Mühazir Giriş. Fənnin məzmunu və onun həll etdiyi əsas məsələlər. Geofizikanın üsulları və modifikasiyaları Sual 1-2



Yüklə 25,75 Kb.
səhifə7/9
tarix28.01.2023
ölçüsü25,75 Kb.
#99562
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
546.Geofizikanın əsasları-1

Mühazirə 4. Karotaj üsulları
Sual 22,23. Elektrik karotajı və onun modifikasiyaları:
Elektrik karotajı üsulu süxurların elektrik xüsusiyyətlərinin öyrənilməsinə əsaslanır. Bu üsulun bir sıra növləri mövcüddur:
1) Standart elektrik karotajı - karotajın bu növünə fərz olunan xüsusi müqavimət və quyu potensialı üsulları daxildir.
Quyu potensialı üsulu süxurların təbii elektrik xüsusiyyətlərinin öyrənilməsinə əsaslanır. QP-nin vahidi 1 milli voltdur. Bu potensial quyuda yaranan 2 növ potensialın cəmi şəklində ifadə olunur: Diffuziya və süzülmə potensialı.
Fərz olunan xüsusi müqavimət üsulu süxurların süni elektrik xüsusiyyətlərinin öyrənilməsinə əsaslanır. Vahidi Om • m 'dir.
2) Yan karotajı - Bu üsul xüsusi müqaviməti çox yüksək olan layların elektrik xüsusiyyətlərinin öyrənilməsində istifadə olunur. Bu üsuldan istifadə olunan zondlarda cərəyan və ölçü elektrodlarıyla yanaşı fokslaşdırıcı elektrodlarda olur. Yan karotajı zondlarının 3 növündən geniş istifadə olunur: 3, 7, 9 elektrodlu yan karotajı zondları. Bu zondlar bir-birindən yalnız tədqiqat radiuslarına görə fərqlənir və iş prinsipləri eynidir.
3) İnduksiya karotajı - Bu üsuldan süxurların elektrik keçiriciliyinin öyrənilməsində istifadə olunur. Üsulun tədbiqi zamanı quyuda şüalandırıcı makara vasitəsilə elektromaqnit sahəsi yaradılır. Yaranan elektromaqnit sahəsi süxurların xüsusi elektrik keçiriciliyiylə düz mütənasiblik təşkil edir. Ən sadə İK zondu 2 makaralı İK zondudur. Bu zond 1 şüalandırıcı və 1 qəbuledici makaradan ibarətdir.
4) Mikro karotaj - Bu üsul kiçik qalınlığlı nazik layların xüsusi müqavimətinin ölçülməsi məqsədilə tədbiq edilir. Təcrübədə MK zondlarının 2 növündən geniş istifadə edilir:
1. Mikro qradiyent zond (MQZ)
2. Mikro patensial zond (MPZ)
Mikro karotaj zondları bir-birindən 120° bucaq altında yerləşən 3 qoldan ibarətdir. Ölçü işləri zamanı cihaz quyu divarına tam sıxılır ki, buda quyu şəraitinin ölçü nəticələrinə mənfi təsirini aradan qaldırır.

Yüklə 25,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə