Mühafizə Olunan Məməlilər C.Ə. Nəcəfov*, X. C. Yusufova



Yüklə 68,48 Kb.
Pdf görüntüsü
tarix14.01.2018
ölçüsü68,48 Kb.
#20538


АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 70, №1, səh. 39-43 (2015)

 

39 



Şahdağ Milli Parkının Pirqulu Dövlət Təbiət Qoruğu Ərazisində 

Mühafizə Olunan  Məməlilər  

 

C.Ə. Nəcəfov*, X.C. Yusufova  

 

Azətbacan Tibb Universiteti, Bakıxanov küçəsi, 23, Bakı 1022, Azərbaycan;  

*E-mail: canbaxish @gmail.com 

 

Məqalə Şahdağ Milli parkının Pirqulu Dövlət Təbiət Qoruğu ərazisində qorunan məməli  heyvanların  

ekoloji vəziyyətinə həsr olunub. Son illər onların bəzilərinin sayının azalması müəyyənləşdirilmişdir. 

Buna səbəb ilk növbədə antropogen amillər, ilk növbədə, qanunsuz ovlar, insanların həmin 

heyvanların areallarını tutması, ayrı-ayrı illərdə isə təbiət hadisələri, o cümlədən qida çatışmamasıdır. 

Ərazinin teriofauna baxımından biomüxtəlifliyini qorumaq üçün mövcud fəalyyət proqramı ilə yanaşı, 

daha effektli təkliflər də verilmişdir.  

 

Açar sözlər: Teriofauna, ayı, vaşaq, köpkər, tirəndaz,  maral,  cüyür, yarasa 



 

 

GIRIŞ 

 

 

Pirqulu Dövlət Təbiət Qoruğu Böyük Qafqazın  

cənub-şərq hisəsində Azərbaycanın 

Şamaxı 


rayonunun ərazisində yerləşir. Qoruq 1968-ci ilin 25 

dekabrında yaradılıb, ilkin olaraq ərazisi 1521 

hektar, 2003-cü ildə isə genişləndirilərək 4274 

hektara çatdırılıb. Respublika Prezidentinin 

 

sərəncamı ilə 2006-cı ildən qoruğun  ərazisi  Şahdağ 



Milli Parkın  ərazisinə birləşdirilib. Qoruğun 

yaradılmasında başlıca məqsəd  ərazinin flora fə 

faunasını  zənginləşdirmək, sayı azalmaqda olan 

canlıların, o cümlədən məməlilərin qorunmasını 

təmin etməkdir Lakin, son illər müşahidə olunan 

antropogen müdaxilələr, xüsusilə quruculuq işləri, 

eləcə  də  əhalinin demoqrafik dəyişilmələri həm 

havanın çirklənməsinə, həm də  ərazinin fauna və 

flora elementlərinə ciddi təsir göstərir. Qoruq 

ərazisində  bəzi məməlilərin, məsələn, Hindistan 

tirəndazı (Hystrix indica K., 1792), qonur ayı (Ursus 

arctos L., 1758), nəcib maral (Cervus elaphus 

L.,1758), Avropa cüyürü (Capreolus capreolus 

L.,1758), Qafqaz köpgəri (Rupicapra rupicapra, 

caucasica L., 1758) və vaşaqın (Lunx lunx L.,1758) 

sayı getdikcə azaldığından qırmızı kitaba salınıblar 

(Azərbaycan Respublikasının Qırmızı Kitabı,  

2013).  Digər tərəfdən istər qoruq yaradılandan əvvəl 

və istərsə  də müasir dövrümüzdə  Pirqulu Dövlət 

Təbiət Qoruğunun  ərazisi teriofauna baxımından 

kimsə tərəfindən öyrənilməyib. 

Məməli heyvanlar biosenozun trofiki əlaqə-

lərində və ekoloji tarazlığın nizamlanmasında xüsusi 

yer tuturlar. Təqdim olunan mövzunun az öyrənil-

məsini və  ərazinin ekoloji vəziyyətini qiymət-

ləndirmək üçün  Şahdağ Milli Parkın Pirqulu Dövlət 

Təbiət Qoruğunda  mühafizə olunan məməli heyvan-

ların say dinamikasının dəyişilməsini və  müasir 

vəziyyətini öyrənməyi qarşıya məqsəd qoyduq. 

MATERİAL VƏ METODLAR  

 

Tədqiqatlar 2013-2014-cü illərdə Şahdağ Milli 



parkın keçmiş Pirqulu Dövlət Təbiət Qoruğunun 

ərazisində aparılıb. İlin müxtəlif fəsillərində exspe-

disiyalar təşkil olunmuş, məməlilərin ekskrement-

lərinə, ləpirlərinə, yuvalarına və digər bioekoloji 

göstəricilərinə görə növ tərkibi müəyyənləşdirilib. 

Digər tərəfdən yerli əhali ilə sorğular keçirilmiş və 

yırtıcı  məməlilərin ilin fəsillərinə uyğun olaraq 

etiologiyası öyrənilmişdir. Məməlilərin növ tərkibi 

Kuznesova (1975), Кaraseva, Telısina   (1996) və 

Şvars və b.(1968) görə təyin olunmuşdur, eləcə də 

Karpenko (2012) və Elina və Pulyayev (2005) 

əsərlərində  göstərilən metodikalardan istifadə 

olunmuşdur. 

 

 



NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

 

Respublikamızın cənubi-qərb hissəsinin mə-



məlilər faunası X.M.Ələkpərov (1966),  tərəfindən 

öyrənilmişdir lakin, ümumilikdə  şimal və    cənub 

hissəlrinin teriofaunası çox zəif öyrənilib, ayrı-ayrı 

qoruqların məməli  tərkibi isə kimsə  tərəfindən 

öyrənilməmişdir. Xüsusilə müasir ekoloji dəyişil-

mələr fonunda qorunan heyvanların bioekoloji 

 

durumu daha çox maraq doğurur və öyrənilməsinin 



aktuallığını ortaya qoyur. Təsadüfi deyil ki, yaxın 

və uzaq xarici olkələrdə  bəzi heyvanların sayının 

azalmasını  nəzərə alaraq Beynəlxalq səviyyədə 

qoruqlar, milli parklar salınmaqla onların nəslinin 

kəsilməsinin qarşısınnın alınması yönümündə 

müxtəlif tədbirlər görülür (http://www.yuga.ru/ 

news/128257; http://turtle4u.biz/nauchnye/182-

proekt-po-izucheniyu-i-okhrane-sredizemnomor-

skoj-cherepakhi-testudo-graeca-nikolskii-na-zapad 

nom-kavkaze). Məsələn, Rusiyanın Krasnodar 




Şahdağ Milli Parkın Pirqulu Dövlət 

40 


vilayətinin “Gəlincik” deyilən  ərazisində Hey-

vanların Qorunması Beynəlxalq fondunun (Inter-

national Fund for Animal Welfare – IFAW)  dəs-

təyi ilə “Diqqət, tısbağalar” lahiyəsi  əsasında 

aralıqdənizi tısbağalarını öyrənmək və qorumaq 

məqsədilə xüsusi təsərrüfat yaradılıb. Bu baxımdan 

bizim qoruqların və Milli parkların da fauna 

tərkibinin öyrənilməsi - dəqiqləşdirilməsi və həmin 

heyvanların qorunması istiqamətində  işlərin 

aparılmasına  ehtiyac duyulur. 

Şahdağ Milli parkın Pirqulu Dövlət Təbiət 

Qoruğunun  ərazisi ekoloji xüsusiyyətlərinə, rel-

yefinə, iqliminə, fauna və flora tərkibinə görə 

respublikamızın digər qoruqlarından xeyli fərqlənir. 

Pirqulu qoruğunun özünəməxsusluğunu nəzərə 

alaraq oranın məmlilərini müvafiq dəstələr üzrə 

verməyi məqsədəuyğun hesab edirik. 

Təkamül baxımından respublikamızın terio-

faunasında rast gəlinən məməlilərin daha primitiv 

nümayəndələri həşaratyeyənlər (Insectivora

dəstəsinə aiddir. Bu dəstənin  Erinaceidae  fəsiləsi-

nin


  həqiqi kirpi 

yarımfəsiləsinin (Erinaceinae)   adi

 

və yaxud Avropa 



kirpisi - Erinaceus europaeus 

L.,1758  və qulaqlı kirpi cinsinin 

 (

Hemiechi-

nus) qulaqlı kirpi Hemiechinus auritus Q., 1770,  

növləri  ərazidə geniş yayılıblar. Bu heyvanlar 

həşaratlarla yanaşı müxtəlif xırda gəmirici, sürünən, 

torpaqda yuva quran quşların yumurtaları  və 

balaları, ölmüş  xırda heyvan cəsədləri və eləcə  də 

bitki mənşəli qidalarla qidalanırlar. Onların qoxu 

bilmə hissi güclü inkişaf etdiyindən ölmüş heyvan 

cəsədlərinin asanlıqla tapırlar.  Təəsüflər olsun ki, 

kirpilər də insanlar tərəfindən ovlanıb yeyilir, on-

ların əti bir çox xəstəliklərin müalicəsində, xüsusilə 

qurdqovucu xassəyə malik olduğundan xalq təba-

bətində geniş istifadə olunur. Saylarının azalmasına 

səbəb antropogen amillərlə yanaşı, təbii düşmənlə-

rinin çox olması və maqistral yollarda qəza nəticə-

sində maşınların altında qalaraq məhv olmasıdır. 

Şahdağ Milli parkın Pirqulu Dövlət Təbiət 

Qoruğunun ərazisində yarasalar (Chiriptera) dəstə-

sinin nümayəndələri də geniş yayılıblar, həta 

onların bir neçəsi artıq Azərbaycanın Qırmızı 

kitabına da salınıblar (Azərbaycan Respublikasının 

Qırmızı Kitabı,  2013). Bu dəstənin nümayəndələri 

gecə  həyatı keçirən məməlilərdir. Nalburunlar 

(Rhinolophidae) fəsiləsinin kiçik nalburun (Rhino-

lophus hipposideros B., 1800) növü Böyük Qaf-

qazın qoruğun  ərazisinə düşən biotoplarında xeyli 

yayılıblar,  əsasən də daqlıq və meşəlik  ərazilərdə, 

yaşayış massivlərində tez-tez rast gəlinir, ancaq son 

illər sayı azaldığından qorunması  məsləhət bilinib. 

Yarasalar dəstəsinin qorunması  nəzərdə tutulan  

növlərdən biri də hamarburunlar (Vespertilionidae

fəsiləsinə aid olanÜçrəng gecə şəbpərəsidir (Myotis 



emarginatus G., 1806).  Bu növ çox müxtəlif bio-

senozlarda, eləcə  də köhnə-dağılmış tikililərdə, 

yeraltı mağaralarda məskunlaşıblar. Fəsilənin başqa 

bir növü Avropa enliqulaqıdır (Barbastella barbas-



tellus S., 1774). Rəhmatulinanın (2005) məlumatına 

görə bu yarasalar respublikanın dağlıq meşəlik 

ərazilərində, o cümlədən tədqiq etdiyimiz Pirqulu 

dövlət təbiət qoruğunun  ərazilərində oturaq növ 

kimi ağaclarda yaşaması ilə xarakterizə olunurlar. 

Lakin onlar gündüzlər qədim tikililərin çardağında, 

qəzalı divarların yarıqlarında, dağılmış binaların 

qapı  və  pəncərələrinin mümkün olan oyuqlarında 

gizlənirlər.    

Şahdağ Milli parkın Pirqulu Dövlət Təbiət 

Qoruğun və ona söykənmiş  ərazilərində  gəmiri-

cilərin (Rodentia) dəstəsinin bir çox növləri geniş 

yayılıblar. Bunların  əksəriyyəti çoxsaylı olduğun-

dan, başqa sözlə növün nəslinin kəsilmə ehtimalı 

olmadığından qorunma təhlükəsi də qeyd olunmur. 

Ancaq gəmiricilər içərisində tirəndazlar (Hystri-



cidae) fəsiləsinin Hidistan tirəndazı (Hystrix indica 

K., 1792) təkcə qoruq ərazisində deyil, eləcə də ona 

söykənən biotoplarda qorunması  məsləhət bilinir. 

Xalq arasında bu heyvanlara oxlu kirpi də deyilir 

(Şək. 1). Hindistan tirəndazı müxtəlif tərkibə malik 

olan meşə-kolluq, dağlıq və dağətəyi landşaftlarda 

yayılıblar. Onlar bir qayda olaraq həm düzəltdiyi 

yuvalarda, həm də porsuq, tülkü yuvalarında, eləcə 

də qayaların altında olan boşluqlarda və insanların 

yaşadığı ərazilərin yaxınlığında yaşayırlar. 

 

 

 



Şəkil 1. Hindistan tirəndazı (Oxlu kirpi) 

 

Tirəndazlar gecə  həyat tərzi keçirirlər, ilin 



müxtəlif fəsillərində müxtəlif qidalarla qidalanırlar, 

belə ki, yayda və payızda mədəni və yabanı  bitki-

lərin meyvələri və toxumları, qışda bitkilərin kö-

kümsovları və ağac bitkilərinin qabığı ilə, yazda isə 

ot bitkiləri, soğanaqlar, kökümsovlarla qidalanırlar. 

Cinsi yetkinliyə iki yaşında çatırlar, ildə bir dəfə 

bala verirlər, adətən 2-4 ədəd açıq gözlü və yumşaq 

iynəli bala dünyaya  gətirirlər. Bu heyvanlar kənd-

lərdə boctanlara girərək qarpız, yemiş, xiyar, pomi-

dor, kartof və s. kimi meyvə  və  tərəvəz bitkilərini 




Nəcəfov və Yusufova  

41 


yediyindən kənd təsərrüfatına ziyan vururlar, ona 

görə də insanlar tərəfindən tez-tez məhv edilir.  

  Yırtıcılardan (Carnivora) dəstəsindən Pirqulu 

Dövlət Təbiət qoruğunda mühafizə olunan ayılar 

(Ursidae) fəsiləsinin qonur ayı  (Ursus arctos 

L.,1758) növüdür (Şək. 2). Ekoloji tarazlığın kəskin 

pozulması  və antropogen amillərin təsirindən bu 

heyvanların da arealı daralmaqdadır. Elə bu 

səbəbdən 2013-2014-cü illərdə qonur ayı qida 

çatışmamazlığından  insanların yaşadığı  kəndlərə 

gələrək kənd təsərrüfatı heyvanlarına, bəzən isə 

hətta insanlara belə hücum edirlər. Qeyd etməliyik 

ki, qonur ayının sayının azalmasına başqa səbəblər 

kimi qoruq ərazisində brokonerlərin qeyri qaununi  

bunları ovlaması, bir çox hallarda isə körpə 

balalarının tutulması  və ekzotik heyvan kimi iaişə 

obyektlərinin qarşısında saxlanmasıdır. Göstərilən 

səbəblərin qarşısının alınması vaxtı çoxdan çatıb və 

əlaqədar orqanların fəaliyyətə başlaması qaçılmaz-

dır, vacibdir. 

 

 

 



Şəkil 2. Şahdağ Milli parkında qorunan qonur ayı 

 

Yırtıcılar dəstəsinin dələlər (Mustelidae) fəsi-



ləsinin meşə  dələsi (Martes martes L.,1758) növü 

dağ meşələrində  və qaraquyruq  gəlincik (Mustela 



erminea L.,1758) isə qoruq ərazisinə söykənən 

yüksək dağlıq  və Rusiya  ərazisinə söykənən 

biotoplarda rast gəlinir, lakin bu heyvanları qoruq 

ərazisinin nisbətən aşağı yaruslarında, xırda 

gəmiricilər yayılan  ərazilərdə  də    müşahidə etmək 

mümkündür.  Şahdağ Milli Parkın Pirqulu qoruğu 

ərazisində mühafizə olunan və sayı azalmaqda 

davam edən yırtıcı növlərindən biri də pişiklər 

(Felidae) fəsiləsinin vaşaq (Lynx lynx L.,1758) 

növüdür. Bu heyvanlar həm meşəli, həm də kolluq, 

qayalıq biotoplarında yaşayırlar, respublikamızın 

başqa  ərazilərundə  də yayılıblar, təəssüf ki, dəqiq 

sayı  bilinmir.   

Tədqiqat aparılan Milli parkın Pirqulu Dövlət 

Təbiət Qoruğunun  ərazisində yayılan məməlilərin-

dən biri də cütdırnaqlılar dəstəsinin (Artiodactyla), 

boşbuynuzlular (Bovidae) fəsiləsinin Qafqaz köp-

gəridi (Rupicapra rupicapra caucasica L.,1758) 

növüdür. Bu heyvanlar meşə qurşağının  yuxarı 

hissələrində, sıldırımlı qayalıqlarda yaşayırlar, lakin 

ədəbiyyat məlumatlarına (Quliyev 2008) əsasən 

dəniz səviyyəsindən 600-700 m, yüksəklikdə olan 

dağətəyi  ərazilərdə  də rast gəlinir. Bu heyvanlar 

cinsi yetkinliyə 1,5-2,0 yaşında çatırlar, boğazlıq 

müddəti 160-170 gün çəkir,  əksərən bir, nadir 

hallarda isə iki bala doğur. Ot, kol, enliyarpaqlı 

bitkilərin yarpaq və yumşaq zoğları ilə qidalanırlar. 

Qafaqaz köpgəri də brakonerlərin  əsas obyekləri 

olduğundan son illər sayı  kəskin azalmaqdadır, 

mühafizə  tədbirlərini gücləndirmək məqsədəuyğun 

olardı. 

Şahdağ Milli parkın cütdırnaqlılar dəstəsinin 

marallar fəsiləsinin (Cervidae) nəcib maral (Cervus 

elaphus L., 1758) növünün sayı ildən ilə azalmaq-

dadır. Quliyevin (2008) məlumatına əsasən hazırda 

respublikamızın ümumi  ərazisində 750-880 baş 

nəcib maral qalıb (Şək. 3).  

 

 

 



Şəkil 3. Nəcib maral 

 

Bu heyvanlar etiologiya və adaptasiya olunma 



baxımından çox plastikdir, ona görə  də  müxtəlif 

landşaftlarda yaşamaq qabliyyətinə malikdirlər, 

adətən yay fəslində günün sərin vaxtlarında qidala-

nırlar - otlayırlar, günün isti vaxtlarında isə istirahət 

edirlər, qida mənbəyi tükəndikdə isə miqrasiya 

edirlər. Cinsi yetkinliyə dişilər 2, erkəklər isə 4-5 

yaşında çatırlar,  boqazlığı 7-9 ay çəkir, bir, nadir 

hallarda isə iki bala doğurlar. Nəcib maralın yalnız 

erkək fərdlərində buynuzları olur. Onları sayının 

azalma cəbəbini alimlər iki qrupa ayırırlar: birinci 

səbəb kimi düşmənlərinin çoxluğu, bəzi illərin 

quraqlı keçməsilə  əlaqədar qida mənbəyinin kəskin 

azalması, qısırlıq və müxtəlif xəstəliklər, o cümlədən 

parazitar xəstəliklər; ikincisi antropogen amillərdir, 

onlara misal kimi brokonyerliyi, insanların nəcib 

maralın yaşayış areallarında apardığı müxtəlif 

təsırrüfat fəaliyyətləri (ərazilərin kənd təsərrüfatı 

heyvanları ilə otarılması, otlaqların biçilməsi, kartof 

və s kimi tərəvəz bitkilərinin əkilməsi). 



Şahdağ Milli Parkın Pirqulu Dövlət 

42 


 

 

Şəkil 4. Avropa cüyürü 

 

Nəcib maralın sayının artırılması  və qorun-



masını  təmin etmək məqsədilə onların bioekologi-

yasını elmi əsaslarla öyrənmək və  əlavə  tədbirlər 

planı həyata keçirmək vacibdir. 

Cütdırnaqlılar dəstəsi marallar fəsiləsinin 

Şahdağ Milli parkında qorunan və Pirqulu Dövlər 

Təbiət qoruğu  ərazisində rast gəlinən növlərindən 

biri də Avropa cüyürüdür (Capreolus capreolus 

L.,1758). Respublikamızın bəzi bölgələrində bu 

heyvanlar əlik kimi də adlanır. 

Bu heyvanların da sayı son illər xeyli azalıb 

(Şək. 4). Azalmaya səbəb yenə  də brokonyerlərin 

qaunsuz ovlaması, təbii düşmənləri, təbii fəlakətlər, 

və s. Onlar dəniz səviyyəsindən müxtəlif yüksək-

likdə olan meşə zolaqlarında qrup halında olmaqla 

yaşayırlar, qida mənbəyinin azalması ilə  əlaqədar 

olaraq  şaquli və vertikal istiqamətdə miqrasiya 

edirlər, susuzluğunu təmin etmək məqsədilə günün 

müxtəlif vaxtlarında,  əsasən də gündoğan zaman 

bulaqlara və dağ-meşə çaylarına gedirlər. Dişilər iki 

yaşında, erkəklər isə üç yaşında cinsi yetkinliyə 

çatırlar, boğazlıq dövrü 9-10 ay olur, bala vermə 

yaz aylarına təsadüf edir.  

Şahdağ Milli parkın Pirqulu Dövlət Təbiət 

qoruğunun  ərazisi məməli heyvanlarla zəngindir, 

lakin son illər burada aparılan bir sıra quruculuq 

işləri təbiətə  və onun fauna tərkibinə ciddi təsir 

göstərməkdədir. Müəyyən edildi ki, tədqiq olunan 

ərazidə yarasalar dəstəsindən kicik nalburun, gecə 

şəbpərəsi və Avropa enliqulağı, gəmiricilərdən 

Hindistan tirəndazı (oxlu kirpi), yırtıcılardan qonur 

ayı, meşə  dələsi, qaraquyruq gəlincik və vaşaq,  

cütdırnaqlılardan isə  nəcib maral, Qafqaz köpgəri 

və cüyür kimi məməlilərin sayı azalma istiqamə-

tində gedir.  Milli parkın biomüxtəlifliyini saxla-

maq məqsədilə qoruq ərazilərinə ev heyvanlarını 

buraxmamaq, qanunsuz ovun qarşısını kəskin sürət-

də almaq lazımdır. Yayı quraqlıq keçən illərində, 

eləcə də sərt qış aylarında  vəhşi heyvanları qida ilə 

təmin etmək məqsədəuyğun olardı.  Nəhayət qoruq 

işçiləri ilə, xüsusilə yegerlərlə maarifləndirici iş 

aparmaq vacib şərtlərdəndir, bir çox inkişaf etmiş 

ölkələrin təcrübəsindən istifadə etməklə qoruqlarda 

işləmək üçün ali məktəblərdə yüksək ixtisaslı kadr 

hazırlamaq vaxtı çatıb. 

 

 

ƏDƏBİYYAT 



 

Azərbaycan Respublikasının Qırmızı Kitabı 

(2013) Nadir və  nəsli kəsiməkdə olan fauna 

növləri. Fauna. II nəşr. Bakı: 518 s.  

Quliyev S.M. (2008).  Azərbaycanın cütdırnaqlılar 

faunası. Bakı: Elm və təhsil, s. 105-130. 



Алекперов  Х.М. (1966) Млекопитающие  юго-

западного Азербайджана. Баку:  148 с. 



Карасева Е.В., Телыцина А.Ю. (1996) Методы 

изучения  грызунов  в  половых  условиях.  М.: 

Наука, 220 с. 

Елина  Е.Е.,  Пуляев  А.И. (2005) К  фауне 

мелких  млекопитающих  Буртинского  участка 

заповедника  «Оренбургский».  Сохранение 

биоразнообразия  животных  и  охотничьих 

хозяйств 

России. 

Материалы 

научно-

практической конференции, М.,. c. 184-187. 

Карпенко  Н.Т. (2012) Редкие  и  исчезающие 

виды  териофауны  заповедника  «Богданско-

Баскунчакский».  Астраханский  вестник  эко-

логического образования, 121-126. 

Кузнецов  Б.В. (1975) Определитель  позвоноч-

ных  животных  фауны  СССР.  Часть 3. 

Млекопитающие. М., Просвещение,  208 с. 

Рахматулина 

И.К. (2005) Рукокрылые 

Азербайджана 

(Фауна, 

Экология, 

Зоогеография). Баку: СВS, c. 86-88.  

Шварц  С.С., Смирнов 

В.С., Бобринский  

Л.Н. (1968)  Метод   морфо-физиологических 

индикаторов. Свердловск:  346 с. 



http://www.yuga.ru/news/128257/ 

http://turtle4u.biz/nauchnye/182-proekt-po-izu 

cheniyu-i-okhrane-sredizemnomorskoj-chere 

pakhi-testudo-graeca-nikolskii-na-zapadnom-

kavkaze.

 

 



 

 

 


Nəcəfov və Yusufova  

43 


Охраняемые Млекопитающие На Территории Пиркулинского 

Государственного Заповедника Шахдагского Национального Парка 

 

Дж.А. Наджафов, Х. Дж. Юусуфова  

 

Азербайджанский медицинский университет 

 

Установлено  что,  на  территории  Пиркулинского  Государственного  Природного  заповедника 



Шахдагского Национального парка под охраной находятся представители  млекопитающих. Однако, 

в  последние  годы  под  воздействием  разных  экологических  и  антропогенных  воздействий  их 

численность  резко  уменьшается.  Для  того,  чтобы    увеличить  численность  этих  млекопитающих, 

которые являются  потенциально охраняемыми видами, кроме существующих мероприятий следует 

предпринимать  дополнительные  и  более  эффективные  меры  с  целью  сохранить  биоразнообразие  в 

данной территории.  

 

Ключевые слова: Териофауна, медведь, рысь,  олень, косуля,  серна,  дикобраз,  рукокрылое  

 

Protected Mammals In The Territory of the Pirgulu 

State Reserve of the Shakhdag National Park 

   



J.A. Nadjafov, Х.J. Yusufova  

 

Azerbaijan Medical University 

 

The article discusses ecological conditions of the territory of the Pirgulu State Reserve of the Shakhdag 



National Park. Recently the number of some protected mammalians has been reduced. First of all it is caused 

by anthropogenic factors, illegal hunting, reducing distribution areas of animals, natural phenomena 

including nutrient deficiency. Along with the action program, more effective proposals were given to protect 

biodiversity of the territory in terms of teriofauna. 

 

  

Key words: Teriofauna, bear, trot, deer, roe, chamois, porcupine, cheiroptera 



 

 

 



 

Yüklə 68,48 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə