Mühazirə №1 : ÇOXİLLİk paxlali yem otlarinin öYRƏNİLMƏSİ Mühazirəçi: aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Hüseynov A. R



Yüklə 0,94 Mb.
səhifə6/13
tarix20.10.2017
ölçüsü0,94 Mb.
#5734
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   13

Mühazirə № 7: Bitki ekologiyası haqqında əsas məlumatlar

Bitki ekologiyası haqqında əsas məlumatlar

Bitki və mühit ekologiyası bir elm kimi ətraf mühit və bitki arasında qarşılıqlı əlaqəni öyrənir. Mühit bir sıra ekoloji faktorlardan təşkil olunur, hansı ki, bitkinin yaşaması üçün vacibdir. O, bu və ya digər bitkinin müəyyən ərazidə bitməsini müəyyən edir. Tarixi inkişaf prosesində bitkilər müxtəlif mühit amillərinə uyğunlaşmışdırlar. Bu amillərin dəyişməsi bitkinin normal pozur, hətta məhv olmasına gətirib çıxarır. Bununla bərabər onlar bir sıra əlverişsiz mühit amillərinə uyğunlaşmalar əldə etmişdilər. bozqır, səhra və yarımsəhra bitkiləri quraqlıq düşən zaman yarpaqlarını tökür, bu isə transpirasiyanı zəiflədir və su itkisini azaldır. Taxıllarda transpirasiyanın zəifləməsi yarpaqların əyilməsi və ümumi yarpaq səthinin kiçilməsi nəticəsində baş verir. Quraqlıq zonada ən çox efemer və efemeroidlər inkişaf edir, bunlar öz həyat tsiklini yazda bitirir və bununla da quraqlığın məhvedici təsirindən azad olurlar. Sutkalıq temperaturun tez-tez dəyişdiyi dağlıq rayonlarda yastıq-bitkilər inkişaf edir, bunların daxilində ətraf mühit temperaturundan fərqli olaraq daha sabit temperatur olur. Tundrada bir çox bitkilər qar örtüyü altında inkişaf edə bilir, meşə və bozqır zonada isə buna rast gəlinmirş

Ancaq mühit bitkiyə deyil, həmçinin bitki də öz növbəsində mühitə təsir edir. Yem bitkiləri havanın və torpağın temperatur rejminə təsir göstərir, sutkalıq və illik temperatura təsir göstərir; küləyin sürətini aşağı salır, bunun nəticəsində isə karbon qazının miqdarı artır; buxarlanmanın azalması nəticəsində havanın və torpaq səthinin rütubəti artır.

Bitkilər torpaqdan qida maddələrini mənimsəyərkən, torpaq məhlulunun tərkibini dəyişir. Bitkilər parçalanarkən torpağı üzvi maddələrlə zənginləşdirir. Bitkilərin kök sistemi torpağın dərinliyinə işləyərək onun strukturunu, su və hava keçiricilik qabiliyyətini yaxşılaşdırır; rütubəti mənimsəyib buxarlandıraraq, onun torpaqda paylanmasını təmin edir.

Ekoloji faktorlar ayrı-ayrılıqda deyil, birlikdə təsir göstərirlər. bu faktorun təsiri digər faktorun təsirindən asılıdır. Təbii otlaq və biçənək bitkiləri üçün xüsusi maraq iqlim (işıq, hava, temperatur, su),torpaq (torpağın fiziki, kimyəvi, mexaniki)

Bitkilərin havaya münasibəti. Hava ekoloji amil kimi bitkilər üçün mühüm əhəmiyyətə malikdir, onlar karbon qazını fotosintez prosesində, oksigeni isə tənəffüs nəticəsində istifadə edirlər. Havanın hərəkəti bitkilərdən suyun buraxılmasına (transpirasiya) təsir edir, bitkilərin tozlanmasında və toxumların yayılmasında rol oynayır.

Torpaq havasının tərkib və keyfiyyəti də bitkilər üçün vacibdir. Bitkilərin həyat fəaliyyətini və məhsuldarlığını yüksəltmək üçün onların torpağın altında yerləşən orqanlarının və toxumlarının oksigenlə təmin etmək vacibdir. Oksigenin olmaması və ya çatışmamazlığı köklərin böyüməsini və onların uduculuq qabiliyyətini aşağı salır. Bir çox çəmən bitkiləri böyüməsi üçün torpağın yaxşı havalanmasına ehtiyac duyur, pis havalanmada məhsuldarlıq aşağı düşür və onların növ tərkibi pisləşir. Bitkilər həmçinin pis havalanan torpaqlarda inkişaf etməyə uyğunlaşa bilirlər və yeraltı orqanlarını torpağın üst qatında yerləşdirir. Cil, cığ, qatırquyruğu, ağbığ kimi rütubətli və nəm, havalanması pis olan çəmənlərdə bitən bitkilərin köklərində təkamül nəticəsində havadaşıyıcı toxunma əmələ gəlmişdir.

Bitkilərin temperatura münasibəti. Temperatur digər ekoloji faktorlar kimi, bitkilərin həyatında müəyyən rol oynayır. Fotosintez, tənəffüs, transpirasiya, mineral qidalanma və toxumların cücərməsi kimi həyati proseslər havanın və torpağın müəyyən temperatur şəraitdə baş verir. Fizioloqların müşahidələrində əsasən fotosintez üçün optimal temperatur 20-30oC, tənəffüs üçün isə 30-40oC-dir.

Bir çox çəmən bitkilərinin toxumları temperatur 2-4oC olduqda cücərməyə başlayır, lakin daha əlverişli şərait yüksək temperatur olduqda yaranır (25-30oC). Yerüstü orqanların inkişafı üçün optimal temperatur 18-24oC-dir.



Bitkilərin işığa münasibəti. İşıq bitkilərinə təsir edən amil kimi çox mühüm əhəmiyyətə malikdir. Birinci növbədə fotosintez prosesi üçün vacibdir, hansından ki, üzvi maddələrin toplanması və bitkinin məhsuldarlığı asılıdır. Məhsuldarlığın həcmini işıqlanma intensivliyi və uzunluğu, həmçinin işığın keyfiyyəti müəyyənləşdirir. Otlaq və biçənək bitkiləri intensiv işıqlanmada daha yaxşı bitir, kölgələmə şəraitində isə bitkilər yaxşı uzanır, ancaq zoğəmələgətirmə qabiliyyəti aşağı düşür. Kölgələmə köklərin əmələgəlməsinə və inkişafına tormozlayıcı təsir göstərir. Son nəticədə işığın intensivliyinin azalması nəticəsində yerüstü və yeraltı orqanların kütləsi azalır, kimyəvi tərkibində dəyişikliklər baş verir, bunlar isə yaşıl kütlənin və küləşin yem dəyərinin aşağı düşməsinə gətirib çıxarır.

Alçaq taxıllar kölgəyə daha davamlıdırlar, nəinki hündür taxıllar. Kölgəyə davamlılığına görə bitkilər bölünür: nisbətən kölgəyə davamlı – adi və çəmən qırtıcı, sürünən ayrıq, qırmızı yulaf, çəmən lərgəsi, hasar çölnoxudu; az kölgəyə davamlı – çəməm tülküquyruğu, qılçıqsız tonqalotu yulafcası, çəmən yulafcası, çəmən pişikquyruğu, ağ tonqalotu, sarı qarayonca, qırmızı yonca, çölnoxudu; işıqsevən – çoxillik qaramuq, ağ yonca.

Ot qarışıqlarının yığımı zamanı, ot səpini üsulu və qoruyucu bitkilərin növünün seçimi zamanı çəmən bitkilərinin işığa münasibətini bilmək üçün vacibdir.

Bitkilər öz inkişafı üçün müəyyən işıqlanmaya tələbat duyurlar. Bundan asılı olaraq onlar bölünürlər: üzün gün bitkiləri, bunlar tam inkişaf tsiklini günün uzunluğu 10-12 saat olduğu halda keçirlər (qarayonca, qırmızı yonca, çəmən pişikquyruğu, qılçıqsız tonqalotu); qısa gün bitkiləri, bunlarda generativ inkişafa keçmək üçün ən az 12 saat işıqlanma olmalıdır və neytral bitkilər, bunlarda çiçəkləmə üçün 7-8 saat işıqlanmaya ehtiyac vardır (çəmən yulafcası, hündür qaramuq). Günün uzunluğunun dəyişməsi bitkinin inkişafının dəyişməsinə səbəb olur: uzun gün bitkiləri qısa gün şəraitində çoxlu yarpaq və qısalmış zoğlar əmələ gətirirlər və onlarda generativ fazaya keçid ləngiyir.



Çəmən və otlaq bitkilərinin biologiyası (budaqlanma və

yarpaqlanma xarakteri)

Bitkilərlə mühitin əlaqəsi, bitkilərin torpağa tələbatı
Təbii otlaq və biçənəklərdə əsasən çoxillik otlar bitir, birillik otlara çox az miqdarda rast gəlinir. Çoxillik otlar hər il vegetativ yolla çoxalıb bərpa olunur. Toxumla çoxalma məhdud miqdarda olur. Çoxillik taxıl otlarının yerüstü hissəsi nisbətən uzun olan vegetativ hissəsi (budaqları) və toxum əmələ gətirən hissələr şaxtalar düşdükdə məhv olurlar, yay və payız aylarında əmələ gəlmiş qısa budaqlar məhv olmadan qışı keçirirlər və gələcək ildə məhsul əmələ gətirirlər. taxıl fəsiləsi yem otlarının torpağın üstündə və ya 1-2 sm dərinliyində kollanma buğumu olur, buna kollanma zonası deyirlər. kollanma buğumda olan tumurcuqdan yazda havalar isindikcə yeni zoğlar əmələ gəlir ki, bu da vegetativ çoxalma adlanır. Çoxillik otlar eyni yerdə bir neçə il yaşayıb məhsul verirlər. Çoxillik otların yaşama müddəti müxtəlifdir. Bitkilər həyatının uzunluğuna görə bir neçə qrupa bölünürlər: 1) qısa ömürlülər – xəşənbül bitkisi kimi eyni sahədə iki il qalır. Qırmızı üç yarpaq və örüş qaramuqu 3-4 il, 5-6 il yaşayan kirpiotu. Çəmən Timofeyev (xaşa) Esparyeti; buynuzotu, 10 ildən çox yaşayan çoxillik otlar qrupuna – çəmən lərgəsi, qılçıqsız tonqalotu, çəmən yulafcası, çəmən yarpızı, ağ tarlaotu, taxılotu, şırımlı topal (tipçak) aiddir. Otlaqda olan otların 10-15% birillilik ot bitkilərənə aid olur. Cənub rayonlarda ot bitkilərinin birillilikləri nisbətən çox olur (xüsusilə də səhra zonasında). Birillilik otlar 1 (bir) ildə böyüyüb inkişaf edib və toxum məhsulu əmələ gətirirlər. Qışda birillilik otların yeraltı və yerüstü orqanları tamamilə məhv olur və yalnız toxumları hesabına yenidən böyüyüb inkişaf edirlər.

Çəmən və otlaqlarda kol yarımkol bitkilərinə də rast gəlinir. Onlarda heyvanlar tərəfindən yeyilən yem mənbələri sayılır.

Ağac bitkilərindən fərqli olaraq kol və kolcuqların gövdəsi inkişaf etmir. Onların budaqlanması torpağın səthindən başlayır. Kolların boyu 4-5 metrə qədər olur, onlar 20-30 il yaşayırlar. Bəzi zonalarda, xüsusilə tundra, meşətundrada kol bitkiləri daha çox yayılır. Bataqlıq, çox nəmli torpağı olan zonalarda mamır, şibyədə olur və onlar da bəzi heyvanlar tərəfindən (maral) yeyilir.

Budaq əmələ gətirmə və yarpaqlanma xarakterinə görə bitkilərin tipləri:

Taxıl bitkiləri–kollanma xüsusiyyətinə görə - kökümsovlular, seyrək kollular və sıx kollular tipinə bölünürlər:


  1. Kökümsovgövdəli bitkilər torpağın altında və üstündə kökümsov gövdə adlanan budaqlar əmələ gətirirlər. Budaq böyüdükcə yan budaqlardan yeni kollanma düyünü əmələ gəlir. Vegetativ yolla çoxalmaqla kökümsovkövdəli bitkilər daha çox sahəyə yayılır. Sürünən ayrıqotu bir ildə kökümsovkövdə hesabına metrə qədər sahəyə yayılır. Bu qrupa sürünən çayır bitkisi, qılçıqsız tonqalotu, ağ tonqalotu, qamışa oxşar sarı bülbülotu daxildir.

  2. Seyrəkkollu taxıl otlarının kollanma düyünü torpağın 1-5 sm dərinliyində olur. Onların yem budaqları kök boğazına iti bucaq altında çıxır və seyrək kol formasına malik olurlar. Bu bitkilər torpaqda sıx çim qatı əmələ gətirirlər. Bu ot ən çox qida maddələri ilə daha zəngin olan gillicəli torpaqlarda yayılırlar. Bu otlar əsasən toxumları ilə çoxalırlar.

  3. Seyrəkkollu taxıl otlarının kollanma buğumu torpağın 1-2 sm dərinliyində yerləşir. Quraq rayonlarda şırımlı topal, yovşan bitkilərinin gövdələrinin buğum araları çox qısa olur. Onların yan zoğları gövdəyə sıxılaraq çox sıx kol formasında olurlar. Onlar yayılan ərazilərdə xırda torpaq yığımları olur. Buna səbəb kolun orta hissəsinin çox sıxılı olmasıdır.

Sıx kollu otlar torpaqda çox sıx çim əmələ gətirir, həm də onlar eyni sahədə uzun illər yaşayıb məhsul verirlər. Onlar az dəyərli yem əmələ gətirirlər. Onların içərisində dəyərli yem bitkiləri də vardır. Şırımlı vələmir bitkisi dəyərli yem verir. 10 kq otu 37 yem vahidi və 3,7 kq həzm olunan zülal olur. Çəmən və otlaqlarda sıx kollu otlar yayılmağa başlayırsa otlaq və çəmənin cılızlaşması başlayır.

Paxlalı yem otları. Bu qrupa aid olan yem otlarının yan zoğları ya yuxarı qalxır və ya da torpağın üzərinə sərilir. Yan zoğlar əmələ gətirməsinə görə paxlalı bitkilərin bir neçə qrupları vardır.

1.Kolşəkilli paxlalı bitkilər. Bu qrupun bitkilərinin budaqları bir-birindən aralı olub seyrək kol şəklində olurlar. Çiçəkləyib məhsul əmələ gətirdikdən sonra bitkilər məhv olur. Gələn yazda bitkidə yeni zoğlar əmələ gəlir. Məhsul verənə qədər biçildikdən və ya otarıldıqdan sonra həmin ildə bitkidə yeni zoğlar əmələ gəlir. Kolşəkilli paxlalı yem otlarına çəmən üçyarpağı, səpin yoncası, buynuzlu qurdotu, xaşa (noxud yarpaq) bu qrupa aiddir.

2. Zoğları yerə sərilən paxlalı yem bitkiləri. Bu qrupun bitkilərinin budaqları yerə sərilir və buğumlarından çıxan köklər torpağa girir. Bu qrupa ağ üçyarpaq və ya sürünən üçyarpaq və çiyələyə oxşar üçyarpaq aiddir.

3. Müxtəlif otlar qrupuna köklərin tumurcuqları ilə çoxalan bitki, kökləri iyvari olan bitkilər – soğanaqlı bitkilər qrupuna daxildir.
Çoxillik yem otlarının böyümə və inkişafının biologiyası

Bitkinin ölçülərinin və kütləsinin artması – böyümə adlanır. İnkişafı dedikdə vegetasiyası ərzində bitkidə gedən keyfiyyət dəyişikliyi başa düşülür. Bitkilər vegetasiya ərzində müxtəlif inkişaf fazaları keçirirlər. Birillilik bitkilərdə tam yetişmə fazası cücərtilər əmələ gəldikdə 40-150 gün sonra baş verir, çoxillik taxıllarda isə bu faza 80-110 gün sonra baş verir. Çoxillik yem bitkiləri aşağıdakı inkişaf fazalarını keçirirlər: 1) yazda otun böyüməyə başlaması; 2) kollanma, paxlalılarda budaqlanma; 3) taxıllarda boruya çıxma, paxlalılarda gövdələşmə; 4) taxıllarda sünbülləmə, paxlalılarda qönçələmə - butonizasiya; 5) çiçəkləmə; 6) meyvə əmələgətirmə; 7) budaqların məhv olması.

Çoxillik yem otları orta sutkalıq temperatur 3-5oC olduqda böyüməyə başlayırlar. Taxıl otları kollanma, paxlalılar budaqlanma fazasına yazda böyüməyə başladıqdan 2-3 həftə sonra keçirlər. taxil otları kollanır, bitkinin gövdələri kollanma buğumundan çıxır, paxlalı bitkilər isə budaqlanan zaman yan budaqlar kökün boynunda və ya da əsas budaqda olan tumurcuqdan əmələ gəlir. Əsas budaqda ilk gövdə buğumu (və ya düyünü) əmələ gəldikdə boruya çıxma fazası kimi qeydə alınır. Axırıncı yarpaq qoltuğundan sünbül çıxması müşahidə edildikdə sünbülləmə fazası kimi qəbul edilir. Sünbülləmə fazasından sonra çiçəkləmə paxlalı bitkilərdə qönçələmə fazası, sonra isə çiçək qrupunun formalaşması, daha sonra isə çiçəkləmə fazası qeyd edilir. Sünbülləmə və qönçələmə fazalarından 6-12 gün sonra, bəzən də uzun müddətdən sonra, məs. yoncada iyundan oktyabr ayına qədər çiçəkləmə fazası başlayır. Toxumlar yetişdikdən sonra bitkinin məhv olması başlanır. Bitinin inkişaf fazalarının keçmə müddətləri xarici şəraitdən asılı olaraq qısalır və ya uzanır. Bu yerli iqlim şəraitdən asılıdır. Səhra və isti iqlim şəraitdən yem otları inkişafını nisbətən qısa müddətə keçir və yayın ortasında əksər otlar quruyur. Yağmurları çox olan mülayim iqlim qurşağında isə otlar vegetasiyasını nisbətən uzun müddətə keçir və onların çoxu (xüsusilə alçaqboylu taxıl otları) payıza qədər yaşıl qalırlar. Yem otları yetişmə müddətinə görə 4 qrupa bölünürlər: 1) faraş; 2) erkən müddətə; 3) orta müddətə; 4) gec müddətə məhsul verənlər.
Bitki və xarici mühit

Hər bir bitki xarici şəraitin altında böyüyüb inkişaf edir. Bitkilərdə xarici şərait arasında əlaqələri bitki ekologiyası öyrənir. Bitkilərdə xarici şərait arasında müxtəlif əlaqələr mövcuddur. Bitki özünə lazım olan amilləri seçib inkişaf edir. Bitkilər suyu, onun tərkibində olan mineral duzları, karbon qazını, oksigenli, günəş enerjisini ətraf mühitdən alaraq mürəkkəb üzvi maddələr əmələ gətirirlər. təbiətdə bitkilər tərəfindən yaranan üzvi maddələr əksər canlılar üçün yem mənbəyidir. Bitkilər xarici mühitə uyğunlaşır və bu proses nəsildən keçir. Böyümə və inkişaf üçün bitkilərə su, istilik, işıq, hava lazımdır. Bitkilər suyu əsasən torpaqdan alır. Torpağa su isə yağmurlar hesabına daxil olur, qrunt suları da torpağa nəmləndirir. Ərazinin harada yerləşməsindən asılı olaraq yağan yağış, qar, dolu müxtəlif miqdarda olur, buna görə də ərazilər üzrə bitkilər nəmliklə müxtəlif dərəcədə təmin olunurlar. Tropik qurşaqda yağmurların illik miqdarı 10 min millimetr olduğu halda Cənubi-Şərqi Asiyada isə ildə çox nəmli şəraitdə uyğunlaşan bitkilər yayılır. Onlar torpaqda oksigen çatışmazlığında inkişaf edirlər. Bitkinin həyatında istilik rejimi də mühüm rol oynayır. Bəzi bitkilərin (qırmızı üçyarpağın) toxumları 1-2o istilik olduqda, digərləri isə (sorqo, sudanotu) 10-12o istilik olduqda cücərirlər. bitkilər öz həyatları boyu müxtəlif miqdarda istilik tələb edirlər. Onlar çatışmadıq-da bitkilər normal böyüyüb inkişaf etmir. Normadan çox istilik istilik olması da bitkinin həyatına mənfi təsir göstərir.

Nəmliyə tələblərinə görə yem bitkiləri aşağıdakı ekoloji tiplərə bölünürlər: mezofitlər, hiqrofitlər, efemeroidlər.

Mezofitlər orta dərəcədə yağmur düşən rayonlarda yayılıb. Onlar torpaqda 75-80% nəmlik olduğu şəraitdə daha yaxşı inkişaf edirlər.

Mezofitlərə - sürünən ayrıqotu, yonca, üçyarpaq, xaşatimofeevka aiddir.

Hiqrofitlər – quraq iqlim şəraitində yayılan bitkilərdir. Onların güclü kök sistemi olur və torpağın dərin qatlarından nəmliyi mənimsəyirlər. Onlar səhra və yarımsəhra zonalarda yayılmışlar. Onların yarpaq səthi çox xırda olur ki, nəmliyi az buxarlandırsınlar. Yovşan, müxtəlif tikanlı bitkilər bu qrupa aiddirlər. Quraq iqlim şəraitində efemerlər və efemeroidlər qrupları da yayılmışdır. Efemerlər erkən yazda torpaq və havada nəmlik olduğu müddətdə inkişaf edirlər. Onların yarpaq səthi kiçik, kökləri zəif və qısa olduğundan torpağın səthinə yaxın sahədə olur və yağmurlardan yaxşı istifadə edirlər. Bu qrupa bəzi astraqallar, taxtapuşlu tonqalotu, bozalaq (xlopovnik) otu daxildir.

Efemeroidlər çoxillik bitkilərdir. Onlar nəmlik olduğu dövrdə böyüyüb inkişaf edir, quraqlıq olduqda inkişaflarını dayandırır, nəmlik olduqda yenidən inkişaf edirlər. Bu qrupa – dişə (qırtıc) myatlik, cil (qumotu) osoka aiddir.

Torpaq amilləri

Bitkilərin həyatında torpaq amilləri də mühüm əhəmiyyət kəsb edir. Torpaqda olan nəmlik və onun içərisində həll olan qida maddələri bitkilərin kökləri ilə mənimsənilir. Torpaq məhlulundan bitkiyə daxil olan azot, fosfor, kalium və digər elementlər (kalsium, dəmir və s.) bitkilər üçün əsas qida mənbələridir. Torpaqda həm də çox miqdarda mənimsənilə bilməyən ehtiyat qida maddələri olur. Onlar kimyəvi və bioloji proseslərin təsiri altında həll olaraq bitkilərin mənimsəyə biləcəyi formaya keçirlər. Bitkilərin həyatında mühüm əhəmiyyəti olan azotun mənbəyi üzvi maddələrdir. Torpaqda olan üzvi birləşmələrin mənbəyi isə bitki və heyvanların qalıqlarıdır. Bu qalıqlar mikroorqanizmlər tərəfindən tədricən mənimsənilir və torpaqda humus adlanan çürüntü əmələ gətirirlər. Kül elementləri üzvi maddələrin minerallaşması hesabına meydana gəlir. Mineral birləşmələr isə bitkilər üçün əsas yem mənbəyidir. Bitkinin quru maddəsinin təxminən 1,5%-ni azot, 5%-ni isə kül elementləri təşkil edir. Buna baxmayaraq onlar bitkinin həyatında böyük əhəmiyyətə malikdirlər. Onların iştirakı olmadan bitkidə zülallar, karbohidratlar və digər üzvi maddələr əmələ gələ bilmir. Torpaqda olan qida maddələrinə tələblərinə görə taxıl və paxlalı bitkilər bir-birindən fərqlənirlər. Taxıl bitkiləri böyümə və inkişaflarının intensiv getməsi üçün torpaqdan ən çox azot birləşmələrini mənimsəyirlər. Azot birləşmələri nitrifikasiya prosesində yaranırlar. Paxlalı bitkilər isə özləri havanın azotunu köklərində yaşayan azot mənimsəyən bakteriyalar hesabına mənimsəyirlər. Paxlalı bitkilər torpaqdan ən çox fosfor və kalium birləşmələrini mənimsəyirlər.Bitkiyə lazım olan qida maddələrinə təlabat vegetasiya ərzində eyni olmur. Məsələn, taxıl otlarına azot ən çox kollanma fazasında, fosfor cücərti fazasında kollanmayadək olan müddətdə, kalium isə kollanma və boruyaçıxma fazasında tələb olunur. Bitkilərin məhsuldarlığını yüksəltmək üçünonların əkinlərinə mineral və üzvi gübrələr vermək lazımdır.

Bitkilər müxtəlif torpaqlardan (bir-birindən qida maddələrinin miqdarına, turş, qələvi, duzlu və s) birinə uyğunlaşaraq böyüyüb inkişaf edirlər. Qiymətli taxıl və paxlalı yem otları adətən qida maddələri ilə yaxşı təmin olmuş torpaqlarda daha yaxşı böyüyüb inkişaf edirlər. Qida rejimi pozulduqda bu bitkilər tədricən məhv olur və onların yerində az dəyərli yem bitkiləri artmağa başlayaraq qida maddələri az olan torpaqlarda yem bitkilərinin məhsuldarlığı və məhsulun keyfiyyəti aşağı olur.

Qiymətli yem otları – qılçıqsız tonqalotu, çəmən timofeyevi, çəmən yulafcası, çəmən dişəsi, paxlalı yem otlarından – üçyarpaq, siçan noxudu, zəif-turş, neytral və zəif qələvi mühitli torpaqlarda daha yaxşı inkişaf edirlər. Turş mühitli torpaqlarda yem dəyəri aşağı olan – ağbığ, qələvi mühitli torpaqlarda isə cil bitkisi bitir. Turş torpaqlarda yaxşılaşdırmaq üçün torpağa əhəng, qələvi mühitli torpaqlara işə gips vermək lazımdır.

Torpağın hava rejiminin əlverişli olması da vacibdir. Torpaqda kifayət qədər hava olmalıdır. Torpaq havasında olan oksigen az olduqda bitkinin böyüməsi zəifləyir. Çox sıxlaşmış torpaqlarda bitkilər zəif inkişaf edir və ya məhv olur.
Azərbaycanın mövcud təbii yem mənbələri

Azərbaycanın yem mənbələri 2 qrupa ayrılır: 1) əsas 2) əlavə yem mənbələri. Təbii yem mənbələrinə təbii çəmənliklər, biçənəklər, örüşlər, yay və qış otları daxildir. Əkinçilikdə becərilən müxtəlif mədəni bitkiləri də respublikamızın yem mənbələridir. Təbii otlaq, örüş, çəmən, biçənəklərdə yem bitkilərinin yetişdirilməsinə əmək sərf olunur. Ona görə də onlar iqtisadi cəhətdən əlverişli olur.



Təbii yem mənbələri. Respublikamızda təbii yem sahələri heyvandarlığın inkişaf etdirilməsində xüsusi əhəmiyyət kəsb edirlər. Təbii yem mənbələrində, xüsusən, otlaqlarda olan yem otları öz-özünə yaranmışdır. İnsanlar təbii yem mənbələrini yaxşılaşdırmaq üçün müxtəlif tədbirlər həyata keçirlər. Belə tədbirlər həyata keçirilməsə otlaq və biçənəklər tədricən məhsuldarlığını azaldar və otların bəziləri sıradan çıxa bilər. Təbii yem mənbələri, o cümlədən çəmənliklər xüsusi əhəmiyyətə malikdir. Müxtəlif fəsillərə mənsub olan bitki cinsləri və növlərinin formalaşdığı torpaq iqlim şəraitində əmələ gətirdiyi sıx ot örtüyü çəmənlik adlanır. Azərbaycanda olan çəmənliklər inkişaf etdiyi xarici mühit şəraitinə, yayıldığı əraziyə və bitki örtüyünə görə aşağıdakı qruplara bölünürlər: 1) Alp (yüksək dağlıq) çəmənliklər; 2) Subalp (yüksək dağlıqdan aşağıda yerləşən) çəmənliklər. Sonuncular aşağıdakı çəmənliklərdir: orta dağlıq, dağətəyi, meşəkənarı, düzən, bataqlıq, su, bozqır, səhra və yarımsəhra çəmənlikləri. Çəmənliklər tarixən inkişaf edib formalaşdığı mühit şəraitinə, yerləşdiyi coğrafi əraziyə, torpaq-iqlim xüsusiyyətlərinə və botaniki tərkibinə görə bir-birindən fərqlənirlər. Çəmənliklər üzrə bitki örtüyü müxtəlifdir. Bəzi çəmənliklər zəngin bitki örtüyünə, yüksək məhsuldarlığına görə digər çəmən bitkilərindən kəskin sürətdə fərqlənirlər. Bitki örtüyü zəif, az məhsuldar çəmənliklərimiz də vardır. Azərbaycan ərazisində 4 min. Hektara yaxın çəmənliklər vardır. İndi onların bir hissəsi zəbt edilmişdir. Ot çalmaq və yem tədarükü etmək məqsədilə istifadə edilən çəmənliklər biçənəklər adlanır. Malqaranın otarılması üçün istifadə olunan çəmənliklər otlaq adlanır. Bəzi çəmənliklər ilin müəyyən dövründə (payızda, qışda) otarılır.

Çəmənliklərdə yayılan bitki örtüyü. Torpağın münbit hala salınmasında çim qatının yaranmasında, torpağın struktur quruluşunun yaxşılaşdırılmasında, torpaqda bitki qalıqları hesabına çürüntünün artmasında mühüm əhəmiyyət kəsb edirlər. Çəmənliklərin otlarından yemləmədən başqa dərmanlar hazırlanmasında, ətirlər hazırlanmasında istifadə edilir.

Xarici şərait – mühit əlverişli olduğu ərazilərdə malqara ilin 8-10 ayı ərzində otlaqlarda otarılıb saxlanır. Otlaqlar istifadə müddətlərinə, yəni otarıldığı fəsillərə görə 2 yerə bölünür: 1) yay; 2) qış otlaqları. Qış otlaqları nisbətən isti iqlim şəraiti olan aran rayonlarında, yay otlaqları isə dağ və dağətəyi ərazilərdə daha çox yayılmışdır.

Dağ otlaqlarının sərin havası, yemlik dəyəri yüksək olan otlaqları, içməli suları heyvanların sağlam və gümrah olması, onların yüksək məhsul verməsi üçün əlverişlidir. Dağ çəmənliklərin otu heyvanlar tərəfindən iştahla yeyilir, onlar qida maddələri və vitaminlərlə zəngin olur. Odur ki, orada otarılan heyvanlar bol məhsul verirlər. Yay otlaqları əsasən yay, qismən isə yazın son, payızın əvvəlində otarılır. Yay otlaqlarına köçürülən heyvanlar oranın isti iqlimindən dağların sərin havalarında özlərini daha gümrah hiss edirlər. Yay otlaqlarının sahəsi 60 min hektara yaxındır. Dağ otlaqlarının zəngin bitki örtüyü vardır. Otlaqlarda da paxlalı və taxıl fəsiləli yem otları daha çox yayılmışdır. Yay otlaqlarını əsaslı yaxşılaşdırmağa ehtiyac yoxdur, otlaq sahələrinə yaxşı qulluq edilməli, otarmanı mütərəqqi üsullarla həyata keçirmək lazımdır. Otlaqda olan tikanlı, zəhərli və zərərli otları məhv etmək lazımdır. Otlaqda heyvanları içməli su ilə normal təmin etmək, otarmanın güc üsulu ilə aparmaq, otlağın gübrələnməsinə xüsusi diqqət verməlidir. Otlaqların torpağının sel suları ilə yuyulmasının qarşısını alan tədbirlər həyata keçirilməlidir.



Qış otlaqları. Azərbaycanda qış otlaqlarının sahəsi 1,8 milyon hektar ətrafındadır. Qış otlaqları respublikamızın aran rayonlarında yerləşir. Qış otlaqlarının bitki örtüyü kasıbdır və örtüyünün yaxşılaşdırılmasına çox ehtiyac vardır. Otlaqların orta quru ot məhsuldarlığı hektardan 3-6 sentner arasındadır. Respublikamızın səhra və yarımsəhra zonalarında – Qobustan, Abşeron, Kürdü düzü, Mil-Muğan, Acınohur, Böyükduz, Ceyrançöl, Qaradağ düzənlikləri Araz boyu, Kür ovalığı kimi qış otlaqları vardır. Bu otlaqlarda çox sayda mal-qara otarılır. Qışı sərt keçən illərdə mal-qaranı yemləmək üçün kənardan quru ot gətirilir. Bu da təsərrüfata baha başa gəlir və iqtisadi cəhətdən əlverişli olmur. Ona görə də təsərrüfatlar qış otlaqlarında əkmə çəmənliklər yaratmalı və su tutan yerlərdə süni biçənək sahələri yaratmalıdırlar. Mal-qara süni biçənək və otlaqlar hesabına yemlə norma təmin edilərsə yüksək və keyfiyyətli məhsul verər və məhsul iqtisadi cəhətdən daha səmərəli olar. Son illər respublikamızda qış otlaqlarının su ilə təmin edilməsinə yönələn tədbirlər həyata keçirilir. Su ilə təmin olunan torpaqlarda müxtəlif fəsilələrə, xüsusilə də paxlalı və taxıl fəsilələrinin qarışığından ibarət ot toxumları səpilməli, daha məhsuldar çəmənliklər və əkmə otlaqlar yaradılmasına xüsusi əhəmiyyət verilir.

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə