"MUĞanbank" AÇiq səhmdar


“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ



Yüklə 2,93 Mb.
Pdf görüntüsü
səhifə8/32
tarix14.09.2018
ölçüsü2,93 Mb.
#68337
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI) 

(Min Azərbaycan Manatı ilə)

 

 

23 



 

bazasını  hesablayarkən  istifadə  edilməyəcəyinə  görə  vergi  mənfəəti  maliyyə  hesabatlarındakı 

mənfəətdən  fərqlənir.  Bankın  cari  mənfəət  vergisi  xərci,  hesabat  dövründə  qüvvədə  olan  vergi 

dərəcələrindən istifadə etməklə hesablanır. 

 

Təxirə salınmış vergi isə aktiv və öhdəliklərin mühasibat uçotuna uyğun qalıq dəyərləri ilə onların 



vergiyə  uyğun  qalıq  dəyərləri  arasındakı  fərqlərdən  yaranan  və  gələcəkdə  ödəniləcək  və  ya  geri 

alınacaq  məbləğlərin  əsasında  hesablanır  və  bu  zaman  öhdəlik  üsulundan  istifadə  edilir.  Təxirə 

salınmış vergi öhdəliyi ümumiyyətlə bütün vergi bazasını artıran maddələr  üçün hesablanır, təxirə  

salınmış vergi aktivi isə bu aktivdən gələcəkdə istifadə etmək üçün kifayət qədər mənfəətin olması 

təxmini nəzərə alınaraq tanınır. Müvəqqəti fərqlərin mühasibat mənfəətinə və vergi mənfəətinə təsir 

göstərməyən  digər  aktiv  və  öhdəliklərin  ilkin  tanınması  zamanı  yarandığı  hallarda  (biznes 

kombinasiyaları istisna olmaqla), belə vergi aktiv və öhdəlikləri tanınmır. 

 

Təxirə salınmış vergi aktivinin qalıq dəyəri hesabat tarixində nəzərdən keçirilir və əgər gələcəkdəki 



mənfəət əldə edilməsi ilə bağlı təxminlər bu aktivi reallaşdırmağa imkan vermirsə bu vergi aktivinin 

dəyəri tam və ya qismən bu təxminlərə uyğunlaşdırılmaq üçün azaldılır. 

 

Təxirə  salınmış  vergini  hesablayarkən  vergi  aktivinin  reallaşdırılması  və  ya  öhdəliyin  ödənilməsi 



zamanı qüvvədə olan vergi dərəcəsindən istifadə edilməlidir. Birbaşa səhmdar kapitalına təsir edən 

əməliyyatlar istisna olmaqla, təxirə salınmış vergi xərci və ya gəliri birbaşa məcmu gəlirhesabında 

əks etdirilir. Səhmdar kapitalına təsir edən əməliyyatlarla bağlı təxirə salınmış vergilər də səhmdar 

kapitalında öz əksini tapır.   

 

Aşağıdakı hallarda təxirə salınmış vergi aktivi və vergi öhdəliyi əvəzləşdirilərək xalis şəkildə təqdim 



edilə bilər: 

 



 

Bankın cari mənfəət vergisi aktivini mənfəət vergisi öhdəliyi ilə əvəzləşdirmək üçün qanuni və 

icrası mümkün olan hüququ mövcud olduqda; və 

 



Təxirə salınmış aktiv və öhdəliklər bir vergi orqanı tərəfindən qoyulan məbləğlərə aid edildikdə 

və bu vergilər üzrə öhdəlik eyni müəssisəyə məxsus olduqda. 

 

Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  bankların  fəaliyyəti  nəticəsində  digər  vergilər  də 



yaranır. Bu vergilər əməliyyat xərclərinin bir hissəsi kimi tanınır və məcmu gəlir hesabatına daxil 

edilir. 


 

 Ehtiyatlar 

 

Ehtiyatlar, Bank keçmiş hadisələr nəticəsində cari hüquqi və ya əsaslanmış öhdəliyə malik olduqda, 

öhdəliyin  yerinə  yetirilməsi  üçün  iqtisadi  səmərə  yaradan  ehtiyatların  azalma  ehtimalı  olduqda  və 

öhdəlik məbləği etibarlı şəkildə qiymətləndirildikdə uçota alınır. 

 

Ehtiyat kimi tanınan məbləğ hesabat dövrünün sonunda müvafiq risklər və qeyri-müəyyənliklər də 



nəzərə  alınmaqla  cari  öhdəliyi  yerinə  yetirmək  üçün  tələb  olunan  məbləğin  təxmini  göstəricisidir. 

Ehtiyatı hesablayarkən cari öhdəliyi yerinə yetirmək üçün tələb olunan pul vəsaitlərinin təxminindən 

istifadə  edilirsə,  ehtiyatın  qalıq  dəyəri  bu  pul  vəsaitlərinin  cari  dövrə  olan  diskontlaşdırılmış 

dəyərinin cəminə bərabərdir (pulun vaxt dəyərinin əhəmiyyət kəsb etdiyi hallarda). 

 

Ehtiyatın  qarşılanması  üçün  tələb  edilən  iqtisadi  faydaların  tam  və  ya  qismən  üçüncü  şəxslərin 



hesabına  geri  qaytarılması  gözlənilirsə,  debitor  borc  aktiv  kimi  yalnız  o  halda  tanınır  ki,  üçüncü 

tərəfin kompensasiya ödəməsi ehtimalı var və bu məbləğ etibarlı şəkildə təxmin edilə bilər. 

 

 

 



“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI) 

(Min Azərbaycan Manatı ilə)

 

 

24 



 

Təqaüd və digər mükafatlar üzrə öhdəliklər 

 

Azərbaycan  Respublikası  qanunvericiliyinin  tələblərinə  uyğun  olaraq  Bank  işçilərin  əmək 

haqlarından  təqaüd  ayırmaları  tutur  və  onları  dövlət  sosial  müdafiə  fonduna  köçürür.  Bu  cür 

ayırmaları hesablayarkən təqaüd sisteminin göstərşlərinə müvafiq olaraq işəgötürənlər tərəfindən cari 

ödənişlərin  hesablanması  zamanı  işçi  heyəti  üzrə  nəzərdə  tutlan  ümumi  xərclərin  müəyyən  nisbəti 

götürülür. Belə xərclər müvafiq əmək haqlarının alındığı dövrlərə aid edilir.  

 

Təqaüdə  çıxdıqda  təqaüdlə  bağlı  bütün  ödənişlər  dövlət  sosial  müdafiə  fondu  tərəfindən  yerinə 



yetirilir. Bank Azərbaycan Respublikasının dövlət sosial müdafiə fondu tərəfindən nəzərdə tutulmuş  

təqaüd proqramından başqa hər hansı bir digər təqaüd  proqramlarında iştirak etmir. Bundan əlavə, 

Bankda  hesablanması  tələb  olunan  pensiya  müavinətləri  və  ya  kompensasiya  edilən  digər  mühüm 

müavinətlər mövcud deyildir. 

 

Şərti aktivlər və öhdəliklər 

 

Şərti öhdəliklər maliyyə vəziyyəti hesabatında tanınmır amma bu öhdəliklərlə bağlı pul vəsaitlərinin 



ödənilməsinin ehtimalı çox az olduğu hallar istisna olmaqla qalan hallarda hesabatlarda açıqlamalar 

verilir.  Şərti  aktivlər  maliyyə  vəziyyəti  hesabatında  tanınmır  amma  belə  aktivlərlə  bağlı  iqtisadi 

mənfəətlərin  alınması  ehtimalı  çox  az  olduğu  hallar  istisna  olmaqla  qalan  hallarda  hesabatlarda 

açıqlamalar verilir. 

 

Nizamnamə kapitalı 

 

Adi  səhmlər  kapital  bölümündə  təsnifləşdirilir.  Adi  səhmlərin  yerləşdirilməsi  ilə  əlaqədar  olan 

birbaşa  əlavə  xərclər  bütün  vergi  təsirləri  istisna  olmaqla  kapitalın  azaldılması  kimi  uçota  alınır.  

Adi səhmlər üzrə ödənilən dividendlər kapital bölümündə elan olunduğu dövrdə azalma kimi təqdim 

edilir. 

 

Hesabat tarixindən sonra elan edilmiş dividendlər 10 saylı Beynəlxalq Mühasibat Uçotu Standartına 



“Hesabat tarixindən sonra baş vermiş hadisələr” (“BMUS 10”) standartına müvafiq olaraq maliyyə 

hesabatlarında açıqlanır. 

 

Xarici valyuta əməliyyatları 

 

Bankın  əməliyyat  valyutası  onun  fəaliyyət  göstərdiyi  iqtisadi  mühitin  valyutası  olan  Azərbaycan 

Manatıdır. 

 

Xarici valyutada olan monetar aktiv və öhdəliklər, hesabat tarixində mövcud olan ARMB-nın valyuta 



məzənnəsinə uyğun olaraq Azərbaycan Manatına çevrilir. Xarici valyutada aparılan əməliyyatlar isə 

əməliyyat tarixinə mövcud olan valyuta məzənnəsinə uyğun olaraq manat ekvivalentinə çevrilir. Bu 

çevrilmələr  zamanı  yaranan  gəlir  və  xərclər  mənfəət  və  zərər  hesablarında  xarici  valyuta  ilə 

əməliyyatlar üzrə xalis gəlirlər/(zərərlər) sətrində göstərilir. 

 

Xarici valyuta məzənnələri 

 

Maliyyə hesabatlarının hazırlanması zamanı Bank tərəfindən istifadə edilən hesabat tarixinə valyuta 



məzənnələri aşağıdakı kimi olmuşdur: 

 

 



31 dekabr 

2017-ci il 

 

31 dekabr 

2016-cı il 

 

   



 

ABŞ dolları/AZN 

1.7001 

 

1.7707 



Avro/AZN 

2.0307 


 

1.8644 



Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə