"MUĞanbank" AÇiq səhmdar


“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ



Yüklə 1,12 Mb.

səhifə6/32
tarix14.09.2018
ölçüsü1,12 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   32

“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI) 

(Min Azərbaycan Manatı ilə)

 

 

19 



 

Maliyyə öhdəlikləri və kapital alətləri  

 

Borc və kapital alətləri müqavilə şərtlərindən, eləcə də təyinatından asılı olaraq maliyyə öhdəlikləri 

və ya kapital kimi təsnifləşdirilirlər.  

 

Kapital alətləri 



 

Bütün  öhdəliklər  ödəndikdən  sonra  xalis  aktivlərdə  sahiblik  hüququna  dəlalət  edən  istənilən 

müqavilə  kapital  aləti  sayılır.  Bank  tərəfindən  yerləşdirilən  kapital  alətləri,  müvafiq  yerləşdirmə 

xərcləri çıxıldıqdan sonra müvafiq vəsaitlərin daxil olması zamanı maliyyə hesabatlarında tanınır.  

 

Maliyyə öhdəlikləri 

 

Maliyyə  öhdəlikləri,  “MZHƏD  maliyyə  öhdəlikləri”  və  “digər  maliyyə  öhdəlikləri”  olmaqla  iki 



hissəyə ayrılır. 

 

MZHƏD 



 

Maliyyə  öhdəlikləri  ticarət  məqsədləri  ilə  saxlanıldıqda  və  ya  xüsusi  olaraq  MZHƏD  şəklində 

nəzərdə tutulduqda MZHƏD maliyyə öhdəlikləri kateqoriyasına aid edilirlər. 

 

MZHƏD  maliyyə  öhdəlikləri  ədalətli  dəyərlə  təqdim  edilir  və  yenidən  ölçülmə  zamanı  yaranan 



mənfəət və zərər məbləğləri müvafiq olaraq mənfəət və zərər hesablarında tanınır. Mənfəət və zərər 

hesabında tanınan xalis mənfəət və ya zərərə maliyyə öhdəliyi üzrə ödənilən bütün faizlər daxildir və 

bu məbləğ məcmu gəlir hesabatında “digər gəlirlər/(zərərlər)” bəndində öz əksini tapır. 

 

Digər maliyyə öhdəlikləri 

 

Digər  maliyyə  öhdəlikləri  ilkin  olaraq  bütün  əməliyyat  xərcləri  çıxıldıqdan  sonra  ədalətli  dəyər  ilə 



ölçülür. 

 

Digər  maliyyə  öhdəlikləri  növbəti  dövrlərdə  effektiv  faiz  dərəcəsi  metodundan  istifadə  olunmaqla 



amortizasiya  edilmiş  maya  dəyərində  ölçülür  və  faiz  xərcləri  effektiv  gəlir  kriteriyasına  əsaslanaraq 

tanınır. 

 

Effektiv  faiz  dərəcəsi  metodu,  maliyyə  öhdəliyinin  amortizasiya  olunmuş  maya  dəyərinin 



hesablanılması  və  faiz  xərci  məbləğinin  müvafiq  dövrlər  üzrə  paylaşdırılmasını  nəzərdə  tutur.  Bu 

metod  maliyyə  öhdəliyinin  nəzərdə  tutulan  istifadə  müddəti  üzrə  təxmin  edilən  gələcək  ödəniləcək 

vəsaitləri  və  ya  müvafiq  olduqda,  daha  qısa  müddət  üzrə  maliyyə  öhdəliyinin  qalıq  dəyərini  dəqiq 

diskontlaşdıran dərəcədir. 

 

Banklara, dövlətə və digər maliyyə qurumlarına ödəniləcək vəsaitlər 

 

Banklara, dövlətə və digər maliyyə qurumlarına ödəniləcək vəsaitlər, qarşı tərəflərin pul və ya digər 

bənzər  aktivlərin  Banka  ötürülməsi  zamanı  tanınır.  Qeyri-törəmə  öhdəliklər  amortizasiya  olunmuş 

maya  dəyəri  ilə  ölçülür.  Əgər  Bank  öz  borcunu  satın  alırsa,  bu  öhdəlik  maliyyə  vəziyyəti 

hesabatından silinir və ödənilən vəsaitlə öhdəliyin qalıq dəyəri arasında olan fərq mənfəət və zərər 

hesablarında müvafiq olaraq öhdəliklərin vaxtından tez icra edilməsinin nəticəsi kimi təqdim edilir. 



 

Müştəri hesabları 

 

Müştəri  hesabları  fərdi  müştərilərin,  dövlət  və  özəl  müəssisələrinin  vəsaitlərini  təmsil  edir  və  bu 

hesablar maliyyə vəziyyəti hesabatında amortizasiya olunmuş ilkin dəyər ilə tanınır. 



“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI) 

(Min Azərbaycan Manatı ilə)

 

 

20 



 

Buraxılmış borc qiymətli kağızları 

 

Borc  qiymətli  kağızlarına  sadə  veksellər,  istiqrazlar,  depozit  sertifikatları  və  Bank  tərəfindən 

yerləşdirilmiş borc iltizamları aiddir. Əgər Bank öz  borc qiymətli kağızını satın alırsa, bu öhdəlik 

maliyyə vəziyyəti hesabatından silinir və ödənilən vəsaitlə öhdəliyin qalıq dəyəri arasında olan fərq 

mənfəət  və  zərər  hesablarında  müvafiq  olaraq  öhdəliklərin  vaxtından  tez  icra  edilməsinin  nəticəsi 

kimi təqdim edilir. 



 

Maliyyə zəmanəti müqavilələri  

 

Təqdim edən tərəfin, əvvəlcədən razılaşdırılmış kreditorun müvafiq kredit sazişinin şərtlərinə uyğun 



olaraq borcunu ödəyə bilməməsi nəticəsində qarşı tərəfin məruz qaldığı zərərləri qarşılamaq məqsədi 

ilə qarşı tərəfə edəcəyi ödənişləri nəzərdə tutan müqaviləyə maliyyə zəmanəti müqaviləsi deyilir.  

 

Bank tərəfindən təqdim edilən maliyyə zəmanəti müqavilələri ilkin olaraq ədalətli dəyərində tanınır 



və  növbəti  dövrlərdə,  əgər  əvvəlcədən  xüsusilə  MZHƏD  şəklində  planlaşdırılmayıbsa,  aşağıda 

göstərilənlərdən hansı daha yüksək olarsa o məbləğdə ölçülür: 

 



 



BMUS 37 “Ehtiyatlar, Şərti Öhdəliklər və Şərti Aktivlər” standartının tələblərinə uyğun olaraq 

müqavilə öhdəliyinin məbləği; və ya  

 

Gəlirlərin tanınması siyasətinə müvafiq şəkildə ilkin olaraq tanınmış məbləğ çıxılsın hər hansı 



məcmu amortizasiya məbləği.

 

 

Maliyyə öhdəliklərinin tanınmasına xitam verilməsi 

 

Maliyyə  öhdəliyinə  yalnız  bu  öhdəliyin  silinməsi,  ləğv  edilməsi  və  ya  müddətinin  başa  çatması 



hallarında xitam verilir. Tanınmasına xitam verilmiş maliyyə öhdəliyinin qalıq dəyəri ilə ödənilmiş 

və ya ödəniləcək məbləğlərin cəmi arasındakı fərq dərhal mənfəət və zərər hesablarında tanınır. 



 

Maliyyə aktiv və öhdəliklərin əvəzləşdirilməsi  

 

Maliyyə aktivləri və öhdəlikləri yalnız aktiv və öhdəliklərin əvəzləşdirilməsi üçün müəyyən edilmiş 

hüquq  olduqda  və  ya  eləcə  də  müqavilə  üzrə  əvəzləşdirməni  aparmaq  və  ya  eyni  zamanda  aktivi 

realizasiya  edərək  öhdəliyi  ödəmək  niyyəti  mövcud  olduğu  hallarda  həyata keçirilə  bilər.  Maliyyə 

aktivlərinin müvəqqəti olaraq qarşı tərəfə transfer edilməsi zamanı bu maliyyə aktivləri qarşı tərəfin 

öhdəliyi ilə əvəzləşdirilmir. 



 

Əmlak, avadanlıq və qeyri-maddi aktivlər 

 

Əmlak,  avadanlıq  və  qeyri-maddi  aktivlər,  binalar  kateqoriyası  istisna  olmaqla,  eləcə  də  yığılmış 

amortizasiya və ehtimal edilən dəyər azalmaları üzrə ehtiyatlar çıxılmaqla tarixi dəyəri ilə tanınır.  

 

Tikilməkdə olan və xidmətə verilməmiş aktivlər üzrə köhnəlmə və amortizasiyanın hesablanması bu 



tip aktivlərin xidmət üçün yararlı olduğu tarixdən etibarən hesablanmağa başlayır. 

 

Köhnəlmə, əmlak, avadanlıq və qeyri-maddi aktivlərin qalıq dəyərinə onların faydalı iqtisadi ömrü 



nəzərə  alınmaqla  hesablanmış  dərəcələrdən  istifadə  etməklə  tətbiq  edilir.  Faydalı  iqtisadi  ömür 

təxminləri,  qalıq  dəyərləri  və  köhnəlmə/amortizasiya  metodları  hər  bir  hesabat  tarixində  yenidən 

təhlil edilir və təxminlərdə olan dəyişikliklərin təsiri prospektiv olaraq aşağıdakı dərəcələrdə tətbiq 

edilir: 


 

 

 






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə