"MUĞanbank" AÇiq səhmdar


“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ



Yüklə 2,93 Mb.
Pdf görüntüsü
səhifə4/32
tarix14.09.2018
ölçüsü2,93 Mb.
#68337
1   2   3   4   5   6   7   8   9   ...   32

“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI) 

(Min Azərbaycan Manatı ilə)

 

 

15 



 

Mümkün  olduqda,  Bank  fəal  bazarda  həmin  alət  üçün  elan  olunmuş  qiymətlər  üzrə  alətin  ədalətli 

dəyərini ölçür. Bazar, qiymətləndirmə məlumatlarını təmin etmək üçün aktivlər və ya öhdəliklər üzrə 

əməliyyatlar davamlı olaraq kifayət qədər tezlikdə və həcmdə baş verdikdə fəal hesab olunur.  

 

Fəal  bazarda  təyin  edilmiş  qiymət  olmadıqda  Bank,  müşahidə  edilə  bilən  müvafiq  məlumatların 



istifadəsini  artıran  və  müşahidə  edilə  bilməyən  məlumatların  istifadəsini  azaldan  qiymətləndirmə  

üsullarından istifadə edir. Seçilmiş qiymətləndirmə üsulu, bazar iştirakçıları əməliyyata qiymət təyin 

edərkən nəzərə aldıqları bütün amilləri özündə birləşdirir. 

 

Ədalətli  dəyəri  ölçülən  və  maliyyə  hesabatlarında  açıqlanmış  bütün  aktivlər  və  öhdəliklər  aşağıda 



təsvir  edilmiş  və  bütövlükdə  ədalətli  dəyərin  ölçülməsi  üçün  mühüm  olan  ən  aşağı  səviyyədə 

məlumatlara əsaslanmış ədalətli dəyər iyerarxiyasında təsnifləşdirilir:  

 



 



Səviyyə 1 – Fəal bazarlarda oxşar aktivlər və öhdəliklər üzrə təyin edilmiş (nizamlanmamış) 

bazar qiymətləri;  

 

Səviyyə 2 – aktiv və ya öhdəlik üçün birbaşa və ya dolayısı ilə müşahidə edilə bilən məlumatlar 



olan ilkin məlumatlardan istifadə edilir

 



Səviyyə 3 – ədalətli dəyər qiymətləndirərkən aktiv və ya öhdəliklər üçün müşahidə edilən bazar 

məlumatlarına  əsaslanmayan  ilkin  məlumatlar  daxil  olan  qiymətləndirmə  üsulundan  istifadə 

edilir (müşahidə edilməyən məlumatlar). 

 

Maliyyə hesabatlarında dövrü əsasda tanınmış aktivlər və öhdəliklər üzrə Bank hər hesabat dövrünün 

sonunda yenidən təyin edilmiş təsnifatla (bütövlükdə ədalətli dəyərin ölçülməsi üçün zəruri olan ən 

aşağı  səviyyəli  məlumata  əsaslanmış)  iyerarxiyada  Səviyyələr  arasında  köçürmələrin  olub 

olmamasını müəyyən edir. 

 

Pul vəsaitləri və onların ekvivalentləri 

 

Pul vəsaitləri və onların ekvivalentlərinə nağd pul, müxbir hesablarda olan və istifadəsinə məhdudiyyət 



qoyulmayan qalıqlar, ARMB-da yerləşdirilən və bitmə müddəti 90 günədək olan müddətli depozitlər, 

eləcə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (“İƏİT”) üzv olan ölkələrdə yerləşən banklara 

verilmiş vəsaitlər daxildir. Pul vəsaitlərinin hərəkətini təyin edərkən, ARMB tərəfindən tələb edilən 

əmanətlər  üzrə  minimum  məcburi  ehtiyatlar  və  məhdudlaşdırılmış  pul  vəsaitləri,  İƏİT  ölkələrində 

xatirə  sikkələri  və  girov  hesabları  istifadəsində  məhdudiyyətlərin  olması  səbəbi  ilə  pul  və  pul 

ekvivalentləri kateqoriyasına daxil edilmir. 



 

Azərbaycan Respublikası Mərkəzi Bankında saxlanılan minimum ehtiyat əmanətləri 

 

Azərbaycan  Respublikası  Mərkəzi  Bankında  saxlanılan  minimum  ehtiyat  əmanətləri,  onlarla  bağlı 

məhdudiyyətlər  nəzərə  alınmaqla,  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  tələblərinə  uyğun 

olaraq  Azərbaycan  Respublikası  Mərkəzi  Bankına  yerləşdirilmiş  məcburi  ehtiyatlar  məbləğini  əks 

etdirir.  Yuxarıdakıları  nəzərə  alaraq,  Azərbaycan  Respublikası  Mərkəzi  Bankı  tərəfindən  tələb 

olunan  minimum  ehtiyat  əmanətlərinin  məbləği  pul  vəsaitlərinin  hərəkəti  haqqında  hesabata  pul 

vəsaitləri kimi daxil edilməmişdir. 

 

Banklardan və digər maliyyə qurumlarından alınacaq vəsaitlər 



 

Vaxtaşırı  olaraq  və  adi  fəaliyyətin  gedişində  Bank  digər  banklarda  müxtəlif  müddətlər  üzrə 

əmanətlər yerləşdirir. Banklardan və digər maliyyə qurumlarından alınacaq vəsaitlər ədalətli dəyərdə 

tanınır. Ödəniş tarixi müəyyən olan banklardan və digər maliyyə qurumlarından alınacaq vəsaitlər 

sonradan amortizasiya olunmuş maya dəyərində effektiv faiz metodundan istifadə edilərək ölçülür və 

dəyərsizləşmə  zərər  ehtiyatları  çıxılmaqla  tanınır.  Banklardan  və  digər  maliyyə  qurumlarından 

alınacaq vəsaitlər ödəniş tarixi müəyyən olmadıqda təxmin edilən ödəniş tarixi əsasında amortizasiya 

olunmuş  maya  dəyərində  tanınır.  Banklardan  və  digər  maliyyə  qurumlarından  alınacaq  vəsaitlər 

dəyərsizləşmə zərər ehtiyatları çıxılmaqla tanınır. 



“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI) 

(Min Azərbaycan Manatı ilə)

 

 

16 



 

Müştərilərə verilmiş kreditlər 

 

Bank  tərəfindən  verilmiş  kreditlər  ilk  olaraq  ədalətli  dəyər  və  əməliyyat  üzrə  aid  olduğu  xərclər 



həcmində  tanınır.  Hesablanmış  ədalətli  dəyər  kreditin  ədalətli  dəyərinə  bərabər  olmadıqda,  misal 

üçün, kredit bazar qiymətindən aşağı dəyərlə verildikdə, hesablanmış ədalətli dəyərlə kreditin ədalətli  

dəyəri  arasındakı  fərq  kreditin  ilkin  tanınması  üzrə  zərər  kimi  qeydə  alınır  və  bu  zərərin 

xüsusiyyətinə uyğun olaraq məcmu gəlir hesabatına daxil edilir. Daha sonra, kreditlər effektiv faiz 

metodundan  istifadə  etməklə  amortizasiya  olunmuş  maya  dəyəri  ilə  qeydə  alınır.  Müştərilərə 

verilmiş kreditlər ehtimal edilən zərərlər üzrə bütün ehtiyatlar çıxılmaqla uçota alınır. 

 

Maliyyə alətlərinin yenidən təsnifləşdirilməsi 

 

Əgər  ticarət  məqsədi  ilə  saxlanılan  qeyri-derivativ  maliyyə  alətinin  yaxın  gələcəkdə  satılması 

məqsədi aktuallığını itirirsə bu zaman belə maliyyə alətləri mənfəət və zərər hesabına ədalətli dəyərlə 

tanınan  maliyyə  aktivləri  kateqoriyasından  çıxarılaraq  aşağıdakı  kateqoriyalardan  birinə  yenidən 

daxil olunur:  

 



  Əgər maliyyə aktivi verilmiş kreditlər və debitor borcları kateqoriyasının təyinatına uyğundursa 

bu zaman, Bankın bu aləti yaxın gələcəkdə və ya müddəti bitənədək saxlamaq niyyəti və imkanı 

varsa onu kreditlər və debitor borclar kateqoriyasına yenidən daxil edə bilər

  Digər maliyyə aktivləri adətən satılabilən invesitisiyalar kateqoriyasına və nadir hallarda ödəniş 



tarixinədək saxlanılan investisiyalar kateqoriyasına daxil oluna bilər.  

 

Əvvəlcədən satılabilən invesitisiyalar kateqoriyasına aid edilmiş maliyyə aləti verilmiş kreditlər və 



debitor borcları kateqoriyasının təyinatına uyğun gəldikdə və Bankın bu aləti yaxın gələcəkdə və ya 

müddəti bitənədək saxlamaq niyyəti və imkanı yarandıqda, Bank onu verilmiş kreditlər və debitor 

borcları kateqoriyasına yenidən daxil edə bilər. 

 

Maliyyə alətləri yenidən təsnif olunduqda onların ədalətli dəyərindən istifadə edilir. Bu alətlərə aid 



daha əvvəllər mənfəət və zərər hesablarında tanınmış mənfəət və zərərlər geri qaytarılmır. Maliyyə 

alətinin ədalətli dəyəri yenidən təsnifləşdirmə tarixində müvafiq olaraq onun yeni maya dəyərinə və 

ya amortizasiya olunmuş maya dəyərinə çevrilir. 

 

Maliyyə aktivlərinin dəyərsizləşməsi 

 

 



Hər bir hesabat tarixində Bank maliyyə aktivinin və ya maliyyə aktivləri qrupunun dəyərsizləşməsi 

halının baş verməsinin obyektiv sübutunun olub-olmamasını dəyərləndirir. Əgər maliyyə aktivinin və 

ya  maliyyə  aktivləri  qrupunun  dəyərsizləşməsi  ehtimal  edilirsə  və  yalnız  ilkin  tanınma  tarixindən 

sonra  baş  vermiş  bir  və  ya  bir  neçə  hadisə  nəticəsində  dəyərsizləşmənin  obyektiv  sübutu 

yaranmışdırsa (baş vermiş “zərər hadisəsi”) və zərər hadisəsi (və ya hadisələri) bu maliyyə alətləri və 

ya maliyyə alətləri qrupu üzrə təxmin edilən gələcək pul vəsaitlərinin axınına təsir göstərirsə və bu 

təsirin etibarlı şəkildə təxmin edilməsi mümkündürsə bu zaman belə maliyyə aktivləri və ya maliyyə 

aktivləri  qrupu  dəyərsizləşmiş  sayılır.  Dəyərsizləşmənin  sübütu  kimi  borc  götürənin  və  ya  borc 

götürənlər  qrupunun  əhəmiyyətli  maliyyə  çətinlikləri  ilə  üzləşməsi,  faiz  və  əsas  borcların 

ödənilməməsi  və  ya  ödənilməsində  gecikmələrin  yaranması,  müştərilərin  iflas  etməsi  və  ya  digər 

yenidən  təşkilati  strukturun  dəyişdirilməsi  və  bu  zaman  təxmin  edilən  gələcək  pul  vəsaitlərinin 

azalmasına dair konkret məlumatın olması ehtimalının yaranması, məsələn borcun ödənilməməsində 

şəraitin və iqtisadi şərtlərin dəyişməsi halları götürülə bilər. 

 

 



 

 

 


Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə