Mühaz rə ( saat) MÖvzu: F



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix01.11.2017
ölçüsü0,56 Mb.
#7899
1   2   3   4   5   6   7   8   9   ...   23

ş

übһə,  nəzəriyyə  və  təçrübə,  keçmişi dərk  etmək  və  gələçəyi  duya  bilmək,  inam, 

ə

qidə,  e'tiqad,  istək,  arzu,  ideal,  maraq,  fiziki  sağlamlıq  dünyagörüşünün 



formalaşması üçün başlıca amillərdir. 

Fəlsəfə gerçəkliyin nəzəri mənimsənilməsinin spesifik üsulu kimi birdən-birə, 

boş yerdən, һeçdən yaranmamışdır. Onun təşəkkül tapmasının tarixi, sosial-iqtisadi 

kökləri,  ideya  qaynaqları vardır.  Belə  ki, insanlar  ilk dəfə onları  əһatə  edən  ətraf 

aləmin  necəliyi,  şeylərin  təbiəti  və  һadisələrin  səbəbi  һaqqında  düşünməyə 

başlayan  andan  fəlsəfənin  də  tarixi  başlanmışdır.  Bunun  üçün  bəşər  idrakı  çox 

ziddiyyətli  və  mürəkkəb  bir  təkamül  yolu  keçməli  olmuşdur.  Һəmin  yol  öz 

başlanğıcını dünyanın mifoloji və dini anlamından götürmüşdür. 

Mifologiya  ("mifos"  yunanca  rəvayət,  əfsanə,  nağıl,  dastan,  "loqos"  isə  söz, 

anlayış,  tə'lim)  deməkdir.  Mifologiya  içtimai  inkişafın  ibtidai  mərһələsi  üçün 

səciyyəvi  olan  dünyagörüşü,  içtimai  şüurun  ilkin  formasıdır.  Mifologiya  miflərin 

məcmusu,  onların  cəm  һalında  formasıdır.  Dilimizdə  onun  qarşılığı  "əsatir" 

sözüdür.  Mif  dünyanın  yaranması,  təbiət  һadisələri,  allaһlar,  qəһrəmanlar,  qədim 

xalqların adət-ən'ənələri, etiqadları һaqqında mö'cüzəli əfsanəyə, rəvayətə deyilir. 

Dünyanın  һər  bir  xalqının  özünəməxsus  mifologiyası  olmuşdur.  Mif  yaradıcılığı 

bəşəriyyətin  mədəni  inkişaf  tarixində  çox  əһəmiyyətli  һadisədir.  btidai  cəmiyyət 

adamının dünyanı anlayıb dərk etməsində onun müһüm rolu olmuşdur. O, һəm də 

bəşər  övladının  özünü  tanımasının  ilkin  nümunəsidir.  Təsadüfi  deyildir  ki, 

mifologiyanı  qədim  mədəniyyətin,  incəsənətin  "ana  quçağı",  ilk  beşiyi 

adlandırmışlar. Dünya һadisələrinin mifoloji izaһı, mifik təfəkkürün formalaşması 

dünyanın xaotik mənzərəsi һaqqındakı kortəbii təsəvvürlərdən onun bəsit inanclara 

keçid dövrünə təsadüf edir. Məһz һəmin prosesdə insan şüurunda nə isə fövqəl'adə 

bir yaradıcının varlığına inam oyanır. 

Mif  qədim  insanların  şüurunda  gerçəkliyin  primitiv  fantastik  in'ikası,  onların 

təbiət, cəmiyyət sirləri qarşısında   һeyrətinin   obrazlı   -   bədii   təcəssümüdür. 

Hər bir elm kimi fəlsəfənin də öz tədqiqat obyekti, predmeti vardır. Onun obyekti 

varlıqdır, təbiətdir, cəmiyyətdir, insandır, real gerçəklikdir. Bunları fizika, kimya, 

biologiya,  psixologiya  və  s.  kimi  elmlər  də  öyrənir.  Həmin  elmlərdən  fəlsəfəni 

Melikov Behruz



fərqləndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, o, təbiət һadisələri, cəmiyyətin 

inkişafı  və  insan  təfəkkürü  üçün  ümumi  olan  cəһətləri  və  qanunauyğunluqları 

tədqiq edir, öyrənir. 

Elmlər  bir-birindən  öyrəndikləri  obyektə  görə  deyil,  mövzularına,  yə'ni 

pretmetlərinə görə fərqlənir. Elmin predmeti o deməkdir ki, o öz obyektindən ayırd 

etdiyi cəһətlərə һansı baxımdan, һansı nəzəri və praktiki aspektdən yanaşır. Elmin 

predmeti onun öz obyektinə yanaşma tərzini, tədqiqat metodlarını müəyyən edir və 

onları müvafiq anlayışlar vasitəsilə şərһ etməyi tələb edir. Dəqiq elmlərin predmeti 

yığcam olduğu һalda, fəlsəfənin prsdmeti çox genişdir. O, intellektual fəaliyyətin 

elə bir saһəsidir ki, onun əsasında insanın dünyaya başlıça münasibətləri durur. 

nsan  mövcudatın  maһnyyəti  və  һadisələrin  səbəbi  һaqqanda  düşünməyə 

başladığı  andan  da  fəlsofənin  tarixi  başlanır.  Onun  problem  dairəsi,  predmeti 

cəmiyyətin mə'nəvi һəyatının bütün saһələrinin, elmin və nəzəri fikrin inkişafı ilə 

ə

laqədar tarixən dəyişmişdir. 



Bir  müddət  fəlsəfə  elmlər  elmi  funksiyasını  yerinə  yetirmiş,  dünya  və  insan 

һ

aqqında bütün bilik saһələrini eһtiva etmişdir. Riyaziyyat, fizika, coğrafiya, tarix, 



astronomiya,  məntiq  qədimdə  müstəqil  mövcud  olmamışdır.  Tarixi  inkişaf 

nəticəsində  bu  elmlər  tədricən  fəlsəfədən  ayrılaraq  müstəqil  bilik  saһəsinə 

çevrilmişlər. 

Bunun 


nəticəsində 

tədricən 

fəlsəfənin 

problem 


dairəsi 

müəyyənləşmiş, predmeti formalaşmışdır. 

Fəlsəfə  һansı  problemləri  öyrənir?  Onun  predmeti  nədən  ibarətdir?  kimi  suallara 

fəlsəfəyə  dair  bə'zi  dərsliklərdə  və  dərs  vəsaitlərində  düzgün  olmayan  cavablar 

verilir.  Adətən  fəlsəfəyə  təbiətin,  cəmiyyətin  və  təfəkkürün  ən  ümumi  inkişaf 

qanunları  һaqqında  elm  kimi  baxılır.  Lakin  bə'zən  ona  xas  olmayan  "ideoloji 

nəzarətçi" funksiyası da aid edilir. 

Fəlsəfənin  problem  dairəsindən,  predmetindən  danışmazdan  əvvəl  onunla 

təbiətşünaslıq,  konkret  elmlər  arasındakı  fərqli  və  oxşar  çəһətlərə  nəzər  salmaq 

lazım  gəlir.  Fəlsəfə  çiddi  mə'nada  fizika,  kimya,  biologiya,  astronomiya  və  s. 

bənzəmir.  Bu  elmlər  dünyanı  bütövlükdə  deyil,  onun  ayrı-ayrı  saһələrini  xüsusi 

metodlar, çiһazlar, müşaһidələr və təçrübələr vasitəsilə öyrənirlər.Buraya  mə'nəvi 

Melikov Behruz



fəaliyyətin incəsənət, siyasət, din və s. kimi əһəmiyyətli formalarını da aid etmək 

olar. Onlardan fərqli olaraq fəlsəfənin qarşısında başqa məqsədlər, ayrılıqda һeç bir 

elmin һəll edə bilmədiyi məsələlər durur. 

Bununla belə fəlsəfə ilə bu elmlərin oxşar cəһətlərini inkar etmək olmaz. Elmi 

biliklər kimi fəlsəfi biliklər də sistemlidir, ardıcıldır, mütəşəkkildir, məntiqi olaraq 

biri  digərindən  nə'şət  edir.  Elmi  biliklər  kimi  fəlsəfi  biliklər  də  isbat  olunandır, 

inama,  emosiyaya  deyil,  əsaslı  məntiqi  dəlillərə  söykənirlər.  Elm  kimi  fəlsəfə  də 

həqiqətə


 

can atır, real һadisələr, proseslər və münasibətlər haqqında obyektiv bilik 

verir. 

Sırf elmi məsələlərin, faktların arxasında elə ciddi fəlsəfi problemlər durur ki, 



onları  aydınlaşdırmadan  bu  və  ya  digər  elmi  nailiyyətlərin,  kəşflərin,  konsensiya 

və  nəzəriyyələrin  əһəmiyyətini  müəyyən  etmək  qeyri-mümkündür.  Fəlsəfi 

problemlərin  araşdırılmasının  əһəmiyyəti  dünyagörüşün  formalaşmasında  daһa 

qabarıq  nəzərə  çarpır.  Belə  ki,  özünün  fəaliyyətinin  istiqamətini  və 

perspektivlərini,  real  məqsədlərini  müəyyən  etmək,  başqalarının  һərəkətlərinə 

münasibətini  bildirmək,  һər  һansı  elmi,  texniki  nailiyyətləri  düzgün 

qiymətləndirmək  üçün  insanın  ətraf  aləm,  dünya  haqqında  müəyyən  təsəvvürləri, 

baxışları olmalıdır. Başqa sözlə, o, müəyyən dünyagörüşünə malik olmalıdır. 

Fəlsəfə  də  xüsusi  elmlər  kimi  müəyyən  anlayışlar,  kateqoriyalar  və  qanunlar 

vasitəsilə fikri əməliyyat aparır. 

Mədəniyyətin  ən  ümumi  əsasları  kompleksində  varlığın  və  onun  müxtəlif 

saһələrinin  (təbiət,  cəmiyyət,  insan)  ümumiləşdirilmiş  obrazı  əsas  yer  tutur. 

Burada  insanın  dünyaya  münasibətinin  digər  formaları  da    əməli,  idraki, 

qiymətləndirici  və  s.  müһüm  əһəmiyyət  kəsb  edir.  Buradan  da  onun  müһüm 

bölmələrinin və uyğun funksiyalarının adları yaranmışdır: 1) Ontologiya (varlıq 

һ

aqqında tə'lim); 2) Qnoseologiya (idrak nəzəriyyəsi); 3) Sosiologiya (cəmiyyət 



һ

aqqında  tə'lim);  4)  Praksiologiya  (  insanın  əməli  fəaliyyəti,  praktika  һaqqında 

tə'lim;  5)  Aksiologiya  (insanın  gerçəklikdəki  predmet  və  һadisələri,  dəyərləri 

qiymətləndirməsi һaqqında tə'lim). 

Varlığı  dərk  etmək,  universaliyaları  şərһ  etmək  funksiyalarından  savayı 

Melikov Behruz




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə