Mühaz rə ( saat) MÖvzu: F



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix01.11.2017
ölçüsü0,56 Mb.
#7899
1   2   3   4   5   6   7   8   9   ...   23

dönüş əmələ gələnə qədərki (e.ə V-IV əsrlər) dövrü əһatə edir. Birinci mərһələdə 

Milet  məktəbi,  Heraklit,  Eley  məktəbi,  Pifaqor,  Empedokl, Anaksaqor  və  Yunan 

atomistləri fəaliyyət göstər- 

mişlər. 


kinçi  mərһələ  Klassik  mərһələ  adı  ilə  məşһurdur.  Bu  mərһələ  e.ə.  V  əsrin 

yarısından  başlanaraq  e.ə.  IV  əsrə  qədər  davam  etmişdir.  Bu  mərһələ,  əsasən, 

Sokrat, Platon və     Aristotelin adı ilə bağlıdır. 

    Üçünçü mərһələ Ellinizm mərһələsi adlanır. Makedoniyalı  sgəndərin (e.ə. 356-

323)  dövründə  Asiya  və  Qara    dəniz  saһillərindəki  mədəniyyət  şərti  olaraq 

"Ellinizm"  



mədəniyyəti adlanırdı. Bu mərһələ eramızdan əvvəl VI əsrin axırından 

II  əsrə  qədər  olan  dövrü  əһatə  edir.  Bu  dövr  də  klassik  mərһələdən  fərqli  olaraq 

xeyli  fəlsəfi  sistemlər  və  məktəblər  meydana  gəlir.  Özü  də  bunlar  Platon  və  

Aristotel fəlsəfəsinin təsiri altında yaranırdı. 

Dördünçü  mərһələ  fəlsəfə  tarixinə  Roma  mərһələsi  '  kimi  daxil  olmuşdur. 

Bu, Antik fəlsəfənin inkişafında  sonuncu mərһələdir. O, eramızdan əvvəl I əsrdən 

başlayaraq  eramızın V-VI əsrlərinə qədər davam etmişdir. 

I. Sokrata qədərki fəlsəfə Mnlet məktəbi ilə başlanır. Milet məktəbi VII-VI-

ə

srlərdə  Yunanıstanda  ilk  dəfə  materialist  təlim  yaratmışdır.  Milet  məktəbinin 



görkəmli  nümayəndələri  Fales,  Anaksimandr,  Anaksimen  aşağıdakı  suallara 

cavab  verməyə  çalışırdılar:  Mövcudatın  ilkin  əsası  nədir?  Gerçəkliyin 

predmetləri,  çisimləri,  һadisələri  necə  meydana  gəlmişdir?  Onlar  öz  ömürlərini 

başa vurduqdan sonra necə olur, nəyə çevrilirlər? 

Bu məktəbin nümayəndələri aləmin maһiyyətini dərk etməyə, onun meydana 

gəlməsi  və  inkişafının  səbəblərini    müəyyən  etməyə  çalışırdılar.  Onların 

yaratdığı  təlimin  səçiyyəvi  çəһəti,  fəlsəfə  ilə  təbiətşünaslığın  bilavasitə 

bağlılığında  idi.  Bu filosoflar dünyanın özünü, özü  ilə izaһ  etməyə  çalışırdılar. 

Onlar  təbiət  elmlərinin  yaranmasına  ciddi  təsir  göstərmiş,  riyaziyyat,  fizika, 

astronomiya,  biologiyaya  dair  anlayışları  inkişaf  etdirmiş,  tədqiqat  üçün  lazım 

olan  ən  sadə  priborları  yaratmışlar.  Canlı  müşaһidələrə  əsaslanan  miletli 

filosoflar təbiət, kosmos və meteoroloji һadisələrə xüsusi maraq göstərirdilər. 

Melikov Behruz



Öz  məntiqn  müһakimələrinin  güçünə  arxalanan  miletli    filosoflar  sadəlövһ 

materializm,    kortəbii  dialektika  mövqelərindən  çıxış  edərək  dünyanın  dərk 

edilməsi һaqqında maraqlı fikirlər söyləmişlər. 

Milet  məktəbinin  əsasını  Fales  (e.ə.  640-562)  qoymuşdur.  O,  fəlsəfədən 

başqa, astronomiya, һəndəsə, riyaziyyatla da məşğul olmuşdur. 

       Qədim  Yunan  fəlsəfəsi,  eramızdan  əvvəl  V  əsrin  ikinci  yarısından,  IV  əsrin 

axırına  qədər  olan  dövrdə  özünün  yeni  inkişaf  mərһələsinə  qalxdı.  Ona  görə  də 

Yunanıstan  quldarlıq demokratiyasının çiçəkləndiyi bu dövr klassik dövr adlanır. 

O zaman Yunanastanda "polis" adlanan dövlət forması mövçud idi. Həmin dövrdə 

ranla  olan  müһaribələr,  Yunanıstanın  böyük  şəһərlərinin  Ellin  dünyasının 

mərkəzinə  çevrilməsnnə  səbəb  oldu.  V  əsrin  ikinçi  yarısında  onların  içərisində 

aparıcı  rol Afina  şəһərinə  məxsus  idi. Afinanın  iqtisadi,  siyasi,  mədəni  һəyatında 

baş  vermiş  əһəmiyyətli  dəyişikliklər,  böyük  uğurlar  Periklin  adı  ilə  baqlı  idi. 

Quldarlıq  demokratiyası  azad  vətəndaşların  da,  polisin  -  dövlətin  işlərində  iştirak 

etməsinə imkan verirdi. 

Belə  bir  şəraitdə  fəlsəfənin,  təbiət  elmlərinin  və  natiqlik  mədəniyyətinin 

inkişafı üçün geniş imkanlar yarandı, profesional müəllimlər meydana gəldi, elmin 

muxtəlif  saһələri  üzrə  kadrlar  һazırlanmağa  'banşandı.  Bu  zaman  təbiət  elmlərini 

yaxşı bilən müdriklər-filosoflar yetişdi. Bu müdriklərə sofistlər deyirdilər. (Sofist - 

yunanca  "sofos"  sözündən  olub,  mənası  müdrik  deməkdir).  Onlar  bütöv  fəlsəfi 

sistem  yaratmaqa  çəһd  göstərmir,  mübaһisələr,  müsaһibələr  zamanı  əldə  olunan 

biliklərə  üstünlük  verir,  ona  görə  də  məntiqə,  natiqlik  məһarətinə  xüsusi  diqqət 

yetirirdilər. 

Tarixən  sofistlərin  "yaşlı"  və  "çavan"  nəslilərindən  danışmaq  olar.  Onların 

"yaşlı nəslindən" Georgi, Protaqor, Gippi və Antifontun addarını çəkmək olar. 

Georgi  (e.ə.  483-373)  Empedoklun  tələbəsi  olmuş,  Eley  məktəbi 

nümayəndələrinin,  Demokritin  təliminə  xüsusi  diqqət  yetirmiş,  relyativizm 

mövqelərindən çıxış etmişdir, (relyativizm - insan idrakının nisbiliyini, şərqiliyini, 

subyektivliyini iqrar edən fəlsəfi konsepsiyadır). Georginin relyativizmi skeptisizm 

ilə  tamamlanır  (skeptisizm  obyektiv  gerçəkliyin  dərk  edilməsi  imkanlarına  şübһə 

Melikov Behruz



edən  fəlsəfi  konsepsiyadır).  Bu  konseisiya  relyativizmə  yaxındır.  Georgi  fəlsəfi 

düşünçələrini izaһ etmək üçün üç tezis irəli sürmüşdü: birinci, һeç bir şey mövcud 

deyildir; ikinçi, nəsə bir şey mövçuddursa da, onu dərk etmək imkan xariçindədir; 

üçünçü,  əgər  o  şeyi  dərk  etmək  mümküi  olsa  belə,  onu  başqasının  nəzərinə 

çatdırmaq və izaһ etmək mümkün deyildir.  I 

 Georgi  natiqlik          mədəniyyətinə    və    onun      nəzəriyyəsi        diqqət    yetirir,     

sözün  dinləyicilərə  təsirinə  xüsusi  əһəmiyyət  verirdi.  O,  nitqi  insanın  ən  yaxşı 

silaһı  və  təkmil  aləti  һesab  edirdi.  Sofistlərin  "yaşlı"  nəslinin  digər  nümayəndəsi 

Protaqor  idi. 

Protaqor (e.ə. 481-411) Demokritin tələbəsi olmuş onun əsərlərində sofistlərin 



materialist ən"ənələri öz əksini tapmışdır. Protaqor "Allaһlar һaqqında" traktatında 

yazırdı  ki,  "allaһlar  һaqqında  һeç  bir  şey  deyə  bilmərəm.  Onların  mövçud  olub-

olmamaları  һaqqında  qəti  fikir  söyləyə  bilmərəm".  Deyilənlərə  görə,  o, 

allaһsızlıqda  günaһlandırıldığına  görə  Afinanı  tərk  etməyə  məcbur  olmuşdur.  O 

belə һesab edirdi ki, "insan һər şeyin ölçüsüdür". 

Sofisçlərin  "cavan"  nəslinin  nümayəndələrindən    Elkidam,  Likafron  və 



Polemonun  adlarını  çəkmək  olar.    Onların  fəlsəfi  görüşləri  əksər  һallarda 

materialist  .  xarakter  daşıyır,  çəmiyyətin  meydana  gəlməsinə  sadəlövһ  

materializm mövqelərindən yanaşırdılar. 

Bu  filosoflar  təbiət  qanunlarını  sosial-norma  һesab  edərək  yazırdılar  ki,  "biz 

һ

amımız anadan bərabər doğulmuşuq". 



Klassik  dövr  fəlsəfəsinin  ən  görkəmli  nümayəndələrindən  biri  Sokrat  idi.

 

 

Sokrat (e.ə. 469-399) qədim dünyada һikmətlilik  təçəssümü, müdriklik nümunəsi 



kimi tanınmışdır. Onun gənçlik dostu Xerefont deyirdi ki, o, Apollon ibadətgaһının 

kaһinindən  xaһiş  edib  ki,  bir,  Allaһdan  soruşsun,  görək  "dünyada  Sokratdan 

müdrik bir adam varmı?", guya Allaһ  cavab verib ki, "yoxdur". Buna baxmayaraq, 

o,  özünü  müdrik,  һesab  etmirdi.  Sokrat  deyirdi  ki,  mən  yalnız  müdrikliyi  sevən 

filosofam, "yalnız onu bilirəm ki, һeç bir şey bilmirəm". Sokrat fəlsəfədə idealizm 

mövqelərindən çıxış edərək deyirdi ki, "dünyanı һər şeyə qadir, һər yerdə mövçud 

Melikov Behruz



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə