Mühazirə №1 : ÇOXİLLİk paxlali yem otlarinin öYRƏNİLMƏSİ Mühazirəçi: aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Hüseynov A. R


Silos qurğusunun doldurulmasından 20 gün sonra



Yüklə 0,94 Mb.
səhifə9/13
tarix20.10.2017
ölçüsü0,94 Mb.
#5734
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   13

Silos qurğusunun doldurulmasından 20 gün sonra

1m3 silosun təxmini miqdarı

Silosun növü

Möhkəm kipləşdirməklə

xəndəklərdə



Qüllə və yarımqül-ləlrdə, hündürlük

Quru və kiçik xəndəklərdə

3,5-6 m

6 m-dən

çox


Taxıl otlarının qarışığı ilə yonca: xırdalanmış, xırdalanmamış

650

575


575

550


650

575


525

475


Bitki tərkibində çoxlu taxıl olan təbii çəmənlərin otu və əkmə taxıl otlar: xırdalanmış, xırdalanmamış

575

500


550

425


575

500


450

375


İrigövdəli yabanı otlar (cilotu, qamış və s.)

475

450

475

400


Otun, senajın və digər yemlərin keyfiyyətini qiymətləndirilməsi

Otun qiymətləndirilməsi. Otun keyfiyyətini təyin etmək üçün DÜST 4808-75 standartı təsdiqlənir. Standart Elmi Tədqiqat Yemçilik İnstitutu tərəfindən işlənib işlənib hazırlanmışdır. Bu standarta görə, botanik tərəfindən və otların bitmə şəraitindən asılı olaraq otun dörd növü müəyyən edilmişdir: əkmə paxlalı, əkmə taxıl, əkmə taxıl paxlalı və təbii biçənəklər.

Hər növdən olan ot, tərkibindəki paxlalı və taxıl bitkilərindən, həmçinin biokimyəvi tərkibindən asılı olaraq tələblər və normalara uyğun üç sində (I, II, III) bölünür (cədvəl 7). Aşağıdakı keyfiyyətli olan ot qeyri-sinfi ota aiddir.

Əkmə bitkilərindən hazırlanmış otda zəhərli bitkilər olmamalıdır, təbii biçənəklərdən hazırlanmış otda həmin bitkilərin birinci sinfi üçün 0,5%-dan çox olmayaraq, ikinci və üçüncü siniflər üçün 1%-dən çox olmayaraq qarışığı mümkündür.

Otun ümumi qiymətləndirilməsi onun orqanoleptik və biokimyəvi göstəricilərinə görə aparılır. Xarici görünüşünə görə ot yaxşI keyfiyyətli ota uyğun olub xarab olmuş otun əlamətlərinə malik olmamalıdır (kiflənmiş, çürük, yanmış). Əkmə paxlalı və paxlalı taxıllı otun rəngi yaşıl, yaşımtıl-sarıdan açıq-qonur rəng, əkmə taxıl və təbii biçənək otunun rəngi yaşıldan sarı-yaşıla, yaxud yaşıl-qonur rəngdə ola bilər.

Otun keyfiyyətinin qiymətləndirilməsini aqrokimyəvi laboratoriyada aparırlar; bunun üçün otu saxlanmaya qoymadan 30 sutka gec olmayaraq orta nümunə götürülür. Səpilmiş otun orta nümunəsini partiyanın, 20-dən az olmayaraq, başqa-başqa yerlərindən götürülmüş 200-500 q çıxartmalardan hazırlayırlar. Orta nümunənin ümumi miqdarı 5 kq-dan az olmamalıdır. Preslənmiş otun iri partiyasından orta nümunəni qalaqların 1%-dən az olmayaraq, kiçik partiyasından isə 3%-dən az olmayaraq götürürlər. Otun xarici görünüşü və rəngini təbii gün işığında vizual təyin edirlər.

Nümunənin botanik analizini, otu aşağıdakı fraksiyalara bölməklə aparırlar: paxlalı, taxıl, zəhərli və digər bitkilər. Bu fraksiyaların hər birini ayrıca çəkib götürülmüş nümunədə onların faiz miqdarını təyin edirlər.

Rütubətliyi otun çıxartmasını 100-1050C-də quruducu şkafda sabit rütubətlilik dərəcəsinə çatana qədər qurutmaqla təyin edirlər. Xam proteini, mineral qarışığı, karotini və xam sellülozu müvafiq metodikalar üzrə təyin edirlər.

Senajın qiymətləndirilməsi. Senajın keyfiyyətini təyin etmək üçün DÜST23637-79 standartı təsdiqlənib və işlədilir. Standart Elmi Tədqiqat Yemçilik İnstitutu ilə birgə Kənd Təsərrüfatına Aqrokimyəvi Xidmətlər üzrə Mərkəzi İnstitutu və Elmi-Tədqiqat Heyvandarlıq İnstitutu tərəfindən işlənib hazırlanmışdır. Bu standarta görə, çoxillik və birillik paxlalı, paxlalı-taxıl, taxıl otlardan hazırlanmış senaj var. Xam proteinin, xam sellülozanın, xam külün, karotinin və yağ turşusunun payından asılı olaraq senaj üç keyfiyyət sinifinə bölünür.

Yaxşı keyfiyyətli senaj açıq yaşıl yaxud sarı yaşıl rəngdə (yoncadan hazırlanmış senajın rəngi açıq qəhvəyi ola bilər), xoş meyvə ətirli, bitkinin yaxşı halda qalmış struktur hissələri olan senajdır. Üçüncü sinif senaj zəif bal yaxud təzə bişirilmiş çovdar çörəyi ətirli ola bilər.

Xəndəklərdə basırılmış senajın keyfiyyətini heyvanlara yemləndirmədən yaxud başqa təsərrüfatlara verilmədən 10 gündən, qüllələrdə basırılmış senajın keyfiyyətini isə 5 gündən gec olmayaraq təyin edirlər. Hər anbardan, 2m dərinlikdən az olmayaraq, nümunə götürəndə 3 nümunə götürülür: xəndəkdən – birini mərkəzdən, ikinci xəndəyin orta hissəsindən divardan 0,5-1 m aralı məsafədə, üçüncünü şalbanbaşı tərəflərin 5 metrlik məsafəsindən maili hissələrin birinin mərkəzindən; qüllələrdən – birini mərkəzdən, ikincini və üçüncünü müvafiq olaraq divardan 2 və 0,5 m aralı məsafədən götürürlər. Qüllələrdən nümunələri iki dəfə götürürlər: əvvəlcə yuxarı iki metrlik qatdan, sonra bu çıxarıldıqdan sonra senajın qalan hissəsindən.

Orta nümunə 1,5 kq-dan az olmamalıdır. Bunu, rənginə, ətrinə, quruluşuna (strukturasına), kefin olmasına görə qiymətləndirirlər; nəticələri keyfiyyət pasportuna yazırlar. Sonra nümunəni germetik bağlanan şüşə qaba qoyub üzərinə xloroformun toluolla 1:1-ə nisbətində olan qarışığını tökürlər; qarışığın, qabın dibinə, orta hissəsinə və üzərinə bərabər miqdarda yeridirlər. Nümunə olan qabı keyfiyyət pasportu ilə birgə iki nüsxədə götürülmədən sonra 24 saat ərzində analiz üçün laboratoriyaya göndərirlər.



Silosun qiymətləndirilməsi. Qış fəslində saxlanması zamanı iri buynuzlu malqaranın rasionunda siloslanmış yemlər qida maddələrinin və vitaminlərinin əsas mənbəyidir. Cavan heyvanların kökəldilməsi zamanı silosun payına çox vaxt rasionun qidalılığına 60-70%-i düşür. Bununla əlaqədar olaraq silosun keyfiyyəti xüsusi əhəmiyyət kəsb edir.

Senajda olduğu kimi, silosun da keyfiyyət standartı vardır (DÜST 23638-79); bu standarta uyğun olaraq silosun üç keyfiyyət sinfi var(cədvəl 8).

Yaxşı silosun xoşa gələn, meyvə yaxud turş tərəvəzlərin ətri olur. Üçüncü sinif slos zəif bal, təzə bişirilmiş çovdar çörəyi və sirkə turşusu ətri verə bilər.

Yaxşı slosda süd tirşusunun miqdarı sirkə turşusunun miqdarından 2-3 dəfə çoxdur. Yağ turşusunun yüksək miqdarından, zülalın parçalanmasından əmələ gələn kəskin, xoşagəlməz qoxu xəbər verir.

Cədvəl 8. Silosun keyfiyyətinin xarakteristikası


Göstəricilər

Keyfiyyət sinfi

I

II

III

Silosda quru maddənin miqdarı (%-lə),az olmayaraq:

Birillik təzə biçilmiş otdan; ölüşkəmiş otdan


25

30


20

30


18

30



Silosun quru maddəsində miqdarı: xam protein (%-lə), az olmayaraq: paxlalı otlardan ;

paxlalı-taxıl otlardan və paxlalılarla digər bitkilərin qarışığından; taxıllı otlardan;

karotinin (mq/kq-la), az olmayaraq xam külün (%-lə), çox olmayaraq

14

12



10

60

11


12

10



8

40

13


10

8



8

30

15



Hidrogen ionların konsentrasiyası, pH,pH-1

təyin edilməyən ölüşkəmiş otlardan hazırlanmış silosdan başqa

Turşuların miqdarı (ümumi miqdardan %-lə):

süd turşusunun, az olmayaraq;

yağ turşusunun, çox olmayaraq


3,9-4,3
50

0.1


3,9-4,3
40

0,2


3,8-4,5
20

0,3


Epizootologiya , mikrobiologiya və parazitologiya kafedtasının texniki işçilərinin 2011/2012-çi tədris ilinin ikinci yarım ilində davamiyyət


Q R A F İ K İ

  1. Dünyamalıyeva Könül İslam qızı – laborant – daima birinci növbə: saat 8oo-dan 1600-kimi.

  2. Abbasova Afaq Abbas qızı – böyük laborant

1-3 günlər – birinci növbə - 8oo-16ookimi.

2 -4-cü günlər – ikinci növbə - 1100-dan – 1900 kimi



  1. Abbasova Hicran Gəncəli qızı – böyük laborant

1-3-cü günlər ikinci növbə 1100-dan – 1900 kimi

2 – 4-cü günlər – birinci növbə 800-dan – 1600 kimi



  1. Muxtarova Adilə Aydın qızı – böyük preparatoru hər gün 900-dan 1700 kimi

Cümə günü kafedrada ikinci növbə dərs olmadığına görə Abbasova A.A. və Abbasova H.G. işə davamiyyətləri 900-dan 1700 kimi.

Mühazirə № 12 : “OTLAQ VƏ BİÇƏNƏKLƏRDƏN SƏMƏRƏLİ

İSTİFADƏ EDİLMƏSİ”


Mühazirənin planı:


  1. Otarmanın ot örtüyünə təsiri

  2. Otlağın səmərəli istifadəsinə göstərilən tələblər

  3. Otarma sayı və hündürlüyü



İstifadə olunan ədəbiyyat
1.Behbudov H.Ə. “Azərbaycanın yemçilik təsərrüfatı”, Bakı, Azərnəşr, 1991.

2.Behbudov H.Ə. “Yemçilik”, Bakı, Azərnəşr, 1971.

3.Hacıyev V. C. “Mədəni otlaqlar və biçənəklər”, Bakı, Azərnəşr, 1980.

4.Hümbətov H. S., Hüseynov A. R. Yem otları, Bakı: “Elm və təhsil” 2013, 184 s.

5.Hümbətov H. S., Şabanov M.C., Verdiyeva R.C. Şirəli yem bitkiləri. Bakı: 2013, 152 s.

6.Xəlilova H.M. “Bitkiçilik üzrə laboratoriya məşğələləri”. Bakı, “Maarif”, 1973. 368 s.

7.Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s.

8.Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984.

9.Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982.

10.Masterova V.P., Ananina N.N. “Yem istehsalının əsasları”, Bakı, “Maarif”, 1978. 214 s.

11.Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılmış yem bitkiləri. Kirovabad, 1975.

12.Ten A. Г. «Koрмопроизводство», Москва, Колос, 1982. 463 с.

13.Андреев Н.Т. «Луговое и полевое кормопроизводство», Москва, Колос, 1984.

14.Бугай С. М.. Растениеводство. Москва, 1963, 517 с.

15.Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с.

16.Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с.

17.Тюльдков В. А. «Практикум по луговому кормопроизводству», Москва, Агропромиздат, 1986, 255 с.
OTLAQ VƏ BİÇƏNƏKLƏRDƏN SƏMƏRƏLİ

İSTİFADƏ EDİLMƏSİ
Otlaqların yaşıl otu yüksək qidalılıq dəyərinə malikdir. Onun 100 kq-da 65 yem vahidi və 6,5 kq həzm olunan zülal olur. Otlaqlarda saxlanan inək südü vitaminlərlə daha zəngin olur. Otlaqların yaşıl otu başqa yemlərə nisbətən ucuz başa gəlir. Otlaqlarda otarılan heyvanlar yem otlarını tapdalayır, torpağı kipləşdirir, onun fiziki xassələrini dəyişdirir. Nəticədə bitkilərin qidalanma şəraiti pisləşir və bəzi otların məhv olmasına səbəb olur. Onların yerində yemlik dəyəri az olan otlar meydana gəlir. Otlaqlardan səmərəli istifadə edildikdə qeyd etdiyimiz mənfi halların qarşısı alınır, qiymətli yem otları-ağ üç yarpaq, Sarı yonca, çəmən qırtıcı, şırımlı topal, çoban toppuzu kimi yem otları artır və onlar uzun müddət yüksək yem məhsulu verirlər. Otarma düzgün həyata keçirildikdə torpağın aerasiya prosesi yaxşılaşır, ot örtüyü sürətlə böyüyüb inkişaf edir və sıx örtük alaq otlarını sıxışdırıb sıradan çıxarır. Doyunca yaşıl yemlə qidalanan mal-qara daha çox peyin və sidik buraxmaqla mikrofloranı fəallaşdırır, torpaqda gedən bioloji prosesləri gücləndirir.

Otlağın səmərəli istifadəsinə yüksək tələblər qoyulur. Belə ki, otlaq otarılma müddətinə, otarılma hündürlüyünə, otarılma sayına düzgün əməl edilməlidir. Yəni otlağın normal yüklənməsinə əməl edilməlidir.

Ot örtüyündən düzgün istifadəyə nail olmaq üçün otarmanın başlanmasına düzgün əməl edilməlidir. Otarma vaxtından əvvəl və ya gecikdirilmiş müddətlərdə aparıldıqda bitkilərin inkişafı zəifləyir və otluğun məhsuldarlığı azalır.

Heyvanların yazda otarılmasına otların cücərti verməsindən 10-20 gün sonra, yəni kollanma-budaqlanma fazasında başlamaq məsləhət görülür. Otlaqda axırıncı payız otarmasının da optimal müddətdə aparılmasına düzgün əməl edilməlidir. Əks halda cücərməyə başlayan otlar qış şaxtalarına qədər möhkəmlənə bilmir və otun gələcək ildəki məhsuldarlığı azalır. Ona görə də qış şaxtaları düşdüyü müddətdən 25-30 gün əvvəl axırıncı payız otarması dayandırılmalıdır.

Otların otarma hündürlüyünə də düzgün əməl edilməlidir. Bu göstərici otlağın yerləşdiyi zonadan asılıdır. Səhra və yarımsəhra zonalarında otarma hündürlüyü 3-4 sm olmalıdır. Digər zonalarda isə otarma hündürlüyü 4-5 sm qəbul edilməsi əlverişlidir.

Otlaqların il ərzində otarma sayı da zonanın torpaq-iqlim şəraitindən asılıdır. Səhra və yarımsəhra zonasında otlaq ildə 1-2 dəfə, düzənlik sahələrin otlaqları 4-5 dəfə (suvarılan və ya yağmurla yaxşı təmin olunan ərazilərdə) otarılmalıdır.



Otlaqların tutumu. Otlaqların tutumu dedikdə otlağın 1 hektar (otlaq) sahəsinin otlaq dövründə necə mal-qara saxlaya bilməsi başa düşülür. 1 baş mal-qara otlaq dövründə 0,4-0,5 hektar otlaq sahəsi olmasını tələb edir, cavan mal-qaranın hər başına 0,2, 1 baş ata 0,25-0,3 ha,1 baş qoyuna 0,07-0,08 ha otlaq tələb edir. Əgər otlağın məhsuldarlığı aşağıdırsa 1 baş mal-qaraya 1-2,5 hektaradək otlaq sahəsi olmalıdır. Səhra zonasında 1 baş qoyuna ildə yemlə təmin olunmaq üçün 3,5-6 hektar otlaq sahəsi olmalıdır. Heyvanların bir sutkada yaşıl yemlərə tələbi aşağıdakı qədərdir:

Sağmal inəyə 40-75 kq, cavan mal-qaranın hər başına 30-40 kq,1 yaşa qədər cavanlara 15-25 kq, 1 baş qoyuna 6-8 kq,1 baş ata 30-40 kq.

Əgər otlağın məhsuldarlığını bilsək otlaq dövrünə və otarılacaq heyvanlarına görə otlaq tutumunu hesablaya bilərik. Tutaq ki, otlağın hər hektarında 200 sentner yaşıl ot məhsulu var. Otlaq dövrü 200 gündür. 1 inəyə gündə 50 kq yaşıl yem verilir, tələb olunan cəmi yem – 50x200=100 sentner və ya 10 ton.

Otlağın məhsuldarlığını 1 inəyə lazım olan yaşıl yemin miqdarına bölsək otlağın tutumunu hesablayarıq, yəni 200:100=2 inək. Deməli, hər inəyə 0,5 ha otlaq sahəsi düşür.

Otlaqlardan düzgün və səmərəli şəkildə istifadə etmək ən mühüm şərtdir.

Otarma əsasən 2 üsulla aparılır:



  1. sərbəst və ya 2) sistemsiz otarma - bu üsulda heyvanlar bütün otlaq boyu otlayır və daha yaxşı yeyilən otları istifadə edir, qalan otları tapdalayır. Nəticədə yaxşı yeyilən taxıl və paxlalı yem otları tədricən sıradan çıxır. Onların yerini az yeyilən və yeyilməyən otlar tutur. Sonrakı otarmalarda heyvanlara yaxşı yeyilən otlar çatmır və az dəyərli yem otları ilə qidalanmalı olur. Sistemsiz otarma üsulu yalnız az məhsuldar səhra və ya yarımsəhra otlaq mənbələrində, dağlıq və çöl zonalarında tətbiq olunur.

Ən əlverişli sayılan küz üsulu ilə otarmada otlaqlar küzlərə (ağıllara) bölünür. Küzlərin otu növbə ilə heyvanlar tərəfindən otarılır. Əvvəlcə 1-ci, sonra isə 2-ci küz otarılır. Heyvanlar 1-ci küzdə otarılarkən sonrakı küzlərin yem otları böyüyüb məsuldarlıqlarını artırırlar. Küzlərin sayı elə tənzimlənir ki, hər küz gələn dəfə otarılana qədər 25-30 gün otarılmasın və bu müddət ərzində yem bitkiləri böyüyüb kifayət qədər məhsul əmələ gətirsinlər. Küz üsulu ilə otarmada yem otları küzün hər yerində bərabər şəkildə istifadə edir. Küz üsulu ilə otarmada yem otları nisbətən erkən dövrdə heyvanlar tərəfindən daha iştaha ilə yeyilir, həm də onların yemlik dəyəri daha yüksək olur. Bu isə heyvanlardan daha yüksək məhsul alınmasına səbəb olur. İllər üzrə bəzən otun məhsuldarlığı artır və ya azalır. Odur ki, küzlərin sahəsini dəyişmək əvəzinə küzdə otarma müddətini dəyişmək lazımdır. Yüksək məhsuldar mədəni otlaqlarda hər küzün sahəsi 4-5 hektar olması məsləhət görülür. Əgər küzün daxilində otarma hissə-hissə həyata keçirilirsə küzün sahəsi 8 hektar olması məsləhətdir.

Hər küzün otu 3-6 gün ərzində otarılmalıdır. Bu müddətə otların otarma hündürlüyü də təsir edir. Otarılmış otların boyu 5 sm olduqda otarmanı dayandırmaq lazımdır. Əks halda otlar kifayət qədər intensiv şəkildə böyümürlər.

Qaramalı əvvəlcə qabaqkı günlər otarılmış sahələrdə otarmaq lazımdır ki, ac heyvanlar yeyilmiş otların hamısını götürsün.

Küz üsulu ilə otarma otlaq sahəsinə tələbatın 20-30% azaldılmasına səbəb olur.

Paxlalı yem otları çox olan otlaqlarda bəzən qaramal otarılarkən köpmə (timpaniya) xəstəliyinə tutulur.Şehli otlaqlarda da səhər tezdən heyvanları otarmaq məsləhət görülmür.Hər iki halda heyvanlar əvvəlcə gün cənub yamaclarında otarılması sonra küzə salınmalıdır.

Ağılların sayı və ölçüləri. Ağılların sayı zonalardan asılı olaraq 12-dən 24-ə qədər ola bilir. 1 hektar otlaqda 12-25 baş mal-qara otarılması məsləhət görülür.Hər ağılda heyvanlar 5-6 gün otarılması əlverişlidir.Məhsuldarlığı az olan otlaqlarda ağılların sayını artırmaq məsləhət görülür.

Səhra və yarımsəhra zonasında qoyunların otarılması üçün ayrılan otlaqlar yazda bir neçə sahələrə bölünür, həmin sahələrin hər birində qoyunlar 3-4 gün otarılır. 15-20 gündən sonra 1-ci sahədən başlayaraq 2-ci otarma həyata keçirilir. Dağlıq zonada ağılların sayı 8-10; 10-12 və ya 12-16 olması məsləhət görülür.

Yüksək məhsuldar otlaqlarda ağılların sayı 8-10 qəbul edilir.

Ağılların kənarları daimi çəpərlə (elektrik çobanları ilə) çəpərlənir. Məftilə toxunan heyvan zəif elektrik cərəyanının zərbəsini hiss edib geri çəkilir.Məftil hasar inəklər üçün yerdən 90 sm, qoyunlar üçün 40 sm hündürlükdən çəkilir.

Yazda heyvanları ağıllarda otarmağa başlamaq üçün otun hündürlüyü 15-17 sm olmalıdır. Quru və isti iqlimi olan səhra zonasında otarma daha erkən müddətdən başlanır.

Ağılların otu çoxdursa (ot məhsulu yüksəkdirsə) hər ağıl elektriki olan məftillə bir neçə hissəyə bölünür, hər bölgüdə heyvanlar ardıcıl olaraq otarılır.Bu üsulda otlaq otu daha səmərəli şəkildə otarılır və heyvanların məhsuldarlığı yüksəlir.

Yazda otlağı çox erkən müddətdə otarmaq məsləhət görülmür.Erkən otarmada (xüsusilə nəmliyi çox olan zonalarda) otların bəzilərini heyvan torpaqdan çıxarır, nəticədə ot örtüyü seyrəlir. Nəmli sahələrdə heyvanlar dırnağı ilə ot bitkisini torpağa sıxıb, onun köklərini, bəzən də yerüstü orqanlarını zədələyir. Bitki yaxşı möhkəmləndikdən və torpaq nisbətən quruduqdan sonra otarmaq üçün yem bitkilərinin yüksək məhsul verməsinə şərait yaradır. 1-ci ağıldan başlayaraq axırıncı ağılda daxil olmaqla küzlərin hamısını otarmaq müddətinə otarılma dövrü deyilir. Otlaq otu yüksək məhsul verdikdə sonuncu küzlərdə otlar çox böyüyür və otarmaq üçün əlverişli olmur.Bu halda onları ot tədarükü üçün biçmək, qaramalı isə xorada otarmaq daha əlverişlidir.




Mühazirə № 13 : “Otlaq və biçənəklərin gübrələnməsi

Mühazirənin planı:

1. Gübrə növləri və onların verilməsi.

2. Otlaq və biçənəklərdə gübrələr sistemi.

3. Çirkab suların tətbiqi.

4. Mikrogübrələr və bakterial gübrələr.

İstifadə olunan ədəbiyyat


  1. Behbudov H.Ə. “Azərbaycanın yemçilik təsərrüfatı”, Bakı, Azərnəşr, 1991.

  2. Behbudov H.Ə. “Yemçilik”, Bakı, Azərnəşr, 1971.

  3. Hacıyev V. C. “Mədəni otlaqlar və biçənəklər”, Bakı, Azərnəşr, 1980.

  4. Hümbətov H. S., Hüseynov A. R. Yem otları, Bakı: “Elm və təhsil” 2013, 184 s.

  5. Hümbətov H. S., Şabanov M.C., Verdiyeva R.C. Şirəli yem bitkiləri. Bakı: 2013, 152 s.

  6. Xəlilova H.M. “Bitkiçilik üzrə laboratoriya məşğələləri”. Bakı, “Maarif”, 1973. 368 s.

  7. Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s.

  8. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984.

  9. Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982.

  10. Masterova V.P., Ananina N.N. “Yem istehsalının əsasları”, Bakı, “Maarif”, 1978. 214 s.

  11. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılmış yem bitkiləri. Kirovabad, 1975.

  12. Ten A. Г. «Koрмопроизводство», Москва, Колос, 1982. 463 с.

  13. Андреев Н.Т. «Луговое и полевое кормопроизводство», Москва, Колос, 1984.

  14. Бугай С. М.. Растениеводство. Москва, 1963, 517 с.

  15. Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с.

  16. Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с.

  17. Тюльдков В. А. «Практикум по луговому кормопроизводству», Москва, Агропромиздат, 1986, 255 с.


Otlaq və biçənəklərin gübrələnməsi

Yem sahələrinin, çəmən otlarının ilkin inkişaf fazalarında ot tədarükü üçün istifadəsi, yaxud biçənək kimi həddindən çox istifadəsi zamanı torpağın qida maddələrinin itirilməsi baş verir. Orta hesabla, 1 ton ot almaq üçün 15 kq azot, 15 kq kalium və 5 kq fosfor xərclənir. Otluğun otlaq kimi istifadəsi zamanı, biçənək kimi istifadəsi zamanı ilə müqayisədə, torpaqdan 1,5 dəfə çox qida maddələri itirilir. Torpaqdakı qida maddələri ehtiyatını doldurmaq, otların məhsuldarlığını və keyfiyyətini yüksəltmək, otluğun məhsuldar uzunömürlülüyünü qorumaq üçün torpağın gübrələnməsi lazımdır.

Müxtəlif növ çəmənliklər tətbiq olunan gübrələnmənin növ və formalarına müxtəlif cür əks-səda verirlər. Subasmaz və subasar çəmənliklərdə məhsuldarlığın artmasını ən əvvəl azot, sonra isə kalium və fosfor gübrələri təmin edir. Yaxşı minerallaşmış torfluqlarda kalium gübrələri, pis minerallaşmış torfluqlarda isə təkcə kalium deyil, həmçinin azot və fosfor gübrələri yaxşı nəticə verir.

Gübrə növləri və onların verilməsi. Otlaq və biçənəklərin yaxşılaşdırılması zamanı üzvi və mineral gübrələr, mikrogübrələr, bakterial preparatlar, əhəng materialları tətbiq olunur.

Üzvi gübrələrdən peyin, peyin şirəsi, kompostlar və torf-mineral-ammonyaklı gübrələrdən (TMAG) istifadə edirlər. Mal-qaranı saxlamaq qaydasından asılı olaraq bərk (bordaq), yarımduru və duru peyin əldə edilir. Onun tərkibində azot, kalium və fosforla yanaşı maqnezium, bor, kobalt, mis, manqan, molibden və s. kimi mikroelementlər də var.



Bərk (bordaq) peyini, mal-qaranı bordaq şəraitində, bir inək üçün 4-6 kq küləşdən yaxud 8-14 kq torf qırıntılarından düzəldilmiş qalın döşənəkdə saxladıqda əldə edirlər.

Gübrələməyə görə adətən yarıçürümüş peyindən istifadə edirlər, bunu üç ildən bir, qışda, erkən yazda yaxud payızda, ot biçiləndən sonra bütün sahə boyu bərabər miqdarda paylamaq lazımdır; səthə 20-40 ton peyin verməklə biçənək və otlaqların məhsuldarlığını 50% və daha çox artırmaq olur.

Hal-hazırda heyvanların müasir komplekslərdə və sənaye tipli fermalarda saxlama texnologiyası zamanı nazik döşənəkdən (bir baş üçün sutkada 0,5-1kq küləş ya taxta kəpəyi) istifadə edilir, yaxud heç istifadə edilmir, bu da yarımduru və ya duru peyinin yığılmasına gətirib çıxarır. Bunun tərkibində ifrazatlar, döşənək və az miqdarda su olur. Otlaq və biçənəkləri duru (maye) peyinlə gübrələmək onların məhsuldarlığını artırır, bu, mineral gübrələri tam əvəz edir. Bu gübrəni torpağa hər il verirlər: biçənəklərdə yazda yaxud payızda, otlaqlarda isə otların vegetasiya dövrü qurtarandan sonra payızda, bir hektara 360 ton hesabı ilə yaxud hissə-hissə, hər otarmadan sonra 50-70 ton hesabı ilə verirlər.

Peyin şirəsi - ən qiymətli üzvi gübrələrdən biridir. O, bir hektara 10-15 ton miqdarında verilir. Qatı olduqda onu su ilə 1:2 və 1:3 nisbətində duruldurlar. Su ilə yuyub aparma tətbiq olunan təsərrüfatlarda peyin şirəsi duruldulmur.

10-15 ton peyin şirəsinə 2-3 sentner superfosfat əlavə etməklə, bütün növ çəmənliklər üçün tam dəyərli gübrə alırlar. Peyin şirəsi ANJ-2 markalı şirəçiləyən maşınlarla verilir, bunlar olmadıqda gübrəni bərabər vermək üçün uyğunlaşdırılmış çəlləkdən istifadə edirlər.

Peyin şirəsi, nəcis məhlulları və ya yağış suları otlaqlara erkən yazda, bitkilər yenicə böyüməyə başlayan zaman , birinci və ikinci otarmadan sonra , yaxud payızda verilməlidir. Gübrə verildikdən 15-20 gün sonra qaramalı otarmağa başlamaq olar. Bəzən ilk otluğu ot üçün biçirlər. Biçənəklərə gübrələri erkən yazda və ya biçindən sonra vermək münasibdir.

Peyin şirəsini hər il vermək məsləhət görülür.



Kompostlar – (torflu-peyinli, torflu-şirəli, torflu-nəcisli, fosforit unu, əhəng, ağac külü ilə) biçənək və otlaqların məhsuldarlığını xeyli artırır. Verilmə miqdarı və müddətləri peyin üçün qeyd olunan qaydada müəyyənləşdirilir; rütubətli havada vermək daha yaxşıdır.

TMAG-ın əsas tərkib hissəsi yaxşı çürümüş torfdur. Onları müxtəlif qatılıqda buraxırlar, torpağa verilmə dozası 1 hektara 5-20 tondur.

Mineral gübrələrdən otlaq və biçənəklərdə azot, fosfor və kalium gübrələrindən istifadə edirlər.

Bərk azot gübrələrindən ammonyak şorası, ammonyak sulfatı, natrium və kalsium şorası, sidik cövhəri, maye gübrələrdən isə susuz ammonyak, ammonyak suyu və maye ammonium şorasından istifadə edirlər.

Ammonyak şorasının tərkibində 34-35% azot var, bunun yarısı uzun müddət ərzində və ləng təsir edir, digər yarısı isə hərəkətli, tez həzm olan nitrat formasındadır.

Ammonyak sulfatında torpağa yaxşı hopan və yuyulmayan 20-21% azot vardır. Turşulaşdırma xassələrinə görə bu gübrəni küllü torpaqlara əhənglə birlikdə vermək lazımdır.

Natrium şorasında 15,5-16,4%, kalsium şorasında isə 17,5% azot vardır. Onlar yüksək hərəkətli olub suda asan həll olurlar, torpağa yaxşı hopurlar və bitkilər tərəfindən tez mənimsənilirlər.

Sidik cövhəri ən qatı gübrədir, onun tərkibində 45-46% azot vardır. Bir çox hallarda onun effektliyi ammonyak şorasının effektliyindən aşağı olur ki, bu da cövhərlə səthi gübrələnmə zamanı qaz halında olan ammonyak formasında azot itkisinin 30-50%-ə çatması ilə əlaqədardır.

Susuz ammonyakda 82% azot vardır və otlara təsirinə görə o, ammonyak şorası və sidik cövhərinə yaxındır. Torpaqda o 10-15 sm-dən uzağa yayılmır və otlar tərəfindən effektiv istifadə olunur, çünki otlar ən çox təxminən 15 sm radiusda olan gübrələrdən yaxşı istifadə edə bilirlər. Bu gübrəni yazda ya payızda bir dəfəyə ULP-8 qurğusu olan ABA-0,5M ya da ABA-0,5 markalı maşınların köməyi ilə verirlər.

Ammonyak suyunda 20-21% azot vardır. Onu hermetik çənlərdə yaxud sisternalarda saxlayır və daşıyırlar, çünki ammonyak mayedən asanlıqla buxarlanır.

Plav ammonyak şorası və sidik cövhərinin su məhluludur. Ammonyak suyundan fərqli olaraq tərkibində sərbəst ammonyak olmadığına görə onu səthi gübrələmə üçün istifadə etmək olar.

Fosfor gübrələrindən superfosfat, tomasşlak və fosforit unundan istifadə edirlər. Ən çox superfosfatdan istifadə edilir. Bu, fizioloji cəhətdən turş gübrədir, onu bütün torpaqlara, o cümlədən turş torpaqlara da vermək olar, çünki o torpağı turşulaşdırmır. Lakin turş torpaqları əvvəlcədən əhəngləyib sonra superfosfat vermək daha effektivdir. Sadə superfosfatda14-21%, ikiqat superfosfatda isə 40-50% mənimsənilən P2O5 vardır.

Tomas şlak və fosforit unu qələvi gübrələrdir. Onlar turş küllü torpaqlarda, həmçinin qələvidə yuyulmuş qara torpaqlarda maksimum effekt verirlər. Tomas şlakda 14% P2O5 və çoxlu əhəng, fosforit ununda 20-29% P2O5 vardır.

Kalium gübrələrində ən çox xlorlu kalium, kalium duzu və silvinitdən istifadə olunur. Kalium gübrələri düzən, bataqlıq və nəmliyi müvəqqəti artmış subasmaz çəmənliklərdə daha effektlidir. Kalium çatışmadıqda taxıl otları paxlalıları sıxışdırır. Kalium gübrələri bitkidə karbohidratların toplanmasına səbəb olur, deməli, çoxillik bitki örtüyünün qışa davamlılığını artırır. Həmin gübrələr yaxşı həll olur və azot gübrələrinə nisbətən uzunmüddətli (2-3 il) təsiri ilə fərqlənir. Onları payızda vermək daha yaxşıdır.

Otlaq və biçənəklərdə tərkibində iki və ya üç qida elementləri olan bərk və maye kompleks gübrələr tətbiq olunur. Bərk gübrələrə karboammofoska (tərkibndə sidik cövhəri, ammofos və xlorlu kalium), nitroammofoska (ammonyak şorası, ammofos və xlorlu kalium) və nitrofoska (ammonyak şorası, sadə qranullaşdırılmış superfosfat və xlorlu kalium) aiddir.

Maye kompleks gübrələrə (MKG) 9-9-9, 3,5-10-10 və 10-34-0 markalı gübrələr aiddir. Bu gübrələrin tərkibində azotun uçucu formaları olmadığına görə onları səthi üsulla, yüksək istehsal qabiliyyətli gen ağızlı aqreqatlar vasitəsilə torpağa vermək olar.



Əhəng ilə gübrələməni turş torpaqların neytrallaşması üçün, gips materiallarını isə şoran torpaqları münbitləşdirmək üçün istifadə edirlər.

Turş torpaqlar faydalı torpaq mikroorqanizmlərinin həyat fəaliyyətinə mənfi təsir etdiyindən bitkinin qidalanması, deməli, çəmən otlarının inkişafı da kəskin surətdə pozulur. Torpağı əhənglə gübrələmə bitki örtüyünü yaxşılaşdırır, az keyfiyyətli bitkiləri (çəmənlicə, cil, qatırquyruğu və s.) sıxışdırır və paxlalı, eləcə də qiymətli taxıl otlarının miqdarını artırır.

Otlaq və biçənəklərin turşuluq dərəcəsini aqrokimyəvi laboratoriyalarda təyin edir, analizin nəticələrini torpaq xəritələrinə köçürürlər.

Əhəng ilin istənilən vaxtı verilə bilər. Həmin tədbirin effektivliyi və özünü doğrulda bilməsi əhəngin verilmə üsulundan asılıdır.

Əhəngin səthə verilməsindən məhsul 4-5 il ərzində 20-25%, torpağı şumlamada isə 100% artır. Bu onunla izah olunur ki, otlaq və biçənəkləri əhənglə üzdən gübrələdikdə torpağın turşuluq dərəcəsi, xüsusən sıx çimli torpaqlarda, ağır neytrallaşır və reaksiya yalnız 5 sm dərinlikdə dəyişir. Odur ki, təbii yem mənbələrində əhəngi diskli mala və ya frezlə paxlalı və taxıl otlarının əlavə səpini ilə eyni vaxtda vermək lazımdır.

Əhəngli gübrələrdən üyüdülmüş əhəng daşı, dolomit unu, tabaşir, şist külü, əhəng tufu, sement tozundan istifadə edirlər. Gübrənin dozasını onun tərkibində olan kalsium-karbonatın miqdarı ilə müəyyənləşdirirlər.

Şoran otlaq və biçənəklərin gipsləşdirilməsi üçün gips, fosfogips, metallurgiya sənayesinin şlaklarından istifadə edirlər. Torpağın şoranlıq dərəcəsində asılı olaraq gipsin verilmə dozası 1 hektara 2-8 sentnerdir.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə