Müəssisənin uçot siyasəti



Yüklə 17,27 Kb.
tarix27.06.2022
ölçüsü17,27 Kb.
#90160
New Документ Microsoft Word (2)


Müəssisənin uçot siyasəti
İqtisadiyyatın müasir şəraitində mühasibat uçotunda, təsərrüfat əməliyyatlarının daha çox müxtəlifliyi ilə əlaqədar olaraq aparılması qaydası eyni səviyyədə ola bilməz. Ayrı-ayrı iqtisadi subyektlər səviyyəsində onlar uçot siyasətinin köməyi ilə müəyyən və təyin olunur.
Beynəlxalq maliyyə hesabatı standartlarında uçot siyasəti 8 №li standart geniş açıqlanır. Təsərrüfat həyatında baş verən hadisələrin mühasibat uçotu qaydasında aparılmasının məcmuu başa düşülür. (Mühasibat uçotu haqqında qanunun 8-ci maddəsi).
Bu zaman mühasibat uçotunun aparılması üsuluna aşaöıdakılar aid edilir:
-ilkin müşahidə (sənədləşmə və inventarlaşma);
-dəyər ölçüsü (qiymətləndirmə və kalkulyasiya);
-cari qruplaşma (hesablar və ikili yazılış);
-yekun ümumiləşdirmə (balans və hesabat).
Əvvəlki modullarda yuxarıda göstərilən üsullar əhatə edilmiş və bundan sonra tələb edilən uçot siyasətinin formalaşmasının əsasları ilə tanış olmaq zəruridir.
Uçot siyasətinin formalaşma qaydasını və onun açıqlanmasını mühasibat uçotu üzrə “Təşkilatın uçot siyasəti” üzrə Əsasnamə (Maliyyə Nazirliyinin 2008-ci il 6 oktyabr tarixli əmri ilə təsdiq edilmiş 1 №li Beynəlxalq maliyyə hesabatı standartı) təyin edir.
Sözügedən əsasnaməyə və standarta əsasən uçot siyasəti, baş mühasib, yaxud iqtisadi subyektlərdə mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə aparılması həvalə edilən başqa şəxs tərəfindən formalaşdırılır.
Uçot siyasətinin formalaşmasına başlayan baş mühasib aşağıdakı işləri yerinə yetirir:
-qanun və normativ aktlarla mühasibat uçotunun hansı üsullarla aparılmasını təyin etmək;
-bir neçə mümkün olan üsulları (alternativ hal olduqda) seçmək;
-tələb edilən konkret məsələyə dair normativ sənədlərdə hər hansı bir təlimat (göstəriş) olmadıqda yeni uçot üsulu (müvafiq) işləyib hazırlamaq.
Beləliklə qeyd edək ki, tələb edilən məsələyə dair mütləq qüvvədə olan normativ sənədə müraciət etmək məqsədəuyğun sayılmalıdır. Sənədin məzmununu diqqətlə izlədikdə müəssisədə qurulan uçotun, ayrı-ayrı məsələlərin birvariantlı, yaxud çoxvariantlı məzmununu əhatə etməsini görmək olar. Birinci halda sənəd, təsərrüfat həyatının uçotunun konkret hallarının eynimənalı üsullarını əhatə edir. Bu cür halda o, iqtisadi subyektlərdə tərtib edilməli və həmin iş barədə uçot siyasətində heç bir qeydiyyat aparmaq lazım gəlmir. Ikinci halda, normativ sənəddə təsərrüfat həyatının ayrı-ayrı hallarının uçotda əks etdirilməsinin bir neçə variantı verilmişdir. Aşağıdakı cədvəldə iqtisadi subyektlərin uçot siyasətində qəbul etmək mümkün olan elementlər verilmişdir.
Konkret məsələ, yəni mühasibat uçotunun aparılması üsuluna dair normativ akt olmadıqda, “Təşkilatın uçot siyasəti”ni əldə rəhbər tutaraq mühasibat uçotuna dair müvafiq üsul və digər əsasnamələr işləyib hazırlanır. Bu məqsədlə maliyyə hesabatının standartlarından (MBHS) da istifadə etmək olar.
Bütün hallarda mühasibat uçotunun yeni üsullarının tətbiqi, aşağıdakı şərtlər təmin edildikdə məqsədəuyğun sayılmalıdır:
-təşkilatın mühasibat uçotu və hesabatında təsərrüfat fəaliyyətinin ayrı-ayrı hallarının həqiqiliyinin yüksəlməsinə şərait yarandıqda;
-informasiyanın həqiqilik səviyyəsini aşağı salmadan uçot prosesinin çətinliyi azaldıldıqda.
Uçot siyasətini formalaşdıran zaman mühasib, ictimai müzakirəni əldə rəhbər tutur. Qeyd edilən anlayış, müasir uçot sistemində əksəriyyət mühasiblər üçün nisbətən təzədir. Onu aydınlaşdırarkən mühasibat uçotu üzrə iqtisad elmləri doktorları, prof. Q.Ə.Abbasov, S.M.Səbzəliyev və neft şirkətinin iqtisadiyyat üzrə vitse-prezidenti prof. S.M.Qasımov, ictimai müzakirəni, təsərrüfat vəziyyətinin qiymətləndirilməsində ixtisaslı mühasiblərin çox inamlı fikir söyləmələri – adlandırmış və onun həqiqi idarəetmə qərarının çıxarılmasında əsas istiqamət kimi kömək edə bilən bir sistem ola biləcəyini söyləmişlər.
Bunları nəzərə alaraq biz ictimai müzakirəyə dair öz fikrimizi necə formalaşdıra bilərik? Bu zaman biz xüsusi biliklə yanaşı nəyi əldə rəhbər tutmalıyıq? Qeyd edilən məsələlərə birtərəfli cavab vermək olmaz. Bütün söylənilən məsələlərin həllində ictimai müzakirə, özünü idarəetmə prinsipində və bütün dünya mühasiblərinin səmərəsiz və təsərrüfata ziyan vuran əməliyyatların uçota əks etdirilməsinə dair qəbul etdikləri etik normalara riayət edilməsində mühüm rol oynamalıdır. Həmin prinsiplər və etik normalar Beynəlxalq Mühasiblər Federasiyası (BMF) tərəfindən hazırlanmış və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin uçot siyasəti şöbəsi tərəfindən qəbul edilmişdir.
Beləliklə, uçot siyasəti yaradıcı uçot funksiyasını yerinə yetirir. Bununla birlikdə o, iqtisadi subyektin daxili statusunu tənzimləyən üsuldur. Bu məqsədlə təşkilat rəhbəri, qarşıdakı il üçün uçot siyasəti haqqında əmr, yaxud sərəncam imzalayır. Iqtisadi subyektin bu əmri (sərəncamı) vasitəsilə seçilən mühasibat uçotunun aparılması üsulu növbəti ilin bir yanvarından tətbiq edilir.
Uçot siyasətinin tərkibində aşağıdakılar təsdiq edilir:
-uçot və hesabatın vaxtlı-vaxtında tətbiq olunmasına müvafiq, mühasibat uçotunu aparmaq üçün zəruri olan sintetik və analitik hesabların məzmununu özündə əks etdirən mühasibat uçotu hesablarının işçi planı;
-ilk uçot sənədlərinin formaları, mühasibat uçotunun registrləri, eləcə də daxili mühasibat hesabatı üçün lazım olan sənəd formaları;
-aktiv və öhdəliklərin inventarlaşmasının aparılma qaydası;
-aktiv və öhdəliklərin qiymətləndirilməsi üsulu;
-sənəd dövriyyəsinin qaydaları və uçot informasiyalarının işlənmə texnologiyalası;
-təsərrüfat əməliyyatları üzərində nəzarət qaydası;
-mühasibat uçotunun təşkili üçün zəruri olan göstəriş və qərarlar.
Mühasibat uçotunun əsas prinsiplərindən biri də uçot siyasətinin davamlı tətbiqi hesab edilir. Həqiqətən də uçot siyasəti bir hesabat ilindən digərinə heç bir dəyişiklik aparmadan istifadə olunursa, onların maliyyə-təsərrüfat fəaliyyətinin göstəriciləri müqayisəyə yatırımlı ola bilər. Başqa halda hesabat göstəricilərinin dinamikasının təhlili mənasız görünə bilər.
Ancaq qeyd edək ki, bu prinsipə sözsüz tərəfdar çıxmaq qeyri-mümkün olduğundan təcrübədə onu tətbiq etmək məqsədəuyğun sayılmır. Bir sıra hallarda iqtisadi subyektlərdə uçot siyasətini dəyişdirmək olar. Dəyişdirmə hallarına aşağıdakılar aid edilir:
-Azərbaycan Respublikasında mühasibat uçotu haqqında qanunvericilikdə və beynəlxalq mühasibat uçotu standartlarında təyin edilən tələblərin dəyişdirilməsi;
-mühasibat uçotunun obyektləri haqda informasiyaların keyfiyyətinin yaxşılaşmasına şərait yaradan mühasibat uçotunun eyni üsullarının hazırlanması;
-iqtisadi subyektlərin fəaliyyət şəraitinin nəzərəçarpacaq dərəcədə dəyişdirilməsi (Mühasibat uçotu haqqında qanunun 6-cı maddəsi)
Uçot siyasətinin dəyişdirilməsi, ilin əvvəlindən yerinə yetirilməlidir. Bu zaman iqtisadi subyektin maliyyə vəziyyətini, fəaliyyətin maliyyə nəticələrini və pul vəsaitinin hərəkətini xarakterizə edən və əhəmiyyətli təsir göstərən göstəricilərə diqqət yetirmək lazımdır. Sözügedən dəyişiklik pul göstəricisi ilə qiymətləndirilməli və mühasibat uçotu və hesabatında əks etdirilməlidir.
Mühasibat uçotuna dair uçot siyasətinin dəyişdirilməsi ilə bağlı olan qanun və hüquqi-normativ aktlar, adətən onların mühasibat uçotu və hesabatlarında əsk etdirilmə qaydasını təyin edir. Tələb edilən qayda, qanunvericilik və normativ aktlarla müəyyən edilmədikdə 2008-ci ildə təsdiq edilmiş Beynəlxalq Uçot və Hesabatı Standartlarının tövsiyyələrini əldə rəhbər tutmaq lazımdır.
Standarta uyöun olaraq uçot siyasətindəı əmələ gələn dəyişikliyin nəticəsi keçmişi təsvir edən kimi mühasibat uçotu və hesabatında əks etdirilir. Bu zaman mühasibat uçotunun aparılmasında dəyişdirilmiş üsul, təsərüüfat həyatının məlum hallında tətbiq edilməsi nəzərdə tutulur. Ona görə də, hər hansı məlum standartın, mühasibat uçotu göstəricisində müvafiq texniki düzəliş aparılmalıdır. Bu düzəliş mühasibat hesabatının ən yaxın dövrə olan “bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” maddəsi üzrə aparılır. Keçmiş dövrə aid olan düzəlişlərin aparılması, müəyyən səviyyədə qeyri-mümkün olan hallarda mühasibat uçotunun üsulunun dəyişdirilməsi, qarşıdakı dövrlər üzrə, yəni təsərrüfat fəaliyyətinin baş verdiyi andan sonrakı müvafiq dövrdə yerinə yetirilir.
Iqtisadi subyekt, mühasibat uçotuna dair qəbul edilmiş üsulu, maraqlı tərəfin qərarı ilə mühasibat hesabatına uyğunluğu istiqamətində açıqlanmalıdır.
Hər şeydən əvvəl, uçot siyasətinin açıqlanması, qanun tələbi ilə mühasibat hesabatının dərc olunması həvalə edilən uçot subyekti tərəfindən yerinə yetirilməlidir.
Uçot siyasətinə dair informasiyaların mütləq açıqlaması, tərkibi və məzmunu mühasibat uçotu üzrə müvafiq əsasnamə əsas götürülməklə yerinə yetirilir. Onların vahid nümunəsinin quruluşu bir qayda olaraq “Mühasibat hesabatı informasiyalarının açılışı” bölməsində öz əkisin tapmışdır. Adətən uçot siyasəti haqda məlumatlar mühasibat hesabatının məzmununun açıqlanmasında verilir.

Yüklə 17,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə