Muhazir texnologiyanin nəZƏRİ Əsaslari. Texnologiya anlayişI, XÜsusiYYƏTLƏRİ komponent strukturu



Yüklə 146,97 Kb.
səhifə1/11
tarix22.05.2023
ölçüsü146,97 Kb.
#111949
  1   2   3   4   5   6   7   8   9   10   11
MUHAZİRƏ1


MUHAZİRƏ1.
TEXNOLOGİYANIN NƏZƏRİ ƏSASLARI.
TEXNOLOGİYA ANLAYIŞI, XÜSUSİYYƏTLƏRİ KOMPONENT STRUKTURU.
İnformasiyalı cəmiyyətin əsasında informasiya texnologiyaları durur. Onların elmi baxımdan dərk edilməsi ümimi texnologiyaların nəzəri əsaslarına söykənir. Texnologiyanın əlverişli və effektli fəaliyyət üsulu kimi elmdə aldığı tərifə nəzər salaq. Texnologiya mürəkkəb və çoxmənalı anlayışdır. Yunan dilindən tərcümədə techne-sənət, ustalıq, bacarıq; loqos- söz, anlayış, təlim deməkdir. Hərfi tərcümədə ustalıq, bacarıq haqqında bilik mənasını verir.
Yaxın keçmişdə ensiklopedik nəşrlər və terminoloji lüğətlərdə belə izah edilirdi:
-təcrübi fəaliyyət kimi texnologiya- məhsulun istehsalı prosesində meydana gələn materialın və ya yarımfabrikatın, xammalın xüsusiyyətlərinin, formasının, vəziyyətinin dəyişdirilməsi, emalı, hazırlanması metodlarının toplusunu özündə əks etdirirdi.
- ikinci mənada isə texnologiya bir elm kimi izah olunurdu. Yəni təcrübədə daha effektli və iqtisadi istehsal proseslərinin müəyyənləşdirilməsi və istifadəsi məqsədi ilə istehsal üsullarının elmi baxımdan aydınlaşdırılması nəzərdə tutulurdu.
Xarici elmi ədəbiyyatda texnologiya anlayışı:
a) istehsal proseslərinin (kimya texnologiyaları); b)serviz sistemlərinin (tibbi texnologiyalar);
c) avadanlıq və texniki vasitələrin (kompüter texnologiyaları); d) elmi vasitələrin (tədqiqatlar və layihələr)xarakteristikası üçün geniş şəkildə istifadə olunur.
Sənaye istehsalında texnologiya dedikdə, bir biri ilə qarşılıqlı əlaqədə olan istehsal proseslərinin məcmusu, eləcədə istehsal fəaliyyətini nizama salan qaydalar və sənədlər sistemi nəzərdə tutulur. Sənaye texnologiyasının əsas məqsədi- məhsulun keyfiyyətini yüksəltmək, onun istehsal müddətini azaltmaq və maya dəyərini aşğı salmaqdan ibarətdir.
Sənaye texnologiyası əsas xammalın istehsalın xüsusi metod və üsulları vasitəsilə cəmiyyətin tələb etdiyi məhsul şəklinə salınmasını təmin edir.
Onun strukturunda əməyin predmetləri (əsas xammal və materiallar), istehsal vasitələri, fəaliyyətin metod və prosesləri, təlabatçıların təlabatına cavab verən hazır məhsulu fərqləndirir(cədvəl1).
Mütəxəssisin texniki iş bacarığı istehsal prosesini necə reallaşdırması, fəaliyyətin rasional metod və üsullarını necə istifadə etməsi, optimal resurs və vasitələri düzgün seçməsi, icraçılar arasında vəzifə bölgüsünü dəqiq aparması, hazırlanan məhsulun keyfiyyətinə qiymət verməsi ilə müəyyənləşdirilir.
Cədvəldən göründüyü kimi, sənaye istehsalının texnoloji və fəaliyyət strukturunun müqayisəli təhlili onların tam mənasıyla bir-birinə uyğun gəlməsini təsdiqləmiş olur. Sənaye texnologiyası ilə yanaşı, informasiya, siyasi-pedoqoji, social -mədəni və digər texnologiyalarda inkişaf etməyə başlamışdır. Qeyd etmək lazımdır ki, müasir texnologiyaya bir sıra baza komponentləri daxildir:

  • alətlər- texniki vasitələr: alətlər, maşınlar, aparatlar, cihazlar, texnoloji xətlər və istehsal sahələri;

  • sosial komponentlər- istehsalda fəal və peşəkar təcrübəyə, biliyə, ixtisasa malik olan adamlar;

  • təşkilati komponentlər- texnoloji qərarların axtarışı, təhlili, işlənilməsi, tətbiqi, uyğunlaşdırılması, modernləşdirilməsi, texnoloji proseslərin idarəolunması ilə bağlı kompleks tədbirlər.

  • informasiya komponentləri- təlimatlar, normalar. Normativlər, texnoloji sənədlər, digər qaydalar şəklində tərtib olunan elmi məlumatlar, texnoloji prinsiplər, üsul və qaydalar;

Texnologiya əlverişli proseslərin hazırlanması və istifadəsinə istiqamətlənmişdir və bunlar aşağıdakı yollarla həyata keçirilir:


-gələcək fəaliyyətin ilkin olaraq layihələndirilməsi;
-prosesin ayrı -ayrı tərkib hissələrə bölünməsi;
-işin koordinasiyası və mərhələ-mərhələ həyata keçirilməsi;
-etibarlı resurs təminatı;
-tələblərin və təminatların birmənalı olaraq yerinə yetirilməsi.

Yüklə 146,97 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə