Mühazirə №1 : ÇOXİLLİk paxlali yem otlarinin öYRƏNİLMƏSİ Mühazirəçi: aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Hüseynov A. R


Nəmlik az olan bölgələrdə xaşanın quru ot məhsuldarlığı yoncanı 20%-ə qədər ötüb keçir. Xaşa Qafqaz ərazisində X-cu əsrdən becərilməyə başlanıb



Yüklə 0,94 Mb.
səhifə2/13
tarix20.10.2017
ölçüsü0,94 Mb.
#5734
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   13

Nəmlik az olan bölgələrdə xaşanın quru ot məhsuldarlığı yoncanı 20%-ə qədər ötüb keçir. Xaşa Qafqaz ərazisində X-cu əsrdən becərilməyə başlanıb.

Xaşa yüksək toxum məhsulu verir. Paxlalı bitki kimi torpağı azotla zənginləşdirir. Yaxşı bal verən bitkidir. Hektardan 50-55 sentnerə qədər quru ot məhsulu verir.

Botaniki təsviri. Torpağın dərinliyinə gedən mil kök sistemi vardır. Kökü torpaqdakı çətin həll olunan fosfor birləşmələrindən istifadə etmək qabiliyyətinə malikdir. Ona görə də əkinlərə fosfor gübrəsi verdikdə toxum və quru ot məhsuldarlığı praktiki olaraq artmır.

Yarpağı lələkşəkillidir.

Gövdəsi budaqlanmır. Hər buğumdan iki ədəd yarpaqyanlığı ilə yarpaq inkişaf edir. Bitkinin boyu 80-100 sm-ə çatır. Çiçək qrupu 3-20 sm uzunluğunda (salxım, qotaz), çiçəkləri iri, çəhrayı yaxud ağ rənglidir. Meyvəsi şarşəkilli paxladır. Paxlaların qabığı möhkəm olduğundan onu qabıqlı səpirlər.

Xaşa cinsi 140-dan artıq növü əhatə edir. Xaşanın mədəni becərilən 3 növü daha çox yayılmışdır.

  1. Gülülyarpaq (səpin) xaşa - Onobrychis viciifola Scop. Bitkinin hündürlüyü 90 sm-ə çatır. Buğumaralarının sayı 5-7 ədəd. Yarpağı elleps, çox hallarda lansetvaridir. Yarpağı tünd-yaşıl rənglidir. Paxlaları iridir. Mütləq kütləsi 17- 22 qramdır.

  2. Qumsallıq (qumluq) xaşası - Onobrychis arenaria D. C. Bitkinin hündürlüyü 80-100 sm, bəzən 125 sm-ə çatır. Buğumaraları 6-8 ədəddir. Gövdəsi kobuddur. Yarpağı lansetvarı, yaşıl rənglidir. Çiçək salxımı (qotazı) siçanquyruğu, ensiz, iti nəhayətlidir. Paxlaları xırdadır. Mütləq kütləsi 11-15 qramdır.

  3. Zaqafqaziya (Ön Asiya) xaşası (Onobrychis antasiatica). Kolu yığcam və dik vəziyyətlidir. Ot örtüyündə 50-120 sm, lazımı qədər nəmliyi olan dəmyə və suvarma şəraitində 170 sm hündürlüyündə olur. Gövdələri budaqlanmayan, zərif, içərisi boş, üzəri zəif tükcüklərlə örtülüdür. Yazda sürətli böyüyərək bir ildə iki dəfə çalınır. Ona ikiçalımlı xaşa da deyilir.

Bioloji xüsusiyyətləri. Xaşanın toxumu 1-2 0C temperaturda cücərməyə başlayır. Xaşa şiddətli şaxtaya davamlılığı ilə fərqlənir. Onun – 42- 48 0C şaxtaya dözməsi qeydə alınmışdır. Yazda şaxtaların yenidən –12 0C-yə qədər enməsi yoncadan fərqli olaraq xaşanı məhv etmir.

Xaşa tipik kserofitdir. Güclü kök sistemi imkan verir ki, torpaq qatındakı 1 m-dən dərində yerləşən sudan istifadə etsin.

Yonca və üçyarpağa nisbətən çox az su sərf edir. Nəmliyə maksimum tələbatı qönçələmə dövründə və çiçəkləmənin əvvəlidir. İşığa tələbkar bitkidir. Xaşa məsaməli karbonatlı torpaqlarda yaxşı bitir. Zəif duzlaşmaya dözümlüdür. Xlorlu -sulfatlı duzlaşma (0,05-0,10%) toxumun cücərmə enerjisini 2-3 dəfə aşağı salır, tarla cücərmə qabiliyyətini və məhsuldarlığını azaldır. Güclü duzlaşmış torpaqlarda xaşa becərilməsi məsləhət görülmür. Nəmliyi az olan turş torpaqlarda da xaşa becərmək yaxşı nəticə vermir.

Bir ton quru otla xaşa torpaqdan 6-7 kq fosfor, 18-20 kq kalium, 11-12 kq kalsium, 1,5-1,7 kq maqnezium aparır. Qeyd edildiyi kimi xaşanın kök sistemi fosforun çətin həll olan birləşmələrindən istifadə etmək qabiliyyətinə malikdir. Ona görə də fosfor gübrəsini kök sisteminin formalaşdığı dövründə verdikdə faydalı olur.

Növbəli əkində yeri. Xaşa tarla, yem və torpaqqoruyucu növbəli əkinlərdə becərilir. Buna görə də onun sələfi müxtəlif bitkilər ola bilər. Payızlıq buğda, qarğıdalı və yemlik kökümeyvəlilər yaxşı sələf hesab edilir.

Torpağın becərilməsi. Sələf bitkisi yığıldıqdan sonra 5-7 sm dərinliyində üzləmə aparılır. Köküpöhrəli alaqlarla zibillənmə varsa üzləməni 10-12 sm dərinliyində gavahınlı üzləyicilərlə aparırlar. Əgər köküpöhrəli alaqlar əhəmiyyətli dərəcədə çoxdursa üzləmə 2-3 həftədən sonra təkrar olunur, sonra isə 20-25 sm dərinliyində şum qaldırılır. Payız şumundan sonra tarlaya kultivasiya və mala çəkilir.

Gübrələmə. Xaşa əkinlərində əsasən cərgələrə səpin vaxtı dənəvər superfosfat verilir. Cərgələrə 50 kq superfosfat verilməsi xaşanın quru ot məhsulunu hektardan 3,6 sentnerə qədər artırır (toxumu 0,8 sen.)

Toxumun səpinə hazırlanması. Səpindən əvvəl toxumların rizotorfinlə ( nitraginlə) işlənilməsi zəruridir. Bu quru ot məhsuldarlığını 5-6 sentnerə qədər artırır. Ən yaxşı vasitə toxumların nitragindən əlavə molibdenlə işlənilməsidir. (hektara 200 qram ammonium molibdenat). Toxumların rizotorfin və ammonium-molibdenatla birlikdə işlənilməsi ot məhsuldarlığını hektarlan 8 sentner çoxaldır.

Səpin norması. Təmiz halda hektara 90-100 kq toxum 3-4 sm dərinliyində basdırılır. Toxumlar səpilən gün kölgədə nitragin və ammonium-molibdenatla işlənilir.

Əkinlərə qulluq. Xaşanı çox vaxt örtüyə səpirlər. Örtük bitkisi, yəni dənli taxıl bitkisini 15-20 sm hündürlüyündə biçirlər. Belə hündürlükdə olan kövşənlər əmələ gələn cavan xaşa cücərtilərini günəş şüasının yandırmasından qoruyur, qışda isə qar toplanmasına şərait yaradır. Növbəti ilin yazında 2 iz malalama aparılır ki, bu da kövşənlərin çıxarılması və torpağın üst qatının yumşaldılmasına şərait yaradır. Ot üçün biçildikdən sonra tarla mütləq ağır malalarla malalanır.

Zərərverici və xəstəliklərlə də mübarizə aparmaq zəruridir.

Unlu şeh. Yarpağı, gövdə və paxlaları zədələyir. Güclü xəstələnmə zamanı quru ot məhsulu 50%-ə qədər azalır.

Pas xəstəliyi. Yarpaq, gövdə çiçək və paxlaları zədələnir. Əsasən erkən inkişaf dövründə qorxuludur.

Fuzarioz. Xəstəliyə güclü tutulduqda gövdələr yarpaqsız və gövdəsi (budaqları) qoz rəngini alır.

Mübarizə tədbirləri – Növbəli əkinin tətbiqi əkinə sağlam və zədələnməmiş toxumlar seçmək, təzə tarlaları köhnələrdən aralı seçməli, yeni xəstəliyə davamlı sortlardan istifadə etmək.

Xaşa toxumyeyəni – paxla və toxumları 30-50% zədələyir.

Xaşa evritomu– toxumun yumşaq yerinə yumurta qoyur. Yumurtadan əmələ gələn sürfələr toxumun içərisini yeyirlər.

Mübarizə tədbirləri – toxumun diqqətlə təmizlənməsi və zədəli toxumların yandırılması.

Xaşanın toxumu xaşa çiçəkyeyəni və xaşa tripsi ilə zədələnir. Kimyəvi preparatlardan istifadə edilir.

Məhsulun yığılması – Xaşanı gönçələmə fazasında və çiçəkləmənin başlanğıcında biçirlər. Biçin torpaq səthindən 6 sm hündürlükdə aparılır. Növbəti biçin 8-10 sm hündürlüyündə həyata keçirilir. Bu zaman qışlama qabağı plastik kütlənin toplanması və qışda qarın saxlanmasına, növbəti ilin yazında xaşanın daha yaxşı inkişafına səbəb olur. Digər yığım texnologiyaları yoncada olduğu kimidir.

Xaşa sortları (2013). Yerli Naxçıvan (1942), AzNİXİ -18 (1944), AzNİXİ - 74 (1945), AzNİİKLİP - 495 (p) (2008).

Şabdar (İran üçyarpağı) (Trifolium resupinatum) birillik
Şabdar suvarılan rayonlarda qiymətli yem bitkisidir. Respublikanın rayonlarında hər hektardan 70 sentner əlverişli şəraitdə isə 150 sentnerə qədər quru ot məhsulu verir.

Şabdar yabanı halda Lənkəran-Astara zonasının təbii biçənəklərinin 30%-ni təşkil edir. Qidalılığına görə yonca bitkisinə yaxındır. Gövdəsi, yarpaqları yumşaq və xoş iylidir.

Pambıq bitkisi üçün şabdar gözəl sələfdir. Yaşıl gübrə kimi istifadə etdikdə pambığın məhsuldarlığı hektardan 10-12 sentner artır.

Şabdarın becərilməsi üçün əlavə tarla tələb edilmir. Belə ki, iki mövsüm arasında onu pambıq cərgələri içinə payızda səpdikdə aprel ayına kimi yüksək məhsul almaq olar.

Şabdar çox məhsuldar olduğundan onu yonca ilə qarışıq əkmək faydalıdır. Şabdarın hesabına yoncanın məhsulu 1-ci ili 35-40% artır. Suvarma şəraitində bitkinin boyu 70-100 sm-ə çatır. Yarpaqları üçguşəlidir. Çiçək qrupu yarım şar şəkillidir. Toxumu yumurtavaridir. Toxumları sarı, yaşıl, qəhvəyi rəngdə olur. Mütləq kütləsi 1,5-1,8 qramdır.

Toxumlar əlverişli şəraitdə bir sutkaya cücərir. Cücərtilər şaxtaya davamlıdır.

Torpağa tələbkar deyildir. Vegetasiya müddəti 80-130 gündür. Suvarılan rayonlarda 2-3 dəfə biçmək olar. İkinci biçin üçün 30-40, üçüncü biçin üçün isə 50 gün tələb olunur. Çarpaz tozlanan bitkidir.

Toxumları çox xırda olduğundan səpin qabağı sahəyə mala çəkmək lazımdır. Onu payızda səpdikdə səpinqabağı əkilmiş sahə suvarılmalı və malalanmadan sonra səpinə başlanmalıdır.

Fosfor və kalium gübrəsinə tələbkardır. Şabdar adi cərgəvi üsulla səpilir. Səpin norması hektara 12-16 kq, toxumun basdırılma dərinliyi 1,5-2,0 sm-dir. Vegetasiya müddətində müxtəlif şərtlərdən asılı olaraq şabdar 4-5 dəfə suvarıla bilər.

Kütləvi çiçəkləmə dövründə şabdarı biçmək lazımdır, gecikdirildikdə 2-ci biçinin məhsulu aşağı düşür.

Toxum almaq məqsədilə şabdarın ancaq birinci biçini saxlanılır. Çünki, birinci biçindən götürülən toxum məhsulu keyfiyyətli olur.


Mühazirə № 2 : “Çoxillik taxıl otları”

Mühazirənin planı:

1. Pişikquyruğu.

2. Çəmən topalı.

3.Qılçıqsız tonqalotu.

4. Daraqotu.

5. Kökümsovgövdəsiz ayrıq.

6. Çobantoxmağı.

İstifadə olunan ədəbiyyat


  1. Behbudov H.Ə. “Azərbaycanın yemçilik təsərrüfatı”, Bakı, Azərnəşr, 1991.

  2. Behbudov H.Ə. “Yemçilik”, Bakı, Azərnəşr, 1971.

  3. Hacıyev V. C. “Mədəni otlaqlar və biçənəklər”, Bakı, Azərnəşr, 1980.

  4. Hümbətov H. S., Hüseynov A. R. Yem otları, Bakı: “Elm və təhsil” 2013, 184 s.

  5. Hümbətov H. S., Şabanov M.C., Verdiyeva R.C. Şirəli yem bitkiləri. Bakı: 2013, 152 s.

  6. Xəlilova H.M. “Bitkiçilik üzrə laboratoriya məşğələləri”. Bakı, “Maarif”, 1973. 368 s.

  7. Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s.

  8. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984.

  9. Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982.

  10. Masterova V.P., Ananina N.N. “Yem istehsalının əsasları”, Bakı, “Maarif”, 1978. 214 s.

  11. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılmış yem bitkiləri. Kirovabad, 1975.

  12. Ten A. Г. «Koрмопроизводство», Москва, Колос, 1982. 463 с.

  13. Андреев Н.Т. «Луговое и полевое кормопроизводство», Москва, Колос, 1984.

  14. Бугай С. М.. Растениеводство. Москва, 1963, 517 с.

  15. Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с.

  16. Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с.

  17. Тюльдков В. А. «Практикум по луговому кормопроизводству», Москва, Агропромиздат, 1986, 255 с.

Çoxillik taxıl otları

Çoxillik taxıl otları qiymətli yem bitkilərinin çox böyük qrupunu birləşdirir. Kifayət nəmlikli zonalarda (Pribaltika, qaratorpaq olmayan zona, meşə və meşə-çöl zonalarının digər rayonları) çəmən pişikquyruğu, çəmən topalı, çoban toppuzu, qılçıqsız tonqalotu böyük sahələri əhatə edir. Otlaqlarda çəmən qırtıcı (dişəsi) və digər nəmliksevən taxıllar yaxşı boy atır. Quraqlıq rayonlarda daraqotu, qılçıqsız tonqalotu, kökümsovgövdəsiz ayrıq və başqa bitkilər cücərir.



Pişikquyruğu

Pişikquyruğu bütün çoxillik taxıl bitkiləri içərisində ən çox ot məhsulu verir. O, başlıca olaraq üçyarpaq ilə qarışıq səpində ot, senaj, yaşıl və otlaq otu, habelə silos kimi istifadə olunur.

Pişikquyruğu çox yüksək qidalılığa (15%-ə qədər protein) malikdir. Sünbülləmənin başlanğıcında yığılan otu iri buynuzlu qaramal və atlar iştaha ilə yeyir və yaxşı həzm edirlər.

Qurudulmuş bataqlıqlarda və torfluqlarda həmin bitki yaxşı məhsul verir; qumlu torpaqlarda pis böyüyür.

Pişikquyruğu uzun illər istifadə olunan bitkidir, lakin o, 2-3-cü il istifadədə yüksək məhsul verir. Sonra otluq seyrəkləşir və məhsuldarlıq aşağı düşür. Becərmə aqrotexnikası təxminən üçyarpaqda olduğu kimidir. Toxumluq üçün qızıl sarmaşıq və digər karantin alaq otlarından tam təmizlənən sahələr ayrılmalıdır. Bu sahələrdə enli cərgəli səpin üsulu geniş tətbiq olunur ki, bu halda kollanma və gövdə əmələ gəlmə güclənir, deməli, toxum məhsuldarlığı da artır. Cərgələrarası 45 sm olan əkində hər hektara 4-6 kq, cərgələrarası 30 sm-də isə 8 kq toxum səpirlər.

Bitkini dən-ot və kətan toxumsəpən maşınları ilə səpirlər, gencərgəli üsulda isə SOH-2,8A markalı tərəvəz toxumu səpən maşınlardan istifadə edirlər. Toxumları 0,5-1 sm dərinliyə səpirlər, yalnız qumlu torpaqlarda toxumun basdırılma dərinliyi 1,5-2 sm-ə qədər artırıla bilər. Qarışıq səpində pişikquyruğunu payızda örtük bitki ilə eyni vaxtda səpirlər ki, onun inkişafı üçyarpağın inkişafı ilə bir vaxta düşsün.

Pişikquyruğunun toxumlarını, adətən, yemlik əkinlərdən alırlar. Toxum məhsuldarlığı 1 ha-da 4-8 s arasında dəyişir. Leninqrad 204, Voloqda, Marusinskaya 297, Moskva 1480 və s. pişikquyruğunun ən geniş yayılmış sortlarıdır.

Çəmən topalı (çəmən yulafcası)

Bu, seyrək kollu çoxillik taxıl otudur. O, pişikquyruğuna nisbətən uzunömürlüdür, quraqlığa çox, şaxtalara isə az davamlıdır. Onu qırmızı üçyarpaq ilə qarışıqda başlıca olaraq meşə-çöl rayonalrında, qaratorpaq olmayan zonanın mərkəzi və cənub rayonlarında isə çəmən qarışıqları ilə səpirlər. Çəmən topalı ilə qarışıq səpinləri Orta Asiya respublikalarında, Şimali Qafqazda, suvarma şəraitində isə çəltik əkən rayonlarda geniş tətbiq oluna bilər. Həmin bitki torpağa pişikquyruğuna nisbətən daha çox tələbkardır, gübrə verilmiş gillicə torpaqlarda və qurudulmuş torfluqlarda yaxşı boy atır.

İkinci il yaxşı kütlə məhsulu verir. 8-10 il, bəzən da daha artıq müddətdə məhsuldar istifadə olunur. Meşə-çöl zonasında onu adi cərgəli üsulla payızlıq bitkilərin örtüyü altına səpirlər. Səpin hər hektara 11-13 kq hesabı ilə dən-ot toxumsəpənləri ilə aparılır; meşə-çöl və cənubun üçyarpaq əkən rayonlarında norma 1 ha-ya 10-12 kq-dır.

Çəmən topalının Moskva 62, Morşansk 1304, VİK-5, Didinovsk 8, İıqyeva 47 kimi sortları daha geniş yayılmışdır.



Qılçıqsız tonqalotu

Quraqlığa və qışa dözümlü çoxillik taxıl otudur. Onun səpinləri qırmızı üçyarpaq ilə qarışıqda çöl və meşə zonalarının növbəli tarla əkinlərində, otlaq və biçənək mənbələrində geniş yayılmışdır. Qılçıqsız tonqalotu uzun müddət istifadə ilə (bəzən 10-12 ilə qədər) xarakterizə olunur. Otarıldıqdan və ot üçün yığıldıqdan sonra yaxşı böyüyür. Erkən çalım nəinki yüksək qidalı yem götürməyə, həm də əlavə olaraq 2-3 çalım yaşıl kütlə yığmağa imkan verir.

Ot məhsuldarlığı hər hektardan 40-60 s təşkil edir. Otlaq bitkisi kimi qılçıqsız tonqalotunu yalnız 3-4-cü ildə, ana kökün torpağa daha yaxşı bərkidiyi vaxt istifadə etmək məsləhətdir. Birinci iki il onu ot üçün biçmək lazımdır. Qılçıqsız tonqalotunun otlaq bitkisi kimi əhəmiyyəti ondan ibarətdir ki, o, çöl rayonlarında may ayının birinci yarısında yaşıl kütlə verir, otarıldıqda isə tez böyüyür; 20-25 gündən sonra onu ikinci dəfə istifadə etmək olar. Nəmlik kifayət qədər olduqda xora yenidən böyüyür və onu payıza qədər otarırlar. Qılçıqsız tonqalotunun ot və yaşıl kütləsini bütün kənd təsərrüfatı heyvanları iştaha ilə yeyir və yaxşı həzm edirlər.

Tonqalotu ot qarışıqlarının qiymətli tərkib hissəsidir, lakin o, güclü kök sisteminə malik olduğundan sahələri çox alaqlandırır və bununla da başqa bitkiləri becərməyə mane olur. Odur ki, sahələri ön kotancıqlı kotanlarla 20-25 sm dərinliyə şumlamaq lazımdır. Həmin dərinliyə şumlamadan sonra ana kök artıq böyümür.



Dedinovskiy -3, Fakelnıy və s. qılçıqsız tonqalotunun ən yaxşı sortlarıdır.

Daraqotu

Daraqotu – quraqlıq rayonlarda ən əhəmiyyətli çoxillik otdur. Daraqotundan alınmış ot qidalılığına görə qılçıqsız tonqalotu və kökümsovgövdəsiz ayrığa nisbətən daha dəyərlidir.



Çöl rayonlarında çoxillik taxıl otlarının qidalılığı

Bitki


100 kq-da miqdarı

həzm olunan zülal ,kq

yem vahidi

Daraqotu

4,0

53,2

Qılçıqsız tonqalotu

3,3

48,0

Kökümsovgövdəsiz ayrıq

3,1

51,0

Tam sünbülləmə və ya çiçəkləmənin başlanğıc fazasında yığıldıqda ən yaxşı ot almaq olur. Bitki həmin mərhələyə cənub və cənub-şərqdə mayın axırında, bəzən də iyunun birinci günlərində çatır. Ən yaxşı otu daraqotu ilə hibrid yoncanın qarışıq səpinlərindən alırlar.

Daraqotu otlaq bitkisi kimi erkən və gec yazda otarmada istifadə olunur. Yazda otarıldıqdan və ya ot üçün yığıldıqdan sonra yağıntılar olmadıqda böyümür. Yalnız payız yağışları başladıqdan sonra bitki inkişaf etməyə başlayır, tez böyüyür və qiymətli yem verməklə payız, hətta qış otlaq şəraitində atları, iribuynuzlu qaramalı və qoyunları saxlamağa imkan verir.

Tarla növbəli əkinində daraqotunu cərgəli səpin üsulu ilə dənli bitkilərin örtüyü altına səpirlər. Daraqotu hibrid yonca ilə qarışıqda dənli bitkilər üçün gözəl sələfdir. Daraqotunun səpin norması bir hektara 8-dən (yarımçöl rayonlarda) 15 kq-a qədər (çöl rayonlarda) olur. Yonca ilə qarışıq səpində daraqotunun səpin normasını 50%-ə qədər azaldır, yoncanı isə tam norma ilə səpirlər.



Sortları: Daraqotunun 16 dan artıq sortu var. Ən çox yayılanlarına misal olaraq Krasnokutskiy uzkolistnıy -305, Krasnokutskiy şirokolistnıy - 4 və s. göstərmək olar.

Çöl rayonlarda daraqotu sabit toxum məhsulu (hər hektardan 3-6 s) verir; gencərgəli toxumluq səpinlərdə məhsuldarlıq bəzən iki dəfə artır.



Kökümsov gövdəsiz ayrıq

Kökümsov gövdəsiz ayrıq – seyrək kollu taxıl otu olmaqla, daraqotuna nisbətən quraqlığa az davamlıdır. Onu başlıca olaraq tarla növbəli əkinində yaşıl yem və ot almaq məqsədilə səpirlər.

Yaşıl kütlə və ot məhsuldarlığına görə ayrıq daraqotundan üstündür. O, 2-3-cü il ən yüksək (hər hektardan 30-40 s) məhsul verir. Suvardıqda ot məhsuldarlığı hər hektardan 60 s-ə qədər artır. Ayrıq quraqlığa, torpağın şoranlaşmasına və qışa davamlıdır. O, daha şimal rayonlarda belə boy ata bilir və yüksək ot məhsulu verir. Ayrıq, bir hektara 15-18 kq toxum hesabı ilə cərgəli üsulla xaşa və yonca bitkiləri ilə qarışıqda və təmiz halda səpilir. Onun sortlarından Marusinsk 996, Kamalinsk 175 geniş yayılmışdır.

Həmin bitkinin ən böyük çatışmazlığı ondan ibarətdir ki, onun toxumları sürünən ayrıq və kökümsov gövdəli ayrıqotu (bunlara qarşı mübarizə çox mürəkkəbdir) toxumlarına çox oxşayır. Toxum üçün adi səpinlərin daha yaxşı otluğu saxlanır.



Çobantoxmağı

Çobantoxmağı çoxillik taxıllardan olan ot bitkiləri arasında ən yüksək yem keyfiyyətinə malik olduğuna görə mal-qara onu daha iştaha və həvəslə yeyir. El arasında müxtəlif adlarla: çobantoppuzu, şeytan çomağı, çəmən toxmağı və s. adlanır.

Çobantoxmağı quraqlığa və soyuğa davamlılığına görə təsərrüfat üçün əvəzedilməz bitkidir. Bu bitki ilk yazda bütün bitkilərdən tez inkişafa başlayıb, yaşıl kütlə əmələ gətirir, bu da körpə quzuların və ana qoyunların otarılması üçün əlverişli şərait yaradır. Bundan başqa, çobantoxmağı Azərbaycan şəraitində qış dövründə öz yaşıl hissəsini itirmir. Bu da qış otlaqlarında heyvanların otlaması üçün böyük əhəmiyyət kəsb edir.

Respublikanın qabaqcıl yemçilik təsərrüfatlarının növbəli əkində torpağın strukturunu yaxşılaşdıran, münbitliyini bərpa edən (xüsusilə çoxillik paxlalılarla qarışıq səpdikdə), qışı sərt keçən dağlıq dəmyə zonalar və quraqlıq rayonlar üçün son dərəcə əhəmiyyətli olan çobantoxmağına diqqəti təəssüf ki, zəifləmişdir.

Çobantoxmağının kolu seyrək olur. Kolunun əsas gövdələri nisbətən dik dayanır. Gövdənin ucalığı 50-105 sm-dir. Hamar və bol yarpaq verir. Hər gövdədə 4-8 buğum olur. Yarpaqları silindr şəklində, yeni əmələ gəldikdə uzununa ikiqat bükülmüş olur. Yarpaqların rəngi, cavan vaxtı açıq-yaşıla, sonra boz-yaşıla çalır. Kökü saçaqlıdır.

Yonca və xaşa ilə qarışıq halda səpildikdə bitki örtüyü zənginləşir, məhsuldarlıq artır. Havalar quraq keçdikdə dəmyədə çobantoxmağının yerüstü hissəsi quruyur, yağıntı olduqda və torpaqda normal rütubət yarandıqda yenidən göyərib yaşıl kütlə əmələ gətirir. Suvarıldıqda bol məhsul verir. İşığa tələbkardır, lakin kolların, ağacların altında və meşələrdə də yaxşı inkişaf edir.



Sortları: Çobantoxmağının ot əkinlərində, çəmənçilikdə və otlaqlarda 20-dən çox sortu istifadə edilir. Azərbaycanda (2013) АзНИИКЛиП - 3 sortu 1996 - cı ildən rayonlaşdırılmışdır (AzETYÇ və Oİ- da alınmışdır).

Mühazirə № 3 : “Birillik taxıl otları”

Mühazirənin planı:

1. Sudan otu.

2. Kalış (sorqo).

3. Moqar.

4. Birillik rayqras.

İstifadə olunan ədəbiyyat


  1. Behbudov H.Ə. “Azərbaycanın yemçilik təsərrüfatı”, Bakı, Azərnəşr, 1991.

  2. Behbudov H.Ə. “Yemçilik”, Bakı, Azərnəşr, 1971.

  3. Hacıyev V. C. “Mədəni otlaqlar və biçənəklər”, Bakı, Azərnəşr, 1980.

  4. Hümbətov H. S., Hüseynov A. R. Yem otları, Bakı: “Elm və təhsil” 2013, 184 s.

  5. Hümbətov H. S., Şabanov M.C., Verdiyeva R.C. Şirəli yem bitkiləri. Bakı: 2013, 152 s.

  6. Xəlilova H.M. “Bitkiçilik üzrə laboratoriya məşğələləri”. Bakı, “Maarif”, 1973. 368 s.

  7. Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s.

  8. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984.

  9. Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982.

  10. Masterova V.P., Ananina N.N. “Yem istehsalının əsasları”, Bakı, “Maarif”, 1978. 214 s.

  11. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılmış yem bitkiləri. Kirovabad, 1975.

  12. Ten A. Г. «Koрмопроизводство», Москва, Колос, 1982. 463 с.

  13. Андреев Н.Т. «Луговое и полевое кормопроизводство», Москва, Колос, 1984.

  14. Бугай С. М.. Растениеводство. Москва, 1963, 517 с.

  15. Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с.

  16. Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с.

  17. Тюльдков В. А. «Практикум по луговому кормопроизводству», Москва, Агропромиздат, 1986, 255 с.

Birillik taxıl otları

Sudan otu

Birillik otlardan sudan otu quraq çöl, cənub və cənub-şərq rayonlarında daha geniş yayılmışdır. Bu yüksək məhsuldar bitki 2 m, bəzən də daha çox dərinliyə işləyən inkişaf etmiş kök sisteminə malikdir. Odur ki, o, quraqlığa yaxşı davamlı olur, biçildikdən və otarıldıqdan sonra tez böyüyür, yay müddətində 2-3, kifayət qədər rütubətlikdə isə 4 dəfə biçilə bilir.

Sudan otu, quru ot, senaj, yaşıl yem və otlaq yemi üçün becərilir. Gövdə və yarpaqlar şəkər və zülal maddələri ilə zəngindir, otun mütləq quru maddəsinin 9,8%-i zülaldan ibarətdir. Yem dəyərinə görə sudan otunun yaşıl kütləsi birillik taxıl otlarından ən yaxşısı hesab olunur.

O, həm qaratorpaq zonanın, həm qaratorpaq olmayan zonanın rayonlarında becərilir.

Artıq rütubətli və kifayət qədər temperatura malik rayonların suvarılan əkinçiliyi şəraitində sudan otu kövşən yerinə əkilən bitki və əlavə əkin bitkisi kimi geniş istifadə olunur.

Sudan otu torpağa az tələbkar olmaqla, çox nəmli və bataqlıq yerlər istisna olmaqla, bütün torpaqlarda yaxşı boy verir. Bu bitki qara torpaqlarda ən yüksək məhsul verir. Yemlik növbəli əkinində onu silos bitkilərindən, yaşıl yem üçün becərilən qarğıdalıdan və ya çöl noxudu-vələmir qarışığından sonra əkirlər. Sudan otu çevrilmiş layda yüksək məhsul verir. Eyni sahədə onu 2 ildən artıq becərmək olmaz, məhsuldarlıq kəskin surətdə aşağı düşür.

Sudan otunu tarla növbəli əkinində ot və ya toxum üçün səpdikdə onu axırıncı sahədə təmiz herikdən əvvəl yerləşdirmək lazımdır.

Sudan otu torpaqdan çox miqdar qida maddələri, xüsusilə azot mənimsəyir. Odur ki, sudan otu səpinindən qabaq, həmçinin növbəti bitkilərə azot gübrələri verilməlidir. Sudan otu üzvi gübrələrə daha həssasdır. Lakin peyin çürümədikdə sudan otu çox ləng böyüdüyündən onun cücərtiləri alaq otlarının təsirinə məruz qalır.

Mineral gübrələrdən ammonium sulfat və ammonium şorası, həmçinin fosfor və kalium gübrələri yaxşı nəticə verir. Azot gübrələrini yazda, səpin qabağı və yemləmə dövründə, xüsusən kollanma fazasında vermək lazımdır; fosfor və kalium gübrələrini dondurma şumu altına, həmçinin yazda kultivasiya altına vermək məsləhət görülür.

Mineral gübrələrin təsiredici maddələr hesabı ilə hər hektara orta norması aşağıdakı qədər hesab olunur: 45-50 kq N, 30-45 kq K2O və 30-45 kq P2O5.

Sudan otu isti sevən bitkidir. Onu torpaqda 10-120 C-ə qədər temperatur olduqda 10-12 sm dərinliyə səpmək lazımdır. İsinməmiş torpağa səpilən toxumlar uzun müddət cücərmir, onların bir hissəsi isə şaxtalardan məhv olur. Cavan cücərtilər -30 C şaxtaya davam gətirmir. Aşağı temperatur erkən yazda bitkinin inkişafını ləngidir.

Sudan otu yaşıl konveyer üçün qiymətli bitkidir. Onun istifadə vaxtını 75-80 günə qədər uzatmaq məqsədilə meşə-çöl rayonlarında 2-3 müddətdə, 20 gündən bir əkirlər. Birinci çalım üçün çöl zonasında 1-5 mayda, meşə-çöl zonasında 10-15 mayda səpirlər.

Sudan otunu ot və yaşıl yem üçün cərgəli üsulla adi səpin maşınları ilə səpirlər. Toxumu 3-4 sm, torpağın üst qatı quru olduqda isə 4-5 sm dərinliyə səpirlər. Quraqlıq havada torpağı hamar və ya diskli vərdənələrlə vərdənələmək lazımdır. Sudan otunu toxum üçün, əsasən, enli cərgəli üsulla (cərgə araları 50-60 sm, bir hektara səpin norması 13-15 kq) səpirlər.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə