Mühasibat uçotu” fənnindən test tapşırıqları (Düzgün cavablar “A” variantıdır) Müəllim: Yusubova Ş.Ə


Müqaviləyə görə malsatana avans köçürülmüşdür. Aşağıdakı köçürmələrin hansı düzdür?



Yüklə 156,92 Kb.
səhifə4/9
tarix14.09.2018
ölçüsü156,92 Kb.
#68406
1   2   3   4   5   6   7   8   9

240. Müqaviləyə görə malsatana avans köçürülmüşdür. Aşağıdakı köçürmələrin hansı düzdür?

A) D-t 60 K-t 51;

B) D-t 62 K-t 60;

C) D-t 55 K-t 51;

D) D-t 57 K-t 60;

E) D-t 60 K-t 55.


241. Alınması real sayılmayan və əvvəllər silinən debitor borclarının məbləği alıcıdan daxil olmuşdur. Düzgün mühasibat köçürməsi necədir?

A) D-t 62 K-t 76;

B) D-t 50, 51 K-t 80;

C) D-t 60 K-t 71;

D) D-t 50, 51 K-t 007;

E) D-t 50, 51 K-t 76.


242. Malsatanlardan alınmış əsas vəsaitlər ilk dəyərlə hansı hesablarda qeydə alınır?

A) D-t 01 K-t 60;

B) D-t 01 K-t 08;

C) D-t 01 K-t 76;

D) D-t 08 K-t 60;

E) D-t 08 K-t 46.


243. İstehsal təyinatlı əsas vəsaitlər əvəzsiz daxil olunduqda hansı mühasibat köçürməsi tərtib olunur?

A) D-t 01 K-t 87;

B) D-t 01 K-t 46;

C) D-t 01 K-t 08;

D) D-t 01 K-t 80;

E) D-t 01 K-t 85.


244. Əsas vəsaitlərin təmiri hansı növlərə bölünür?

A) cari və əsaslı;

B) əsaslı və orta;

C) cari və orta;

D) cari, orta və əsaslı;

E) növlərə bölünmür.


245. Qeyri-maddi aktivlərin inventar obyekti dedikdə nə başa düşülür?

A) lisenziya müqaviləsi;

B) hər hansı bir sənəddən irəli gələn hüququn məcusu (qeyri-maddi aktivlərin satın alınmasına əsas verən);

C) qeyri-maddi aktivlərin şərti işarəsi (kodu);

D) hüquq, işgüzar imic, təşkilati xərclər;

E) işgüzar imic.


246. Qeyri-maddi aktivlərin əvəzsiz qaydada daxil olması zamanı hansı köçürmə tərtib edilir?

A) D-t 04 K-t 87/3;

B) D-t 04 K-t 86;

C) D-t 04 K-t 80;

D) D-t 04 K-t 60;

E) D-t 05 K-t 60.


247. Qeyri-maddi aktivlərə amortizasiya hesablandıqda hansı hesabda əks etdirilir?

A) 05 saylı hesabda;

B) 04 saylı hesabda;

C) 02 saylı hesabda;

D) 06 saylı hesabda;

E) 13 saylı hesabda.


248. 12 ay müddətində satılmaq üçün alınmış səhmlərə qoyulmuş investisiyalar nə hesab edilir?

A) qısamüddətli maliyyə qoyuluşu;

B) uzunmüddətli maliyyə qoyuluşu;

C) maliyyə qoyuluşu hesab edilmir;

D) kapital qoyuluşu;

E) əsas istehsala qoyuluş.


249. Ümumistehsalat xərcləri hansı hesabda əks etdirilir?

A) 25 saylı hesabda;

B) 20 saylı hesabda;

C) 26 saylı hesabda;

D) 29 saylı hesabda;

E) 31 saylı hesabda.


250. Sifariş metodundan istifadə olunan zaman xərclərin uçotunun normativ metodu tətbiq oluna bilərmi?

A) bunlar tamamilə müxtəlif metodlardır;

B) yalnız müstəqim xərclər hissəsində tətbiq oluna bilər;

C) normalaşdırılan xərclər üzrə tətbiq oluna bilər;

D) dolayı xərclər üzrə tətbiq oluna bilər;

E) tətbiq oluna bilər.


251. Avadanlığa xidmət göstərən işçiyə hesablanan əmək haqqı hansı köçürmə vasitəsilə rəsmiləşdirilir?

A) D-t 20 K-t 70;

B) D-t 25 K-t 70;

C) D-t 26 K-t 51;

D) D-t 23 K-t 70;

E) D-t 29 K-t 51.


252. Yeni istehsalın mənimsənilməsinə çəkilən xərclər hansı hesabda uçota alınır?

A) 31 saylı hesabda;

B) 08 saylı hesabda;

C) 26 saylı hesabda;

D) 96 saylı hesabda;

E) 25 saylı hesabda.


253. Aviasiya sənayesində xərclərin uçotunun və kalkulyasiyasının hansı metodu tətbiq olunur?

A) sifariş üzrə;

B) mərhələlər üzrə;

C) proseslər üzrə;

D) normativ;

E) yuxarıda sadalananların heç biri.


254. Hazır məhsul 46-cı hesabda necə əks etdirilir?

A) satış qiyməti ilə;

B) normativ maya dəyərilə;

C) faktik maya dəyərilə;

D) faktik, yaxud normativ maya dəyərilə;

E) bazar qiyməti ilə.


255. Məhsul yola salındıqda əlavə dəyər vergisi hesablanılır (satışdan vəsait “ödəniş üzrə”) müəyyənləşdirilir:

A) D-t 10 K-t 19;

B) D-t 46 K-t 68;

C) D-t 10 K-t 46;

D) D-t 46 K-t 76;

E) D-t 76 K-t 46.


256. İllik hesabatın məlumatları əsasında mənfəət vergisi hesablanmışdır:

A) D-t 80 K-t 68;

B) D-t 46 K-t 68;

C) D-t 45 K-t 68;

D) D-t 88 K-t 68;

E) D-t 89 K-t 68.


257. D-t 46 “Məhsul (iş, xidmət) satışı” K-t 68 “Büdcə ilə hesablaşmalar” hesabının “ƏDV üzrə hesablaşmalar” subhesabı yazılışı nəyi ifadə edir?

A) satılmış məhsul üzrə hesablanmış ƏDV məbləğini;

B) büdcə qarşısında olan ƏDV üzrə olan borcun köçürülməsini;

C) daxil olan əmlak üzrə ödənilmiş ƏDV məbləği;

D) ƏDV məbləğinin qabaqcadan ödənilməsini;

E) ƏDV-nin əvəzləşdirilməsini.


258. Satılmış mallara görə alıcılardan alınan aksiz məbləğləri uçotda necə əks etdirilir?

A) D-t 62 K-t 68;

B) D-t 46 K-t 68;

C) D-t 45 K-t 68;

D) D-t 68 K-t 19;

E) D-t 62 K-t 19.


259. İl ərzində müəssisədə mənfəətdən vergi hesablanmışdır:

A) D-t 81 K-t 68;

B) D-t 68 K-t 51;

C) D-t 83 K-t 68;

D) D-t 68 K-t 81;

E) D-t 88 K-t 68.


260. Müəssisədə hesablanmış mənfəət vergisi öz təyinatı üzrə köçürülmüşdür:

A) D-t 68 K-t 51;

B) D-t 51 K-t 68 ;

C) D-t 81 K-t 51;

D) D-t 51 K-t 81;

E) D-t 68 K-t 81.


261. Kapital anlayışını izah edin:

A) xüsusi və cəlb olunmuş kapitalın məcmusu;

B) material dəyərlərinin və pul vəsaitlərinin məcmusu;

C) pul vəsaitlərinin və borc öhdəliklərinin məcmusu;

D) əsas vəsaitlərin və qeyri-maddi aktivlərin məcmusu;

E) uzun və qısamüddətli aktivlərin məcmusu.


262. Səhmdar cəmiyyətlərində nizamnamə kapitalının formalaşması zamanı necə köçürmə tərtib edilir?

A) D-t 87 K-t 85;

B) D-t 85 K-t 75;

C) D-t 75 K-t 85;

D) D-t 88 K-t 85;

E) D-t 86 K-t 85.


263. Əlavə kapital hansı mənbələrdən formalaşır?

A) yenidən qiymətləndirmə üzrə əmlakın dəyərinin artımından, əvəzsiz alınan sərvətlərin dəyərindən və emissiya gəlirlərindən;

B) əvəzsiz alınan sərvətlərin dəyərindən;

C) yenidən qiymətləndirmə üzrə əmlakın dəyərinin artımından, səhmlərin nominal dəyərlərini üstələyən qiymətlə satılması hesabına;

D) emissiya gəlirləri hesabına;

E) yenidən qiymətləndirmə üzrə əmlakın dəyərinin artımını hesabına.


264. Malsatanlara olan borcun qısamüddətli kredit hesabına ödənilməsi zamanı hansı mühasibat yazılışı verilir?

A) D-t 90 K-t 60;

B) D-t 60 K-t 51;

C) D-t 60 K-t 90;

D) D-t 60 K-t 92;

E) D-t 92 K-t 60.


265. D-t 92 və K-t 52 mühasibat yazılışı aşağıdakıları əks etdirir:

A) valyuta ilə uzunmüddətli bank kreditlərinin alınmasını;

B) hesablaşma hesabına uzunmüddətli bank kreditlərinin alınmasını;

C) valyuta ilə alınmış qısamüddətli bank kreditlərinin qaytarılmasını;

D) hesablaşma hesabından uzunmüddətli bank kreditlərinin qaytarılmasını;

E) valyuta ilə alınmış uzunmüddətli bank kreditlərinin qaytarılmasını.


266. Digər müəssisələrdən alınmış uzunmüddətli borc müəssisənin valyuta hesabına daxil olmuşdur. Bu uçotda hansı yazılışla əks etdirilir?

A) D-t 52 K-t 92;

B) D-t 94 D-t 52;

C) D-t 95 K-t 52;

D) D-t 94 K-t 51;

E) D-t 95 K-t 51.


267. Alınmış qısamüddətli borc hesablaşma hesabından köçürülmüşdür:

A) D-t 94 K-t 51;

B) D-t 95 K-t 51;

C) D-t 94 K-t 56;

D) D-t 52 K-t 95;

E) D-t 52 K-t 95.


268. Hesabat məcburi qaydada kimlərə təqdim olunur?

A) təsisçilərə, statistika orqanlarına, vergi orqanlarına;

B) Dövlət Statistika Komitəsinin rayon şöbələrinə;

C) banklar və maliyyə orqanlarına;

D) iştirakçılara və mülkiyyətçilərə;

E) təsisçilərə, iştirakçılara və vergi orqanlarına.


269. Hesabat ili üzrə tərtib edilmiş illik hesabatda balans maddələri təsdiqlənir?

A) arayışa əsasən;

B) əmlak və öhdəliklərin inventarizasiyasının nəticəsinə əsasən;

C) maddi-məsul şəxslər tərəfindən;

D) uçot sənədlərinə əsasən;

E) uçot registrlərinə əsasən.


270. Mühasibat balansı nəyi əks etdirir?

A) ilin sonuna müəssisənin əmlak və maliyyə vəziyyətini əks etdirən maliyyə hesabatıdır;

B) ilin sonuna müəssisənin borclarının əks etdirən maliyyə hesabatıdır;

C) müəyyən dövrdə müəssisənin maliyyə nəticələrini əks etdirən maliyyə hesabatıdır;

D) müəyyən dövrdə müəssisənin maliyyə vəziyyətini əks etdirən maliyyə hesabatıdır;

E) məhsulun satışından əldə olunan mənfəətin həcmini əks etdirən maliyyə hesabatıdır.


271. Döriyyə vəsaitlərinə (aktivlərinə) aşağıdakılardan hansı aid deyildir?

A) binalar, qurğular, maşın və avadanlıqlar, hesablama texnikası;

B) kassada və bankda olan pul vəsaitləri, tez satılan qiymətli kağızlar;

C) debitor borcları, mal ehtiyyatları, xammal;

D) materiallar, bitməmiş istehsal, hazır məhsullar;

E) gələcək dövrün xərclərinin carı hissəsi, debitor borcları.


272. Əməyin ödəniş formaları hansılardır?

A) vaxtamuzd, işəmuzd, akkord;

B) sadə vaxtamuzd, akkord;

C) birbaşa işəmuzd, akkord;

D) mütərəqqi işəmuzd, akkord;

E) mükafatlı vaxtamuzd, akkord.


273. Hesablaşma hesabı üzrə əməliyyatlar mühasibat uçotunda hansı sənədlərə əsasən əks olunur?

A) bank çıxarışları və pul-hesablaşma sənədləri;

B) qəbul-təhvil aktı, kassa kitabı sənədləri;

C) dövriyyə cədvəli, məxaric orderi sənədləri;

D) kassa kitabı, mədaxil orderi sənədləri;

E) memorial order, dövriyyə orderi sənədləri.


274. Hazır məhsullarınuçotu qarşısında duran vəzifələrə aid deyildir:

A) nəğd və qeyri-nəğd hesablaşmaların vaxtında sənədləşdirilməsi və düzgün əks olunması;

B) hazır məhsulların anbarlarda və digər saxlanma yerlərində saxlanması və hərəkətinin uçotunun düzgün və vaxtında təşkili;

C) məhsulların müəyyən olunmuş həcmi, çeşidi, keyfiyyəti üzrə istehsalına nəzarətin təmin olunması;

D) istehlakçı müəssisələrə müqavilələrə uyğun olaraq məhsulun yüklənməsi, satış öhdəliklərinə nəzarət;

E) məhsul satış nəticələrinin vaxtında və etibarlı müəyyən olunması.


275.Təsərrüfat uçotunda hansı ölçü vahidlərindən istifadə edilir?

A)natural, əmək, pul

B)pul, əmək

C)natural, əmək

D)pul, natural

E)natural, maliyyə



276.Mühasibat uçotunda əsasən hansı ölçü vahidindən istifadə edilir?

A)pul ölçüsü

B)əmək ölçüsü

C)natural ölçüsü

D)maliyyə ölçüsü

E)heç biri düz deyil


277.Aşağıdakılardan hansı dövriyyə kapitalına (aktivlərinə) aiddir?

A)pul vəsaitləri

B)qeyri-maddi aktivlər

C)əsas vəsaitlər

D)bitməmiş istehsal

E)uzunmüddətli maliyyə qoyuluşları


278.Aşağıdakılardan hansı dövriyyədən kənar aktivlərə aiddir?

A)əsas vəsaitlər

B)material dövriyyə vəsaitləri

C)debitor borcları

D)qısamüddətli maliyyə qoyuluşları

E)pul vəsaitləri


279.Kassaya pul vəsaiti daxil olduqda hansı sənəd tərtib olunur?

A)kassa mədaxil orderi

B)memoriol order

C)məxaric orderi

D)çek kitabçası

E)dövriyyə cədvəli


280.Kassadan pul vəsaiti məxaric olduqda hansı sənəd tərtib olunur?

A)kassa məxaric orderi

B)mədaxil orderi

C)memorial order

D)çek kitabçası

E)dövriyyə cədvəli


281.Nağd pul vəsaiti təyinatı üzrə xərclənmədikdə və kassa limitinə riayət edilmədikdə müəssisəyə qarşı kim tərəfindən cərimə sanksiyaları tətbiq edilə bilər?

A)bank tərəfindən

B)mal göndərən tərəfindən

C)istehlakçı tərəfindən

D)yuxarı təşkilat tərəfindən

E)vasitəçi təşkilat tərəfindən


282.Hesabın açılması ilə əlaqədar bankla müəssisə arasında münasibətlər nə ilə rəsmiləşdirilir?

A)iki nüsxədə tərtib edilmiş müqavilə ilə

B)iki nüsxədə tərtib edilmiş Nizamnamə ilə

C)iki nüsxədə tərtib edilmiş Əsasnamə ilə

D)iki nüsxədə tərtib edilmiş təsis müqaviləsi ilə

E)iki nüsxədə tərtib edilmiş qeydiyyat haqqında şəhadətnamə ilə


283. Valyuta hesabının açılması və onda əməliyyatların aparılması qaydaları kim tərəfindən müəyyən olunur?

A)Mərkəzi Bank

B)Maliyyə Nazirliyi

C)İqtisadi İnkişaf Nazirliyi

D)Kənd Təsərrüfatı Nazirliyi

E)Nazirlər Kabineti


284.Hansı sənədlər bank-ödəniş sənədlərinə aiddir?

A)pulun köçürülməsi haqqında elan, ödəmə tapşırıqları və tələbnamələri, çeklər və akkreditivlər

B)kassa mədaxil orderləri, pulun köçürülməsi haqqında elan, ödəmə tapşırıqları

C)kassa mədaxil və məxaric orderləri, ödəmə tələbnamələri, çeklər

D)kassa məxaric orderi, ödəmə tapşırıqları, çeklər və akkreditivlər

E)kassa kitabı, ödəmə tələbnamələri, ödəmə tapşırıqları



285.Müəssisəyə borcu olan digər müəssisə , idarə və təşkilat necə adlanır?

A)debitorlar

B)kreditorlar

C)təhtəlhesab şəxslər

D)mal satan təşkilatın borcu

E)düzgün cavab yoxdur


286.Əsas vəsaitlər ildə neçə dəfə yenidən qiymətləndirilə bilər?

A)ildə bir dəfədən az olmayaraq

B)ildə iki dəfədən az olmayaraq

C)ildə üç dəfədən az olmayaraq

D)iki ildə bir dəfədən az olmayaraq

E)yenidən qiymətləndirilə bilməz


287.Aşağıdakılardan hansı istehsalata məsrəflərin uçotu qarşısında duran vəzifələrdən biri deyildir?

A)istehsal ehtiyatlarının saxlanmasına və hərəkətinə nəzarət

B)istehsal olunmuş məhsulların (işlərin, xidmətlərin) miqdar, məbləğ, çeşidinin uçotu və onların yerinə yetirilməsi üzərində nəzarət

C)məhsul istehsalına sərf olunmuş faktiki məsrəflərin uçotu və xammal, material, əmək və digər ehtiyatların istifadə olunmasına nəzarət

D)məhsulun maya dəyərinin kalkulyasiyası və plan üzrə müəyyən olunmuş maya dəyəri planının yerinə yetirilməsinə nəzarət

E)məhsulun maya dəyərinin aşağı salınması ilə əlaqədar ehtiyatların müəyyən olunması


288.İstehsal maya dəyəri və kommersiya (satış) xərcləri ilə birlikdə hansı xərcləri əmələ gətirir?

A)tam maya dəyərini

B)sex maya dəyərini

C)normativ maya dəyərini

D)plan maya dəyərini

E)qısaldılmış maya dəyərini


289.Neçə cür mühasibat yazılışı vardır?

A)sadə və mürəkkəb

B)fərdi və geniş

C)aktiv və passiv

D)xüsusi və ümumi

E)ilk və son


290. Təhtəlhesab məbləğin qalığı valyuta hesabına verildikdə.

A) DT52 KT71

B) DT52 KT50

C) DT50 KT52

D) DT52 KT75

E) DT75 KT52


291. Akkreditivlər nədir.

A) qiymətli kağızlar

B)çek kitabçasıdır

C)abunə iştirakçılarının depozitləridir

D)əmanət sertifikatlarıdır

E)banklardakı sair hesablardır.


292. Kreditlər neçə növə bölünür

A) 2


B) 1

C) 3


D) 4

E) 5
293. Maliyyə nəticələri ilə müəyyən olunan mənfəət və zərər müəssisənin maliyyə-təsərrüfat fəaliyyətində hansı mərhələlərdən əmələ gəlir.

A) hamısı

B) müəssisənin bilavasitə yerinə yetirdiyi cari fəaliyyətdən, yəni məhsul satışı, işlərin və xidmətlərin yerinə yetirilməsindən yaranmış nəticə (mənfəət və zərər)

C) əsas vəsaitlərin və digər aktivlərin satışından maliyyə nəticəsi

D) Satışla əlaqədar olmayan maliyyə- təsərrüfat əməliyyatlarından mənfəət və zərərlər

E) Mənfəətdən büdcəyə ödəmələr üzrə xərclər
294. Məhsulun (iş və xidmətlərin) satışından əldə edilən mənfəət hansı mühasibat yazılışı ilə əks etdirilir

A) DT 46 Kt88

B) DT 47 Kt80

C) DT 80 Kt88

D) DT 88 Kt46

E) DT 48 Kt80


295. Mühasibat hesabatı qarşısında hansı vəzifələr qoyulmuşdur:

A) hamısı;

B) hesabat bazar iqtisadiyyatının və beynəlxalq standartların tələblərinə cavab verməklə ona uyğun qurulmalıdır;

C) hesabat göstəriciləri etibarlı, ardıcıl, müqayisə olunan və düzgün olmalıdır;

D) hesabat sadə anlaşılan olmaqla müəyyən olunmuş vaxtda tərtib olunmalıdır;

E) hesabat təyinatlara uyğun olaraq təqdim olunmalıdır.


296. Aşağıda göstərilənlərdən hansı dövlət vergilərinə aiddir:

A) hamısı;

B) fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi;

C) əlaqə dəyər vergisi, aksizlər;

D) hüquqi şəxslərin əmlak vergisi, hüquqi şəxslərin torpaq vergisi;

E) yol vergisi, mədən vergisi, sadələşdirilmiş vergi.


297. Aşağıda göstərilənlərdən hansı yerli vergilərə aid deyildir:

A) əlavə dəyər vergisi;

B) fiziki şəxslərin torpaq vergisi;

C) fiziki şəxslərin əmlak vergisi;

D) yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;

E) bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.


298. Mənfəət vergisinin ödəyiciləri kimlərdir:

A) müstəqil balansa malik olan, hüquqi şəxs sayılan müəssisələr;

B) təsərrüfat və kommersiya fəaliyyəti ilə məşğul olan beynəlxalq qeyri hökumət təşkilatları, kommersiya bankları, sığorta təşkilatları, səhmdar cəmiyyətləri;

C) qeyri sahibkarlıq fəaliyyəti ilə məşğul olan xeyriyyə təşkilatları, mərkəzi bank;

D) Azərbaycan Respublikası, Neft fondu;

E) heç biri.


299. ƏDV-nin əsas ödəyiciləri kimlər hesab olunur:

A) satıcılar;

B) alıcılar;

C) anbardarlar;

D) təhsil işçiləri;

E) heç biri.


300. Azərbaycan Respublikasında hansı mallar, işlər, xidmətlər əlavə dəyər vergisini ödəməkdən azaddır:

A) hamısı;

B) özəlləşdirmə qaydasında dövlət müəssisələrində satın alınan əmlakın dəyəri, habelə dövlət mülkiyyəti əsasında yaradılmış icra müəssisələrindən icra haqqı;

C) sığorta və yenidən sığorta əməliyyatları, borcların verilməsi və keçirilməsi, pul əmanətləri, hesablaşma, cari və digər hesablar üzrə aparılan əməliyyatlar;

D) poçt markalarının markalanmış zərflərin lotareya biletlərinin satışı;

E) qanuni tədiyyə vəsaitləri olan valyutanın, pulların, habelə qiymətli kağızların tədavülü ilə bağlı əməliyyatlar və s.


301.Uçotun ilk sistemləşdirilməsi kim tərəfindən həyata keçirilmişdir?

A)Luka Paçoli

B)A.Di.Pietro

C)D.A.Masketti

D)Lyudoviko Flori

E)Aleksandr Duma



302.Luka Paçolinin hansı əsəri ilə uçot yazılışlarının mahiyyətini aça bilmişdir?

A)"Hesab məbləği, həndəsə, bərabərlik və münasibətılər elmi haqqında" əsərinin "Hesablar və yazılışlar haqda traktat" adlı bölməsində

B)"Hesab məbləği" əsərində

C)"Həndəsə" əsərində

D)"Münasibətlər elmi haqqında" əsərində

E)cavabların heç biri düzgün deyil


303.Mühasibat uçotu bir iqtisadi elm olmaqla ilk dəfə kimin əsərlərində qeyd olunmuşdur?

A)L.Paçoli və B.Kotruli

B)A.Di.Pietro

C)D.A.Masketti

D)Lyodoviko Flori

E)Aleksandr Düma


304.Harada mühasibat uçotu məktəbinin təsiri ilə mühasibat uçotunda bir sıra terminlər - balans, kalkulyasiya, debet, kredit sözləri geniş istifadə olunmağa başlamışdır?

A)İtaliyada

B)Fransada

C)ABŞ-da


D)İngiltərədə

E)Almaniyada


305.İtaliyada mühasibat uçotunun inkişafında böyük təsiredici hal nə hesab edilirdi?

A)uçotun ikili xarakteri

B)mühasibat balansı

C)kalkulyasiya

D)debet və kredit

E)düzgün cavab yoxdur


306.İkili yazılış sistemi neçənci əsrdə yaranmışdır?

A)XIII-XIV əsrdə

B)XII əsrdə

C)XIV-XV əsrdə

D)XVI əsrdə

E)XVI-XVII əsrdə


307.Azərbaycanda uçotun qurulması və inkişafında kimin xüsusi xidmətləri olmuşdur?

A)Ə.Fərəcovun

B)F.Mərdanovun

C)M.Əfəndizadənin

D)M.Seyidovun

E)Ə.Hüseynzadənin


308.Aşağıdakılardan biri operativ uçot üçün xarakterik deyildir?

A)bütün əməliyyatlar tam və ardıcıl olaraq yalnız sənədlər əsasında həyata keçirilir

B)uçot müəssisə, istehsal sahələri, sexlərin fəaliyyətinə gündəlik rəhbərlikdə istifadə edilir

C)uçot bir qayda olaraq tələb olunduğu halda aparılır

D)uçotda informasiyanın istənilən vaxtda hazırlanıb təqdim olunması həyata keçirilir

E)uçotda informasiya şifahı formada, telefon, teleqraf və teletaurla verilir


309.Müəssisələrin. istehsal sahələrinin, sexlərin fəaliyyətinə gündəlik rəhbərlikdə hansı uçot növündən istifadə edilir?

A)operativ uçotdan

B)statistik uçotdan

C)mühasibat uçotundan

D)maliyyə uçotundan

E)heç birindən


310.İqtisadiyyatın, elmin, təhsilin müxtəlif sahələrində baç verən hadisə və prosesləri, əməliyyatları öyrənən uçot hansıdır?

A)statistika uçotu

B)operativ uçot

C)mühasibat uçotu

D)maliyyə uçotu

E)fərdi uçot


311.Maliyyə-təsərrüfat nəticələrinə dair ətraf mühitin vəziyyətinə əhəmiyyətli təsir göstərən informasiyaları formalaşdırmaq hansı uçotun məqsədi hesab edilir?

A)ekoloji uçotun

B)operativ uçotun

C)mühasibat uçotun

D)statistik uçotun

E)sosial uçot


312. İqtisadi subyektin sosial fəaliyyətinin öyrənilməsi və onun üzərində nəzarətin aparılmasını izləmək sistemini özündə əks etdirən uçot hansı uçotdur?

A)ictimai (sosial) uçot

B)ekoloji uçot

C)operativ uçot

D)mühasibat uçot

E)statistik uçot



313.Təsərrüfat uçotunda istifadə edilən natural ölçünü xarakterizə edən fikirlərdən biri səhvdir?

A)natural ölçü dəyər ifadəsində ölçüdür

B)natural ölçü uçota alınan obyektin natural ifadədə ölçülməsi ilə xarakterizə olunur

C)obyektin fiziki xüsusiyyətindən asılı olaraq bu ölçü m., kq, litr, kilovat-saat və s. ola bilər

D)natural ölçüdə əmlakın - əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, materialların və s.nin hərəkəti və istifadəsi əks etdirilir

E)natural ölçülər ancaq eyni növlü əşyaları xarakterizə etmək üçün istifadə olunur


314.Aşağıdakılardan hansı natural ölçü vahididir?

A)ton


B)manat

C)iş saatı

D)xarici valyuta

E)düzgün cavab yoxdur


315.Əmtəə-material ehtiyatlarının miqdarı üzrə əsas etibarilə hansı ölçü vahidindən istifadə edilir?

A)natural ölçü

B)əmək ölçüsü

C)dəyər ölçüsü

D)düzgün cavab yoxdur

E)bütün cavablar düzdür


316.Müəssisə işçilərinin əmək haqqı və onların əmək məhsuldarlığı hansı ölçü vahidilə hesablanır?

A)əmək ölçüsü

B)natural ölçü

C)pul ölçüsü

D)düzgün cavab yoxdur

E)bütün cavablar düzdür


317.Aşağıdakılardan hansı əmək ölçü vahididir?

A)iş saatı

B)ton

C)manat


D)xarici valyuta

E)düzgün cavab yoxdur


318. Vaxt vahidində ifadə olunan iş vaxt məsrəflərinin miqdarını hesablamaq üçün istifadə olunan ölçü vahidi hansıdır?

A)əmək ölçüsü

B)natural ölçü

C)dəyər ölçüsü

D)kəmiyyət ölçüsü

E)düzgün cavab yoxdur


319.Mühasibat uçotunda əsasən hansı ölçü vahidindən istifadə edilir?

A)pul ölçüsü

B)əmək ölçüsü

C)natural ölçüsü

D)maliyyə ölçüsü

E)heç biri düz deyil


320.Hazır məhsulun maya dəyəri, müəssisə vəsaitlərinin miqdarı və s. hansı ölçü vahidi ilə müəyyən edilir?

A)pul ölçüsü

B)əmək ölçüsü

C)natural ölçüsü

D)maliyyə ölçüsü

E)heç biri düz deyil


321.Aşağıdakılardan hansı pul ölçü vahididir?

A)manat


B)maaş

C)mükafat

D)ton

E)iş saatı


322.Uçotun qarşısında qoyulan tələblərdən hansı düzgün rəhbərlik etməyi və müəssisənin fəaliyyətinə nəzarəti həyata keçirməyi, əmlakın qorunmasının təmin olunmasını nəzərdə tutur?

A)uçotun dəqiq və obyektiv olması

B)uçotun tam olması

C)uçotun sadə və aydın olması

D)uçotun qənaətli olması

E)uçotun vaxtlı-vaxtında və obyektiv olması


Yüklə 156,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə