MühaziRƏ 1 Mülki müdafiə, onun vəzifələri və qurma prinsipləri


Müşahidə və laboratoriya nəzarəti şəbəkəsi (MLNŞ) 



Yüklə 336,78 Kb.
səhifə14/22
tarix21.05.2022
ölçüsü336,78 Kb.
#87615
1   ...   10   11   12   13   14   15   16   17   ...   22
M haziR 1 M lki m dafi , onun v zif l ri v qurma prinsipl ri

Müşahidə və laboratoriya nəzarəti şəbəkəsi (MLNŞ)  ətraf mühitin radioaktiv, kimyəvi, güclü təsirli və bakterial mad­də­lərlə zəhərlənməsinə müşahidə və laboratoriya nəzarəti etmək, mü­hafizə tədbirləri görülməsi üçün müvafiq dövlət orqanlarına mə­lumat vermək üçün nəzərdə tutulmuşdur.
MLNŞ-a əsasən bu təş­­kilatlar cəlb edilir:

  • səhiyyə nazirliyinin sanitar-epidemiologiya mərkəzləri və stansiyaları;

  • kənd təsərrüfatı və ərzaq nazirliyinin baytarlıq labora­tori­ya­ları;

  • baytar nəzarəti postları və bitki mühafizəsi stansiyaları;

  • dövlət hidrometrologiya komitəsinin radiometriya labora­to­riyası və qrupları;

  • Daxili İşlər Nazirliyi şəhər və rayon polis şöbələrinin struk­tur bölmələri;

  • Müdafiə Nazirliyinin xüsusi bölmələri;

  • respublika MM qərargahının kimyəvi-radiometriya labo­ra­toriyası;

  • nazirliklərin, ərazi icra hakimiyyətinin və ob­yekt­lərin ra­dia­si­ya və kimya müşahidəsi postları;

  • habelə, bir sıra digər respublika təşkilatlarının sahə labo­ra­to­riyaları.

Müşahidə və laboratoriya nəzarəti şəbəkəsi üçün konkret şəraitdən asılı olaraq üç iş rejimi müəyyən edilmişdir:
- gündəlik iş rejimi;
- yüksək hazırlıq rejimi;
- fövqəladə rejim.
Gündəlik iş rejimi – həm ekoloji, həm texnogen, həm də epi­de­mik cəhətdən normal adi iş şəraitini əhatə edir. Bu rejimdə res­pub­likanın müdafiə, səhiyyə, kənd təsərrüfatı, daxili işlər nazir­lik­lərinin, dövlət hidrometkomun və MM idarəsi struktur böl­mə­lə­ri­nin qüvvələri ilə ətraf mühitdə kimya, radiasiya, epidemiya, epi­zo­ti­ya, epifitotiya müşahidəsi və labo­rato­riya nəzarəti aparılır.
Yüksək hazırlıq rejimində – texnogen, epidemik şərait kəs­kin surətdə pisləşdikdə, həmçinin fövqəladə hallar ehtimalı ya­ran­dıq­da təbii mühitdə və təhlükə potensiallı obyektlərdə müşa­­hi­də və nəzarət gücləndirilir, şəbəkənin xüsusi (fövqə­ladə) iş re­ji­mi­nə keçirilməsinə hazırlıq görülür.

Yüklə 336,78 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə