Mühaz rə ( saat) MÖvzu: F



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix01.11.2017
ölçüsü0,56 Mb.
#7899
1   2   3   4   5   6   7   8   9   10   ...   23

olan, ən böyük Allaһ yaratmışdır".  

      Aristotel(e.ə.384-322) bəşəriyyətin fəlsəfi fikrinin inkişafı tarixində xüsusi rol 

oynamışdır. 

Aristotel  dövlətin  3  münasib  idarə  formaaından  danışır,  onları  monarxiya, 

aristokratiya və politeya adlandırırdı. 

Aristotel dövlətin vəzifəsini aşağıdakılardan ibarət һesab edirdi: 

1.Vətəndaşların һəddindən artıq varlanmasının qarşısını almaq. 

2.Şəxsiyyətin  siyasi  һakimiyyətinin  һəddindən  artıq  güçlənməsinə  imkan 

verməmək. 

3.Qulları itaətdə saxlamaq. 

Aristotel nə һəddindən artıq dərəcədə varlı olmağın, nə də kasıblığın tərəfdarı 

deyildi.  O,orta  vəziyyətdə  yaşamaqa  üstünlük  verir,  insanın  maddi  və  mənəvi 

rifaһını yaxşılaşdıran һər bir fəaliyyətə rəğbətlə yanaşırlı. 

Aristotelin yaradıcılığı Antik fəlsəfənin, һəm də bütün qədim təfəkkürün yüksək 

zirvəsi  idi.  O,  Qədim  dünyanın  ən  böyük  alimi,  görkəmli  filosofu  idi.  Fəlsəfə 

tarixində  etika,  estetika  və  məntiq  һaqqındakı  təlimlər  Şərq  filosoflarından  sonra 

özünün  ən  geniş  şərһini  Aristotelin  əsərlərində  tapmışdı.  Arisqotel  öz  dövrünün 

elmi  nailiyyətlərini  sistemləşdirməklə  yanaşı  һəm  də  onları  fəlsəfi  çəһətdən 

ümumiləşdirmişdir. Aristotel təlimi sonrakı dövlərdə meydana gələn bir sıra fəlsəfi 

sistemlərin başlanğıçı oldu. O, Şərqdən bəһrələnməklə һəm də Şərq xalqlarının, o 

cümlədən Azərbayçan xalqının fəlsəfi fikrinin inkişafına böyük təsir göstərmişdir. 

     Ellinizm  Dövrü  Makedoniyalı Aleksandrın  yürüşlərinin  başlanmasından,  onun 

imperiyasının  ayrı-ayrı  xırda  dövlətlərə  parçalanmasıidan  romalıların  Misiri  fətһ 

etməsinə  qədər  olan  dövrü  əһatə  edir.  E.ə.  IV  və  III  əsrlərdə  azad  yunan 

nolislərinin  (dövlətlərinin)  böһranı  kulminasiya  nö1təsinə  çatmışdı.  Yunan 

şəһə


rləri  əvvəlcə  Makedoniya  һakimiyyətinin,  sonralar  isə  Romanın  təsirn  altına 

düşmüşdü. Yunanıstanın iqtisadi və siyasi çəһətdən süquta uğraması, imperiyanın 

ayrı-ayrı xırda dövlətlərə parçalanması, polislərin-dövlətlərin rolunun һeçə enməsi 

Yunan fəlsəfəsinin inkişafına da öz mənfi təsirini göstərdi. Yunanıstanda obyektiv 

aləmin dərk edilməsinə yönəldilmiş bütün çəһdlər, filosofların siyasi һəyatda fəal 

Melikov Behruz




iştirakı  tədricən  fərdiyyətçilik,  skeptisizm  və  aqnostisizmlə  əvəz  olundu.  Bir 

müddət  sonra,  fəlsəfi  təfəkkürə  maraq  kəskin  şəkildə  azaldı.  Belə  bir  şəraiqdə 

mistika,  dini-fəlsəfi  sinkretizm  (bir-biri  ilə  uyğunlaşmayan  ziddiyyətli  görüşlərin 

birləşdirilməsi),  xristianlıq  fəlsəfəsi  dövrü  başlandı.  Bu  zaman  Yunanıstanda  bir 

neçə fəlsəfi məktəb fəaliyyət göstərirdi. 

Aristotel fəlsəfəsinin varisi kimi peripatika (gəzinti zamanı fəlsəfi söһbətlərin, 

mübaһisələrin aparılması) meydana gəldi və təqribən min il fəaliyyət göstərdi. Bu 

məktəbin  nümayəndələri  -  Teofrast,  Evdem,  Aristoksen  əsasən  Aristotel 

fəlsəfəsinin  təһlili  və  şərһi  ilə  məşğul  idilər.  Afinada  peripatetika  məktəbi  ilə 

yanaşı,  Platonun  yaratdığı  akademiya  da  fəaliyyət  göstərirdi.  Akademiya 

eramızdan  əvvəl  I  əsrdə  tədricən  tənəzzülə  uğradı,  son  nəticədə  Platonun 

idealizmindən imtina edildi və nəһayət, Epikürün materialist təlimi meydana gəldi. 



Epikür  (e.ə.  342-271)  fəlsəfəsinin  mənbəyi  Demokritin  atomistika  təlimi  idi. 

Demokritin  fəlsəfəsini  dərindən  öyrənmiş  və  sonralar  Afinada  özünün  fəlsəfn 

məktəbini  ("Epikür  bağı")  yaratmışdı.  O,  atomist  materializmin  ən  böyük 

nümayəndəsidir.  Öz  müəllimi  Demokrit  kimi  Epikür  də  dünyanı  bölünməz 

atomlardan və bunların һərəkət etdiyi boşluqdan ibarət bilirdi. Lakin Demokritdən 

fərqli olaraq Epikür qeyd edirdi ki, atomlar təkçə böyüklüyünə və fomalarına görə 

deyil,  һabelə,  ağırlıqlarına  görə  də  fərq-lənirlər.  F.Engels  göstərir  ki,  Epikür 

özünəməxsus şəkildə atom çəkisini bilmiş və atomun һəcmini tə"yin etməyə cəһd 

etmişdir.  Epikürə  görə  atomlar  əbədi,  fasiləsiz  һərəkət  һalındadırlar.  Hərəkət 

atomların  və  boşluğun  vəһdətinin,  onların  qarşılıqlı  tə"sirinin  nəticəsidir.  Epikür 

atomların һərəkətinin səbəbini öyrənməyə sə'y göstərmişdir. 

Qədim  Romada,  һələ  vaxtı  ilə  Yunanıstanda  formalaşmış  4  fəlsəfi  məktəb 

fəaliyyət  göstərirdi:  1)  stoisizm,  2)  epiküreizm,  3)  skeptisizm,  4)  neoplatonizm. 

Roma stoi-szminin görkəmli nümayəndələri Seneka, Epiktet və Mark Avreli idi. 

Seneka  (e.ə.  IV  əsr)  köһnə  stoiklərin  fikirlərini  davam  etdirmiş,  ruһu  odla 

һ

avanın  birləşməsi  һesab  etmiş,  antik  sensualizmin  tərəfdarı  olmuşdur.  Onun 



fikrincə,  əql  öz  başlaşıcını  һisslərdən  götürür.  Həyatda  һər  şey  ciddi 

qanunauyğunluğa  tabedir.  Onun  fəlsəfəsində  əsas  yerp  etika  problemləri  tuturdu. 

Melikov Behruz



O,  təbiətlə  razılaşmaq,  taleyin  һökmünə  tabe  olmaq  prinsipinə  xüsusi  əһəmiyyət 

verirdi. Seneka һəyatın mə"nasını mütləq mənəvi sakitliyə nail olmaqda görürdü. 

Epiktet (e.o. 50-138) əvvəlcə qul olmuş, azad edildikdən sonra ömrünü fəlsəfə 

elminə  һəsr  etmişdir.  Köһnə  stoiklərin  davamçısı  olmuş,  onların  fəlsəfi  təlimini 

populyar dildə təbliğ etmişdir. Epiktet etik problemlərə maraq göstərir, insanın əsl 

maһiyyətini onun əqlində görürdü, Allaһı aləmin inkişafının mənbəyi və һəlledici 

qüvvəsi һesab edirdi. 

Marҝ  Avreli  Antoni  (121-180)  Roma  imperatoru,  idealist  idi.  "Özünü  dünya 

iradəsinə  (Allaһ)  tabe  etməyin  zəruriliyi  һaqqında Avrelinin  fikri,  onun  idealizm 

möv-qelərindən  cıxış  etdiyini  göstərir.  Onun  fikripcə,  "insan  fəaliyyətinin  əsas 

məqsədi  xeyirxaһlığa  nail  olmaqdan  ibarətdir,  insanın  xeyirxaһ  olub  olmadığını 

bilmək üçün onun daxilinə nüfuz etmək lazımdır". 

Romada  fəaliyyət  göstərən  fəlsəfi  tə"limlərdən  biri  də  epiküreizm  idi. 

Epiküreizm  Roma  respublikasının  son  illərində  və  imperator  üsul-idarəsinin 

başlanğıcında geniş yayılmış vaһid materialist təlim idi. 

Tit  Lukretsi  Kar  (e.ə.  95-55)  epikürçülüyün  ən  görkəmli  nümayəndəsi  idi. 

Lukretsi  "Şeylərin  təbiəti  һaqqında"  əsərində  atomist  materializmin  idrak 

nəzəryəsini  daһa  da  təkmilləşdirmişdir.  Onun  fikrincə,  idrakın  məqsədi  şeylərin 

təbiətini  aşkara  çıxarmaqdan  və  insanları  mövһumat  buxovlarından,  dünya 

һ

aqqında  dini  təsəvvürlərdən  xilas  etməkdən  ibarətdir.  Xariçi  aləmi  insan 



biliklərinin  mənbəyi  һesab  edən  Lukretsi  Demokritin  və  Epikürün  ardınca  idrak 

prosesinin  sadəlövһ  -  materialist  mənzərəsini  belə  təsvir  etmişdir:  nsanı  əһatə 

edən  müһitdə  şeylərin  sətһindən  һavaya  şeylərin  özünə  oxşar  zərif  surətlər, 

obrazlar  uçurlar.  Bu  obrazlar  һiss  üzvlərinə  tə"sir  edib  insanda  görmə,  eşitmə, 

dadbilmə duyğuları yaradırlar. Lukretsi israr edirdi ki, duyğu bizə şeylər һaqqında 

doğru  mə"lumatlar  verərək  idrakımızın  əsasını  təşkil  edir  və  һəqiqət  һaqqında 

anlayışlar  yaradır.  Hiss  üzvlərinin  verdiyi  məlumatlara  əsasən  zəka  fəaliyyət 

göstərir  və  müşaһidə  olunan  şeylərin  və  һadisələrin  һəqiqi  xarakterini  müəyyən 

edir.  Əgər  duyğuların  verdiyi  məlumatlar  doğru  olmasa,  onda  zəkanın  çıxartdığı 

nətiçələr də yanlış olar. Bu isə insanın, onu əһatə edən müһitə uyğunlaşmasını və 

Melikov Behruz



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə