MühaziRƏ №1 Müdafiə təyinatlı optik-elektron cihazların



Yüklə 39,32 Kb.
tarix14.01.2023
ölçüsü39,32 Kb.
#98604
MÜHAZİRƏ-1 (1)


MÜHAZİRƏ № 1
Müdafiə təyinatlı optik-elektron cihazların
qısa təsnifatı

Optik-elektron cihazların müxtəlif təsnifat üsulları mövcuddur. Belə ki, konkret təyinatına görə onları aşağıdakı növlərə bölmək mümkündür: informasiyanın qeyd edilməsi və ötürülməsi üçün OEC; informasiya-ölçücü və izləyici OEC; informasiyanın çevrilməsi üçün OEC-lər. Bütün optik-elektron cihazlar ətraf mühit obyektlərindən optik siqnallarla ötürülən informasiyanın alınması üçün nəzərdə tutulmuşdur. Müdafiə təyinatlı, lokasiya üçün, təbii resursların tədqiqi üçün, müxtəlif obyektlərin optik xüsusiyyətlərinin ölçülməsi üçün nəzərdə tutulmuş OEC-lər daha geniş yayılmışdır. Bir çox OEC-lər naviqasiyada və orientasiyada, texniki baxış sistemlərində, avtomatik nəzarət və idarəetmə qurğularında, uçuş aparatlarını idarəetmə sistemlərində, müşahidə sistemlərində, xətti və bucaq kəmiyyətlərinin ölçülməsi üçün və obyektlərin koordinatlarının təyin edilməsi üçün nəzərdə tutulmuş bir çox qurğuların izləyici sistemlərinin tərkibində fəaliyyət göstərir. Yuxarıda sadaladıqlarımıza düşmənə əks təsir göstərmək üçün və düşmənin optik hücumunun yatırılması üçün nəzərdə tutulmuş optik-elektron sistemləri də əlavə etmək olar.


Optik-elektron cihazları onların düzəldilməsi və tətbiq edilməsi prinsiplərindən asılı olan geniş əlamətlərə görə də təsnifatlandırmaq olar. Bu təsnifat sxemi şəkil 1.1-də göstərilmişdir. Bu təsnifat əlamətlərinə optik siqnalın parametrlərini, ölçmə metodunu, spektral iş diapazonunu, iş rejimini, avtomatlaşdırma dərəcəsini, ölçmənin növünü, təyinatını və tətbiq sahəsini, istismar şərtlərini və s. aid etmək olar.
Yuxarıda göstərilmiş təsnifat əlamətlərindən ən vacibi təyinatı (tətbiq sahəsi) sayılır. Texnikanın elə bir sahəsi yoxdur ki, orada optik-elektron cihazlar tətbiq olunmasın. Buna görə də təsnifat sxemində OEC-nin tətbiq olunması onların gələcək inkişafında həlledici amil olan bir neçə texniki sahə göstərilmişdir. Bu sahələr: naviqasiya, geodeziya, astrofizika, tibbi, robototexnika, televiziya texnikası, nəzarət-ölçmə texnikası və digər sahələrdir.
Sonda qeyd etmək lazımdır ki, hər bir təsnifat qrupunun daxilində nəzərdən keçirilən OEC-lər konstruktiv, funksional və digər əlamətlərinə görə fərqlənirlər. Belə ki, bütün təsnifat əlamətlərində birbaşa və dolayısı əlaqələr mövcuddur. Məsələn nəzarət-ölçü cihazları bucaqölçən, avtomatik və s. ola bilər.
Hal-hazırda optik elektron cihazlar (OEC) müdafiə sənayesində və hərbi sənayedə geniş tətbiq tapmışdır. Bu cihazlara aşağıdakılar daxil edilir: müşahidə üçün cihazlar, bucaqölçən və nişangah qurğuları, məsafəölçənlər, rabitə məqsədli siqnal cihazları, fotoapparatlar, artilleriya atışını idarəetmə cihazları və mərkəzi tənzimləmə cihazları. Göstərilən hər bir cihaz qrupu təyin olunmuş məsələlərin həlli üçün nəzərdə tutulmuşdur. Müdafiə təyinatlı OEC-lərin təsnifatı cədvəl 1.1-də göstərilmişdir.
Cədvəl 1.1. Müdafiə təyinatlı OEC-lərin təsnifatı.

Bölmə

Qrup

Təyinatı

Cihazın tipi

Müşahidə və vizirləmə cihazları

Prizmatik binokllar

Döyüş sahəsi və yerinin müşahidə edilməsi və öyrənilməsi

Artilleriya üçün prizmalı binokl və binoklların digər tipləri

Qaliley binoklu

Toranlıqda və gecə vaxtı müşahidə

Gecə binoklu, şturman binoklu

Düz baxış boruları və monokulyarlar

Müşahidə, vizirləmə, nişanalma

Düz baxış borusu, dəyişən böyütmə borusu, “ördək” tipli monokulyar, dirsəkli monokulyar

Periskoplar

Məhdudiyyətdən kənar müşahidə,vizirləmə və nişanalma

Periskop-müşahidəçi, xəndək periskopu, uzaq müşahidə periskopu, sualtı qayıq periskopları

Bucaqölçən cihazlar



Bucaqölçən vizirlər

Şaquli, üfüqi və maili müstəvilərdə bucaqların ölçülməsi



Panorama

Busollar

Mixaylovski busolu

Stereoborular

Böyük stereoboru

Zenit artilleriyası bucaqölçənləri



Zenit artilleriyası bucaqölçəni, kursölçən-sürətölçən, hündürlükölçən

Nişangahlar



Atıcı silahlar üçün nişangahlar

Görünən və görünməyən hədəflərə nişanalma

Vintovka üçün nişangahlar və pulemyot nişangahı

Sahə artilleriyası üçün nişangahlar

Sahə artilleriyası silahlarının nişanalması

Sahə artilleriyasının panoramalı nişangahı

Tanklar üçün nişangahlar

Tanklardan nişanalma

Tank üçün teleskopik nişangah, tank üçün panoramalı nişangah

İri kalibrli artilleriya üçün nişangahlar

Dəniz artilleriyası və irikalibrli artilleriya üçün nişanalma

1908-ci il nümunəli nişangah, Vikkers tipli nişangah, periskopik panoramalı qülləli nişangah

Zenit artilleriyası nişangahları

Zenit silahlarının düzləndirilməsi və nişanalması

Kiçik kalibrli zenit artilleriyası üçün sadə nişangah, ZM-111 tipli yarımavtomatik nişangah

Təyyarədən bombalama və pulemyotdan atış üçün nişangahlar

Təyyarələrdən bombaların atılması üçün, eləcə də təyyarə pulemyotlarından və silahlarından atış üçün nişangahlar

Hers nişangahı, OPB-1, OPB-2 nişangahları, hərəkətsiz pulemyotlar üçün nişangahlar

Əlaqə cihazları

Əlaqə cihazları

Siqnalların, Morze işarələrinin və sözlərinin ötürülməsi

Helioqraf, projektor, optik telefon




Şəkil 1.1. Optik-elektron cihazların (OEC) təsniatı.
Yüklə 39,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə