Muhasibat uçotunun obyektləri


Hesablar sistemi və ikitərəfli yazılış



Yüklə 21,59 Kb.
səhifə4/4
tarix15.04.2022
ölçüsü21,59 Kb.
#85515
1   2   3   4
mühasibat uçotu

Hesablar sistemi və ikitərəfli yazılış.Mü­ha­si­bat uçotunun təsərrüfat əmə­liy­yatlarının informasiya sis­­temi əsas elementlərindən biri mühasibat hesab­ları he­sab olunur. Hesablar sistemi vasitəsilə mühasibat uço­tun­da əks olunmuş əməliyyatlar iqtisadi cəhətdən qrup­laş­dırılır. Mü­ha­sibat hesabları təsərrüfat əmə­liy­­yat­la­rı­nın ifadə olunduğu mə­lumat­ları ümu­miləşdirir və on­la­rın yekun­laş­masına şərait yaradır.Mühasibat balansı və hesabat.Mühasibat uçotu ün­sür­ləri içərisində mü­ha­si­bat balansı və hesabat mühüm yer tutur. Mühasibat balansında müəs­sisənin özünə­məx­sus və cəlb olunmuş vəsaitlərinin iqtisadi cəhətdən qrup­laş­dırılması, onların yerləşdirilməsi və pul şəklində ifa­də­si bir qayda olaraq hər ayın 1-i tarixində əks olunur.Balansda bütün təsərrüfat vəsaitlərinin ümumi ye­ku­nu həmin vəsait­lə­rin əmələ gəlmə mənbələrinin ye­ku­nu­na bərabər olmalıdır. Beləliklə, müəsssə balansı müəs­sisənin təsərrüfat vəsaitinin və onların istifadə edil­mə­si üzərində nəzarətin həyata keçirilməsinə imkan verir.Müəssisə və idarələrin mühasibat hesabatı müəyyən dövr üçün (ay, rüb, il) istehsalat-təsərrüfat və maliyyə fəa­­liyyətini xarakterizə edən gös­tə­ricilər sistemidir.Mühasibat uçotunun bütün göstərilən metodoloji prinsip və qaydaları bir-birilə sıx surətdə əlaqədardır.Göstərilən prinsiplərin icrası ilə mühasi­bat uçotunda fasiləsiz, ardıcıl və sənədlər əsasında təsər­rüfat-ma­liy­yə əməliyyatları pul, miqdar və əmək ölçü­lə­ri­nə uyğun olaraq ümu­mi­ləşdirilmiş formada əks olunur
Yüklə 21,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə