MühaziRƏ 1 Mülki müdafiə, onun vəzifələri və qurma prinsipləri


İstehsalat qəzaları zamanı qurğuların partlayış nəticəsində zədələnmənin dərəcəsi və xarakteri aşağıdakılardan asılı olur



Yüklə 336,78 Kb.
səhifə4/22
tarix21.05.2022
ölçüsü336,78 Kb.
#87615
1   2   3   4   5   6   7   8   9   ...   22
M haziR 1 M lki m dafi , onun v zif l ri v qurma prinsipl ri

İstehsalat qəzaları zamanı qurğuların partlayış nəticəsində zədələnmənin dərəcəsi və xarakteri aşağıdakılardan asılı olur:
1) partlayışın gücündən (trotil ekvivalentindən)
2) obyekdəki qurğuların texniki xarakteristikasından (növü, möhkəmliyi, ölçüsü, forması, əsaslı, müvəqqəti, yerüstü yeraltı və s.)
3) obyektin planirovkasından (qurğuların seyrəkliyi, tikintinin xarakteri) və ərazinin landşaftından (relyef, torpaq növü, yaşıllıqların sahəsi və s.)
4) metroloji şəraitdən (küləyin istiqaməti və gücü, rütubət, temperatur, yağıntı).
Müəssisədə müxtəlif səbəblərdən, qaz-hava qarışığının partlayışı ehtimalı yaranarkən təhlükəyə məruz qala biləcək üç yarımsferik zona nəzərdən keçirilir:
I –qaz-hava partlayışının yerin səthində bilavasitə təsiri zonası
II –partlayış məhsullarının təsiri zonası;
III- hava zərbə dalğasının təsir zonası.
Obyektlərdə qaz-hava qarışığı partlayışlarının qarşısını almaq üçün ilk növbədə ehtimal olunan alışma mənbələrini aradan qaldırır, müəssisənin dağıntılardan mühafizə tədbirləri həyata keçirirlər.
Mühafizənin altı üsulu məlumdur:
1) partlayış zamanı yaranan maksimal təzyiqə bərabər təzyiqə davam gətirə biləcək möhkəm qoruyucu konstruksiyaların layihələşdirilməsi;
2) partlayış təhlükəli zonalarda yanğının davam etməsinə imkan verməyən, yəni havasında az oksigen olan ətalətli mühitin yaradılması;
3) partlayış təhlükəli zonanın möhkəm divarlarla əhatə edilməsi;
4) partlayış təhlükəli istehsalatların partlayış zamanı ətraf mühitə zərər dəyməyəcək uzaq sahələrdə yerləşdirilməsi;
5) partlayış zamanı yaranan yüksək təzyiqi azaltmaq üçün xüsusi qoruyucu klapanlar düzəldilməsi;
6) partlayışın yatırılması.
Yanğın və onların nəticələri. Yanğınlar sənaye müəssisələrində, neft mədənlərində, şəhərlərdə və digər yaşayış məntəqələrində daha tez-tez qəza halları törədir.
Yanğının intensivliyi istilik impulsunun gücü ilə, yəni vaxt ərzində ayrılan istilik enerjisinin kəmiyyətiylə xarakterizə edilir.
Neftçıxarma obyektlərində (o cümlədən də dənizdə), neft mədənlərində və kəşfiyyat qazmaları zamanı yanğın təhlükəsi daha yüksəkdir: belə hallarda qumun və ya çınqıl hissəciklərinin metal konstruksiyalara sürtünməsindən tərəyən qığılcım nəticəsində neft və ya qaz fontanı alışır. Belə hallar adətən quyunun ağzını dərhal kip örtmək mümkün olmadıqda baş verir. Bu zaman ölümlə nəticələnən bədbəxt hadisələr və çox böyük maddi itkilər baş verə bilər.
Dəniz neft mədənlərində baş verən qəzalar daha dəhşətli olur və neftin birbaşa dənizə axması, sahillərin neftlə çirklənməsi ilə əlaqədar beynəlxalq xarakter kəsb edir, çünki belə hallarda dənizdə plankton məhv olur və balıqçılıq təsərüfatlarına xeyli ziyan dəyir. Dənizə axan neftin geniş yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görmək lazım gəlir.
İstehsalat qəzaları zamanı törəyən yanğınların bütövlükdə yaşayış məntəqəsinə, yaxud şəhərə, ətrafdakı meşəliklərə yayılması da mümkündür.
Yanğın və partlayış təhlükəli sənaye obyektləri. Respublikamızda 400-dən artıq belə təhlükəli obyektlər var. Partlayış və yanğınlarl müşayət olunan qəzalar ən çox kimya, neft kimyası və neftayırma sənaye sahələrinn müəssisələrində baş verir. Onlar yaşayış və sənaye binalarının dağılmasına, personal və əhali arasında tələfata, xeyli maddi itkilərə səbəb olur.
Enerji sistemlərində, mühəndis və texnoloji şəbəkələrində qəzalar. Enerji sistemində qəzalar tufan, partlayış, yanğın qurğunun dağılması nəticəsində, eləcədə sistemin özündəki qəzalar üzündən baş verə bilər.
Nəqliyyat sahəsində qəzalar ən çox baş verən hadisələrdəndir. Hazırda mövcud olan hava, dəmir yolu, su, avtomobil, boru kəməri, habelə kosmik nəqliyyat növləri arasında avtomobil nəqliyyatı qəzaları sayına görə birinci yeri tutur. Nəqliyyat vasitələri nəinki öz sərnişinləri, həm də nəqliyyat magistralları zonasında yaşayan əhali üçün təhlükə törədir, belə ki bu magistral yollarla xeyli tezalışan kimyəvi, radiasiya, partlayış təhlükəli maddələr daşınır. Qəza zamanı bu maddələr insan sağlamlığı üçün təhlükə yaradır.
Aviasiya nəqliyyatında qəzaların əsas səbəbləri hava nəqliyyat vasitələrinin köhnəlməsi, aviasiya texnikasının təmiri və texniki nəzarətin pis aparılması, uçuşların yerinə yetirilməsi təminatı üzrə təhlükəsizlik qaydalarının aviasiya mütəxəssisləri tərəfindən pozulması halları hesab oluna bilər.
Istehsalat qəzaları zamanı zəhərli maddələrin kənara sızması nəinki müəssisənin ərazisində, həm də yaxınlıqdaki yaşayış məntəqələrində ətraf mühitin, havanın, suyun zəhərlənməsinə, insanların, heyvanların və bitkilərin ciddi xəstələnməsinə və məhv olmasına səbəb olur.
Radioaktiv maddələrin ətrafa sızması atom elektrik stansiyalarında, atom gəmilərində baş verə bilər. Radioaktiv maddələrin ətrafa sızması, o cümlədən uran şaxtalarından radon qazının, reaktorda yaranan radioaktiv qazın və reaktiv mayelərin ətrafa sızması xüsusən qorxuludur.
Qaz-neft məhsulları boru kəmərlərində başverən qəza və yanğınların əsas səbəbləri: metal boruların yerin altında pas atması, tikinti-quraşdırma işlərində yol verilmiş qüsurlar, boru kəmərinin mexaniki zədələnməsini qeyd etmək olar.
Kommunal təsərrüfatı obyektləri – su kəməri və kanalizasiya nasos stansiyaları, transformator yardımçı stansiyaları, və qazanxanalar – hər il onlarla qəza baş verir ki onlar milyonlarla maddi zərər vurur.

Respublikamızın ərazisində ehtimal olunan sülh mənşəli FH


Respublikamızın ərazisində mənşəyinə görə həm kortəbii (FH)-cürbəcür təbii fəlakətlər; həm texnogen mənşəli FH-müxtəlif istehsalat və nəqliyyat qəzaları; həm də ekoloji FH-dəniz suyu səviyyəsinin yüksəlməsi və yaxud enməsi, ərazilərdə torpaqların aşınması və s. mümkündür.


Fiziki-coğrafi şəraitcə Azərbaycan Respublikasının ərazisi üçün ən çox səciyyəvi olan təbii fəlakətlər- zəlzələ, sel, sürüşmə və uçqunlar, çöl-meşə yanğınları və bir sıra dağlıq rayonlarda marxallar (qar uçqunları) sayılır.
Respublikamızın bütün ərazisi zəlzələ təhlükəli (seysmik) zona sayılır. Respublikamızın ümumən hər yerində 8 baladək, Şamaxı-İsmayıllı, Şəki-Balakən, Gəncə-Göygöl və Naxçıvan MR rayonları isə 9 baladək zəlzələ ehtimallı zonalar sayılır. Belə zonalar ərazimizin dörddə biri qədərini təşkil edir, burada əhalinin təxminən 20% faizi yaşayır.
Azərbaycan dünyanın selə ən çox məruz qalan ölkələrdən biridir; respublika əhalisinin beş faizindən çoxu sel qorxulu ərazilərdə yaşayır.
Daşqın zamanı isə ərazinin xeyli hissəsini müəyyən müddətə su basır. Belə hal su qovşaqlarının, su elektrik stansiyaları bəndlərinin zəlzələ və digər səbəblərdən yarılması nəticəsində baş verə bilər ki, bu zaman xeyli ərazi, oradakı yaşayış məntəqələri, təsərüfat obyektləri su altında qalır, yəni fəlakətli daşqın zonası yaranır.
Yanğın isə od insanların nəzarətindən çıxdıqda, habelə səhlənkarlıq üzündən, bəzən də istehsalat qəzası və təbii fəlakət nəticəsində baş verir. Respublikamızın kənd rayonlarında meşə yanğınları (meşələr ərazinin 11 faizini təşkil edir), qış və yay otlaqlarında, yetişmiş arpa və buğda zəmilərində, pambıq sahələrində yanğınlar ola bilər.
Qışda baş verən təbii fəlakətlərdən biri də güclü qar yağması və çovğun nəticəsində yaranan qar yığınlarıdır.
Marxallar - ölkəmizin bütün yüksək dağlıq sahələrində, xüsusən Balakən, Qax, Kəlbəcər, Ordubad və bir sıra digər rayonlarda müşahidə edilir.
Sürüşmə və uçqunlar adətən dağlıq sahələrdə baş verir. Sürüşmə çox qorxulu hadisədir. Belə sahələrdə və ondan aşağıda yerləşən yaşayış məntəqələrində adamlar mal-qara, təsərrüfat tikililəri məhv ola bilər.
Respublikamızın ərazisində ehtimal olunan texnogen mənşəli fövqəladə hallar əsasən güclü istehsalat və nəqliyyat qəzalarından ibarətdir.Daha çox ehtimal olunan belə hallarda neft emalı, kimya sənayesi müəssisələrində partlayış və yanğınla müşayiət olunan istehsalat qəzaları aiddir.
Güclü təsirli zəhərli maddələr (GTZM) istehsal edilən, işlədilən və daşınan kimyəvi təhlükəli obyektlərdə qəzalar daha fəlakətlidir. Respublikamızda belə kimyəvi təhlükəli obyektlərin sayı 60-dan artıqdır və xüsusən Sumqayıt, Bakı şəhərlərində yerləşir.
Respublikamızda sülh mənşəli FH- fəaliyyət göstərən dövlət sistemi

– FH-da əhalinin təhlükəsizliyini təmin etmək, maddi zərəri azaltmaq və belə halların nəticələrinin aradan qaldırılmasını təşkil etmək məqsədilə Az. Respublikası Nazirlər kabinetinin 1992-ci il 30 apral tarixli 239 nömrəli qərarı ilə “FH-ın qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət sistemi” yaradılmış, onun tərkibini, vəzifələrini, fəaliyyət qaydalarını mıəyyən edən Əsasnamə və digər normativ sənədlər təsdiq edilmişdir.


Sistemin hər bir vəsiləsi üçün rəhbər orqanlar: gündəlik idarəetmə orqanları, ətraf mühitə, təhlükə potensiallı obyektlərə nəzarət və müşahidə edən qüvvə və vasitələr; FH-ın nəticələrini aradan qaldıran qüvvələr; rabitə və xəbərdarlıq sistemi müəyyən edilmiş lazımi maddi-texniki vəsait ehtiyatları yaradılmışdır.
Sistemin rəhbər orqanları bunlardır:
Bütün respublika üzrə: Azərbaycan Respublikası FHN-rəhbəri FHN-nin naziri;
Muxtar respublika üzrə: Naxçıvan Muxtar Respublikası Nazirlər kabinetinin fövqəladə hallar Komissiyası rəhbəri Naxçıvan MR baş nazirinin müavini olmaqla;
Şəhər və rayonlar üzrə: rayon (şəhər) icra hakimiyyəti orqanlarının fövqəladə hallar komissiyası (RFHK)-rəhbəri icra hakimiyyəti başçısının birinci müavini olmaqla;
Təsərrüfat obyektlərində: obyekt fövqəladə hallar komissiyası (OFHK)-rəhbəri obyektin baş mühəndisi olmaqla (bu komissiyalar onlara ehtiyaç və maddi-texniki baza olduqda yaradılır);
Nazirlikdə (dövlət komitələrində, baş idarələrdə): sahə fövqəladə hallar komissiyası (SFHK)-rəhbəri nazirin (komitə sədrinin) müavini olmaqla.
Müxtəlif səviyyəli fövqəladə komissiyaların vəzifələri ancaq miqyasca fərqlənir. Öz səviyyələrində və səlahiyyət dairələrində bu komissiyaların əsas vəzifələri bunlardır:
ətraf mühitə və təhlükə potensiallı obyektlərdə daimi müşahidə və nəzarəti təşkil etmək;
belə hallarda yarana biləcək vəziyyəti proqnozlaşdırmaq və qiymətləndirmək;
fövqəladə halların qarşısını almaq və nəticələri zəiflətmək məqsədilə profilaktiki tədbirləri görmək, xilasetmə işləri aparmaq üçün qüvvələr hazırlamaq, zərər çəkmiş əhaliyə yardım üçün lazımi maddi-texniki vəsait ehtiyatları yaratmaq;
fövqəladə hallar barədə xəbər və məlumatların bütün əhaliyə (təşkilatlara, fəhlə və qulluqçulara) vaxtında çatdırılmasını təmin etmək;
fövqəladə halların aradan qaldırılması işlərini təşkil etmək və ona rəhbərlik etmək.
Qeyd etmək lazımdır ki, fövqəladə komissiyalar daimi fəaliyyət göstərən komissiyalardır; onlar həmişə hazır olmalı, lazım gəldikdə dərhal fəaliyyəti təşkil etməlidirlər.
Azərbaycan Respublikasının FHN MM üzrə əsas vəzifələri:
əhalinin fövqəladə hallarda mühafizəyə və düzgün fəaliyyətə hazırlanmasını təşkil etmək və ona nəzarət etmək;
təhlükə barədə əhali üçün xəbərdarlıq sisteminin daimi hazırlığını təmin etmək və onlara davranış qaydaları haqqında göstəriş və məlumatları vaxtında çatdırmaq;
fövqəladə hallarda fəaliyyət üçün nəzərdə tutulan qüvvələrin hazırlanmasına nəzarət etmək, onların işini planlaşdırmaq, xilasetmə işləri zamanı idarə olunmasını təşkil etmək;
fövqəladə hallarda əhalinin həyat fəaliyyətini təşkil etmək və s. həvalə olunmuşdur.
Fövqəladə halların nəticəsini aradan qaldırmaq üçün həm mövcüd olan qüvvə və vəsaitlərdən: nazirliklərin və idarələrin qəza-xilasetmə, qəza-bərpa və çevik yanğınsöndürən dəstələrindən; səhiyyə nazirliyinin təcili yardım xidməti qüvvələrindən, FHN-nin qoşun hissələrindən və ixtisaslaşmış dəstələrindən; müdafiə nazirliyinin kimyavi və mühəndis qoşunları hissələrindən; dəmir yolu, hava yolları, Xəzər donanmasının idarələrinin müvafiq qəza-xilasetmə qüvvələrindən istifadə etmək, həm də bir sıra tikinti, ixtisaslaşdırılmış quraşdırma idarələrində xüsusi çevik qəza-bərpa dəstələrinin yaradılması nəzərdə tutulur. Yaranan vəziyyətdən asılı olaraq, bütünlükdə Dövlət fövqəladə fəaliyyət sistemi müvafiq daimi FHN-nin qərarı əsasında üç müxtəlif rejimdə işləyə bilər:
Birinci rejim-gündəlik fəaliyyət respublikanın ərazisində, o cümlədən də rayonda (obyektdə) sənaye-istehsalat fəaliyyəti, radiasiya-kimyəvi şərait, həmçinin seysmik, hidrometereoloji, sanitar-epidemik vəziyyət normal olan hallarda. Bu zaman rayomlarda, obyektlərdə planlı sürətdə ətraf mühitə, potensiallı obyektlərdə daimi müşahidə aparılır, ehtimal edilə bilən fövqəladə halların qarşısını almaq, təsirini azaltmaq, nəticələrini aradan qaldırmaq məqsədilə əvvəlcədən planlı tədbirlər hazırlanır və yerinə yetirilir, qüvvə və vəsaitlərin ehtiyatları yaradılır, əhaliyə müvafiq proqramlar əsasında mühafizə, davranış, fəaliyyət qaydaları öyrədilir və müvafiq təsərüfat planları əsasında dögər hazırlıq işləri görülür;
Ikinci rejim – yüksək hazırlıq rejimidir, bu rejimdə fövqıladə hallar baş verəcəyi barədə proqnoz alınarkən, normal istehsalat fəaliyyəti, radiasiya, kimyəvi şərait, epidemik vəziyyət və s. pisləşərkən keçirilir. Belə hallarda müvafiq FH komissiyaları:
vəziyyətin pisləşməsi səbəbini aşkar etmək üçünoperativ qruplar yaradır;
növbətçi-dispetçer xidmətinin fəaliyyətini gücləndirir,
müşahidə və nəzarəti artırır:
fəaliyyət göstərəcək qüvvə və vasitələri hazır vəziyyətə gətirir və onların vəzifələrini konkretləşdirir, əhalinin müdafiəsi üzrə tədbirləri dəqiqləşdirirlər.
Üçüncü – fövqəladə rejim. Sistem bu rejimə fövqəladə hal baş verərkən və onların nəticələri aradan qaldırarkən FHN-nin müvafiq orqanları və daimi komissiyanın qərarı ilə keçirilir. Bu zaman:
əhalinin mühafizəsi təşkil edilir;
işlərə bilavasitə rəhbərlik etmək üçün daimi komissiyalarının operativ qrupları fəlakət yerinə göndərilir;
qüvvə və vasitələr fəlakət yerlərinə gətirilir və xilasetmə işlərinə cəlb edilir;
baş vermiş fəlakətin nəticələri aradan qaldırılır;
ətraf mühitdə şəraititin dəyişməsinə daimi və ciddi nəzarət qoyulur.
Fh nəticələrinin aradan qaldırılması üzrə xilas etmə işlərinə bilavasitə rəhbərlik aşağıdakı orqanlar tərəfindən həyata keşirilir:
nəticəsi ancaq bir istehsalat binasını əhatə edən qismən fövqəladə hallar zamanı-obyekt fövqəladə hallar komisiyası;
nəticəsi ancaq bir obyektin ərazisini əhatə edən obyekt miqyaslı fövqəladə hallar zamanı lazımi hallarda rayon (şəhər) və sahə fövqəladə komissiyalarının operativ qrupları da iştirak etməklə, obyekt fövqəladə hallar komissiyası;
nəticəsi rayonun (şəhərin) ərazisini əhatə edən yerli FH zamanı – şəhər (rayon) hakimiyyət orqanlarının fövqəladə hallar komissiyası;
respublikanın bütün ərazisini əhatə edən bölgə miqyaslı FH zamanı-Respublika Fövqəladə Hallar Nazirliyi;
Fövqəladə halların nəticələrinin aradan qaldırılması işləri adətən aşağıdakı ardısıllıqla təşkil edilir:
istehsalatdakı işçilərin və təhlükə yaranan sahələrdə əhalinin xəbərdarlıq edilməsi və mühafizə olunması; bu işi obyektdə yaradılmış məhdud xəbərdarlıq sistemindən istifadə etməklə növbətçi-dispetçer müəyyən olunmuş qaydada (signal, xəbərlər və göstərişlər verməklə) yerinə yetirir; o qəza barədə obyektin rəhbərinə və MM qərərgahına xəbər verir; obyektin rəhbəri iş yerinə gələnədək xilasetmə işlərinə rəhbərlik edir. Bundan sonra obyekt rəhbəri qəza barədə nazirliyə və rayon FH komissiyasına (MM qərargahına ) xəbər verir.
qəzanın məhdudlaşdırılması və ən təcili xilasetmə işlərinin görülməsi. Bu işidə növbətçi dispetçer obyektdə növbə çəkən ixtisaslaşdırılmış dəstələrin qüvvəsiylə təşkil edir (obyektin rəhbəri iş yerinə gələnədək)
fəlakətin miqyasını, onun törətdiyi təhlükənin xarakterini və s. təşkil etmək kəşviyyatın təşkili;
xilasetmə işlərinə cəlb ediləcək qüvvə və vasitələrin müəyyənləşdirilməsi, onların hazır vəziyyətə gətirilməsi;
xilasetmə işləri aparmaq üçün qərar qəbul edilməsi və işlərin təşkili; bunlara müvafiq komissiyalar yuxarıda deyildiyi kimi rəhbərlik edirlər;
obyektin istehsalat fəaliyyətini (əhalinin normal həyat fəaliyyətinin) bərpa olunması.



Yüklə 336,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə