Muhasibat uçotunun obyektləri



Yüklə 21,59 Kb.
səhifə1/4
tarix15.04.2022
ölçüsü21,59 Kb.
#85515
  1   2   3   4
mühasibat uçotu


Muhasibat uçotunun obyektləri,prinsipləri ve metodları

Muhasibat ucotu əmlak haqda informasiyalari pul ifadəsində musahidə edən,toplayan ve umumiləşdirən,təşkilatın öhdəliklərini,onlarin hərəkətini və bütün təsərrüfat əməliyyatlarını tam sənədlə uçota alan sistemdir.Mühasibat uçotu prinsipləri, sistemi və standartları daima tək­mil­ləş­di­rilməklə, bazar iqtisadiyyatının forma­laş­masında «sahibkarlıq dili» vəzifəsini ye­rinə yetir­mək­lə, idarəetmədə mühüm rol oynayır. Mühasibat uçotu ida­­rə­et­mə­də mühüm vasitə olmaqla yanaşı planlaş­dır­ma­da, müəssisə təsərrüfat-ma­liyyə fəaliyyətinin tənzim­lən­məsində, istehsalın daha yüksək səviyyədə təşkil olun­masında əsaslı rol oynayır. Azərbaycan Respublikasında mühasibat uçotunun tənzimlənməsi, he­sab­la­rın tərtib olunması və mühasibat informasiyalarının düzgün, eti­bar­lı ol­ma­sı dövlət tərə­fin­dən qəbul olunmuş qanunla idarə olunur. Həmin sə­nəd­lər sistemində «Mühasibat uçotu haqqında» Azər­bay­can Respublikasının 24 mart 1995-ci il qanunu, Ma­liy­yə Na­zir­liyinin «Müəs­si­sələrin mühasibat uçotunun he­sablar Pla­nı və onun tətbiqinə dair 01 yan­var 1996-cı il Təli­matı», «Müəs­sislərin uçot siyasəti haqqında» 23 yan­­var 1997-ci il Əsasnaməsi və mühasibat uçotunun təşkilinə aid olan di­gər qanunlar və normativ aktlar aid­dir.Mühasibat uço­tu­nun əsas prinsip­lə­ri aşağıdakı qaydada müəyyən olun­muşdur: 1)mühasibat uçotunun fasiləsizliyi - yəni müəs­si­sə­nin yarandığı gün­dən ləğv edilddiyi günədək bü­tün fə­a­liy­yəti dövründə mühasibat uço­tu­nun fa­si­ləsiz həyata ke­çirilməsi, ləğv etmə zamanı mü­ha­sibat uço­tu­nun xü­su­si qaydasının tətbiq olun­ması;2)mühasibat uçotu hesablarının tətbiqi - yəni müəs­si­­sə əmlakının, öhdəçiliyinin hərəkəti üzrə bütün tə­sər­rü­fat əməliyyatlarını, gəlir və xərc­lə­rə, mən­fəət və zərəri və bu kimi bütün başqa gös­təri­ci­lə­ri­nin yarandığı vaxt­da da mühasibat hesabla­rın­da ikili yazılış üsulu ilə heç bir is­tisnaya yol ver­mə­dən düzgün əks etdirilməsi;3)təsərrüfat əməliyyatlarının iqtisadi məzmununun mə­naca onun qa­lan bütün əlamətlərindən üstün­lü­yünün təminatı: - müəssisənin ilkin uçot sənəd­lə­rində məzmunu qeyd olunan təsərrüfat əməliy­yatlarını uçot və hesabatda əks etdirən zaman onun iqtisadi məzmununun mənaca qalan bütün əlamətlərindən üstünlüyünün təmin edil­mə­si və onların uçotu siyasətində kommersiya sirri kimi qo­ru­nub saxlanması;4)təsərrüfat fəaliyyətində ehtiyatlılığın təminatı: - mü­­­­əs­sisənin maliyyə nəti­cələrini formalaşdıran zaman po­tensial zərərin, yaxud öhdəliyin son də­rəcə mənfəət və ya aktivə çevrilərək uçot və he­sa­batda əksini tapması üçün böyük hazırlıq işlərinin ehtiyatlılığının təmin edil­mə­si;5)qiymətləndirmənin təminatı: - müəssisənin bütün dövriyyə və döv­riy­­yədənkənar aktivlərini, öhdə­lik­lərini və digər sərvətlərini ilkin və bərpa də­yəri ilə qiy­mət­lən­di­ril­ərək bazar qiymətlərinə uyğun­laş­dırılması.Mühasibat uçotunun göstərilən prinsiplərinə uyğun olaraq, onun me­todu və predmeti müəyyənləşdirilmişdir.Mühasibat uçotunun predmeti müəssisənin möv­cud olan əmlakı, onun hə­rəkəti, əmələ gəlmə mənbəələri və formalaşmasını əhatə edir. Buna uyğun ola­raq müha­si­bat uçotu bir iqtisadi elm olmaqla, onun ümumi şə­kil­də pred­meti istehsal münasibətlərini əks etdirməklə məz­mu­nunu müəyyən edir.Müəssisələr təsərrüfat fəaliyyətini həyata keçirmək üçün əsas fond­la­ra, döv­riyyə vəsaitlərinə və digər əşya­lara malik olur. Təsərrüfat fəaliyyəti ilə əla­qədar müəs­si­sə materiallar, əsas vəsaitlər, qeyri-maddi aktivlər alır, on­lardan istifadə edir, istehsal prosesinə xərc çəkir, məh­sul istehsal edir, onu satır, sa­tış­dan pul vəsaiti və mən­fə­ət əldə edir. Beləliklə, müəssisə və­sait­ləri, onların əmə­lə gəl­mə mənbələri, hər bir müəssisədə baş verən tə­sər­rüfat prosesləri zamanı yaranan təsərrüfat əməliyyatları mü­ha­sibat uço­tunun obyektləri hesab olunur.Mühasibat uçotu obyektləri sırasında tədavül fond­ları xüsusi yer tu­tur. Tədavül fondlarına dövriyyədə olan pul vəsaitləri, bankdakı pul və­sait­ləri, müəssisə an­ba­rın­da satış üçün istehsal olunmuş hazır məh­sul­lar və alı­cı­la­ra yüklənmiş mallar aiddir.Mühasibat uçotunun metodu onun araşdırılması və öyrənilməsi qay­da­larıdır. Elmi araşdırmalarda metod ter­­mini öyrəniləcək əşyanın təmi­na­tını araşdırmaq üçün müxtəlif üsul və prinsiplərdən istifadə olunmasını nə­zər­də tutur. Mühasibat uçotunun metodu öz predmetinin hansı üsullar və prinsiplər vasitəsilə öyrənilməsini yerinə yetirir.Mühasibat uçotunun metodu onun icra fəaliy­yə­tin­də mühüm əhə­miy­­yətə malik olan ünsürləri vasitəsilə ye­rinə yetirilir. Bu ünsürlər sə­nəd­ləş­­mə və invertarlaşmadan, qiymət və kalkulyasiyadan, hesablar sis­te­min­dən, ikitə­rəf­li yazılış, mühasibat balansı və hesabatdan ibarətdir.Sənədləşdirmə - təsərrüfat əməliyyatının müəyyən sə­­nədlərlə əmə­liy­ya­tın ic­ra olunduğu yerdə rəsmiy­yətə salınmasıdır. Mühasibat uçotunda sənədləşmə ən vacib əməliyyatlardan biri olmaqla, icra olunan təsərrüfat əmə­­liyyatları üzə­rində müşahidəni təmin edir. Sənəd­ləş­mə müəssisədə icra olunan təsərrüfat əməliyyatlarının hü­quqi şəkildə yazılı icra olun­ma­sı­dır. İstehsalat, ma­liy­yə və tə­sərrüfat əməliyyatlarının sənədlərlə rəs­miy­yə­tə sa­lınması sənədləşdirmə adlanır.Hər bir təsər­rü­fat əməliyyatı üz­rə tərtib olun­muş sənədlər əsasında məlumatlar sistemi yaranır və bu isə nəticə olaraq cəm­lən­miş informasiyaların tərtib olunmasına şərait ya­ra­dır. Hər bir mühasibat uçotu sənədində əks olunmuş gös­tə­ricilər sistemi onun rekvizitləri (sənədin nömrəsi, tarixi, əməliyyatın məzmunu və sair) ad­lanır. İlkin sənədlər tə­sə­rrüfat əməliyyatlarının və onların aparılmasını təs­diq edən yazılı şəhadətnamədir.Tərtib olunmuş bütün ilkin sənədlər özündə aşa­ğı­dakı zəruri rek­vi­zit­lə­ri əks etdirməlidir: sənədin adı, nöm­rəsi, kodu, tərtib edilmə yeri və ta­ri­xi, sənəd tərtib edilən müəssisənin adı, təsərrüfat əməliyyatlarının məz­mu­­nu və ölçüləri (natural və pul ifadəsində), təsərrüfat əmə­liy­yat­la­rının baş verməsi, tamam­lan­ması və onun rəs­miləş­di­ril­mə­sinin düzgünlüyü üçün məsul şəxslərin və­zifələri, so­y­adı, adı, atasının adı, şəxsi imzaları və baş­qa göstəricilər əks olunmalıdır.Pul və hesablaşma sənədlərini, maliyyə və kredit öhdəliklərini müəs­si­­sənin rəhbərinin təsdiq etdiyi si­ya­hı­ya əsasən imza etmək hüququ olan ən azı iki şəxs imza­la­malıdır. Birinci imza müəsisədə ümumi rəhbərlik funk­siyasını icra edən şəxsə mənsub olur.Mühasibat uçotunda əks etdirilməsi zəruri olan uço­t­da qəbul olun­muş ilkin sənədlərdəki məlumatlar Azər­baycan Respublikasının Maliyyə Nazirliyi tərə­fin­dən təklif edilmiş, yaxud nazirlik və baş idarələr tərə­fin­dən ümumi prinsiplərə riayət edilməklə işlənib hazır­lan­mış uçot re­gistrlərində yığılır və sistemləşdirilir. Müəssisə tərəfindən müəyyən dövr ərzində aparılmış təsərrüfat əməliyyatları haqqında məlumatlar uçot registrlərindən qruplaşdırılmış şəkildə mühasibat uçotu hesablarına kö­çü­rülür.
Yüklə 21,59 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə