«MÜhariBƏ» romani haqqinda



Yüklə 35,61 Kb.

tarix15.03.2018
ölçüsü35,61 Kb.


«MÜHARİBƏ» ROMANI HAQQINDA 

Soyuq bir dekabr gecəsi azərbaycanlılardan ibarət böyük bir bolük Sevastopola doğru üzür. 

Leytenant Hacıyev əsəbi bir həyəcan keçirir. Bölük komandirliyində özünü doğrultmayan, 

komandanlığın etimadını qazana bilməyən Cümə İmanzadə vəzifəsinden kənarlaşdırılmışdır. 

Onun yerinə Kəyan Hacıyev təyin edilmişdir. Kəyan buna etiraz edərək; - İstəmirəm! Mən bölük 

komandiri olmaq istəmirəm! - deyə bir neçə gün əvvəl qeyzlə kapitan Çernışevin kayutundan 

çıxmışdı. 

Bu etirazın başlıca səbəbi ondan ibarətdir ki, yaxın zamanlara qədər «hörmətli bir sovxoz 

direktoru» olan və cəmi üçaylıq hərbi kurs keçən leytenant Hacıyev məsuliyyətdən qorxur. O, 

əsəbi bir həyəcan keçirərək, ürəyində Çernışevə xitabən deyir: «Yoldaş kapitan, biz cəbhəyə 

gedirik. Birdən elə gəmidən düşən kimi düşmənlə üz-üzə gəlməli olduq. Mən nə edəcəyəm? 

Nə?» 


Hər şeyə dərin bir məsuliyyət hissilə yanaşmağa adət etmiş sovxoz direktorunu birdən-birə bir 

neçə yüz adamın taleyinə cavabdeh olmaq fikri vahimələndirir. 

Lakin təcrübəli bir hərbiyyəçi olan Çernışev Kəyandakı təşvişin səbəbini anladığı üçün onun 

etirazına əhəmiyyət vermir. Leytenantı bölüyün qabaqcıl adamları ilə tanış edir. Leytenant 

Hacıyev bölüyün sadə, zarafatcıl, səmimi üzvləri ilə tanış olduqca, onun qəlbindəki şübhə və 

tərəddüd hissləri geri çəkilir. 

Leytenant mühit və hadisələrin hökmü altında sürətlə bölüyə isinişir və isinişdikcə, o, sovxoz 

direktorluğunun dinc əhvali-ruhiyyəsindən çıxaraq, müharibə dövrü hərbiyyəlisinin əhvali-

ruhiyyəsinə malik olmağa başlayır. Müəllif bu dəyişməni çox doğru təsvir edir. 

Leytenant Hacıyev az zaman içində yalnız özünü deyil, bütün bölüyü ələ alır. Bölük Sevastopola 

daxil olur. «Şəhər öz böyük dərdi, cihada çıxanların boynuna taxdığı kəfən kimi geydiyi hərbi 

qiyafəsi, həzin ciddiyyəti, qəhrəman işgüzarlığı, təmkini və mətanəti ilə tamam bir əzəmət 

heykəli idi. Bu heykəlin vüqarı bölüyə qəribə təsir edirdi. Demək, bomba altında, top atəşi 

qabağında da şəhər böyüklü-kiçikli, qocalı-cavanlı, kişili-arvadlı, işləyə bilərmiş...» 

Sevastopolu birinci dəfə görən Mahmud, Tapdıq və başqaları onu öz vətənləri kimi sevməyə 

başlayır. Bu qəhrəman şəhəri müdafiə etmək fıkri leytenant Hacıyevi vəcdə gətirir, onun qəlbini 

nəcib hisslərlə çırpındırır: «Sevastopol onun bəxtinə çıxmışdı... Bu onun xoşbəxtliyi idi...» O, bir 

komandir olaraq, belə düşünür və bu düşüncəsində möhkəm dayanır. Qəti və amansız hərəkət 

edir. İlk bombardman zamanı özlərini bir qədər itirmiş əsgərlərini otuz beş dəqiqə şiddətli ton 

atəşi altında saxlayır. Leytenant bilir ki, bu dəhşətli sınaqdan o və yoldaşları sağ çıxmaya da 

bilərlər... Lakin o, keçib gəldiyi həyat yollarında sürünməyə adət etmədiyi üçün, müharibənin 

dəhşətli alovları içinə cəsarət və qətiyyətlə daxil olmaq istəyirdi. 

O, ilk addımı cəsur bir komandir kimi atdı. 

Kapitan Çernışev: 

- Sən, leytenant Hacıyev nahaq bölüyə komanda edə bilməyəcəyini düşünürdün. Sən yaxşı 

komandirsən. Qərarın da cürətli və çox xeyirli qərardı. Əlbəttə, mən gəlib dəstəni 

dağıtmasaydım, bu, bəlkə də, böyük tələfatla nəticələnə bilərdi. Xoşbəxtlikdən, vaxtında gəlib 

çıxdım. Ancaq sən lazımi nəticə əldə etdin... Əsgər indi səni sayacaq... Bəli! İndi mən səndən də, 

bölüyündən də arxayın ola bilərəm. 

Beləliklə, cəmi üç ay hərbi təlim keçmiş «hörmətli sovxoz direktoru» ay yarımlıq cəbhə 

həyatında cəsur bir komandirə çevrilir, Böyük Vətən müharibəsinin nə demək olduğunu dərindən 

dərk edir. Buna görə də, qələbə üçün, lazım gələrsə, öz canından belə keçmək kimi ali bir şüur 

onda getdikcə qüvvətlənməyə başlayır. Leytenant qabaqda ölüm-dirim vuruşmaları durduğunu 

hiss edərək, öz bölüyünü yalmz silaha yiyələnməklə deyil, eyni zamanda daxilən, ruhən, qəlbən 

də vuruşmalara hazırlayır. 

Cəbhəyə gəldiyi ay yarım müddətində biz Kəyanda elə bir fövqəladə qəhrəmanlıq görməsək də, 

onun buna artıq hazır olduğunu hiss edirik. Bu isə, heç şübhəsiz, yazıçının müvəffəqiyyətidir. O, 

həqiqi bir realist kimi hərəkət edir. Qəhrəmanlığı «göydən düşdü» kimi hazır şəkildə vermir. 

Onun necə yarandığını, necə inkişaf etdiyini doğruluqla təsvir edir. O, hər yerdə şablondan 

qaçaraq, canlı insan verməyə cəhd edir. Biz eyni halı Mahmud və Tapdıq surətlərinin də 




təsvirində görürük. İntizamlı, zirək və cəsur bir döyüşçü olan Mahmud tipik bir azərbaycanlı 

balasıdır. 

O, cəbhə həyatının hər cür çətinliklərinə sürətlə alışır. Onun qəlbi fövqəladə qəhrəmanlıqlar üçün 

çırpınır. O, kədər və iztirab içində daha da əzəmətli, daha da qəzəbli görünən Sevastopolu lap ilk 

gündən öz doğma şəhəri kimi sevir. Biz onun bu səmimi məhəbbətinə ürəkdən inanırıq. 

O, həyatını təhlükəyə ataraq, öz komandiri Xolmoqorsovu ölümdən qurtarır. Müəllif tərəfındən 

məharətlə təsvir edilmiş bu səhnə öz təbiiliyi ilə uzun zaman oxucunun xəyalından silinmir. 

Müəllifın öz qəhrəmanlarını (Kəyanı, Mahmudu, Tapdığı, İsa kişini, Qara kişini, Dursun arvadı, 

Maral və Züleyxanı ) sevdiyi, onları oxucuya sevdirmək istədiyi romanda dərhal hiss olunur. 

Romanda qüsurlar da vardır - realizmin ayrılmaz bir üzvü olan romantika hiss olunmur. Müəllif 

hadisələri həyatda olduğu kimi, tam bir doğruluqla təsvir etməkdən irəli getmir. Onları romantik 

yüksəkliyə qaldırmır. Bəzən olur ki, biz onun əsərində tənqidi realizm elementlərinə rast 

gəlirik... Əsərdəki Qulam və Gəray surətlərinin gələcək taleləri bizə məlum deyil. Lakin indiki 

halında onlar (xüsusən Qulam) bədii surət deyildir. Ümumiyyətlə, müəllifin təsvir etdiyi mənfı 

adamlar bədii təfəkkür dərəcəsinə kölgə kimi çıxmışlar. 

Bunun səbəbi odur ki, Qulam kimi adamlar fədakar insanların apardığı Böyük Vətən 

müharibəsinin sənətə diktə etdiyi adamlardan deyil. Buna görə də, elə rəzilləri xalqın ayağına 

bağlamağa, onların üstündə baş sındırmağa dəyməzdi. Bunun üçün ictimai bir zəruriyyət yox idi. 

Yalnız buna görədir ki, müəllif, Qulamı əlinə keçmiş lazımsız bir şey kimi hara qoymağı bilmir. 

M.Arif demişkən o, gah qəribə bir halda almanların əlinə düşür... Gah da qəribə bir halda 

onlardan qaçaraq öz hissəsinə gəlir. Niyə getdi? Niyə gəldi? Məlum olmur! Həqiqət təhrif olunan 

yerdə müəllifın müvəffəqiyyətsizliyi başlayır. Heç bir ictimai zəmini olmayan Qulamlar onu 

arzuolunmaz vəziyyətdə qoyur. 

Qulam, zükam Əhəd, gicbəsər Abbas və Gəray müəllifin müvəffəqiyyətsizliyi olub, haradansa 

«Müharibə»yə düşmüş təsadüfı adamlardır. Bunlar romana uyuşmurlar. Ona vurulmuş yekə bir 

yamaq kimi görünürlər. 

Cümə İmanzadə haqqında isə ayrıca danışmaq olar. Bu «Müharibə»dəki mənfı surətlərin 

nisbətən mürəkkəb və qüvvətli olanıdır. 

Cümə, yeni iqtisadi siyasət vaxtı hərbi işi buraxaraq, atasının yolu ilə gedir - tacir olur. «Dövlət 

qazanmaq», «gözəl həyat» keçirmək üçün şirin xəyallara qapılır. Lakin çox keçmir ki, iflasa 

uğrayır. Bundan sonra onunku «gətirməməyə» başlayır. Bir-birinin ardınca 

müvəffəqiyyətsizliklərə rast gəlir. Çünki onun tutduğu yol yanlış idi. Bu yol onu başqa bir yerə 

aparıb çıxara bilməzdi. Bunu dərk edə bilməyən Cüməni onun həyatdakı müvəffəqiyyətsizlikləri 

kinli və xəbis edir. Fərsiz oğul təqsiri ata-anasında görən kimi, o da öz xalqına hirslənir. Ona 

istehza edir. Onun qəhrəmanlıqla vuruşmağına inanmır. 

Cümə İmanzadə müharibəyə bu cür gəlib çıxıb. Sonra nə olacaq? Ayn-ayrı xalqların və o 

cümlədən azərbaycanlıların Böyük Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıqlar ona 

necə təsir edəcək? Təbiətində tez-tez parlayıb yox olan cəsarət qığılcımı, nəhayət, qüvvətli bir 

alova çevrilərək, onun yolunu işıqlandıracaqmı? Yoxsa, o, öz daxili qaranlığında xudpəsənd, 

kinli bir xəbis kimi məhv olacaq? Hələlik, bu barədə bir söz demək çətindir. 

Müəllif arxa cəbhəni də təsvir edir. Lakin cəbhəyə nisbətən zəif şəkildə. İsa, Qara, Məsmə, 

Maral, Züleyxa, Dursun, Güllü... bunların hamısı, hələlik, müharibəyə gedən adamları haqqında 

düşünməkdən, kədər ve iztirab çəkməkdən başqa ayrı bir iş görmürlər. Arxa cəbhəni göstərərkən, 

müəllif xırda və lazımsız təfərrüatla həddindən artıq məşğul olaraq, böyük ictimai məsələləri 

nəzərdən qaçırmışdır. 

Lakin bununla bərabər, onun arxada təsvir etdiyi adamlar içində yaddaqalan və gələcəkdə (yəni, 

romanın ikinci hissəsində) mühüm işlər görəcəklərini vəd edən surətlər vardır. Qocaman neft 

ustası İsa kişi, Kəyanın arvadı Maral, Qara kişi və onun gəlini, Mahmudun anası Dursun belə 

surətlərdəndir. 

Gödək boynu, əlində demi, başında şələ papaq (indiki kəndlərdə şələ papağı çox az qoyurlar) 

olan Qara kişi xalqımızın müharibədən qalib çıxacağına inanır. Düşmənə sonsuz nifrət bəsləyir. 

Lakin birdən cinli kimi atılıb ortalığa düşür ki, mən qız, gəlini işə buraxmıram. Çünki kolxoz 




sədri Sarı onlara baxır... Nazirlikdə məsul vəzifə daşıyan, ziyalı bir qadın olan Maral, əri 

Kəyanın indi qarda-çovğunda vuruşduğunu düşünərək, kobudcasına qayınanasının üstünə 

qışqırıb deyir: «Arvad, heç utanmırsan, oğlun orda yer altında, od içində, ölüm qabağında, amma 

sən... Qaz bəs deyilmi, maşınka da yandırırsan...» Bu, mədəni qadının rəftar və psixologiyası 

deyil. Keçmiş baqqal arvadlarının psixologiyasıdır. Başqa misallar da gətirmək olar. Göründüyü 

kimi, müəllif qaş qayırmaq istədiyi yerdə vurub gözünü çıxarır. Guya, sxematizmdən çıxır. 

Yaratmaq istədiyi yaxşı insan surətlərini iki-üç kəlmə ilə ləkələyir... Onların təbiətinə uymayan 

halları zorla onlara calayır. 

Əsərde Gəray ilə Züleyxanın sevgisi də bədii təfəkkür dərəcəsinə qaldırılmamışdır. Onların sevgi 

və izdivacında bir qəribəlik, bir uyğunsuzluq vardır. Qulamın ayrı bir variantı olan Gəray son 

dərəcə qorxaq, başqalarına həsəd aparan, paxıl, dar düşüncəli, xudpəsənd bir adamdır. (Oxucu 

İsa kimi kişinin ailəsində belə bir oğulun böyüməsinə inana bilmir.) Orta məktəbdə müəllim olan 

Züleyxa onun qorxaqlığını dərk edir, hətta, bunu onun üzünə çırparaq çıxıb gedir. 

Lakin sonradan necə olursa, yenə də belə bir adamın arvadı olmağa razı olur. 

İstər-istəməz, qarşıya belə bir sual çıxır: «gənc, gözəl və ziyalı bir qız olan Züleyxa Gərayın 

nəyini sevir? Niyə, «gərək hökmən məni alasan» deyə onun boynundan asılır. Onu Gəray kimi 

acizə bağlayan nədir?» Əbülhəsən qüvvətli, bişkin bir yazıçıdır. Onun əsərində təsadüfı, havadan 

asılı məsələ olmamalıdır. Lakin Züleyxanın Gəraya olan sevgisi havadan asılı qalır. Bu sevgi 

Züleyxanı alçaldır, onu oxucunun gözündən salır. 

Analar içində yadda qalan, bizə dağ ürəkli Azərbaycan analarını xatırladan Dursun xaladır. 

Dursun xala qüvvətli anadır. O hər cür ah-zarın, qəm-qüssənin fövqündə dayanmağı bacaran, hər 

nə olursa-olsun, oğlunun qalib gələcəyinə, qəhrəman olacağına inanan dağ ürəkli analardandır. 

«Müharibə» romanının başlıca nöqsanlarından biri də böyük ictimai məsələlərin zəif əks 

etdirilməsidir. Bəlkə gələcək hissələrdə biz bu məsələləri görəcəyik. Lakin romanın birinci 

hissəsində bunun üçün zəmin hazırlanmamışdır. 

Müəllif cəbhədəki hadisələri bir bölüyün simasında verir. Bu isə, romanı olduqca 

məhdudlaşdırır. Yazıçının qol-qanad açmasına mane olur. 

Müəllif çox zaman hadisə və hərəkətləri seçməkdə zövqsüzlük göstərir, diqqətsiz hərəkət edir. 

Bu isə, ciddi bir əsər üçün nöqsandır. Yalnız istedad sahibi olmaq kifayət deyil, əlavə bir də zövq 

lazımdır. 

Unutmaq lazım deyil ki, realist bir yazıçı üçün gözəl zövq sahibi olmaq ən mühüm cəhətlərdən 

biridir. 

Tolstoy həqiqi istedadın birinci əlamətini yazıçının nəyin yaxşı, nəyin pis olduğunu seçə 

bilməsində görürdü. 

Əbülhəsəndə belə bir istedad vardır. Biz bunu, onun qabaqkı əsərlərində olduğu kimi, 

«Müharibə» romanında da görürük. Lakin o, öz diqqətsizliyi ucundan bəzən uyğunsuzluqlara yol 

verir ki, biz bunu yuxarıdakı misallarda göstərdik. 

«Ədəbiyyat» qəzeti, 16 fevral 1948-ci il 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



: gotovie knigi -> megaleler edabiyet
megaleler edabiyet -> ƏDƏBİ TƏnqidimiz barəDƏ BƏZİ FİKİRLƏR
megaleler edabiyet -> Bir neçƏ SÖZ
gotovie knigi -> «XƏZƏR ÜZƏRİNDƏ ŞƏFƏQ»
gotovie knigi -> «XƏZƏR ÜZƏRİNDƏ ŞƏFƏQ» «Azərbaycan gəncləri»
gotovie knigi -> Yazırdı. Radio «Nəhəng tikinti»
gotovie knigi -> Orfey quyudan çixandan sonra nə GÖRDÜ Oktyabr inqilabı Leninin xalqa vəd etdiyi cənnəti verməyəndən sonra, o «Yeni iqtisadi siyasət»
gotovie knigi -> «GƏncliK» povesti
megaleler edabiyet -> Nikolay ostrovski (Anadan olmasının 50 illiyi münasibətilə)
megaleler edabiyet -> İmran Qasımov və Həsən Seyidbəylinin «Uzaq sahillərdə» povesti az zaman içində
megaleler edabiyet -> Yazı manerasmdakı sadəlik, şairanəlik və xalq ruhu mənə bir oxucu, bir yazıçı kimi xoş gəlir, hiss edirəm ki, o


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə