsində asimmetriya əlamətlərinin müəyyənləşdirilməsi.

Əsas məsələ (ideya) – bətnxarici inkişafın müxtəlif yaş dövrlərinə aid insan kəllələrinin üz şöbəsinin yuxarı, aşağı və yan hissələrinin kraniometrik göstəriciləri sağ və sol tərəfdə nə dərəcədə fərqlənir?

Üsullar – mövzu üzrə araşdırma aparmaq üçün bətnxarici inkişafın müxtəlif yaş dövrlərinə aid 150 insan kəlləsində, həmçinin eyni yaş dövrlərinə aid 150 canlı insanın üz nahiyəsinin fotoşəkilləri üzərində kraniometrik ölçmələr aparılacaq, 50 ədəd rentgenoqram, 30 ədəd kompyuter və maqnit-rezonans tomoqramlar təhlil olunacaqdır. Üzün sağ və sol yarısına dair uyğun nəticələr müqayisə ediləcəkdir. Alınan nəticələrə görə insanın bətnxarici inkişafının müxtəlif yaş dövrlərində üz kəlləsinin asimmetriyasının rastgəlmə tezliyi və dəyişiklik hüdudları, üz kəlləsinin müxtəlif formalarında asimmetriyanın ifadəlik dərəcəsi, üzün yumşaq toxumalarının asimmetriyası ilə onun sümük strukturlarının asimmetriyası arasında fərqlər ortaya çıxarılacaqdır.


Açar sözlər

Asimmetriya, insanın bətnxarici inkişafının müxtəlif yaş dövrləri, üz kəlləsi,kraniometriya.


İşin xarakteri

Fundamental


Sənədin növü

Tibb üzrə fəlsəfə doktoru dissertasiyasının annotasiyası


Aktuallığı

Bütün dövrlərdə üzdə müşahidə edilən asimmetriya əlamətləri incəsənət xadimləri, anatomlar, psixoloqlar, üz-çənə cərrahları, stomatoloqlar, dermatoloqlar üçün böyük maraq kəsb etmişdir [23]. Müasir dövrdə isə üzün asimmetriyası barədə olan məlumatlardan həm də şəxsin eyniləşdirilməsinə əsaslanan yüksək etibarlı müdafiə sistemlərinin yaradılmasında istifadə olunur [12].

Asimmetriya müasir insan üzü üçün xarakterikdir və onun fərdiliyini üzə çıxaran əlamətlərdən biridir [1;14]. Lakin müasir dövrdə insan üzünün asimmetriyasının aktiv öyrənilməsi yalnız ilkin mərhələiərdədir [12].

Əldə olunan ədəbiyyat məlumatlarından üzün həm yumşaq toxumalarında, həm də üz kəlləsi sümüklərində baş verən dəyişikliklər asimmetriyaya səbəb ola bilir. Hal-hazırda üzün yumşaq toxumalarında gedən dəyişikliklərə çoxsaylı tədqiqat işlərinin [21;25;26;30] həsr olunmasına baxmayaraq kəllənin müxtəlif formalarında və müxtəlif yaş dövrlərində üzün sümük strukturlarında baş verən dəyişikliklər az öyrənilmişdir [12;16;34;37] Üzün skeletində kosmetik və estetik baxımdan göz yuvaları, xarici burun, əng və çənə sümükləri mərkəzi yeri tutur ki, bu sümük strukturlarının forma və ölçüləri üzdə asimmetriyanın formalaşmasında əhəmiyyətli rol oynayır [2;5;24]

Baxmayaraq ki, üzün asimmetriyasının diaqnostikası ciddi çətinliklər yaratmır, bu anomaliyanın rastgəlmə tezliyi və etiologiyası haqqında alimlərin fikirləri müxtəlifdir. Belə ki, Богатырьков Д.В. и др. (2003) tərəfindən qeyd edilən məlumata əsasən üzün asimmetriyası 1,3-2% hallarda rast gəlinir [3]. Şimali Karolina Universitetinin alimlərinin tədqiqatına əsasən yoxlanılan insanların 34%-də kəskin asimmetriya əlamətləri aşkar olunur [34]

Kəllənin üz hissəsinin asimmetriyası əsasən bu nahiyənin zədələri və inkişaf qüsurları olan insanlarda müşahidə edilir. Ədəbiyyat məlumatlarına əsasən üz-çənə nahiyəsinin zədələnmələrindən sonra 15-25% hallarda üzün asimmetriyasına gətirib çıxaran ağırlaşmalar müşahidə edilir [10]. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə üz kəlləsinin inkişaf qüsurları rastgəlinmə tezliyinə görə bütün anomaliyalar arasında 3-cü yeri tutur, diridoğulmuş uşaqların 7%-də isə üzün deformasiyasına səbəb olan anomaliya və eybəcərliklər müşahidə edilir [4].

İrsiyyət və çeynəmə əzələlərinin funksiyasının birtərəfli pozulması da üzün asimmetriyasının yaranma səbəblərindən hesab edilir [35]. Üzün asimmetriyasının əmələ gəlməsinin digər səbəbləri içərisində kəllənin sümük strukturlarının qeyr- bərabər inkişafı [33], süd və ya daimi dişlərin erkən itirilməsi, əmzik əvəzinə barmaqları sorma kimi zərərli vərdişlər [27], çeynəmənin birtərəfli olması, diş sıralarının düzgün olmaması [32] qeyd edilir.

Üzün yumşaq toxumaları müəyyən dövrə qədər sümük strukturlarının qeyri bərabər inkişafını gizlətdiyi üçün fərdi asimmetriya əlamətləri ilə patoloji asimmetriyanın başlanğıc mərhələsi arasındakı sərhədi təyin etmək təcrübədə çətinlik törədir [8]. İndiki zamanda isə plastik və üz-çənə cərrahlarının fəaliyyəti üzdə yaranan deformasiyaların, defektlərin, disproporsiyaların erkən aradan qaldırılmasına yönəlmişdir [7]. Bəzi müəlliflərin fikrincə rekonstruktiv cərrahi əməliyyatlar planlaşdırılan zaman standart olaraq qəbul olunacaq «üzün arxitektonikasının normativ göstərciləri» müəyyənləşdirilməlidir [15;31;36]. Bu səbəbdən patoloji əlamətlər müşahidə olunmayan, müxtəlif yaş dövrlərinə aid insan kəllələri üzərində üzün asimmetriyasının öyrənilməsinə hal-hazırda da ciddi ehtiyac duyulur.


Məqsəd

Tədqiqatın məqsədi insanın bətnxarici inkişafının müxtəlif yaş dövrlərində üz kəlləsinin quruluşunda asimmetriyanın təzahür dərəcəsini öyrənməkdir.


Vəzifələr

  1. İnsanın bətnxarici inkişafının müxtəlif yaş dövrlərində üz kəlləsinin yuxarı, aşağı və yan hissələrinin kraniometrik göstrəicilərinin asimmetriyasının yaş müxtəlifliyini öyrənmək.

  2. İnsanın bətnxarici inkişafının müxtəlif yaş dövrlərində üz kəlləsinin asimmetriyasının rastgəlmə tezliyini və dəyişkənlik hüdudlarını müəyyən etmək.

  3. Üz kəlləsinin müxtəlif formalarında asimmetriyanın ifadəlik dərəcəsini təyin etmək.

  4. İnsanın bətnxarici inkişafının müxtəlif yaş dövrlərində üzün yumşaq toxumalarının asimmetriyası ilə üz kəlləsinin asimmetriyası arasında müqayisə aparmaq.

  5. İnsanın bətnxarici inkişafının müxtəlif yaş dövrlərində üz kəlləsinin asimmetriyasının aşkar edilməsində şüa diaqnostikasının müasir metodlarının imkanlarını qiymətləndirmək.




Orjinallıq (yeniliyi)

Üz-çənə nahiyəsində uğurlu diaqnostik müayinələrin aparılması və adekvat müalicə üsullarının seçimi bu nahiyənin sümük törəmələrinin quruluş qanunauyğunluqlarının yaş xüsusiyyətləri barədə məlumatların dəqiqliyindən asılıdır. Lakin, son illərdə həyata keçirilmiş morfoloji işlərdə üz skeletinin ancaq quruluş variantları, fərdi xüsusiyyətləri, inkişaf qüsurları barədə dəlillərə rast gəlinir [6;11;18;22]. Bu işlərdə üz kəlləsinin asimmetriyası nəzərə alınmamışdır. Klink işlərdə isə üz skeletinin anatomiyası əsasən müxtəlif patologiyalar müşahidə olunan xəstələrdə öyrənilmişdir [9;19:28;29].

Üzün asimmetriyasına həsr olunmuş çoxsaylı elmi işlərin olmasına baxmayaraq bu istiqamətdə bəzi məsələlər elmi ədəbiyyatda yetərli dərəcədə işıqlandırılmamışdır. Belə ki, üz şöbəsinin asimmetriyası insanın bətnxarici inkişafının ancaq ayrıca götürülmüş hər hansı bir yaş dövründə, məsələn, insan ontogenezinin erkən yaş dövründə [13;17;20], yeniyetmələrdə [38], yaşlılarda [5;8] öyrənilmişdir.

Aparılacaq tədqiqatın əvvəlkilərdən fərqi ondan ibarət olacaqdır ki, üz kəlləsinin asimmetriyası insanın bətnxarici inkişafının müxtəlif yaş dövrlərində (erkən, I və II uşaqlıq, yeniyetmə, gənclik, I və II yetkinlik, ahıl yaş dövrlərində) ardıcıl olaraq və həmin nahiyənin yumşaq toxumalarının asimmetriyası ilə müqayisəli şəkildə öyrəniləcəkdir.



Elmi və praktik əhəmiyyəti

Tədqiqatda ilk dəfə olaraq bətnxarici inkişafın erkən, I və II uşaqlıq, yeniyetmə, gənclik, I və II yetkinlik, ahıl yaş dövrlərinə və hər iki cinsə aid insan kəllələrində morfometrik ölçülərin sağ və sol tərəfdə müqayisəsi aparılacaq və bununla da üz kəlləsinin asimmetriyasının hansı yaşda aktiv formalaşması, zəif və ya kəskin müşahidə olunması müəyyənləşdiriləcəkdir. İlk dəfə olaraq insanın bətnxarici inkişafın qeyd olunan yaş dövrlərindəki üz kəlləsinin asimmetriyasının rastgəlmə tezliyi və dəyişkənlik hüdudları dəqiqləşdiriləcək, üz kəlləsinin müxtəlif formalarında onun asimmetriyasının ifadəlik dərəcəsi təyin olunacaq, üzün yumşaq toxumalarının asimmetriyası ilə onun sümük strukturlarının asimmetriyası arasında müqayisə aparılacaqdır.

Tədqiqatdan alınacaq nəticələr üz skeletinin yaş anatomiyasına dair bilikləri daha da zənginləşdirəcək, üzün asimmetriyasının formalaşmasının qanunauyğunluqları barədə mövcud təsəvvürləri genişləndirəcəkdir.

Tədqiqatın praktiki əhəmiyyəti ondan ibarət olacaqdır ki, üzün sümük strukturlarının kraniometrik göstəricilərinin asimmetriyasına dair əldə ediləcək dəlillərdən bətnxarici inkişafın müxtəlif yaş dövrlərində üz nahiyəsinin tamlığının pozulması, deformasiyaları zamanı normativ göstəricilər kimi istifadə edilə bilinər. Üz kəlləsinin morfometrik ölçülərinin yaş xüsusiyyətləri barədə əldə ediləcək məlumatlar bu nahiyədə asimmetriyanın erkən aşkar edilməsinə imkan yaradacaqdır.

Sümük törəmələrinin asimmetriyası ilə üz kəlləsinin forması arasında aşkar olunacaq əlaqələr barədə məlumatlar ortodontik müalicənin son nəticələrinin dəyərləndirilməsində və üzün hiperkorreksiyaları zamanı köçürülən transplantatların ölçülərinin düzgün təyin edilməsində mühüm əhəmiyyət kəsb edə bilərlər.

Rentgenoqramların, kompyuter və maqnit-rezonans tomoqramların göstəricilərinin təhlilindən alınacaq məlumatlara əsasən şüa diaqnostikası metodlarının insanın bətnxarici inkişafının müxtəlif yaş dövrlərində üzün asimmetriyasının aşkar edilməsində effektivlik dərəcəsi müəyyənləşdiriləcəkdir.

Üz nahiyəsinin asimmetriyasının yaş xüsusiyyətləri haqqında alınacaq məlumatlar antropoloji tədqiqatlarda, yüksək etibarlı müdafiə sistemləri yaradılan zaman və məhkəmə-tibbi ekspertizada şəxsiyyətin təyinində öz tətbiqini tapa bilərlər.

Tədqiqatın nəticələrindən insan anatomiyası, məhkəmə təbabəti, ortopedik stomatologiya kafedralarında keçirilən mühazirələrdə və təcrübə məşğələlərində, həmçinin üz skeletinin klinik anatomiyası üzrə həkimlər və rezidentlər üçün rəhbərliyin hazırlanmasında istifadə edilə bilinər.


Material

  1. Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının əsaslı muzeyinin kranioloji kolleksiyasından xüsusi olaraq seçilib götürülmüş bətnxarici inkişafın müxtəlif yaş dövrlərinə və hər iki cinsə aid 150 insan kəllələri;

  2. Bətnxarici inkişafın müxtəlif yaş dövrlərinə və hər iki cinsə aid 150 nəfər canlı insanın üz nahiyəsinin fotoşəkilləri;

  3. 50 ədəd rentgenoqramlar;

  4. 30 ədəd kompyuter və maqnit-rezonans tomoqramları.




Daxil etmə meyarları

1. Erkən uşaqlıq (1 – 3 yaş), I uşaqlıq (4 – 7 yaş), II uşaqlıq (8 – 12 yaş), yeniyetmə (13-16 yaş), gənclik (17-21 yaş), I yetkinlik, (22-35 yaş), II yetkinlik (36-60 yaş), ahıl (61-74 yaş) yaş dövrlərinə və hər iki cinsə aid, zədələr və deformasiya müşahidə olunmayan insan kəllələri.

2. Bətnxarici inkişafının qeyd olunan yaş dövrlərinə və hər iki cinsə aid olan və üzündə patoloji dəyişikliklər müşahidə olunmayan insanların üz nahiyəsinin fotoşəkilləri, rentgenoqramlar, kompyuter və maqnit-rezonans tomoqramlar.




Çıxarma

meyarları

Tədqiqat materialına deformasiyaya uğramış, zədəli kəllələr və üzün yumşaq toxumalarının patologiyaları (iltihabi proseslər, sinir iflicləri və s.) müşahidə edilən insanların fotoşəkilləri, rentgenoqramlar, kompyuter və maqnit-rezonans tomoqramları daxil edilməyəcəkdir.


Əsas və nəzarət qrupları

Əsas tədqiqat qrupuna bətnxarici inkişafın müxtəlif yaş dövrlərinə aid asimmetriya kəskin müşahidə olunan insan kəllələri və canlı insanların üz nahiyəsinin fotoşəkilləri, rentgenoqramları, kompyuter və maqnit-rezonans tomoqramları daxil olunacaqdır.

Nəzarət qrupuna isə bətnxarici inkişafın müvafiq yaş dövrlərinə aid asimmetriya əlamətləri cüzi təyin olunan insan kəllələri və canlı insanların üz nahiyəsinin fotoşəkilləri, rentgenoqramlar, kompüter və maqnit-rezonans tomoqramlar daxil ediləcəkdir.


Qiymətləndirmə və ya müqayisə kriteriyaları

Erkən uşaqlıq, I və II uşaqlıq, yeniyetmə, gənclik, I və II yetkinlik, ahıl yaş dövrlərinə aid insanların üzünün yuxarı, aşağı və yan hissələrinin kraniometrik göstəriciləri sağ və sol tərəfdə müqayisə ediləcəkdir.


Üsullar

Tədqiqatda kraniometriya, fotoşəkildə üz nahiyəsinin asimmetriyasının müəyyən edilməsi kimi tədqiqat və telerentgenoqrafiya, kompyuter, maqnit-rezonans tomoqrafiyası kimi müayinə üsullarından istifadə ediləcəkdir. Tədqiqat nəticəsində alınacaq rəqəm göstəricilərinin «Statistical» (Statsoft, 1999) və Microsoft Excel Windows-7 tətbiqi proqramlar paketindən istifadə etməklə, variasion statistik üsulu ilə hesablanma aparılacaqdır.


Maddi və texniki imkanlar

Tədqiqatın yerinə yetirilməsi üçün lazım olan maddi və texniki avadanlıqlar vardır. Tədqiqat Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasında Əliyeva Səbinə Aydın qızı tərəfindən yerinə yetiriləcəkdir. Bundan başqa Azərbaycan Tibb Universitetinin klinikalarından əldə olunacaq rentgenoqramlar, kompyuter və maqnit-rezonans tomoqramları təhlil olunacaqdır.


İşin müddəti

2017-2020-ci illər.


İşin mərhələləri

I mərhələ. 2017- ci il

Dissertasiya mövzusu üzrə müasir elmi ədəbiyyatla tanışlıq və ədəbiyyat məlumatlarının toplanması. Tədqiqatın ilkin materiallarının toplanması. Tədqiqatın üsullarının texnikasının mənimsənilməsi. Bətnxarici inkişafın müxtəlif yaş dövrlərinə aid olan insan kəllələrinin üz şöbəsində kraniometrik ölçülərinin aparılması. Alınmış nəticələrin protokollaşdırılması. Tədqiqat nəticəsində əldə olunmuş dəlillər əsasında məqalə və tezislərin dərc olunması. Dissertasiya mövzusunun təsdiqi. Mövzu üzrə elmi ədəbiyyat materialları üzərində işin başa çatdırılması. Dissertasiyanın «Ədəbiyyat icmalı» və «Tədqiqatın materialı və üsulları» fəsillərinin ilkin variantının hazırlanması.


II mərhələ. 2018- ci il

Tədqiqatın ilkin materiallarının toplanması. Bətnxarici inkişafın müxtəlif yaş dövrlərinə aid olan insan kəllələrinin üz şöbəsində kraniometrik ölçülərin aparılması. Əldə olunmuş rentgenoqramların, kompyuter və maqnit-rezonans tomoqramlarının təhlilinin aparılması. Alınmış nəticələrin protokollaşdırılmsı və rəqəm göstəricilərinin statistik işlənilməsi. Əldə olunmuş məlumatlar əsasında cədvəl, qrafik və diaqramların hazırlanması. Dissertasiya mövzusu üzrə məqalə və tezislərin dərc olunması. Dissertasiyanın «Ədəbiyyat icmalı» və ««Tədqiqatın materialı və üsulları» fəsillərinin son variantının hazırlanması. Alınmış dəlillərin təhlil edilməsi və onların müasir elmi ədəbiyyatda rast gəlinən məlumatlarla müqayisə edilməsi. Dissertasiya işinin şəxsi tədqiqatların nəticələrinə həsr olunmuş fəsillərinin ilkin variantının hazırlanması.




III mərhələ. 2019- cu il

Dissertasiyanın «Alınmış nəticələrin müzakirəsi» fəslinin ilkin variantının hazırlanması. Yerli və xarici ölkələrdə keçirilən elmi konfranslarda tədqiqatın nəticələri barədə məruzələrin edilməsi. . Dissertasiya mövzusu üzrə məqalə və tezislərin dərc olunmasının davam etdirilməsi. Əldə olunmuş nəticələrin ali tibb təhsili müəssisələrinin kafedralarında və təcrübi təbabətin müvafiq sahələrində tətbiq edilməsi üçün təkliflərin hazırlanması. Dissertasiyanın şəxsi tədqiqatların nəticələrinə həsr olunmuş fəsillərinin son variantının hazırlanması.


IV mərhələ. 2020- ci il

Dissertasiyanın «Alınmış nəticələrin müzakirəsi» fəsli və «Nəticələr» bölməsi üzərində işlərin tamamlanması. Ədəbiyyat siyahısının son variantının hazırlanması. Həyata keçirilmiş statistik analizin dürüstlüyünün təyin edilməsi. İnsan anatomiyası kafedrasının iclasında və kafedralararası elmi konfransda dissertasiya işinin ilkin müzakirəsinin keçirilməsi. İlkin müzakirədə dissertasiyaya edilən irad və təklifləri nəzərə almaqla onun son variantının hazırlanması. Dissertasiyanın aprobasiya şurasında müzakirəsinin keçirilməsi. Dissertasiyanın son variantının açıq müdafiəyə təqdim olunması.




Ədəbiyyat

  1. Баиндурашвили А.А. Морфо-функциональные параметры лица, влияющие на его эстетическое восприятиe: Автореф. дис… канд.мед.наук., Санкт-Петербург, 2011, 25с.

  2. Байбаков С.Е., Гайворонский И.В. Индивидуальная анатомическая изменчивость: Историко-методологические аспекты // Вестник экспериментальной и клинической хирургии. Москва, 2008, №1, с.65-72

  3. Богатырьков Д.В., Богатырьков М.В., Волчек Д.А. Асимметрии лица. Диагностика и лечение // Клиническая стоматология. 2003, № 2, с.62-65

  4. Всемирная организация здравоохранения. Мировая статистика здравоохранения 2010 года // Доклады ВОЗ, 2010, 177с.

  5. Гайворонский И.В. Дубовик Е.И., Крайник И.В. Морфометрические показатели асимметрии лицевого черепа у взрослого человека // Морфология, 2009, № 2, c.74-79

  6. Галактионова H.A. Анатомия клыковой ямки в системе краниометрических точек и анатомических образований лицевого черепа у взрослых людей с различными формами лицевого черепа. Автореф дис. ... канд. мед. наук. Волгоград, 2007, 29с.

  7. Девдариани Д.Ш., Александров А.Б., Ипатова В.Я. Остеотомия ветвей нижней челюсти при несимметричной нижней прогнатии // Институт стоматологии. 2010, № 4, с.36-37

  8. Дубовик Е.И. Асимметрия лицевого черепа при различных его
    формах у взрослого человека: Дисс….канд. мед. наук. Санкт-Петербург, 2009, 156с.

  9. Каламанова М.В. Возрастные особенности в строении костных структур лица и их значение в стоматологической практике: Автореф. дис… канд.мед.наук., Москва, 2005, 25с.

  10. Матрос-Таранец И.Н., Калиновский Д.К., Хахелева Т.Н., и др. Результаты хирургического лечения переломов нижней челюсти с применением набора титановых минипластин и инструментов для черепно-челюстно-лицевого остеосинтеза фирмы «КОНМЕТ» // Современная стоматология. Москва, 2004, №1, с.105-108

  11. Мустафаева Н.А. Морфометрические, топографо-анатомические и возрастные особенности входа в глазницу, над- и подглазничных отверстий в постнатальном онтогенезе человека: Автореф. дис… доктор философии по медицине, Баку, 2016, 22с.

  12. Николаева Е.Ю. Влияние асимметрии лицевого скелета на степень тяжести аномалий зубочелюстнои системы и ее ортодонтическая коррекция: Автореф. дис… канд. мед. наук. Тверь, 2007, 21с.

  13. Пономарева Т.В. Становление функциональных асимметрий в раннем онтогенезе: Дисс….канд. мед. наук. Краснодар, 2010, 163с.

  14. Ронь Г.И., Акмалова Г.М. Эстетическая стоматология и качество жизни пациентов // Проблемы стоматологии. 2010, № 1, с.28-30

  15. Фадеев P.A., Кузакова A.B. Модифицированный метод анализа профильных телерентгенограмм черепа // Институт стоматологии, 2009, № 2, с.28-29

  16. Шадлинский В.Б., Байрамова И.Г. К асимметрии подъязычной кости человека // Bakı, 2006, №8, s.148-149

  17. Шадлинский В.Б., Гусейнов Б.М., Мустафаева Н.А. Oсобенности морфометрических показателей глазницы человека на ранних этапах постнатального онтогенеза // Sağlamlıq, Баку, 2012, № 3, с.136-140

  18. Berger A., Kahn D. Growth and development of the orbit // Oral Maxillofac Surg Clin North Am. 2012, v.24, No 4, pp.45-55

  19. Couch S. Correction of Eyelid Crease Asymmetry and Ptosis // Facial Plast Surg Clin North Am. 2016, vol.24, No2, pp.153-162

  20. Djordjevic J., Lewis B., Donaghy C., et al. Facial shape and asymmetry in 5-year-old children with repaired unilateral cleft lip and/or palate: an exploratory study using laser scanning // Eur J Orthod., 2014, vol.36, No5, pp.497-505

  21. Hwang H., Yuan D, Jeong K., et al. Three-dimensional soft tissue analysis for the evaluation of facial asymmetry in normal occlusion individuals // Korean J Orthod., 2012, vol.42, No2, pp.56-63

  22. Irurita J, Alemán I, Viciano J, et al. Alterations of skull bones found in anencephalic skeletons from an identified osteological collection. Two case reports // Int J Legal Med. 2015, v.129, No 4, pp.903-912

  23. Jahanbin A., Basafa M., Alizadeh Y. Evaluation of the Divine Proportion in the facial profile of young females // Indian J. Dent. Res., 2008, vol. 19, No4, pp.292-296

  24. Kim M., Lee J., Cha K., et al. Three-dimensional symmetry and parallelism of the skeletal and soft-tissue poria in patients with facial asymmetry // Korean J Orthod., 2014, vol.44, No2, pp.62-68

  25. Kim J., Lee S., Kim C., et al. Facial asymmetry: a case report of localized linear scleroderma patient with muscular strain and spasm // Maxillofac Plast Reconstr Surg., 2015, vol.16, No37, p.29

  26. Lee M., Chung D., Lee J., et al. Assessing soft-tissue characteristics of facial asymmetry with photographs // Am J Orthod Dentofacial Orthop., 2010, vol.138, No1, pp.23-31

  27. Lundstrom A. Some asymmetries of the dental arches, jaws, and skull and their etiological significance // Am J Orthod., 1961, vol. 47, pp.81-106

  28. Morales-Avalos R., Santos-Martínez A., Ávalos-Fernández C., et al. Clinical and surgical implications regarding morphometric variations of the medial wall of the orbit in relation to age and gender // Eur Arch Otorhinolaryngol., 2015, v..18. pp.1032-1039

  29. Nielson C., Fischer R., Donald J., et al. Erythematous blanchable patches and facial asymmetry with seizures // J Am Acad Dermatol., 2016, vol.75, No1, pp.5-6

  30. Nur R., Çakan D., Arun T. Evaluation of facial hard and soft tissue asymmetry using cone-beam computed tomography // Am J Orthod Dentofacial Orthop.,2016,vol.149,No2,pp.225-237

  31. Rahimov C, Farzaliyev I, Fathi H, et all. The Application of Virtual Planning and Navigation Devices for Mandible Reconstruction and Immediate Dental Implantation. // Craniomaxillofac Trauma Reconstr. 2016, vol 9, No 2,pp.125-33

  32. Poikela, A., Kantomaa T., Pirttiniemi P. Craniofacial growth after a period of unilateral masticatory function in young // Eur J Oral Sci., 1997, vol.l05, pp.331-337

  33. Rossi M., Ribeiro E., Smith R. Craniofacial asymmetry in development: an anatomical study // Angle Orthod., 2003, vol.73, No4, pp.381-385

  34. Severt, T., Proffit W. The prevalence of facial asymmetry in the dentofacial deformities population at the University of North Carolina // Int J Adult Orthodon Orthognath Surg. 1997, vol.12, pp.171-176

  35. Sugawara J. Surgical orthodontic treatment for facial asymmetry // Journal of Orthodontic Practice. Scottsdale, Arizona, USA, 1996, No12, pp.11-28

  36. Wong B.J., Karimi K., Devcic Z. et al. Evolving attractive faces using morphing technology and a genetic algorithm: a new approach to determining ideal facial aesthetics // Laryngoscope. 2008, vol.118, No6, pp.962-974

  37. Zhang X., Chen M., Wu Y., et al. Management of temporomandibular joint ankylosis associated with mandibular asymmetry in infancy // J Craniofac Surg., 2011, vol.22, No4, pp.1316-1319

  38. Zhang Y., Che B., Ni Y. et al. Three-dimensional condylar positions and forms associated with different anteroposterior skeletal patterns and facial asymmetry in Chinese adolescents // Acta Odontol Scand., 2013, vol.71, No5, pp.1174-1180




Azərbaycan Tibb Universiteti



insan anatomiyası kafedrasının assistenti: Əliyeva S.A.
Yüklə 83,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə