Mühazirə №1 : ÇOXİLLİk paxlali yem otlarinin öYRƏNİLMƏSİ Mühazirəçi: aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Hüseynov A. R



Yüklə 0,94 Mb.
səhifə8/13
tarix20.10.2017
ölçüsü0,94 Mb.
#5734
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   13

Otlaq dövriyyəsi. Otlaq bir neçə il dalbadal yalnız otarma üçün istifadə olunduqda az keyfiyyətli otların miqdarı artır ki, bunları da heyvanlar iştaha ilə və tamamilə yemirlər. Yüksək keyfiyyətli otluğu saxlamaq və lazımsız otların öz-özünə toxumlamasına yol verməmək üçün otlaq dövriyyəsi tətbiq olunur.

Otlaq dövriyyəsi dedikdə ağıllıların elə bir istifadə sistemi nəzərdə tutulur ki, bu halda 1 və ya 2 ağıl mal otarmazdan azad edilir və hər il və ya 2 il dalbadal biçənək kimi istifadə olunur. Bundan başqa otlaq dövriyyəsi sistemi ağıllılardan növbə ilə istifadə etməyi də nəzərdə tutrur. Əgər cari ildə mal birinci ağılda otarılmışsa, növbəti il ikinci ağıldan başlamaq lazımdır. Beləliklə birinci ağıl sonuncu otarılır. Otluğu bərpa etmək və otlaq mənbələrinin yüksək məhsuldar-lığına nail olmaq üçün otlağı qiymətli otlar toxumladıqdan sonra iki və ya üç il biçmək lazımdır.

Suvarılan otlaqlarda ağılları otarma suvarmadan azı 3-4 gün sonra, torpağın üst qatı quruduqda aparılır.

Mühazirə № 10 : “Köküyumrulu bitkilərlə tanışlıq

Mühazirə planı

1. Kartof:

a) təsərrüfat əhəmiyyəti;

b) aqrotexnikası.

2. Yerarmudu:

a) təsərrüfat əhəmiyyəti;

b) aqrotexnikası.

İstifadə olunan ədəbiyyat


  1. Behbudov H.Ə. “Azərbaycanın yemçilik təsərrüfatı”, Bakı, Azərnəşr, 1991.

  2. Behbudov H.Ə. “Yemçilik”, Bakı, Azərnəşr, 1971.

  3. Hümbətov H. S., Məmmədov V. Ə., Qəbilov M. Y. Şəkərli və nişastalı bitkilər, Bakı: “Elm və təhsil” 2014, 328 s.

  4. Hümbətov H. S., Şabanov M. C., Verdiyeva R. C. Şirəli yem bitkiləri. Bakı: 2013, 152 s.

  5. Xəlilova H.M. “Bitkiçilik üzrə laboratoriya məşğələləri”. Bakı, “Maarif”, 1973. 368 s.

  6. Masterova V.P., Ananina N.N. “Yem istehsalının əsasları”, Bakı, “Maarif”, 1978. 214 s.

  7. Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s.

  8. Tağıyev T. M. Azərbaycanın otlaqlarında əsas yayılmış yem bitkiləri. Kirovabad, 1975.

  9. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984.

  10. Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982.

  11. Андреев Н.Т. «Луговое и полевое кормопроизводство», Москва, Колос, 1984.

  12. Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с.

  13. Картофель / Под ред. Н. С. Бацанова. М.: «Колос», 1979.

  14. Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с.

  15. Производство раннего картофеля в Нечерноземье / Под ред. К. З. Будина. Л.: Колос, 1984.

  16. Тен А. Г. «Koрмопроизводство», Москва, Колос, 1982. 463 с.

  17. Тюльдков В. А. «Практикум по луговому кормопроизводству», Москва, Агропромиз., 1986, 255 с.

Köküyumrulular

Respublikamızda becərilən köküyumrululara kartof və yerarmudu aiddir.



Kartof

Kartof Badımcançiçəklilər (Solanaceae) fəsiləsinin ən geniş yayılmış cinsinə daxildir. O, bütün kənd təsərrüfatı heyvanları və quşları üçün əla keyfiyyətli şirəli yemdir. Onunla çiy, bişirilmiş, qurudulmuş və siloslanmış halda yemləyirlər.

Yem məqsədilə onu ən çox qaratorpaq olmayan zonalarda istifadə edirlər: südlük inəklərin hər başına gündə 25 kq-a qədər kartof verirlər, donuzları başlıca olaraq kartofla kökəldirlər.

Kartofun yumrularında 75%-ə qədər su, 20,5% nişasta, 2% xam protein olur. Qalan hissə şəkər, yağ, sellüloza və külün payına düşür. Kartof C, B1, B2 və başqa vitaminlərlə zəngindir.

1 kq kartofda 0,31 yem vahidi olduğu halda, şəkər çuğundurunda 0,26, yem turpunda 0,09 yem vahidi olur.

Düzgün aqrotexnika tətbiq olunduqda kartof bütün torpaqlarda yüksək məhsul verə bilər, lakin o, hava yaxşı daxil olan gillicə və qumsal torpaqlarda, qurudulmuş torflu-bataqlıq yerlərdə, kifayət nəmlikdə isə qara torpaqlarda daha yaxşı inkişaf edir. İstər üzvi, istərsə də mineral gübrələrə həssas bitkidir.

Qabaqcıl kartof becərənlər düzgün aqrotexnika tətbiq etməklə, hər hektardan 400-dən 700 s-ə qədər yumru götürürlər.

Faraş kartofun tağından silos hazırlamada istifadə olunur. Yem üçün kartofun ərzaq qalıqları (xırda və don vurmuş) da istifadə olunur.

Yem üçün kartofun çox miqdar mövcud sortlarından hamısı, lakin başlıca olaraq yüksək məhsul verən və yaxşı saxlanan sortları yararlıdır. Mədəni və yabanı olmaqla 200-dən artıq növü müəyyən edilmişdir. Onlardan yalnız adi kartof - Solanum tuberosum növü əsas əhəmiyyətə malik olmaqla bütün sortları əhatə edir. Digər mədəni növlərindən Solanum demissum, Solanum curtilodum və s. şaxtaya, quraqlığa və göbələk xəstəliklərinə davamlı olduqlarına görə seleksiyada yeni sortlama işində istifadə edilir.

Sortları bitkinin morfoloji quruluşuna görə fərqləndirmək bir qədər çətinlik törədir. Yalnız yumrularına əsasən fərqləndirmək heç mümkün deyil. Ona görə də yardımçı əlamətlərdən istifadə edilməlidir.

Laboratoriya məşğələlərində sortları təyin edərkən tipik yumrular keyfiyyətli herbarilər (rəngini itirməmiş) və rəngli şəkillər olmalıdır. Eyni zamanda yeni cücərməyə başlayan tumurcuqların rəngindən də istifadə eilməlidir. Bunun üçün qarışıq sortların yumruları zəif işıqlandırılmış mühitdə cücərdilir ki, zoğlar çox uzanaraq sorta xas olan rəngi itirməsin.

Əsas kartof yetişdirilən rayonlarda kartofu tarla növbəli əkinlərində, suvarılan rayonlarda isə tərəvəz, az hallarda tarla növbəli əkinlərində əkirlər. Cənub rayonlarında kartofun təkrar əkini və ildə iki dəfə məhsul götürmək üçün əlverişli şərait olur.

Tarla növbəli əkinlərdə kartofun ən yaxşı sələfləri qışlıq taxıllar və taxıl-paxlalı bitkilər, tərəvəz növbəli əkinlərdə isə bostan bitkiləri, kələm və taxıl-paxlalı bitkilərdir. Təkrar əkildikdə kartofu faraş tərəvəzlər, qışlıq taxıllar, silos və yaşıl yem üçün qarğıdalı, yonca-yulaf qarışığı və ikiillik toxumluq tərəvəz bitkilərinin yığımından sonra əkirlər.

Torpağı 8-12 sm dərinliyə yumşaldıb şumlayırlar. Kökümsov gövdəli alaq otları ilə zəngin olan sahələri payızda iki yumşaltmaq lazımdır: birincini 5-6 sm dərinlikdə diskli yumşaldan kotanlarla, ikincini alaqların çıxışı zamanı 10-12 sm dərinlikdə.

Sahəni yumşaltmadan 2-3 həftə sonra şumlayırlar. Zəif humus qatı olan torpaqları 22-24 sm dərinliyə qədər şumlayırlar. Erkən yazda yüngül qumsal və qumluca torpaqları şumlayıb, bərkimiş gillicə torpaqları isə 12-16 sm dərinliyə qədər diskləyirlər.

Böyüməsi və inkişafı üçün kartofa çox miqdarda qida maddələri lazımdır. Buna görə torpağa üzvi gübrələrlə birlikdə mineral gübrələr verməklə yaxşı nəticələr əldə etmək olar. Üzvi gübrələrdən peyin, torf və torf-peyin kompostlarından istifadə edirlər.

Cilli-küllü giltorpaq və qumlu torpaqlarda üzvi gübrələrlə birlikdə kartof üçün yaşıl gübrənin (acıpaxla və seradella) də böyük əhəmiyyəti var.

Mineral gübrələrdən azot, fosfor və kalium gübrələrindən geniş istifadə olunur. Bu gübrələrin torpağa verilmə dozaları suvarılan torpaqlarda 25-30% artırılır.

Kartofun mexanikləşdirilmiş becərilməsi zamanı toxum materialının hazırlanmasında əsas tədbir kalibrləmədir. Əkin zamanı orta ölçülü (50-60 q), orta ölçüdən böyük (70-80 qr.) və iri ölçülü (100-120 qr.) yumrulardan istifadə edirlər.

Erkən yığım vaxtı yumruların məhsuldarlığının yüksəltməyin effektiv yolu cücərtmədir. Cücərtməni işıqlı otaqlarda 12-150 C temperaturda 15-20 gün ərzində aparırlar. Cücərtməni, yumrular bir-iki lay yığılmış stellajlarda (qəfəsələrdə) aparırlar.

Yumruları TMTD preparatı ilə (bir tona 2,5 kq) ilə işləyirlər, bu preparat yumruları nəinki zərərsizləşdirir, həm də daha yüksək məhsul almağa kömək edir. Kartofun məhsuldarlığının yüksəldilməsinin effektiv yolu, yumruların manqan və bor gübrələrinin məhlulları ilə çilənməsidir.

Yüksək keyfiyyətli kartof məhsulunu erkən əkin müddətlərində almaq olar. Bu, istiliyin, işığın və suyun daha yaxşı istifadəsinə, həmçinin fitoftoranın zərərlilik dərəcəsini xeyli azaltmağa imkan verir. Kartofun əkininə, torpaq 8-10 sm dərinlikdə 7-80 C-yə qədər isinəndə başlayırlar.

Kartofun ən yaxşı əkmə üsulu, yumruların şırımlı örtülməsi ilə maşınla əkilməsidir. Az nəmlik zonalarda hamar əkmə üsulundan istifadə edirlər. Cərgələrin arası 70 sm-dir. Müəyyən marağı cərgələrin arası 90 sm olan əkmə üsulu doğurur, bu zaman cərgəarası becərmə zamanı yüksək sürətlə işləyən traktorlardan istifadə edilir.

Yumruları örtülmə dərinliyi şırımlı əkmə zamanı 10-12 sm, hamar əkmə zamanı 8-10 sm-dir.

Əkinlərə birinci qulluq, qaysağın və alaqların məhv edilməsi üçün malalamadır. Tarlanı iki ya üç dəfə yüngül “Ziqzaq” yaxud torlu BS-2, BSO-4 markalı malalar ilə malalayırlar: birinci malalamanı əkindən 7-8 gün sonra, ikincini çıxışların baş qaldırmasından qabaq və üçüncünü çıxışların üstü ilə icra edirlər. Alaqlarla mübarizə məqsədilə kartofun çıxışlarının qalxmasından 3-4 gün əvvəl əkinləri herbisidlərlə işləyirlər: prometrin (1 hektara 3-5 kq) yaxud linuronla (1 hektara 4-6 kq).

Kartof əkinlərinə sonrakı qulluq cərgəaralarını yumşaltmaqdan və dibini doldurmaqdan ibarətdir. Cərgəaralarının birinci kultivasiyasını çıxışların qalxmasından 7-10 gün sonra, ikincini və s. isə alaqların əmələ gəlməsi torpağın bərkiməsi ərzində icra edirlər. Birinci dibdoldurmanı tağ təxminən 20 sm hündürlüyə çatdıqda, sonrakıları isə hava şəraitindən və torpağın xassələrindən asılı olaraq edirlər.

Suvarma şəraitində əkinlər mütləq suvarılmalıdır. Özbəkistanda və Tacikistanda çəmən və çəmən bataqlıq torpaqlarında yaz əkini zamanı 4-5 dəfə, boz torpaqlarda 7-8, yay əkini zamanı isə 6-7 və 10-13 dəfə suvarılır. Qırğızıstanda və Qazaxıstanın cənubunda kartofun çəmən torpaqlarında yaz əkinlərini 3-4 dəfə, boz və açıq-qəhvəyi torpaqlarda 4-6 dəfə suvarma aparırlar. Yay əkinləri zamanı suvarmaların miqdarını 2 dəfə artırırlar. Ukraynanın cənub rayonlarında, Krımda, Moldaviyada və Şimali Qafqazda kartofu 4-6 dəfə suvarırlar. Suvarma norması 1 hektara 400-600 m3-dir. Həm çiləmə, həm şırımlama üsulları ilə suvarma aparırlar.

Kartofun yığımına, tağ solanda, yumruların üzərində isə qalın, soyulmayan qabıq əmələ gələndə başlayırlar.

Kartofu şaxtalar düşənə qədər yığırlar. Yüngül və orta torpaqlarda əsas kartofyığan maşın kimi KKU-2 “Drujba” markalı kombayndan, qumsal və qumluca torpaqlarda isə E-665K, E-668/7, həmçinin dördcərgəli KKM-4 markalı kombaynlardan istifadə edirlər. Saxlamaya yığmaqdan əvvəl yumruların xəstə və yaralanmışlarını seçib qurudurlar. Kartofu xüsusi anbarlarda, xəndəklərdə və burtlarda saxlayırlar. Kartofun ən yaxşı saxlanma şəraiti 1-30 C temperaturda və havanın nisbi rütubəti 85-90% olanda yaranır.

Yerarmudu

Yerarmudunun (topinambur) yerüstü hissəsi xarici görünüşünə görə günəbaxanı xatırladır. Yaxşı siloslanır, yumruları isə donuzları yemləmədə istifadə olunur. Yerarmudunun yerüstü hissəsinin məhsuldarlığı hər hektardan 600-800 s-ə çatır, bəzən də daha yüksək olur. Yumrularda karbohidratların miqdarı kartof və başqa meyvəköklülərə nisbətən daha çox olur. Karbohidratlar, əsasən, həll olan şəkər-inulindən ibarətdir. İnulin yumrularda hüceyrə şirəsinin qatılığını artırdığından bitkinin qışa dözümlülüyü xeyli yüksəlir.

Yerarmudu əkinlərini növbəli əkin sahələrindən kənar, donuzçuluq fermaları yanında ayrılmış əkin yerində yerləşdirirlər. Bu, donuzları payızda yaşıl kütlə yığıldıqdan sonra otarmağa imkan verir. Onu yüngül qumlu torpaqlarda, Belorusiya və Pribaltikada, qaratorpaq olmayan zonada , Sibir və Uzaq Şərqdə becərirlər.

Yerarmudu təzə çıxardılmış yumrularla basdırılır, cərgə araları 70 sm, əkin norması isə hər hektara 1-1,5 t müəyyənləşdirilir.

Yerarmudu basdırılmadan sonra10 il və daha çox məhsul verir.

Yerarmudunun becərmə üsulları kartofun becərilməsində tətbiq olunan üsullardan fərqlənmir. Yumruları, yaz əkinindən başqa bəzən payızda da basdırırlar. Bitkini yay ərzində başqa cərgəarası becərilən bitkilər kimi becərirlər.

Yerarmudu bataqlaşmış torpaqlarda və çökək yerlərdə pis, yüngül gillicələrdə və normal gübrələnmiş qumlu torpaqlarda isə yaxşı inkişaf edir. Yazda əkinləri mineral gübrələr və peyinin tam norması ilə yemləyirlər.

Yerarmudunun yerüstü hissəsini payızda silos üçün biçirlər. Yerarmudunun yaşıl kütləsindən hazırlanmış silosu heyvanlar iştaha ilə yeyirlər.

Sahəni yerarmudunun yumrularından təmizləmək lazım gəldikdə yaşıl kütləni yayda, sonra isə payızda çalmaq lazımdır. Yazda həmin sahəni təkrar şumlayır və çöl noxudu-vələmir və ya başqa birillik qarışıq səpirlər ki, bunu da yaşıl yem üçün mümkün qədər tez yığırlar. Bu halda torpaqda qalan yumrular böyümür və bitki sahədən çıxarılır.

Sortlardan ağ Kiyev, ağ yaxşılaşdırılmış və Leninqrad daha geniş yayılmışdır.

Son illərdə yerarmudu və günəbaxanın qiymətli növdaxili hibridləri alınmışdır. Onlar yüksək yaşıl kütlə məhsuldarlığı (hər hektardan 1420 s) və tərkibində saxarozanın çoxluğu ilə (17%-ə qədər) fərqlənir.

Mühazirə 11: “Otun, senayın və digər yem məhsullarının hesaba

alınması və keyfiyyətinin qiymətləndirilməsi ”

İstifadə olunan ədəbiyyat

1. Behbudov H.Ə. “Azərbaycan yemçilik təsərrüfatı”. Bakı, Azərnəşr,1991

2. Behbudov H.Ə. “Yemçilik”. Bakı, Azərnəşr,1971

3. Hacıyev V. “Mədəni otlaqlar və biçənəklər” Bakı, Azərnəşr,1980

4. Masterova V.R., Ananina N.N. “Yem istehsalının əsasları” Bakı, Maarif nəşriyyatı, 1978.

5. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılmış yem bitkiləri. Kirovabad, 1975.

6. Ten A.T. «Кормопроизводство», Mockва, Koloc, 1982.

7. Андеев Н.Т. «Луговое и полевое кормопроизводство» Mockва, Koloc, 1984.

8. Тюльдков «Практикум по луговому кормопроизводству» Mockва, Агропромиздат, 1986.

9. Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982.

10. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984.

11. Xəlilova H.M. “Biçənək üzrə laboratoriya məşğələləri” Bakı, “Maarif”, 1973



Mühazirə planı

  1. Ot məhsulunun hesaba alınması

  2. Senajın hesaba alınması

  3. Silosun hesaba alınması

  4. Otun qiymətləndirilməsi

  5. Senajın qiymətləndirilməsi

  6. Silosun qiymətləndirilməsi


Otun, senajın və digər yemlərin hesaba alınması

Ot məhsulunun hesaba alınması. Tədarük edilən otun hesaba alınmasını gözlənilən məhsul yığımını müəyyən etməkdən başlayırlar; bunun üçün ot yığımından əvvəl hər birinin ölçüsü 10 m2 olan beş-on nümunə sahələrində ot biçirlər. Otu kondision rütubətlik dərəcəsinə çatan kimi qurutduqdan sonra çəkib 1 hektara görə hesablayırlar.

Dəqiq hesablamaq üçün hazırlanan otu çəkirlər. Əgər bu edilməsə, onda hesablamanı daha sadə yaxud dolayı (vastəli) üsullarla aparmaq lazımdır. Çəkilməmiş otu, samanlığın yaxud tayanın həcmini 1 m2 kütləyə görə yenidən hesablayırlar.

Tayaların həcmini (m3-lə) aşağıdakı düsturlarla müəyyən edirlər:



(şişbaşlı tayalar üçün);

(yastıbaşlı tayalar üçün);

(dəyirmibaşlı tayalar üçün);.

Burada A- aşırımın uzunluğu, U – tayanın uzunluğu, E – tayanın eni, Ç – tayanın çevrəsidir.

Aşırımın uzunluğu üç yerdən (qurtaracaqlarda və ortada) köndələninə (eninə) ölçülür və üç ölçü cəmləşdirilir və bunun üşdə biri götürülür. Eni və uzunu tayanın hər iki tərəfindən 0,75-l m hündürlükdə ölçüb hər iki ölçünün orta qiymətini götürürlər.

Tayanın həcmini ölçmək üçün aşırımın uzunluğunu çarpaz iki dəfə ölçüb hər iki ölçünün orta qiymətini götürürlər. dairəni yerdən təxminən 0,5m məsafədə ölçürlər.

Otun miqdarını iti çapacaq yaxud dəhrə ilə kəsilmiş 1m3 nümunəni çəkməklə təyin etmək olar. Təxmini hesablamalar üçün cədvəl 4-də göstərilən 1m3 səpilmiş otun təxmini çəkisindən istifadə etmək olar.

Preslənmiş otun miqdarını 10-20 tayı çəkmək və onların həcmini ölçməklə təyin edirlər.

Otu hesaba almaq üçün təsərrüfatda xüsusi komissiya yaradırlar. Birinci (ilkin) hesabaalmanı otu saxlanma üçün yığandan 3-5 gün sonra, ikinci – ot yığımı qurtarandan 1,5 – 2 ay sonra aparırlar. Hər tayanın içinə, üzərində biçənək sahəsinin adı, tayanın sayı nömrəsi, ölçülər, otun ümumi çəkisi qeyd olunmuş faner birka qoyulur.

Birinci və ikinci ölçmələrin qiymətlərini hesabaalma (uçot) kitabına salıb qəbul haqqında akt tərtib edirlər. kitabda qeyd edirlər: 1) sahənin adı və tayanın say nömrəsini; 2) çoxluq təşkil edən otları (o cümlədən zəhərli və zərərli otlar) göstərməklə qurudulmuş otun növünü; 3) əsas otların inkişaf fazalarını və yığımın təqvim vaxtını; 4) tayalama vaxtı; 5) çiçəkləmənin nəticələrinə görə qurudulmuş otun miqdarını yaxud ölçmənin vaxtını, tayanın həcmini, 1m3 otun miqdarını və otun ümumi miqdarını; 6) yarpaqlanmanı; 7) rəngi; 8) qoxunu (iyi); 9) kiflənməni. Həmin kitabda da xərclər barədə qeydlər edilir.

Cədvəl 4.

1m3-də otun təxmini miqdarı (kq-la)



Otun növü

Tayada saxlanmanın müddəti

3-5 gün

1 ay

3 ay

6 ay

İriotlu (subasan çəmənliklərdən, meşə), iriqumotlu (cilotlu), bülbülotlu, qamışlı

37-42

45-51

50-55

51-60

Çaylardan taxıl və taxıl-müxtəlifotlu, əkmə taxıllar

40-45

44-55

54-62

58-65

Subasmaz çəmənlərdən taxıl-müxtəlifotlu

45-50

55-61

58-65

64-70

Əkmə otlardan və təbii biçənəklərdən taxıl-paxlalılar

55-57

67-70

72-78

75-84

Paxlalılar

57-66

70-77

75-83

80-85



Senajın hesaba alınması. Senajın miqdarını anbarlarda basdırılan senajı, germetik qüllələrdə basdırılan zaman 5% itkini, adi qüllələrdə və silos xəndəklərində basdırılan zaman zaman isə 10% itkini nəzərə almaqla çəkib təyin edirlər.

Əgər çəkilmə aparılmayıbsa, senajın miqdarını basdırılan otun növündən asılı olaraq çəki ilə, yem vahidi ilə və həzm olunan protein ilə ifadə edirlər (otun həcmini onun 1m3 olan miqdarına vururlar). Senajın həcmini basdırılmadan 10-15 gündən tez olmayaraq və 30 gündən gec olmayaraq ölçüb təyin edirlər, həcmi miqdarını isə cədvəl 5-in köməyi ilə tapırlar.

Hazır senajda yem vahidlərini və həzm olunan proteinin miqdarını tapmaq üçün onun çəkisini 100 kq yemin qidalılığına vururlar.

Senajı aktlar əsasında qəbul edirlər, bu aktlarda anbarın növünü və nömrəsini, xammalın növünü, senajın basdırılmasının başlandığı və qurtardığı tarixləri, bu anbarda senajın həcmini və ümumi miqdarını, senajın yem vahidi və həzm olunan proteinlə təmsil qiymətini göstərirlər.

Senajın çıxarının hesablanmasını gündəlik istifadə olunan miqdarın çəkilməsi əsasında təyin edirlər.

Cədvəl 5.

Senajın, rütubətliyindən və saxlanma formasından

asılı olaraq təxmini miqdarı



Senajın növü

1m3 senajın miqdarı (kq-la)

qüllələrin hündürlüyü

Traktorla basdırılan xəndəklərdə

Rütubətliliyi 50%-ə yaxın olan taxıllar

600-620

500

420

520-500

Rütubətliliyi 50-59% olan taxıllar

630-650

520

450

540-580

Rütubətliliyi 50%-ə yaxın olan

paxlalılar və paxlalı- taxıllar qarışığı (paxlalılar 50%-dən çox)



610-630

420

450-500

550

Rütubətliliyi 50-59% olan paxlalılar və paxlalı- taxıllar qarışığı (paxlalılar 50%-dən çox)

650

450

550

600


Silosun hesaba alınması. Silosun hesablanmasını, silos qurğusunun doldurulmasından 20 gün tez olmayaraq başlayırlar.

Hazırlanmış silosun miqdarını, yem bitkilərinin növünü, miqdarını, yem vahidi və həzm olunan proteini nəzərə almaqla, hazır yemin həcmini onun 1m3-də olan miqdarına vurmaqla təyin edirlər. Silos qurğylarının həcmini, onları siloslanacaq kütlə ilə doldurulmamışdan qabaq, 1m3 –in miqdarını isə - cədvəl 6-ın köməyi ilə təyin edirlər.

Yem vahidlərinin və həzm olunan proteinin miqdarını senajda olduğu kimi təyin edirlər. yerüstü və yeraltı xəndəklərdə olan silosun həcmini xəndəyin eninə, dərinliyinə və uzunluğuna görə, silos kütləsinin xəndəyin qıraqlarından yuxarı səviyyəsinin hündürlüyünə görə (əgər silos xəndəkdən hündürdədirsə), xəndəyin, yemin səviyyəsinə qədər olan eninə görə, xəndəyin qıraqlarından yemin səviyyəsinə qədər məsafəyə görə təyin edirlər.

Silosun həcmini aşağıdakı düsturlarla təyin edirlər:



H = E x D x U (yerüstü xəndəklər üçün);

(əgər silos xəndəyin qıraqlarından aşağıdadırsa);

(əgər silos xəndəyin qıraqlarından yuxarıdırsa).

Burada – xəndəyin aşağıdan uzunluğu, – xəndəyin silosun səviyyəsində olan uzunluğu, U – silos qatının orta uzunluğu (bunu, ümumi uzunluğun 9/10-u kimi qiymətləndirirlər), E1 – xəndəyin aşağıdan eni, E2 – xəndəyin silosun səviyyəsindən olan eni, D – silos qatının hündürlüyü, D1 – xəndəyin dərinliyi, D2 – xəndəyin qıraqlarından hündür olan qatın dərinliyidir (xəndəyin uzunluğu boyunca 9 yerdən ölçülür və orta qiyməti hesablanır).

Silosu aktlar əsasında qəbul edirlər, bu aktlarda: 1) anbarın növü və nömrəsi; 2) silos xammalın növü; 3) silosun qurğuya basdırılmasının başlandığı və qurtardığı tarixləri; 4) silosun qurğudakı həcmi; 5) hesablama üçün götürülmüş 1m3-in miqdarı; 6) bu anbardakı silosun ümumi miqdarı; 7) silosun, yem vahidi və həzm olunan proteinə qəbul edilmiş qiyməti.

Silosun çıxarının hesablanmasını gündəlik istifadə olunan miqdarın çəkilməsi əsasında edirlər.


Cədvəl 6


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə