Mühazirə 1: konstruksiya materiallari texnologiyasi fəNNİNİn vəZİFƏLƏRİ, MƏzmunu və qisa iNKİŞaf tariXİ



Yüklə 44,89 Kb.
Pdf görüntüsü
tarix02.03.2018
ölçüsü44,89 Kb.
#29037
növüMühazirə


Fayl 

http://adpu.edu.az

 

portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap zamanı i



stinad vacibdir. 

 

 





Fənn: Konstruksiya materialları texnologiyası

 

Müəllim: Ə.Ə.Əyyubov

 

Fakültə:

  

Mühəndis pedaqoji və bədii qrafika

 

İxtisas: 

Texnologiya 

müəllimliyi

 

Kafedra: 

Ümumi texniki fənlər

 

Təhsil pilləsi: 

Bakalavr 

Mühazirə 1:

 

KONSTRUKSİYA MATERİALLARI TEXNOLOGİYASI 

FƏNNİNİN VƏZİFƏLƏRİ, MƏZMUNU VƏ QISA İNKİŞAF TARİXİ. 

KONSTRUKSİYA MATERİALLARININ TƏSNİFATI

 

Maşınqayırma, cihazqayırma və sənayenin digər sahələrində həmçinin kənd təsərrüfatı, ti

kinti 

sahələrində müxtəlif mexaniki qurğulardan istifadə edilir ki, bunların hazırlanmasında çox saylı 



konstruksiya materialları tətbiq edilir.

 

Konstruksiya materialları istehsalının əsas inkişaf istiqaməti çox təmiz materialların 



alınmasından ibarətdir. Belə materiallar atom sənayesinin inkişafı, həmçinin texnikanın digər sahələri 

üçün lazımdır. Yeni materialların tapılması və istifadə olunması maşınların, cihazların və texniki 

qurğuların uzun ömürlülüyünə imkan verir. Odur ki, istifadə edilən hər bir yeni

 konstruksiya 

materialının strukturunu və xassələrini bilmək lazımdır.

 

Konstruksiya materiallarına 



-

metallar və onların ərintiləri, həmçinin qeyri

-

metallar plastik kütlələr 



və s. aiddir. Metallara 

-

qara və əlvan metallar daxildir. Əsas sənaye metalı kimi dəmirdən istifadə 



olunur. Dəmirin (Fe) karbonla (C) və başqa elementlərlə ərintiləri qara metallar qrupuna aid edilir 

(polad, çuqun və ferro ərintilər). 

Ferro -

latınca dəmir deməkdir. 



 

Dünyada əridilən metalların 94%

-

ni qara metallar təşkil edir. Qalan bütün metallar və onların 



ərintiləri əlvan metallar qrupuna aiddir. Əlvan metallar yüngül (sıxlığı 3 q/sm

3

) və ağır (sıxlığı >3 q/sm



3

 

) olur. Həmçinin nəcib və nadir əlvan metallar da vardır. Sənaye əhəmiyyətli əlvan metallara mis (Cu), 



alüminium (Al), maqnezium (Mg), qurğuşun (Pb), sink (Zn), qalay (Sn) titan (Ti) aiddir.

 

Əlvan metallar, qara metallara nisbətən baha olduğuna görə onları qara metallarla və ya plastik 



kütlələrlə əvəz edirlər.

 

Qeyd olunanlardan başqa sənaye əhəmiyyətli əlvan metallar da vardır ki



, bunlara xrom (Cr), 

nikel (Ni), molibden (Mo), kobalt (Co) və başqalarını misal göstərmək olar.

 

Xalq təsərrüfatında plastik kütlələr mühüm yer tutur. Belə ki, onlar kiçik sıxlıqlı, korroziyaya 



yüksək dayanıqlı və möhkəm olur. Xalq təsərrüfatında rezin də mühüm yer tutur. Belə ki, o elastik 

olmaqla, titrəyişə və kimyəvi reogentlərə qarşı dayanıqlı olur.

 



Fayl 

http://adpu.edu.az

 

portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap zamanı i



stinad vacibdir. 

 

 



Konstruksiya materialları texnologiyası fənnində materialların və onların ərintilərinin tərkibi, 

quruluşu və xassələri, həmçinin istiliyin mexaniki və

 

kimyəvi təsiri nəticəsində onların xassələrinin 



dəyişməsi qanunauyğunluqları öyrənilir.

 

Konstruksiya materialları texnologiyası fənni, materialşünaslıq elminin inkişafı ilə əlaqədar 



olaraq yaranmışdır. Materialşünaslıq elminin yaranması, sənayenin, xüsusilə metallurgiya və 

maşınqayırmanın

 

inkişafı ilə əlaqədardır. Konstruksiya materiallarından polad, çuqun, mis və yüngül 



metal əsaslı ərintilər universal hesab edilir. Materialların hər bir qrupu istismar zamanı işgörmə 

qabiliy


yətini təmin edən

 

müvafiq kriterilərlə qiymətləndirilir.



 

Bu prinsipə görə bütün konstruksiya materiallarını aşağıdakı qruplara (siniflərə) bölürlər:

 

Sərtliyi, statik və dövri möhkəmliyi təmin edən materiallar



 

Xüsusi texnoloji xassəli materiallar

 

Yeyilməyə dayanıqlı materiallar



 

Yüksək elastiklik xassəli materiallar

 

Kiçik sıxlıqlı materiallar



 

Yüksək möhkəmliyi olan materiallar

 

Temperaturun və işçi mühitin təsirinə dayanıqlı materiallar.



 

Qeyd olunan qruplara metal və qeyri

-

metal materiallar aiddir. Metal konstruksiya materiallarına 



əsasən

 

polad, çuqun, əlvan metallar, həmçinin onların ərintiləri aiddir. Qeyri



-metal materiallara 

əsasən plastik kütlələr daxildir ki, bunlara polimerlərin əsasında alınan materiallar daxildir. Plastik 

kütlələr termoplastik və termoreaktiv növlərə ayrılır. Maşının və cihazın detalları elastiki və plastik 

deformasiyanı məhdudlaşdırmaq üçün kifayət qədər sərtliyə malik olmalıdır. Bu şərti ən çox dəmir

-

çuqun əsaslı ərintilər, xüsusən poladlar ödəyir. Polad yüksək elastiklik moduluna (E=2,1·10



6

MPa) və 


bununla da, yüksək elastikliyə malik olur. Bu keyfiyyətə görə poladlar bordan, volframdan, 

molibdendən geri qalır. Lakin bu maddələr baha olduqlarına görə yalnız xüsusi hallarda istifadə 

olunur. Buna görə də konstruksiyalarda ən çox poladlardan istifadə edilir. Poladların yüksək sərtliyə 

malik olması, onların yüksək statik və dövri möhkəmliyə malik olması ilə uzlaşır.

 

Sürtünmə şəraitində işləyən detallar yeyilməyə məruz qalır, nəticədə detal yararsız hala düşür 



və öz funksiyasını yerinə yetirə bilmir. Yeyilməyə məruz qalan detallar iki qrupa ayrılır: 

 

1) sürtünmə cütünü əmələ gətirən detallar (sürüşmə və diyirlənmə yastıqları, dişli çarx ötürməsi 



və s.);

 

2) yeyilməsinə işçi mühit (maye, qaz və s.) səbəb olan detallar.



 


Fayl 

http://adpu.edu.az

 

portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap zamanı i



stinad vacibdir. 

 

 



Birinci qrup detalların yeyilməsinin xarakterik növləri

 -

abraziv (kontakt zonasına düşən bərk 



hissəciklərlə) yeyilmədir.

 

İkinci qrup detallara isə hidro və qaz abraziv (maye və qazla qarışdırılmış bərk hissəciklərlə) 



yeyilmədir.

 

Toxunan detalların yeyilməsinə



 

sürtünmə qüvvələrinin işi səbəb olur.

 

Kontakt zonas



ında gedən proseslərin mürəkkəbliyi sürtünmənin bir neçə nəzəriyyəsinin 

yaranmasına səbəb olmuşdur. Bərk cismlərin qarşılıqlı qüvvə təsirini, molekulyar

-

mexaniki sürtünmə 



nəzəriyyəsi daha ətraflı izah edir. Bu nəzəriyyə materialın yeyilməyə dayanıqlığını artırmaq üçün iki 

yol müəyyən etmişdir: a) toxunan səthlərin bərkliyinin artırılması; b) adgezion (deformasiya) 

təbəqəsinin azaldılması. Adgezion əlaqənin möhkəmliyini azaltmaq, metal səthlərin pərçinlənməsinin 

qarşısını almaq üçün lazımdır. Bunun üçün ən səmərəli yol, sürtünən səthlərin yağlayıcı maye, qaz 

və bərk maddələrlə bir

-

birindən ayrılmasıdır. 



 

Yüksək elastiklik xassəsinə malik olan poladlar və onların ərintiləri maşınqayırmada və 

cihazqayırmada geniş yer tutur. Sənayedə onlardan ressorlar, amartizatorlar, qüvvə yayları 

hazırlamaq üçün istifadə edilir. Cihazqayırmada membranlar, yaylar, rele lövhələr, asqı və s. 

hazırlamaq üçün tətbiq edilir.

 

Onlar işlədikdə bütün statik, dövri və zərbəli yüklərdə qalıq deformasiyasına yol verilmir. Buna 



görə də bütün yay və konstruksiya materialları üçün xarakterik olan (plastiklik, möhkəmlik, özlülülük, 

dözümlülük kimi mexaniki xassələrdən başqa kiçik plastik deformasiyaya yüksək müqavimətli 

olmalıdır. Onlar uzun müddətli statik və ya dövri yüklənmədə relaksasiya dayanıqlığı ilə xarakterizə 

olunur. 


Kiçik sıxlıqlı materiallar (yüngül materiallar) aviasiya, raket və kosmik texnikada, həmçinin 

avtomobilqayırmada, gəmiqayırmada və tikintidə geniş tətbiq olunur.

 

Əsas yüngül konstruksiya materiallarına plastik kütlələr, əlvan metallar (Mg, Al, Ti) və onların 



əsasında olan ərintilər aid edilir. Xüsusən çəkini azaltmağa, möhkəmliyi və sərtliyi artırmağa imkan 

verən yüngül materiallar perspektivli hesab edilir.

 

Yüksək bərkliyi(möhkəmliyi) olan materiallar. 



 

Xüsusi yüksək bərkliyə titan, beril ərintiləri və kompozisiya materialları daxildir. Titan ərintisinin 

üstünlüyü, onun yaxşı texnoloji xassələrə və yüksək korroziyaya dayanıqlıq xassəsinə malik 

olmasıdır. Beril və kompozisiya materialları titandan yüksək sərt olması ilə fərqlənir. Yüksək sərtlik 

müasir konstruksiya materiallarının əsas xarakteristikası hesab edilir.

 

Titan ərintiləri texniki titana nisbətən yaxşı plastikliyə, korroziyaya dayanıqlığa, kiçik sıxlığa malik 



olmaqla yanaşı, yüksək temperaturda daha yüksək möhkəmliyə malik olur.

 



Fayl 

http://adpu.edu.az

 

portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap zamanı i



stinad vacibdir. 

 

 



Temperaturun və işçi mühitin təsirinə dayanıqlı materiallara əsasən korroziyaya dayanıqlı 

materiallar aid edilir. Bu materiallar istismar zamanı yalnız müəyyən xassələrə deyil, həmçinin 

korroziyaya dayanıqlı

 

olmalıdır. Korroziyaya ən çox 



meta

llar və onların ərintiləri məruz qalır ki, bu da 

onların yüksək kimyəvi aktivliyi və yaxşı elektrik keçirməsi ilə əlaqədardır. Korroziyanın iki növü 

vardır: a) elektrokimyəvi; b) kimyəvi.

 

 

Elektrokimyəvi korroziya nəm atmosferdə və torpaqda, dəniz və çay suyunda, qələvilərin, 



turşuların və duzların sudakı məhlullarında olur. Bu növ korroziyada elektrik cərəyanı olur.  

 

Xüsusi texnoloji xassəli materiallar elə materiallardır ki, onların istehsalına və emalına az vaxt 



sərf olunmaqla, onlar az əmək tutumlu və 

ucuz olur. 

Müxtəlif maddələrin kristallarının öyrənilməsi ilə alimlər hələ XVII, XVIII əsrlərdə məşğul 

olmuşlar. M.V.Lomonosov 1763

-

cü ildə almazın kristalları üçün bucaqların sabitliyi qanununu «Ye



qatlarının traktatı» əsərində

 

qeyd etmişdir.



 

Metalşünaslığın inkişafı P.P.Anosovun adı ilə bağlıdır. O, ilk dəfə metalların strukturunu 

öyrənmək üçün mikroskopdan istifadə etmişdir. D.K.Çernov metal ərintilərinin təbiətini öyrənmişdir. 

O, öz işləri ilə metallar və ərintilər haqqındakı elmin əsasını qoymuşdur.

 

M

etalşünaslığın sonrakı inkişafı ərintilərin fiziki



-

kimyəvi analizinin metodlarını verən 

N.S.Kurnokovun adı ilə bağlıdır. A.A.Baykov bir sıra metallurgiya proseslərinin fiziki

-

kimyəvi 



mahiyyətini izah etmişdir.

 

S.S.Şteynberq anstenitin müxtəlif temperaturlarda çevrilmələri hadisəsini ümumiləşdirmişdir.



 

N.P.Çijevski ilk dəfə azotun poladın xassələrinə təsirini öyrənmişdir. Metallar haqqındakı elmin 

inkişafına aid bir sıra ölkə alimlərinin və elmi

-

tədqiqat institutlarının apardığı səmərəli işlər vardır.



 

 

Suallar: 

1. 

Konstruksiya metodları texnologiyası fənnində nələr öyrənilir?



 

2. 


İşgörmə qabiliyyətini təmin edən kosntruksiya metodları hansı qruplara bölünürlər?

 

3. 



Kontakt zonasında gedən proseslərin mürəkkəbliyi sürtünmənin hansı nəzəriyyələrini 

yaratmışdır?

 

4. 


Yüksək bərkliyi (möhkəmliyi) olan materiallar hansılardır?

 

5. 



Elektrokimyəvi korroziya hansı mühitdə yaranır?

 

6. 



Metalşünaslığın inkişafı nə vaxt və kim tərəfindən olmuşdur?

 



Fayl 

http://adpu.edu.az

 

portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap zamanı i



stinad vacibdir. 

 

 



7. 


Azotun poladın xassələrinə təsirini ilk dəfə kim öyrənişdir?

 

 



 

Yüklə 44,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə