Mühazirə 1 MÜASİr siyasi elmin nəZƏRİ-metodoloji Əsaslari



Yüklə 22,53 Kb.
səhifə1/8
tarix09.05.2023
ölçüsü22,53 Kb.
#109369
növüMühazirə
  1   2   3   4   5   6   7   8
Siyasi tədq mühazirə 1


Mühazirə 1

MÜASİR SİYASİ ELMİN NƏZƏRİ-METODOLOJİ ƏSASLARI



  1. Siyasi elmin başlıca xüsusiyyətləri haqqında

Bu elm haqqında aydın və dolğun təsəvvür yaratmaq üçün onun mahiyyətini, əsas xüsusiyyətləri, obyekti və predmeti, metod və funksiyaları, kateqoriyalar sistemi, inkişaf tarixi və hazırkı vəziyyətini müəyyənləşdirmək, habelə onun cəmiyyətdəki yerini və rolunu, ictimai fənlərlə qarşılıqlı əlaqəsini göstərmək tələb olunur. İlk növbədə qeyd edək ki, politologiya (yunanca politika - dövləti idarə etmək sənəti və loqos - söz, anlayış, təlim) siyasət, siyasi proseslər və təsisatlar, siyasi hakimiyyət haqqında elmdir. Başqa sözlə, politologiya - siyasət dünyası haqqında olan və 5 onun sosial məkanının tədqiqi əsasında genişlənən açıq, tam bilik sistemidir. Onun mahiyyətinə aid müxtəlif fikirlər mövcuddur. Bunlardan ikisi diqqəti daha çox cəlb edir və başlıca nəzəriyyə kimi seçilir.


----- Fransa siyasi filosofu Mişel Fukonun adıyla bağlı olan birinci nəzəriyyəyə əsasən cəmiyyət inkişaf etdikcə daha çox siyasiləşir.
------Çikaqo məktəbinin nümayəndəsi Henri Bekkerin adı ilə bağlı olan ikinci nəzəriyyəyə əsasən, əksinə - cəmiyyətin inkişafıyla siyasət sahəsi daralır. H. Bekker “minimum dövlət” liberal prinsipini maksimallaşdıraraq güman edir ki, normal vətəndaş cəmiyyəti inkişaf etdikcə hakimiyyətin səlahiyyətləri də azalmağa başlayacaqdır. Sivilləşmə prosesi hakimiyyət münasibətlərinin vətəndaş partnyorluğu münasibətləri ilə (hakimiyyətin tam ixtisar edilməsinə qədər) əvəz olunması kimi başa düşülür. Bu məsələdə liberal ənənə dövlət və siyasətin “tam ölüb getməsini” gözləyən marksist ənənəyə birləşdirilir. Burada hakimiyyətin yalnız dövlət sahəsində lokallaşması və onun öyrənilməsinə siyasi hakimiyyət haqqında elmdən başqa, digər elmlərin cəlb olunmasının nəzərdə tutulması səbəbindən siyasi elm poli-fənn kimi deyil, mono-fənn kimi çıxış edir.
----Postmodernist “skeptik nəzəriyyə”də isə hakimiyyətin səmərəliliyi siyasi oyunu aparmağı gözəl bacaran siyasətçilərin peşəkarlıq səviyyəsilə ölçülür.

Yüklə 22,53 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə