"MUĞanbank" AÇiq səhmdar


“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ



Yüklə 2,93 Mb.
Pdf görüntüsü
səhifə3/32
tarix14.09.2018
ölçüsü2,93 Mb.
#68337
1   2   3   4   5   6   7   8   9   ...   32

“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI) 

(Min Azərbaycan Manatı ilə)

 

 

13 



 

təsnifləşdirilmələr,  həmçinin  müəyyən  aktiv  və  öhdəliklərin,  eləcə  də  gəlir  və  xərclərin  maliyyə 

hesabatlarındakı maddələrə uyğunlaşdırılması məqsədilə edilən yenidən təsnifləşdirilmələr aiddir. 

 

Əsas mühasibat prinsipləri üzrə xülasə aşağıda təqdim edilir: 



 

Faiz gəlir və xərclərinin tanınması 

 

Faiz  gəlir  və  xərcləri  effektiv  faiz  metodundan  istifadə  etməklə  hesablama  üsuluna  əsasən  qeydə 

alınır. Effektiv faiz metodu, maliyyə aktiv və öhdəliklərinin (eləcə də maliyyə aktivləri və öhdəlikləri 

qrupunun)  amortizasiya  edilmiş  maya  dəyərinin  hesablanmasını  faiz  gəlir  və  xərclərinin  müvafiq 

dövrlər üzrə tanınmasını nəzərdə tutur. 

 

Effektiv faiz dərəcəsi maliyyə alətinin təxmin edilmiş istifadə müddəti üzrə təxmin edilən gələcək 



ödəniləcək  və  ya  alınacaq  vəsaitləri  (o  cümlədən,  effektiv  faiz  dərəcəsinin  tərkib  hissəsi  sayılan 

müvafiq  ödənilən  və  alınan  haqq  və  komissiyalar,  əməliyyat  xərcləri,  eləcə  də  digər  diskont  və 

mükafatlar)  və  ya  müvafiq  olduqda,  daha  qısa  müddət  üzrə  maliyyə  aktivlərinin  və  ya  maliyyə 

öhdəliklərinin qalıq dəyərini dəqiq diskontlaşdıran dərəcədir. 

 

Dəyərsizləşmə nəticəsində maliyyə aktivi hesabdan silinirsə (qismən silinirsə), belə aktivlər üzrə faiz 



gəliri  sonradan  mümkün  zərərlərin  qiymətləndirilməsi  üçün  istifadə  edilmiş  effektiv  faiz  dərəcəsi 

nəzərə  alınmaqla  gələcək  pul  vəsaitləri  hərəkətinin  diskontlaşdırılması  üzrə  istifadə  edilən  faiz 

dərəcəsinin tətbiq edilməsi ilə tanınır.  

 

Aktivlərin ədalətli dəyəri üzrə qazanılmış faizlər, faiz gəlirləri kimi təsnifatlaşdırılır. 



 

Haqq və komissiya gəlir və xərclərinin tanınması 

 

Kreditin  verilməsi  ilə  bağlı yaranan  komissiyalar,  bununla  əlaqədar  olan  birbaşa  xərclərlə  birlikdə 

təxirə  salınır  və  kreditlər  üzrə  effektiv  faiz  dərəcəsinə  dair  düzəliş  kimi  təqdim  edilir.  Kredit 

öhdəliyinin kredit müqaviləsinə keçirilməsi mümkün olduqda kredit öhdəliyi ilə bağlı komissiyalar 

və bununla əlaqədar olan birbaşa xərclərlə birlikdə təxirə salınaraq yekun kredit üzrə effektiv faiz 

dərəcəsinə  dair  düzəliş  kimi  tanınır.  Kredit  öhdəliyinin  kredit  müqaviləsinə  keçirilməsi  mümkün 

olmadıqda  kredit  öhdəliyi ilə  bağlı  komissiyalar  kredit  öhdəliyinin qalıq  müddəti  üzrə  mənfəət  və 

zərər  hesabatında  tanınır.  Kreditin  verilməsi  haqqında  öhdəliyinin  müddəti  başa  çatdıqda  və  bu 

öhdəlik  kredit  müqaviləsi  ilə  əvəz  olunmadıqda  kredit  öhdəliyi  haqqı  məcmu  gəlir  hesabatında 

tanınır. Kredit xidmətləri üzrə haqlar, xidmətlər görülən zaman gəlir kimi tanınır. Bütün digər haqq 

və komissiyalar xidmətlərin göstərilməsi zamanı tanınır. 

 

Maliyyə alətləri 

 

Bank müqaviləyə əsasən maliyyə aləti üzrə öhdəlik daşıyan tərəfə çevrildiyi zaman maliyyə aktivini 

və ya öhdəliyini tanıyır. Maliyyə aktivlərinin və öhdəliklərinin adi yolla alınması və satılması zamanı 

hesablaşma tarixində əməliyyat tanınır. 

 

Maliyyə aktivləri və öhdəlikləri ilkin olaraq ədalətli dəyərlə ölçülür. İlkin tanınma zamanı, maliyyə 



aktivləri  və  öhdəliklərinin  satın  alınması  və  ya  yerləşdirilməsi  ilə  bağlı  bütün  birbaşa  əməliyyat 

xərcləri  (mənfəət  və  zərər  hesabına  tanınan  maliyyə  aktiv  və  öhdəlikləri  istisna  olmaqla)  müvafiq 

olaraq  maliyyə  aktivinin  ədalətli  dəyərindən  azaldılır  və  ya  maliyyə  öhdəliyinin  ədalətli  dəyərinə 

əlavə edilir. Mənfəət və zərər hesabına tanınan maliyyə aktiv və öhdəliklərinin satın alınması və ya 

yerləşdirilməsi ilə bağlı birbaşa əməliyyat xərcləri dərhal mənfəət və zərər hesablarında tanınır. 

 

 

 

 



“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI) 

(Min Azərbaycan Manatı ilə)

 

 

14 



 

Maliyyə aktivləri 

 

Maliyyə  aktivləri  aşağıdakı  xüsusi  kateqoriyalara  ayrılırlar:  “mənfəət  və  zərər  hesabına  ədalətli 



dəyərlə  tanınan”  maliyyə  aktivləri  (MZHƏDT),  “ödəniş  tarixinədək  saxlanılan”  investisiyalar, 

“verilmiş  kreditlər  və  debitor  borcları”və  satılabilən  maliyyə  aktivləri  (SMA).  Təsnifləşdirmə 

maliyyə aktivinin növündən və saxlama məqsədindən asılıdır və ilkin tanınma zamanı təyin edilir.  

 

MZHƏDT maliyyə aktivləri 

 

Ticarət  məqsədləri  ilə  saxlanılan  maliyyə  aktivləri,  “mənfəət  və  zərər  hesabına  ədalətli  dəyərlə 



tanınan maliyyə aktivləri” kateqoriyasına aid edilirlər. Yaxın gələcəkdə satılması nəzərdə tutulduqda, 

əldə edilən maliyyə aktivləri satış məqsədləri ilə saxlanılan aktivlər kateqoriyasında təsnifləşdirilir. 

Törəmə  maliyyə  alətləri  də  xüsusilə  nəzərdə  tutulmuş  alətlər  və  effektiv  hecinq  alətləri  istisna 

olmaqla, satış məqsədləri ilə saxlanılan aktivlər kateqoriyasında təsnifləşdirilir. Satış məqsədləri ilə 

saxlanılan aktivlər üzrə yaranan mənfəət və zərərlər müvafiq olaraq mənfəət və zərər hesablarında 

tanınır. 

 

Ödəniş tarixinədək saxlanılan investisiyalar 

 

Bu kateqoriyaya Bankın ödəniş tarixinədək saxlamaq niyyəti və imkanı olduğu təsbit edilmiş və ya 



müəyyən edilə bilən tarixlərdə qaytarılacaq və müəyyən edilmiş ödəmə müddəti olan sərbəst surətdə 

alınıb satılabilən qeyri-derivativ maliyyə aktivləri daxildir. 

 

Ödəniş  tarixinədək  saxlanılan  investisiyalar  effektiv  faiz  metodu  istifadə  edilərək  dəyərsizləşmə 



çıxılmaqla amortizasiya edilmiş maya dəyərində ölçülür. 

 

Verilmiş kreditlər və debitor borcları 

 

Verilmiş kreditlər və debitor borcları, maliyyə hesabatlarının digər kateqoriyaları üzrə təsnifləşdirilən 



aktivlərdən  fərqli  olaraq  sabit  və  ya  müəyyən  edilən  ödənişli  və  fəal  bazara  çıxarılmayan  qeyri-

törəmə aktivlərdir. Bu aktivlərə vəsait qoyularkən məqsəd dərhal və ya qısa müddət ərzində onların 

satılması  deyil  və  bu  aktivlər  nə  ticarət  məqsədləri  ilə  saxlanılan  maliyyə  aktivlərinə,  nə  də 

satılabilən  maliyyə  aktivləri  kateqoriyalarına  aid  edilmir.  Bu  tip  aktivlər  effektiv  faiz  metodundan 

istifadə etməklə amortizasiya olunmuş maya dəyəri ilə qeydə alınır. 

 

Kreditlərin  və  debitor  borcların  tanınmasına  xitam  verilməsi,  onların  dəyərində  ehtimal  edilən 



azalmalar yaranması, eləcə də onların köhnəlməsi nəticəsində yaranan mənfəət və zərərlər müvafiq 

olaraq mənfəət və zərər hesablarında tanınır. 

 

Satış üçün nəzərdə tutulan qiymətli kağızlar 

 

Satış  üçün  nəzərdə  tutulan  qiymətli  kağızlar,  əvvəlcədən  bu  kateqoriyaya  aid  olunması  nəzərdə 

tutulan və ya bundan əvvəlki kateqoriyaların heç birinə aid edilə bilməyən qeyri-törəmə aktivlərdir. 

İlkin tanınmadan sonra satış üçün nəzərdə tutulan qiymətli kağızlar ədalətli dəyər əsasında ölçülür və 

yaranan mənfəət və zərərlər digər məcmu gəlir hesablarında qeydə alınır. İnvestisiyanın tanınmasına 

xitam verildikdə və ya onun dəyərində ehtimal edilən azalmalar baş verdikdə əvvəllər məcmu gəlir 

hesablarında qeydə alınan mənfəət və gəlirlər müvafiq olaraq mənfəət və zərər hesablarında tanınır. 

 

Ədalətli dəyərin ölçülməsi 



 

Ədalətli dəyər ölçmə tarixində əsas bazarda və ya əsas bazar olmadıqda həmin tarixdə Bankın daxil 

ola biləcəyi daha sərfəli bazarda bazar iştirakçıları arasında intizamlı əməliyyatda aktivi satmaq üçün 

qəbul edilmiş və ya öhdəliyi köçürmək üçün ödəniləcək qiymətdir.  Öhdəliyin ədalətli dəyəri onun 

yerinə yetirilməmə riskini əks etdirir.  



Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə