"MUĞanbank" AÇiq səhmdar


“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ



Yüklə 2,93 Mb.
Pdf görüntüsü
səhifə23/32
tarix14.09.2018
ölçüsü2,93 Mb.
#68337
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI) 

(Min Azərbaycan Manatı ilə)

 

 

52 



 

 

Adi səhmlərin 

sayı 

  Adi səhmlərin 

məbləği 

 

   



 

1 yanvar 2016-cı il 

250,000   

50,000 

 

   

 

Adi səhmlərin emissiyası 



125,000   

25,000 


 

   


 

31 dekabr 2016-cı il 

375,000   

75,000 

 

   

 

Adi səhmlərin emissiyası 



50,000   

10,000 


 

   


 

31 dekabr 2017-cı il 

425,000   

85,000 

 

 



2017-ci  və  2016-cı  il  tarixləri  üzrə  adi  səhmlərin  buraxılması  Bankın  səhmdarları  tərəfindən 

maliyyələşdirilmişdir. 

 

2017-ci  və  2016-cı  il  tarixlərinə  Bank  adi  səhmlər  üzrə  dividendlər  elan  edilməmiş  və 



ödənilməmişdir. 

 

 



25.  TƏƏHHÜDLƏR VƏ ŞƏRTİ ÖHDƏLİKLƏR 

 

Vaxtaşırı olaraq və adi fəaliyyətin gedişində Bank müştərilərinin tələbatlarını qarşılamaq məqsədilə 



müəyyən  şərti  risklər  yarada  bilən,  lakin  maliyyə  vəziyyəti  hesabatında  əks  etdirilməyən  maliyyə 

alətlərində  tərəf  kimi  çıxış  edir.  Müxtəlif  kredit  risklərinə  malik  bu  alətlər  maliyyə  vəziyyəti 

hesabatında öz əksini tapmamışdır.  

 

Müştərilərin öhdəliklərini yerinə yetirə bilmədikləri hallarda, girov və zəmanətlərin dəyərsiz olduğu 



zaman  şərti  öhdəliklər  və  təəhhüdlər  üzrə  Bankın  maksimal  kredit  itkisi,  bu  maliyyə  alətlərini 

yaradan müqavilələr üzrə göstərilən məbləğlər şəklində təyin edilir. 

 

Bank şərti öhdəliklər üzrə, maliyyə vəziyyəti hesabatında əks etdirilən öhdəliklərində tətbiq edilən 



kredit nəzarət və idarəetmə siyasətindən istifadə edir. 

 

31 dekabr 2017-ci və 2016-cı il tarixlərinə şərti öhdəliklər aşağıdakı kimi olmuşdur: 



 

 

31 dekabr  

2017-ci il 

 

31 dekabr  

2016-cı il 

 

 



 

 

Şərti öhdəliklər və kredit təəhhüdləri: 

   

 

Təqdim edilmiş zəmanətlər və bənzər öhdəliklər 



112,607   

101,529 


Kreditlər və istifadə edilməmiş kredit xətləri üzrə öhdəliklər 

12,249   

29,612 

 

 



 

 

Cəmi şərti öhdəliklər və kredit təəhhüdləri  

124,856   

131,141 

 

 



31  dekabr  2017-ci  və  2016-cı  il  tarixlərinə  kreditlər  və  istifadə  edilməmiş  kredit  xətləri  üzrə 

öhdəliklər, müvafiq olaraq, 12,249 min AZN və 29,612 min AZN olmaqla Bankın müəyyən şərtlər 

altında  uzadılacaq  kreditləri  və  istifadə  olunmamış  kredit  xətləri  üzrə  öhdəlikləri  təşkil  etmişdir: 

borcalan  hər  dəfə  onun  istifadə  edilməmiş  limitlər  çərçivəsində  kredit  məbləğini  artırmaq  üçün 

Banka müraciət etməlidir və Bank, borcalanın maliyyə vəziyyətini, faizlərin ödənilməsini və digər 

kredit riski xüsusiyyətlərini nəzərə alaraq məbləğin artırılmasını təsdiq edə bilər. 

 

 

 



 

 



“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI) 

(Min Azərbaycan Manatı ilə)

 

 

53 



 

Məhkəmə proseduraları 

 

Vaxtaşırı  olaraq  və  adi  fəaliyyətin  gedişində  müştərilər  və  üçüncü  şəxslər  tərəfindən  Banka  qarşı 

iddialar irəli sürülür. Bankın rəhbərliyi hesab edir ki, bu iddialarla bağlı heç bir əhəmiyyətli zərər baş 

verməyəcəkdir və müvafiq olaraq maliyyə hesabatlarında zərərlərin ödənilməsi üçün heç bir ehtiyat 

yaradılmamışdır. 

 

Vergi qanunvericiliyi 

 

Azərbaycan  Respublikasının  mülki  hüquq  və  xüsusən  də,  vergi  qanunvericiliyində  müddəaların 

müxtəlif təfsir dərəcələri yarana bilər. Bundan əlavə vergi orqanlarının nümayəndələri ilə rəhbərliyin 

vergi  qanunvericiliyi  haqqında  şərhləri  fərqli  olduğundan,  qanunun  hər  hansı  bir  izahatı  vergi 

orqanları  tərəfindən  tələb  olunarsa,  bu  halda  Bank,  ola  bilsin  ki,  əlavə  vergi,  cərimələr  və  faiz 

ödəmək  məcburiyyətində  qalsın.  Rəhbərlik  hesab  edir  ki,  Bankın  ödəməli  olduğu  bütün  vergi 

öhdəlikləri yerinə yetirilmişdir və buna görə maliyyə hesabatlarında hər hansı əlavə ehtimal edilən 

zərərlər üçün ehtiyat yaradılmamışdır. 

 

 

26.  ƏLAQƏLİ TƏRƏFLƏRLƏ BAĞLI ƏMƏLİYYATLAR 



 

BMUS  24  “Əlaqəli  tərəflərlə  bağlı  qeydlər”  standartının  tələblərinə  əsasən  əlaqəli  tərəflər  və  ya 

əlaqəli tərəflərlə əməliyyatlar aşağıdakılardan ibarətdir: 

 

(a)  Bankın  birbaşa,  dolayısı  yolla  və  ya  hər  hansı  bir  üçüncü  tərəf  vasitəsilə  nəzarət  etdiyi, 



nəzarətində olduğu və ya bərabər nəzarət altında olduğu tərəflər (buraya ana şirkətlər, törəmə 

müəssisələr, eyni səviyyədə olan törəmə müəssisələr aiddir); Bankın fəaliyyətində marağı və bu 

fəaliyyətə  əhəmiyyətli  dərəcədə  təsir  göstərmək  imkanı  olan  şəxslər;  və  Bankın  fəaliyyətinə 

ortaq nəzarət həyata keçirən şəxslər

(b)  Assosiasiya  edilmiş  müəssisələr  –  Bank  tərəfindən  fəaliyyətinə  əhəmiyyətli  dərəcədə  təsir 

göstərilə biləcək, lakin törəmə və ya birgə müəssisə olmayan tərəflər

(c)  Bankın və ya ana şirkətin idarə heyətinin üzvləri;  

(d)  (a) və ya (c) bəndlərində göstərilən şəxslərin yaxın ailə üzvləri; 

(e)  Bankın tərəf kimi çıxış etdiyi birgə müəssisələr; 

(f)  (d)  və  ya  (ç)  bəndlərində  göstərilən  şəxslər  tərəfindən  birbaşa  və  ya  dolayısı  yolla  səsvermə 

hüquqlarının  əhəmiyyətli  hissəsini  əlində  cəmləşdirən  nəzarətdə  olan  tərəflər,  müəssisələr  və 

birgə müəssisələr aiddir; və ya 

(g)  İş  müddəti  bitdikdən  sonra  Bankın  keçmiş  işçiləri  və  ya  Bankın  əlaqəli  olduğu  şəxslər 

tərəfindən alınacaq mükafatlar. 

 

Ehtimal  edilən  hər  hansı  bir  əlaqəli  tərəfi  nəzərə  alarkən,  əlaqənin  təkcə  hüquqi  formasına  deyil 



həmçinin  mahiyyətinə  diqqət  yetirilir.  Bank  və  digər  əlaqəli  tərəflər  arasındakı  əməliyyatların 

təfərrüatları aşağıda qeyd edilmişdir 

 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə