Müəssisələrin maliyyə strategiyası



Yüklə 111,5 Kb.
tarix14.09.2018
ölçüsü111,5 Kb.
#68607

Müəssisələrin maliyyə strategiyası.

Plan.


1. Giriş………………………………………………………………………1-2

2. Müəssisə maliyyəsinin mahiyyəti, funksiyaları və rolu…………….3-13

3. Müəssisə mənfəəti və mənfəət bölgüsü strategiyaları…………...14-15

4. Müəssisələrdə borclanma strategiyaları…………………………...16-20

5. Nəticə……………………………………………………………………...21

6. Ədəbiyyat………………………………………………………………....22

GİRİŞ

Maddi istehsal sferasında meydana çıxan bütün maliyyə münasibətlərini əhatə etdiyinə görə müəssisə maliyyəsi maliyyə sisteminin tərkib hissəsini və maddi bazarını təşkil edir. Bazar iqtisadiyyatı müəssisə maliyyəsinin möhkəm və sabit olmasını tələb edir. Çünki elmi-texniki tərəqqi, istehsalın səmərəliliyinin yüksəldilməsi və s. ancaq özünü maliyyələşdirmə əsasında mümkündür.



Digər müəssisə maliyyəsi maliyyə münasibətlərinin məcmusundan ibarətdir. Müəssisələrdə pulun hərəkəti nəticəsində baş verən aşağıdakı maliyyə münasibətlərini qeyd etmək olar:

* Müəssisə ilə başqa müəssisə və təşkilatlar arasında maliyyə

münasibətləri. Bu münasibətlər satıcılarla, alıcılar və s. təşkilatlarla alqı-satqı və s. zamanı yaranır.

* Müəssisə daxilində pul münasibətləri. Belə maliyyə münasibətləri

müəssisə ilə onun işçiləri arasında əmək haqqı, mükafat və s. ödənildikdə və eyni zamanda müəssisə ilə onun bölmələri, şöbələri və s. arasında yaranır.

* Müəssisə ilə maliyyə sistemi arasında maliyyə münasibətləri. Bu

münasibətlər büdcə və büdcədən kənar fondlara vergi və ödənişlər köçürülən zaman meydana çıxır.

* Müəssisə ilə kredit sistemi arasında maliyyə münasibətləri. Müəssisə

bankdan kredit aldıqda və kreditlər silindikdə və faizlər ödənildikdə meydana çıxır.

* Müəssisə ilə sığorta təşkilatları arasında maliyyə münasibətləri

sığortalanma zamanı meydana çıxır.

* Müəssisə ilə onun idarəsi arasında yaranan maliyyə münasibətləri.

Bu münasibətlər baş idarəyə və müəssisələr tərəfindən mərkəzləşdirilmiş fondlara mənfəət, amortizasiya ayrılmaları və s. köçürüldükdə və baş idarə tərəfindən həmin vəsaitlərin yenidən bölüşdürülməsi zamanı meydana çıxır.

* Bazar münasibətlərinə keçid ilə əlaqədar müəssisə ilə fond birjaları

arasında səhm, istiqraz və s. qiymətli kağızların alqı-satqısı ilə meydana çıxan maliyyə münasibətləri.

Beləliklə, müəssisə maliyyə münasibətlərində gəlirlərin və yığımın

yaradılması, bölüşdürülməsi və istifadəsi proseslərində meydana çıxan pul münasibətlərinin məcmusunu ifadə edir.

Bazar münasibətlərinə keçid dövründə dəyər sahələrdə olduğu kimi

müəssisələrin də təsərrüfat-maliyyə fəaliyyətində yeni çalarların meydana gəlməsinə, gəlirlərin bölüşdürülməsi və istifadə olunmasında onların müstəqilliyinin genişləndirilməsinə əlverişli şərait yaratmışdır.

Belə bir şəraitdə müəssisələrdə maliyyə münasibətlərinin, maliyyə xidmətlərinə daha da təkmilləşdirilməsi vacib vəzifələrdən biri kimi aktuallıq kəsb edir. Bütün bu yuxarıda qeyd olunanlar referatın müəssisə maliyyəsinin tədqiqinə həsr olunmasına sövq etmişdir.

1. Müəssisə maliyyəsinin mahiyyəti, funksiyaları və rolu.

Maddi istehsal sferasında meydana çıxan bütün maliyyə münasibətlərini əhatə etdiyinə görə müəssisə maliyyə sosial-iqtisadi maliyyə sisteminin əsas tərkib hissəsini və maddi bazasını təşkil edir. Bazar iqtisadiyyatı müəssisə maliyyəsinin möhkəm və sabit olmasını tələb edir. Çünki elmi-texniki tərəqqi, istehsalın səmərəliyinin yüksəldilməsi və s. ancaq özünü maliyyələşdirmə əssında mümkündür.

Başqa iqtisadi kateqoriyalar kimi müəssisə maliyyəsi də iqtisadi münasibətlərin məcmusudur. Deməli, müəssisə maliyyəsi – maliyyə münasibətlərinin məcmusundan ibərətdir. Müəssisə maliyyəsi bölüşdürücü münasibətləri ifadə edir, yəni təkrar istehsal prosesinin istehsal, mübadilə və istehlak mərhələlərində maliyyə iştirak etdiyinə görə müəssisələrdə istehsal fondlarının dövriyyəsini maliyyəsiz təsəvvür etmək olmaz. Pulun hərəkəti nəticəsində baş verən maliyyə münasibətlərinə göstərmək olar:

* Müəssisə ilə başqa müəssisə və təşkilatlar arasında maliyyə

münasibətləri. Bu münasibətlər satıcılar, alıcılar və s. təşkilatlarla alqı satqı zamanı yaranır.

* Müəssisə daxilində pul münasibətləri; Belə maliyyə

münasibətləri müəssisə ilə onun işçiləri arasında əmək haqqa, mükafatı və s. ödənildikdə və eyni zamanda müəssisə işçiləri ilə onun bölmələri, şöbələri və s. arasında yaranır.

* Müəssisə ilə maliyyə sistemi arasında maliyyə münasibətləri.

Bu münasibətlər büdcə və büdcədənkənar fondlara vergi və ödənişlər köçürülən zaman meydana çıxır.

* Müəssisə ilə kredit sistemi arasında maliyyə münasibətləri.

Müəssisə kredit aldıqda, kreditlər silindikdə və faizlər ödənildikdə meydana çıxır.

* Müəssisə ilə onun baş idarəsi arasında yaranan maliyyə

münasibətləri. Bu münasibətlər baş idarəyə və müəssisələr tərəfindən mərkəzləşdirilmiş fondlarla mənfəət, amortizasiya ayırmaları və s. köçürüldükdə və baş idarə tərəfindən həmin vəsaitlərin bölüşdürülməsi zamanı meydana çıxır.

* Bazar münasibətlərinə keçid ilə əlaqədar müəssisə ilə fond

birjaları arasında səhm, istiqraz və s. qiymətli kağızların alqı-satqısı ilə əlaqədar meydana çıxan maliyyə münasibətləri.

Beləliklə, müəssisə maliyyəsi gəlirlərin və yığımın yaradılması, bölüşdürülməsi və istifadəsi proseslərində meydana çıxan pul münasibətlərinin məcmusunu ifadə edir.

Müəssisə maliyyəsinin məzmunu onun yerinə yetirdiyi funksiyalarla təzahür edir. Müəssisənin dedikdə, iqtisadi kateqoriya kimi onun fəaliyyət dairəsi nəzərdə tutulur. Müəssisə maliyyəsi bölüşdürücü və nazarət funksiyalarını yerinə yetirir. Bölgü istehsalla istehlak arasında əlaqələndirici həlqədir. Maddi istehsalda məcmu daxili məhsul və milli gəlirin bölüşdürülməsi maliyyə vasitəsilə baş verir. Müəssisə maliyyəsinin bölüşdürücü funksiyası vasitəsilə satışdan daxil olan pul gəliri material xərclərinin, əmək haqqının və s. ödənilməsinə və ümumi gəlirin yaranmasına yönəldilir. Sonuncunun bir hissəsi büdcəyə və büdcədənkənar fondlara ödənilən vergilər və ödənişlər arasında bölüşdürülür, qalan hissəsi isə müəssisənin sərəncamına keçir və iqtisadi həvəsləndirmə fondlarının təşkilində iştirak edir.

Beləliklə, müəssisə maliyyəsinin bölüşdürücü funksiyası vasitəsilə gəlirin və yığımın bölüşdürülməsi nəticəsində bütün təsərrüfat subyetlərinin və dövlətin mənafeyini təmin edilir. Bu funksiyalara gəlirin və yığımın bölüşdürülməsi prosesində müəssisə maliyyəsinin öz fəaliyyətini yerinə yetirilməsi başa düşülür.

Müəssisə maliyyəsinin ikinci funksiyası nəzarətdir ki, bu funksiya da bölüşdürücü funksiya ilə sıx əlaqədardır. Nəzarət funksiyası məcmu daxili məhsul və milli gəlirin müəssisədə istehsalı və bölgüsünün səmərəli rejiminin tətbiq olunmasında kömək edir. Nəzarət funksiyasının obyektlərinə aşağıdakılar daxildir:

* Məhsul istehsalı və satışının uçotu

* Gəlirlərin və pul fondlarının formalaşması

Maliyyə vasitəsilə müəssisələrdə qənaət rejiminin gözlənilməsi və material, pul və əmək resurslarının istifadəsi üzərində nəzarət aparılır. Nəzarət müəssisə daxilindəki müəssisə ilə baş idarə, maliyyə-kredit orqanları və müəssisələr arasında maliyyə münasibətlərinə aparır. Nəzarət müəssisəndə istehsal və bölgünün ən səmərəli rejiminin tətbiqinə şərait yaradır.

Müəssisə maliyyəsinin bölüşdürücü funksiyası müəssisədə təsərrüfat maliyyə fəaliyyətinin arası kəsilmədən aparılmasına şərait yaradırsa, nəzarət funksiyası müəssisənin fəaliyyətindəki pozuntuları vaxtında aşkar edib və aradan qaldırılması üçün tədbirlər qəbul etməyə imkan yaradır.

İqtisadiyyatın bütün sahələrində təsərrüfatçılığın təşkilati-hüquqi formalarından asılı olmayaraq kommersiya fəaliyyəti göstərən müəssisələrdə maliyyənin təşkili aşağıdakı prinsiplərə əsaslanır:

* Təsərrüfat sərbəstliyi

* Özünü maliyyələşdirmə

* Maddi maraq

* Maddi məsuliyyət

* Maliyyə ehtiyatlarının yaradılması

Bazar münasibətlərinə keçid şəraitində mülkiyyət formasında asılı olmayaraq kommersiya fəaliyyəti göstərən bütün müəssisələr təsərrüfat və maliyyə sferalarında real sərbəstliyə malikdirlər.

Milli iqtisadiyyatın inkişafında müəssisələrin rolu:

Azərərbaycan Respublikası dövlət müstəqilliyini əldə etdikdən sonra azad bazar prinsiplərinə əsaslanan yeni iqtisadi sistemə keçməyə başlamışdır. Təbii ki, yeni iqtisadi sistemə az itki ilə keçmək üçün iqtisadi inkişafın ümümdünya təcrübəsinin və idiologiyasını ətraflı öyrənib ümumiləşdirməklə, Azərbaycan iqtisadiyyatının tarixən inkişaf xüsusiyyətlərini dəqiq nəzərə almaqla orijinal milli bazar iqtisadiyyatı modeli işlənib hazırlanmalı idi. Lakin belə bir modelin vaxtında hazırlanması, iqtisadi islahatların kortəbii və sistemsiz aparılması, uzun illər təşəkkül tapmış təsərrüfat əlaqələrinin qırılması və digər səbəblər iqtisadiyyatda ağır böhrana gətirib çıxarmışdır.

İqtisadiyyatın transformasiyası zamanı strateji planda bir sıra səhvlər buraxılmışdır. Bunlardan ən başlıcası obyektiv reallığı nəzərə almadan qiymətlərin və xarici iqtisadi fəaliyyətin liberallaşması oldu. Qiymətlərin liberallaşması bir çox kooperasiya əlaqələrinin faydasızlığı şərtləndirdi, xarici iqtisadi fəaliyyətin liberallaşması isə bir çox istehsal sahələrinin, xüsusilə yüngül, yeyinti və maşınqayırmə sənayesinin rəqabət qabiliyyətinə malik olmadıqlarını aşkara çıxırtdı.

Müstəqilliyin elə ilk günlərindən istehsal sahələrinin idarə olunması sistemində dövlətin tənzimləyici funksiyası xeyli zəiflədi. Belə ki, 1992-ci ilədək sənayenin 94%-ni təşkil edən və mərkəzi hökümət tərəfindən idarə olunan yanacaq-energetika, metallurgiya, kimya və neft kimya, maşınqayırma kimi iri sənaye komplekslərinin dövlət səviyyəsində idarə olunması qaydasına qalan tapılmadı. Azərbaycan höküməti tərəfindən ciddi nəzarətin olunmasından istifadə edərək, inhisarçı mövqeyə malik sözügedən koplekslərin müəssisələri öz istədikləri kimi fəaliyyət göstərməyə başladılar. Bu cür vəziyyət iqtisadiyyatda artıq pozulmuş tarazlığı daha da dərinləşdirməklə bərabər, ölkənin sosial-iqtisadi inkişafında mənfi meyillərin güclənməsinə səbəb oldu, yəni on illərlə yaradılmış böyük istehsal potensialının amansızcasına dağılması müəssisələrin qurğularının və avadanlıqlarının sökülüb satılması ilə nəticələnir.

1993-cü ildə yenidən hakimiyyətə qayıdan cənab Heydər Əliyev ölkədə ictimai-siyasi sabitlik yaratdı, zəngin təbii sərvətlərin, o cümlədən neft və qaz yataqlarının xarici şirkətlər ilə müştərək işlənməsi barədə proqramların hazırlanması zəruriyyətini vurğuladı, neft strategiyasını müəyyənləşdirdi. Azərbaycan prizidenti tərəfindən atılan addımların nəticəsində 1994-cü il sentyabrın 20-də dünyanın 9 iri neft şirkəti ilə Azərbaycan Respublikası Dövlət neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundaki «Azəri», «Çıraq», yataqlarının və «Günəşli» yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi barədə müqavilə imzalandı. Tarixə «Əsrin müqaviləsi» kimi bu sazişdən sonra xarici investorların ölkəmizə marağı daha da artdı və bir-birinin ardınca yeni neft müqavilələri imzalandı. İndiyədək dünyanın 14 ölkəsindən 33 neft şirkəti ilə ARDNŞ arasında neft və qaz yataqlarının müştərək işlənməsi haqqında 19 müqavilə bağlanmışdır.

«Əsrin müqaviləsi»nin beşinci il dönümünə həsr olunmuş təntənəli mərasimdə neft strategiyasının uğurla həyata keçirilməsindən ətraflı bəhs olundu. Qeyd edildi ki, bu günə qədər neft müqavilələri üzrə investisiya qoyuluşunun cəmi 3 milyard dollara çatıb. Adambaşına düşən xarici investisiyalara görə Azərbaycan postsovet respublikaları içərisində birinci yeri tutur. İmzalanmış 19 müqavilə içərisində Azərbaycana birbaşa xarici investisiya qoyuluşunun gözlənilən həcmi 60 milyard dollar təşkil edir. 1997-ci il noyabrın 12-də «Çıraq-1» platformasında ilk neft quyusu istesmara verildi. Hazırda bu platformada 12 neft quyusu qazılıb. Yataqdan gün ərzində 14min ton neft və 3 milyon kubmetr səmt qazı çıxarılır.

Neft strategiyasının və aqrar istehsalın həyata keçirilməsi nəticəsində iqtisadiyyatda xroniki xarakter almış tənəzzül prosesinin 1996-cı ildən qarşısı alınmışdır.

Xüsusi mülkiyyətə əsaslanan çoxnövlü təsərrüfatçılıq formalarının yaradılması və müştərək sahibkarlığın inkişafı nəticəsində ümumi daxili məhsulda qeyri dövlət sektorunun payı 5%-ə, o cümlədən sənayedə 26, tikintidə 71, kənd təsərrüfatəndə 95 və ticarətdə 98%-ə çatmışdır. Sərt maliyyə-kredit siyasətinin aparılması inflyasiyanı cilovlamağa, manatın məzənnəsini sabit saxlamağa, büdcə kəsirini ümumi daxili məhsula nisbətən 2-3%-ə endirməyə, xarici iqtisadi fəaliyyətin liberallaşmasının dərinləşdirilməsinə imkan vermişdir.

Görulmüş tədbirlər və qazanılmış uğurlu nəticələr Milli iqtisadiyyatın bazar prinsipləri əsasında formalaşması və inkişafı istiqamətində atılmış ilk addımlardır.

Milli iqtisadiyyatın formalaşması və inkişafı beynəlxalq iqtisadi əməkdaşlığın, onun mühüm forması olan müştərək sahibkarlığın genişləndirilməsinin obyektiv zərurətə çevirir. Formalaşmasında dünya iqtisadiyyatına sıx inteqrasiya olunmasında rol oynayan müştərək sahibkarlığın fəaliyyəti özbaşına və idarə olunmaz proses kimi baş vermir, o, əslində dövlətin iqtisadi siyasətinin ödəməli istiqaməti kimi çıxış edir.

Vahid sistem halında formalaşan dünya iqtisadiyyatına qovuşmaq və onun uğurlarından bəhrələnmək üçün beynəlxalq iqtisadi əməkdaşlığın müxtəlif formalarından bacarıqla istifadə olunmasını, bazar konyukturunun dəyişdirilməsini, xarici investisiyanın cəlb edilməsini və onun fəallığının artırılmasını nəzərə almaqla, müştərək sahibkarlığın önəmli forması sayılan müştərək müəssisələrin yaradılmasına üstünlük verilməlidir.

Müştərək müəssisənin mahiyyəti barədə lazimi təsəvvürə malik olmaq üçün hər şeydən əvvəl müştərək müəssisə anlayışını açıqlamaq dərk etmək lazım gəlir. Qərb ədəbiyyatında müştərək müəssisə beynəlxalq əməkdaşlığın çoxcəhətli formaları daxil olmaqla istehsal fəaliyyətinin təşkilinin xüsusi hüquqi forması kimi səciyyələndirilir və aşağıdakı əlamətləri göstərilir.

* müştərək müəssisə iki və daha çox tərəfdaşların aktivlərinin qismən bölüşdirilməsi, yaxud tərəfdaşlardan hər birinin kapital qoyulması yolu ilə yaradılır.

* müştərək müəssisə istehsal, ticarət, maliyyə, elmi-tədqiqat fəaliyyəti ilə məşğul ola bilər.

* tərəfdaşlar arasında idarəetmə ilə bağlı məsuliyyət bölüşdürülür.

* kapital qoyuluşu uzunmüddətli olur.

* müştərək sahibkarlıq iştirakçıların fəaliyyətinin yalnız bir hissəsini əhatə edir.

Yeri gəlmişkən qeyd etməliyəm ki, müştərək müəssisələrin yaranma tarixinin çox qədim olmasına baxmayaraq, indiyədək müştərək müəssisə məfhumunun konkret tərifi verilməyib. Bu zəruriyyəti nəzərə alaraq, müştərək müəssisə anlayışının aşağıdakı məzmunda ifadə olunmasını məqsədə uyğun sayıram: müştərək müəssisə – Milli iqtisadiyyatın inkişafına investisiya qoyuluşunda iştirak edən yerli və xarici hüquqi şəxslər və ya fiziki şəxslər arasında bağlanmış saziş əsasında, məhsulun istehsalı və satışı, xidmətlərin göstərilməsi üçün yaradılan müstəqil təsərrüfat subyektidir.

Maliyyə imkanlarının məhdud olduğu Azərbaycan Respublikasında müştərək müəssisələrin cəmi 14% iqtisadiyyatın aparıcı sahəsi olan sənayedə fəaliyyət göstərir. Həm də onlar əsasən Bakı şəhərində yerləşir.

Neft layihələrinin həyata keçirilməsi üçün 2 mindən artıq Azərbaycan vətəndaşının çalışdığı 10 müştərək müəssisə fəaliyyət göstərir ki, onlar tanınmış xarici şirkətlərlə 381 milyon dollar dəyərində müqavilə işləri almışlar. Rusiyanın «LUKoyl» neft şirkətinin prizidenti Vahid Ələkbərov Nərimanov adına Neft və Qazçıxarma İdarəsi ərazisindəki yataqlardan neftin çıxarılması üçün müştərək müəssisə yaratmaq təşəbbüsü ilə çıxış etmiş və bildirmişdir ki, hasil ediləcək 25 milyon ton neftin hamısı Azərbaycanın neftayırma zavodlarına emal olunacaqdır.

Bakı tütün kombinatının bazasında yaradılan «Bakı Tütün» Açıq tipli Səhmdar Cəmiyyətinin səhmlərinin 85%-nə 1999-cu il avqust ayının 16-17-də keçirilən müsabiqədə «Soreks Menecment İnkorporasiya» şirkəti sahib oldu. Transmilli «Soreks» şirkəti tərəfindən dərhal Azərbaycan Respublikasının dövlət büdcəsinə müəssisənin büdcəyə və kollektivə olan borcları üzrə 2,4 milyon ABŞ dolları kbçürüldü. Dünyanın 35 ölkəsində fəaliyyət göstərən, tütün və siqaret istehsalında zəngin təcrübəyə malik «Soreks» şirkətinin investisiya proqramında tütün sənayesinin tamamilə yenidən qurulması, mütərəqqi texnologiyanın tətbiqi, modelləşdirilməsi, fermer təsərrüfatının yaradılması, yeni tütün sortlarının Azərbaycana gətirilməsi, fermerin toxum, kübrə, lazimi texnika və avadanlıqlarla təmin olunması nəzərdə tutulur. Bütün bu işlərin görülməsi üçün şirkət 49,8 milyon dollar sərmayə qoyulmağı və öhdəsinə götürməlidir.

Ölkəmizdə fəaliyyət göstərən müştərək müəssisələr çox kiçik olduğundan Milli iqtisadiyyatın inkişafında onların rolu arzuolunmaz səviyyədə deyil. Halbuki ölkənin zəngin təbii sərvətlərindən, əlverişli təbii-iqlim şəraitindən və böyük intellektual mülkiyyətdən daha səmərəli istifadə etmək üçün müştərək müəssisələrin iri miqyasda inkişaf edilməsi olduqca zəruridir. Bu məqsədlə dövlətin iqtisadi siyasətinin tərkib hissəsi kimi müştərək müəssisələrin inkişaf strategiyası işlənib hazırlanmalı və orda aşağıdakı kimi məsələlər öz əksini tapmalıdır.

1. Azərbaycanda müştərək müəssisələrin yaradılması və fəaliyyəti sosial yonümlü tənzimlənən bazar iqtisadiyyatı modelinin strateji prinsiplərinə əsaslanmalıdır. Daha döğrusu, müştərək müəssisələr xarici kapitalın ölkə iqtisadiyyatına axınının güclənməsi və onun fəallığın artırılması idxal-ixrac əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi, daxili istehlak bazarının sivill qaydalarla qorunması, Milli baxımdan iqtisadi təhlükəsizliyin təmin edilməsi üçün əlverişli zəmin yaratmalıdır.

2. İstehsal sahələrinin xüsusiyyətləri, ölkənin iqtisadi durumu və əhalinin psixologi hazırlığı nəzərə alınmaqla dövlət mülkiyyətinin özəlləşdirilməsi geniş vüsət alıb. Kiçik müəssisələrin hamısı, orta və iri müəssisələri 20%-i özəlləşdirilib. Lakin sahibkarlar maliyyə imkanlarının məhdudluğu ucbatından özəlləşdirilmiş sənaye müəssisələrində lazimi təşkilati-texniki tədbirlər həyata keçirməmiş, dövlət tərəfindən də həmin müəssisələrin dirçəldilməsi üçün kömək, yardımı olmamışdır. Nəticədə özəlləşdirilmiş sənaye müəssisələrində məhsul istehsalının həcmi artmaq əvəzinə xeyli azalmışdır. 1998-ci ilin yekunlarına görə,respublikada sənaye məhsulunun həcmi 1990-cı il səviyyəsinin cəmi 29%-i təşkil edir.

Aydındır ki, növbəti mərhələdə orta və iri müəssisələrin özəlləşdirilməsi planlaşdırılır. Hazırda ölkədə 587 orta və 208 iri sənaye müəssisəsi var, onların bazasında yaradılan səhmdar cəmiyyətləri əsasən investisiya müsabiqəsi yolu ilə özəlləşdiriləcəkdir. Odur ki, sənaye müəssisələrinin özəlləşdirilməsi üçün keçirələcək investisiya müsabiqələrində muştərək iştirakına üstünlük verilməlidir.

3. Son vaxtlar elmi-texniki tərəqqinin nailiyyətləri əsasında formalaşması əlaqələrin və sazişlərin keyfiyyətcə yeni formaları təzahür edir, ölkənin, sahənin və müəssisənin rəqabət qabiliyyətinin yüksəlməsində mütərəqqi texnologiyaların rolu artır, iqtisadi artımın xarakteri dəyişir, «ictimai tərəqqi» anlayışı və onun meyarları barədə yeni baxışlar meydana çıxır, bazarların qloballaşması prosesi baş verir. Belə bir şəraitdə müstəqil Azərbaycan dövləti dünya iqtisadiyyatın strategiyasına uyğun özünün innovasiya siyasətinin həyata keçirilməlidir. Bu gün Azərbaycan sənayesi və sahibkarı istehsal sahələrinin yeni texnologiyalarla silahlanması, köhnəlmiş texnologiyanın yeni daha məhsuldar texnika ilə əvəz edilməsi zəruriyyəti ilə qarşılaşır. Çünki sənayenin istehsal fondlarının, əsas kapitalının 75%-i köhnəlib, rəqabət qabiliyyəti məhsul istehsalı üçün qətiyyət yaratmır. Mütəxəssislərin proqnozlarına görə. Maddi istehsal sahələrini yeni texnika və texnologiya əsasında modelləşdirilməsi üçün 22 milyard dollara yaxın vəsait tələb olunur.

İqtisadi sistemin transformasiyasında, milli iqtisadiyyatın formalaşması və inkişafında innovasiya amili həlledici rol oynamışdır. Sərt maliyyə-kredit siyasətinin yeridilməsi, qiymətləri liberallaşdırılması ölkənin innovasiya sferasında kapitalın tədricən tükənməsinə səbəb olmuşdur. İnnovasiya sferasında acınacaqlı vəziyyət yaranmışdır. 1990-cı ildən bəri büdcədən innovasiya sferasında, xüsusilə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə ayrılan vəsait bir necə dəfə azaldırmışdır. Azərbaycan Respublikasının 1999-cu il dövlət büdcəsində elmə ümum daxili məhsulun cəmi 0,23%-ə qədər vəsait ayrılıb. Halbuki iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə, o cümlədən ABŞ-da elmə dövlət xərcləri daxili məhsulun 3%-dən çoxdur.

Elmin inkişafında büdcü ayrılmalarının qalıq prinsiplərindən imtina etmək, innovasiya sferasının sürətlə dağılması prosesinin qarşısını tezliklə almaq gərəkdir. Fikrimizcə, mühüm xalq təsərrüfatı əhəmiyyətli tədqiqatların və elmi araşdırmaların məqsədli maliyyələşdirilməsi üçün dövlət büdcəsinin və yerli büdcələrin strukturunda inkişaf fondu ilə yanaşı, «Elmi-tədqtqat və təcrübə-konstruktor işləri» fondu yaratmaq vacib olardı.

Bütün bu işlərin görülməsində müştərək müəssisələrin imkanlarından bilavasitə istifadə olunması zəruridir.

4. Sovet dövründə Azərbaycan Respublikasında sənaye strukturunun əsasən neft və qazçıxarma, neftayırma, kimya və neft-kimya və bununla sıx bağlı sahələr hesabına formalaşması, son vaxtlar kəskin iqlim dəyişmələri, ətraf mühitin çirklənməsi, bioloji tarazlığın pozulması, ozon qatının dağılması və digər səbəblər ekoloji gərginliyin artmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin hesablamalarına görə, Xəzər dənizinə hər il təqribən 12 milyard kubmetr çirkab axıdılır. Bunun 10,5 milyard kubmetri Volqa çayı ilə və 0,65 milyard kubmetri Kür çayı ilə daxil olur. Təkcə Bakı şəhərində atmosferə ildə 900 min ton zərərli kimyəvi maddələr atılır. Sənaye müəssisələrinin toksiki tullantıları vaxtı vaxtında utilizasiya olunmur. Və qeyri-mütəşəkkil halda yığılıb saxlanılır. Ümumiyyətlə, ətraf mühütün çirklənməsi nəticəsində ölkə iqtisadiyyatına orta hesabla ildə dəyən zərərin miqdarı təxminən 3,1 milyard dollara bərabərdir.

Müştərək müəssisələr ekoloji cəhətdən təmiz, az tullantılı və tullantısız texnologiyalardan istifadə etməklə, dünya sivilizasiyasını böyük təhlükə qarşısında qoyan və ümumibəşəri xarakter alan ekoloji problemin həllində müstəsna rol oynamalıdır.

Şübhəsiz, müştərək sahibkarlıq fəaliyyətinin inkişafı milli iqtisadiyyatın dirçəldilməsi və çirklənməsinə, əhalinin məşğulluq probleminin, çözülməsinə, daxili istehlak bazarının yerli istehsalına zənginləşdirilməsinə, Azərbaycanın dünya iqtisadiyyatına qovuşması probleminin sürətlənməsinə əhəmiyyətli kömək edəcəkdir.

2. Müəssisə mənfəti və mənfəət bölgüsü strategiyaları.

Müəssisələrin bazar dəyəri qoyulan investisiyaların həcmindən, maliyyə və mənfəət bölgüsü qərarlarından asılı olaraq dəyişə bilər. Müəssisə müxtəlif sahələrə qoyduğu investisiyaların həcmini artırdıqda, paralel olaraq borclar xüsusi kapital nisbəti də artacaqdır. Digər tərəfdən fəaliyyətlərin də səmərəliliyini və məhsuldarlığını təmin etdikdə, potensial gəlirləri də xeyli artacaqdır.

Bu səbəbdən də müəssisələr fəaliyyət sahəsini daha da genişləndirmək məqsədi ilə yeni-yeni sahələrə qoyulan investisiyaların həcmini də müntəzəm artırmalıdır. İnvestisiya artımı da öz növbəsində uzun müddətli fondlara olan təlabatı artırdığından, əldə etdiyi mənfəət paylarını (dividend) ortaqlara ödəməmək yaxud da kənardan borcalmaq haqda düşünür. Şübhəsiz, müəssisənin borclanma həddi xüsusi kapitalın həcmindən əsılı olaraq dəyişəcəkdir.

Müəssisənin mənfəətin bölgüsündə izləyəcəyi siyasətin də bazar dəyərinin müəyyənləşdirilməsində əhəmiyyəti böyükdür. Ortaqlara ödəcəyi mənfəət payının illərə görə artımını onun bazar dəyərini də artıracaqdır.

Mənfəət bölgüsü sahəsində tətbiq olunan başlıca strateci qərarlar isə aşağıdakı kimi təhlil olunur:

* Sabit miqdarda mənfəət bölgüsü siyasəti

* Sabit nisbətdə mənfəət bölgüsü siyasəti

* Sabit miqdarda əlavə olaraq müəyyən bir miqdarın da ödənilməsi siyasəti

Sabit miqdarda mənfəət bölgüsü siyasəti:

Bu sistemdə müəssisənin gəlirləri illərə görə artıb-azalma ilə müşayət olunsa da ortaqlara hər il sabit miqdarda pay verməkdədir. Bu cür siyasət müəssisə səhmlərinin bazar dəyərini də uzun müddət qoruyub saxlaya bilir. Xüsusilə qoyulan investisiyaları artırmaqla Daha çox mənfəət əldə etmək istəyən müəssisələr bu siyasətin tətbiqinə xüsusi əhəmiyyət verirlər.

Sabit nisbətdə mənfəət bölgüsü siyasəti:

Bu sistemdə isə müəssisə rəhbərliyi ilin yekunlarına görə əldə etdiyi mənfəətin sadəcə müəyyən bir nisbətini (faizini) ortaqlara paylamaqdadır. Mənfəət payları isə hər il ümumi gəlirlərin səviyyəsindən asılı olaraq dəyişə bilər.

Sabit miqdarda əlavə olaraq müəyyən bir miqdarın da ödənilməsi siyasəti:

Bu mənfəət bölgüsündə müəssisə rəhbərliyi ümumi mənfəətdən ortaqlara paylayacağı minimum həddi müəyyənləşdirir və əlavə olaraq mənfəət artımlardan da bir miqdar pay ödənilir.

Müəssisənin rəhbərliyinin bu sahadə alacağı hər hansı bir qərar, mümkün qədər müəssisənin bazar dəyərinə və yaxud səhmlərin satış qiymətinə təsir etməməlidir.

3. Müəssisələrdə borclanma strategiyaları.

Müəssisə dövrüyyə və dövrüyyədənkənar vəsaitləri maliyyələşdirmək üçün müxtəlif fondlara ehtiyac duyur. Bu fondlar isə əsasən xüsusi kapital və boclanma yolu ilə əldə edilir. Xüsusi kapital müəssisənin əldə etdiyi mənfəətin ortaqlara paylamadan fəaliyyəti üçün istifadə etdiyi vasitələri ayrılan ehtiyatları və nizamnamə kapitalından ibarətdir. Dövrüyyə və dövrüyyədənkənar vəsaitlərinin maliyyələşdirilməsində qarşıya çıxan çətinliklər, müəssisə rəhbərliyini bəzən kənar mənbələrə müraciət etməyə məcbur edir. Bu yolla təmin olunan fondlar isə müəssisənin borclarını təşkil edir.

Ümumiyyətlə, müəssisələr bu sahədə qısa, orta və uzun müddətli borclardan istifadə edirlər. Qısa müddətli borclar bir fəaliyyət dönəmində, orta müddətli borclar 1-5 il müddətində, uzun müddətli borclar isə 5 ildən artıq müddətə geri qaytarılması nəzərdə tutulan fondlardır. Digər tərəfdən qısa müddətli borclardan dövrüyyə vəsaitlərin, orta, uzun müddətli borclar və xüsusi kapitaldan, bəzən də uzun müddətli borc və ya xüsusi kapitaldan isə dövrüyyədənkənar vəsaitlərin maliyyələşdirilməsində istifadə olunur.

Dövrüyyə vəsaitlərinin maliyyələşdirilməsində qısa müddətli borclar.

Müəssisənin bir fəaliyyət dönəmində (əsasən bir ildə) geri qaytarma məcburiyyəti olan fondlar qısa müddətli borclardır. Müəssisələr müxtəlif dövlərdə fəaliyyət dinamikasından asılı olaraq daha çox maliyyə vəsaitinə ehtiyac duyar ki, bunlar da məcburən qısa müddətli borclarla maliyyələşdirilir. Bu vəsaitlərin bir qismi bank və digər maliyyə təşkilatlarından müəyyən şərtlərlə kredit götürməklə, bir qismi isə xammal material ehtiyatlarını kreditlə satın almaqla kreditor öhdəliyi şəklində təmin edir. Bu gün dünya praktikasında qısa müddətli fond ehtiyatlarının təmin olunmasında aşağıdakı mənbələrdən istifadə olunmaqdadır:

* Kreditor öhtəlikləri

* Qısa müddətli bank kreditləri

* Faktoring əməliyyatları

Kreditor öhtəlikləri:

Kreditor öhtəlikləri satıcı tərəfindən əmtəə satışlarını artırmaq məqsədilə müştərilərə açmış olduğu qısa müddətli kreditlərdir. Müəssisələr istehsal yaxud ticarət məqsədilə satın aldıqları hazır məhsulun və ya xammalın satış xarakterindən asılı olaraq bir miqdarını kreditlə almaq imkanına malikdirlər. Bu gün xüsusilə maliyyə imkanları məhdud olan kiçik müəssisələrin əksəriyyəti bu cür ticari məqsədli kreditlərdən istifadəyə xüsusi əhəmiyyət verirlər. Müəssisələr alacaqları ticari kreditlərin həcmini necə müəyyənləşdirməlidir? Bu suala cavab verməmiz üçün aşağıdakı qeyd olunan amilləri mütləq nəzərə almalıyıq;

* Müəssisənin kreditli satış siyasəti

* Kreditin faizi və geri qaytarma müddəti

* Satıcı müəssisənin satış siyasəti və kredit açma imkanları

* Ümumi iqtisdi vəziyyət və qiymət səviyyələri və s.

Müəssisələrin kreditli satış siyasəti kreditor öhdəlikləri həcminə də təsir edər. Əgər müəssisə ticari münasibətlərdə nəğd hesablaşmalara daha çox əhəmiyyət verərsə, alışların həcmi nə qədər artsa da, bu kreditor öhtəliklərin həcmini artırmayacaqdır.

Kredit faizləri və onu geri qaytarma müddətləri də borclənmaya təsir edən amillərdəndir. Rəqib müəssisələrin əksəriyyəti bazarda mövcud paylarını qorumaq və yaxud artırmaq məqsədi ilə müştərilərə daha əlverişli şərtlərlə kredit aça bilərlər. Ayrıca, alınan kreditin geri qaytarma müddəti nə qədər uzanarsa, ticari məqsədli borcların həcmi də bir o qədər artacaqdır.

Kreditlə satışlara üstünlük verən müəssisələr satış həcmindən asılı olaraq kreditor öhtəliklərin həcmini artıra yaxud da azalda bilirlər. Digər tərəfdən satıcı firmanın maliyyə imkanları qənaətbəxşdirsə, müştərilərə bu cür kreditlərdən daha güzəştli şərtlərlə istifadə imkanları da yarada bilir.

İqtisadiyyatın inkişaf dinamikası, konyuktur dalğalanmalar və qiymət səviyyələri də ticari kreditlərin həcminin müəyyən edən əhəmiyyətli amillərindəndir. İqtisadiyyatın inkişaf tempi müəssisələrin xammal-material ehtiyatlarına olan tələbatı da artırdığından, bunları əsasən kreditor öhtəliklərin qarşılamağa çalışacaqdır. İqtisadiyyatın tənəzzül dövrlərində də müəssisə anbarlarında xeyli ehtiyat məhsul yığılıb qaldığından, bunlar kreditli satışlarla əritməyə çalışacaqdır.

Qısa müddətli bank kreditləri:

Dövrüyyə vəsaitlərin maliyyələşdirilməsində müəssisələrin istifadə edə biləcəkləri digər bir mənbə isə müddətli bank kreditləridir. Müəssisələrin bu cür kreditlərdən faydalana bilməsi üçün, prasedur işləri yekunlaşdırmalı, banklar da öz növbəsində açacağı kreditin həcmini və qiymətini (kredit faizini) müəyyənlişdirməlidir. Bu gün dünya praktikasında bank kreditlərin bir çox növündən istifadə olunur. Ölkəmizdə də bunların aşağı qeyd olunan növləri müxtəlif sahələrdə tətbiq olunur:

Açıq kredit: Maddi hər hansı bir təminat istəmədən maddi vəziyyətləri kafi olan fiziki və hüquqi şəxslərə banklar tərəfindən açılan kreditlərdir.

Mal müqabilində avans: Bir çox ticari fəaliyyətlərin maliyyələşdirilməsində istifadə olunan bu kredit növündə, satıcı firmalar malları üzərində mülkiyyət haqlarını müvəkkil bankları verməklə, krediti təmin edə bilirlər.

Kənd təsərrüfatının müxtəlif sahələrin inkişaf etdirilməsi üçün kredilər: Bu məqsədlə yerli və beynəlxalq maliyyə təşkilatların nümunəvi fermer təsərrüfatlarına ayırdığı aşağı faizli, vergi və digər rüsumlardan azad kreditlərdir.

Akkreditiv krediti: İdxal malların maliyyələşdirilməsində istifadə olunan bir kredit növüdür. Bu cür kreditlərdə idxalçının müvəkkil bankı pulun qarşı tərəfə vaxtında ödənilməsində öhdəlik götürür və s.

Müəssisələr istifadə etdikləri bu cür kreditlər üçün geri qaytarılma müddətindən asılı olaraq müəyyən məbləğdə faiz ödəməkdədir. Çox vaxt banklar xüsusi ödəmə riski olan müəssisələr qarşısında ehtiyat fondlardan bir qismini blok etdirməsini şərt qoya bilir. İstifadəsiz olan bu fondlar isə alınan kreditin qiymətini xeyli artıra bilir.

Faktoring əməliyyatları:

Faktoring kreditli satışlarda ortaya çıxan debütor öhtəliklərin alınmasını öz üzərinə götürən, müəyyən komissiyon müqabilində satıcı müəssisəyə ilkin olaraq alacağın bir qismini ödəyən, alıcının borcu ödəyə bilmədiyi təqdirdə bütün ticari risk və məsuliyyəti öz üzərinə götürən və ödəmə öhdəliyi olan qısa müddətli maliyyə əməliyyatıdır.

Bu tipli şirkətlər müxtəlif sahələrdə servis xidmətləri göstərməklə yanaşı, bir çox işlərin maliyyələşdirilməsi və borcların ödənilməsində də öhtəlik götürə bilər. Xidmət funksiyası əsasən müştərilərə aid mühasibat-uçot dəftərlərin tutulması, kreditlə təmin edilməsi, ödəmə öhdəliyi götürməsi, bazar tədqiqatların aparılması, malların daşınması, anbarlaşdırılması, mühafizə olunması kimi sahələrdə məsləhətlərin verilməsi və s. İlə məhdudlaşdırılır.

Faktoring şirkətləri satıcıya olan borcun bir qismini vaxtından əvvəl də ödəyə bilər. Ayrıca, müştərinin borclarını ödəyə bilmədiyi hallarda bütün riski və məsuliyyəti öz üzərinə götürməklə, borclarını ödəməyə zəmanət verə bilir və s.

Fəaliyyət sahəsinin bu qədər geniş olmasından dolayı bu tipli şirkətlərin ölkəmizdə fəaliyyəti üçün geniş imkanlar açması son dərəcə zəruri məsələlərdəndir.

Dövriyyədənkənar vəsaitlərin maliyyələşdirilməsində orta müddətli borclar.

Müəssisələr dövriyyədənkənar vəsaitlərin maliyyələşdirilməsində uzun müddətli fondlardan da istifadə edirlər. Bu fondlar ümumiyyətlə xüsusi kapital və borclar olaraq iki yoldan təmin olunur. Xüsusi kapital ortaqlar tərəfindən nizamnamə kapitalı ödənilməyən mənfəət payları və ehtiyatlardan ibarətdir. Maliyyə bazarı inkişaf etmiş ölkələrdə isə uzun müddətli fondlar müəssisəsi səhmlərin və istiqrazların satışa çıxarılması ilə təmin olunur.

Müəssisələrin uzun müddətli maliyyə vəsaitlərin təmin olunmasında mürəciət etdikləri ən əhəmiyyətli vasitələrdən biri səhmlərdir. Səhm – onun sahibinin (səhmdarın) səhmdar cəmiyyətin mənfəətinin bir hissəsinin divident şəklində almaq, səhmdar cəmiyyətin idarə edilməsində iştirak etmək və o, ləğv edildikdən sonra qalan əmlakın bir hissəsini əldə etmək hüququnu təsbit edən emmisiya qiymətli kağızadır. Bunlar maliyyə bazarları inkişaf etmiş ölkələrdə əsasən müvəkkil banklar vasitəsilə satışa çıxarılaraq, fond bircalarında qeydiyyat reysterinə salınır.

Müəssisələrin uzun müddətli maliyyə vəsaitlərin təmin olunmasında istifadə etdikləri digər bir vasitə isə istiqraz vərəqələridir. İstiqraz vərəqəsi – onun sahibinin nominal dəyərini və bu dəyərdən müəyyən edilmiş faizi və ya başqa əmlak ekvivalentini (əgər qanunvericiliyə zidd deyilsə) almaq hüququnu təsbiq edən emmisiya qiymətli kağızıdır.

NƏTİCƏ


Bazar münasibətlərinə keçidlə əlaqədar həyata keçirilən təşkilati və iqtisadi tədbirlər ölkədə yeni bank və maliyyə sisteminin yaradılmasına, iqtisadiyyatın qeyri dövlət bölməsinin formalaşmasına, əmtəə, xidmət və kapital bazarının fəaliyyətinə şərait yaratdı.

Müasir dövrdə müəssisələrin sahibkarlıq fəaliyyətinin əsas məqsədi mənfəət əldə etməkdir. Mənfəət müəssisədə istehsalın genişləndirilməsinin, iqtisadi həvəsləndirmə fondlarının təşkilinin və büdcə gəlirlərinin formalaşmasının əsas mənbələrindən biridir. Bütün bunlar isə müəssisələrdə maliyyə münasibətlərinin daha da təkmilləşdirilməsini tələb edir.

Artıq müəssisələr öz maliyyə-təsərrüfat fəaliyyətini bazarın diqqətinə uyğun şəkildə təşkil etmək məcburiyyətində qalmışdır.

Müəssisənin maddi-texniki bazarının möhkəmlənməsi, işçilərin maddi marağının təmin olunması müəssisənin istehsal etdiyi və yaxud göstərdiyi xidmətlərin alıcılar tərəfindən necə qarşılamasından, həmin fəaliyyət növünə olan tələbatın səviyyəsindən asılıdır. Buna görə də müəssisə fəaliyyətini helə qurmalıdır ki, bu həm onlarla geniş təkrar istehsal prosesinin normal gedişinin təmin olunması, həm dövlət qarşısındakı öhdəliklərin yerinə yetirilməsi, həm də müəssisədə çalışanların mənafeyinin qorunmasına imkan vermiş olsun. Bütün bu yuxarıda qeyd olunan vəzifələrin yerinə yetirilməsi müəssisədə maliyyə münasibətlərinin düzgün təşkil edilməsindən, maliyyə xidmətlərinə, maliyyə menecmenti və maliyyə planlaşdırılmasının daha da təkmilləşdirilməsindən, onların bazar münasibətlərinə keçid müasir tələblərinə uyğunlaşdırılmasından asılıdır.

Ədəbiyyat.

1. Müəssisə siyasəti və strategiyaları. X. Məmmədov Bakı-2002

2. Azərbaycan Respublikasının maliyyə potensialının formalaşması problemləri. Sadıqov M.M, Bakı-2001

3. «Müəssisələr haqqında» Azərbaycan Respublikasının Qanunu.



4. Müəssisənin iqtisadiyyatı. Hüseynov T. Bakı-2005
Yüklə 111,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə