MühaziRƏ 1 Mülki müdafiə, onun vəzifələri və qurma prinsipləri


MÜHAZİRƏ 5 Zəhərləyici və güclü tə'sirli zəhərli maddələr . (Kimyəvi silah)



Yüklə 336,78 Kb.
səhifə6/22
tarix21.05.2022
ölçüsü336,78 Kb.
#87615
1   2   3   4   5   6   7   8   9   ...   22
M haziR 1 M lki m dafi , onun v zif l ri v qurma prinsipl ri

MÜHAZİRƏ 5
Zəhərləyici və güclü tə'sirli zəhərli maddələr . (Kimyəvi silah)
Kimyəvi silah kütləvi qırğın silahlarından biri olub zəhərləyici maddələrə və onları tətbiq etmək üçün istifadə olunan vasitələrə deyilir. Kimyəvi silahın esasını zəhərləyici maddələr (ZM) təskil edir
Kimyəvi silahın ən vacib xiisusiyyətləri aşağıdakılardır:
maddi sərvətləri məhv etmədən canlı qüvvələri zədələmək imkanı: ZM-in maddi sərvətlərə tə'siri onların zəhərlənməsi ile məhdudlasır ki, bu da onlardan istifadəni çətinləşdirir;
genis sahələri zəhərləmək və zədələyici tə'sirini uzun müddət saxlamaq qabiliyyəti;
zəhərlənmənin siir'ətlə baş verməsi və zədələnmənin ağır olmasi;
- istehsalının nisbətən ucuz başa gəlməsi
Mə'lum olan bütün zəhərləyici maddələr orqanizmə tə'sirinin xarakterinə görə (toksikoloji təsnifatı), döyüş tı'yinatına və ərazjdə zəhərlənmənin davamlığına görə (taktiki təsmfatı) qruplara ayrılır.
Bir sira olkələrin cəbhəxanalarındaki müasir zəhərləyici maddələri toksikoloji təsnifata görə bu qruplara ayırmaq mumkündür cədvəl 1).

Cədvəl 1


ZM-in qrupları

ZM adları

Sinir iflicedici tə'sirli (fosforlu iizvii) ZM

V - qazlar zoman zarin

Ümumzəhərləyici təsirli ZM

Sianid tursusu Xlorsian

Dəridə yaraçixaran (rezobtiv tə'sirli) ZM

Texniki (kükürdlü) iprit: Saf iprit: Azotlu iprit (trixlortrietilamin) Lunzit

Bogucu tə'sirli ZM

Fosgen, Difosgen

Qiciqlandırcı tə'sirli ZM

Adamsit, SI-EC

Psixokimyəvi tə'sirli ZM (p s i xotommimetrik maddələr)

Bi-zet Psilosibin Tremorin Meskain
Lizerkin tursusunun Törəmələri və s.

Göz yaşardıci ZM

Xlorasetofenon
Brombenzilsianid
Xlorpikrin

Hərbi məqsədlərlə bitkiləri zəhərləyici kimyəvi maddalər herbisid, defoliant və desikant maddələrdə tətbiq edilə bilər ki, bunlar dənli bitki əkinlərinin, meşələrin, məhv olmasına kənd təsərrüfatı heyvanlarının zəhərlənməsinə səbəb olur


Sinir iflicedici ZM – kimyəvi strukturuna görə fosforlu-üzvü maddədir (FÜM). Belə maddələrə zarin, zoman və V - qazlar aiddir.
Zarin ve zoman rəngsiz (və ya sarımtıl) rəngli, səciyyəvi iyli mayelərdir; bunların xüsusi çəkisi vahiddən bir qədər artıqdır (1,02-1,1). Bu maddələr üzvi əridicilərdə, o cümlədən yağlarda və yağaoxşar maddələrdə yaxşı, suda isə zəif həll olunur, havada tez bir zamanda ólümcül konsentrasiyalı buxar törədir. Yay vaxti ərazini maye damciları zarin 8 saata, zoman isə bir sutkaya qədər müddətə zə-hərləya bilər.
Zarinin buxarları havadan 4,77 dəfə, zomanınki isə 6,33 dəfə ağırdır. Zarinin ikinci buludunun zədələyici tə'siri 4-7 saatadək, sinir iflicedici ZM qrupuna aid digər maddələrinki ise onların bütün buxarlanması dövründe davam edir Suaxmazlarda zarinin zəhərləyici tə'siri 25 sutkayadək, zomamnki ise 2,5 ayadək qahr.
V- qazı suda zəif, üzvi əridicilərdə, yanacaq, sürtgü materiallarında yaxşı həll olunan rəngsiz mayedir) Rezin-texniki mə'mulatlara və lak órtüklərə yaxsi hopur.
Yavaş buxarlandıncı üçün (20° c-de 103 mq/L) ərazidə uzun müddət qalır. V - qazının kimyəvi adı fosforiltioxolinlərdir)
v - qazları, zoman, zarin davamlı ZM-dir.
Fosforlu üzvü ZM (FÜZM) tətbiq edilərkən zəhərlənmə adətən maye damcilarının dərinin səthinə düsməsi hallarında, yaxud həmin ZM-in buxarları tənəffüs yollarından keçərkən baş verəcəkdir)
Fosforlu zəhərli maddələrin konsentrasiyasi 5x10-7 mq/l-dən az olan hallarda 5-6 saat müddətində əleyhqazsız qalmaq mümkündür.
Ümümzahərləyici tə'sirli ZM - əsasən tənəffüs üzvlərindən keçib orqanizmin ən vacib sistemlərinə sür'ətlə tə'sir góstərən tezbuxarlanan kimyəvi birləsmələrdir.
Zəhərləyici maddələrin bu qrupuna sianid tursusu ve xlorsian aiddir.
Xlorsian – kəskin iyli, sudan agir rəngsiz mayedir.13°C-də qaynayır, mənfi 7°C-de bərkiyir.20°C-də buxarlanan maksimal konsentrasiyasi 3300 mq/l-dir. Suda məhdud miqdarda (7%), azotlu, üzvi maddələrdə (spirt, efir), yag ve lipoidlərdə yaxşı həll olunur. Xlorsian sianid tursusundan 2-4 dəfə az zəhərlidir.
Qıcıqlandırıcı tə'sirə malikdir. İlk qıcıqlandırma konsentrasiyası 0,0025 mq/1, güclü yaşaxma və bəbəklərin spazmasina səbəb olan dözülməz konsentrasiya 0,06 mq/l-dir. Bundan artıq konsentrasiyalar sianid tursusunun tə'sirinde olduğu kimi orqanizmin ümumi zəhərlənməsi ile nəticələnir. Xlorsian davamsiz zəhərli maddədir.
Dərini zədələyən ZM – elə zəhərli birləşmələrdir ki, onlar hətta ən cüz'i miqdarda bədənin dəri örtüyünü zədələyə bilərlər.
Kimyəvi təmiz iprit – zəif gənəgərcək iyli səffəf, yağlı rəngsiz mayedir. Üzvi əridicilərdə, yağ və yağaoxşar maddələrdə yaxşı, suda xeyli zəif (10°C-də - 0,07) həll olunur)
Ərzaq məhsullarına, məsaməli materiallara, boyaq örtüklərinə, rezin-texniki mə'mulatlara asanlıqla hopur və onların uzun müddetli zəhərlənməsinə səbəb olur. Ərazi uzun müddət: yayda - 7 sutka, qisda bir neçe həftə zəhərli qalır
İprit suda yavaş hidroliz olunur və neytrallaşır (zəhərsizləşir). Qələvilərin tə'sirindən ipritin hidrolizi sür'ətlənir. Xlorlu ahəng, xloraminlər və sulfidlər ipriti tez zərərsizləsdirir. İprit təmasda oldugu orqanlara və toxumalara (tənəffüs yollarına, gözlərə, dəri, mə'də-bağırsaq sisteminə) tə'sir edir, bədənin zədələnmiş yerindən qana sorulmasi nəticəsində isə ümumzəhərləyici təsir göstərir. Bədənin səthinə düşən iprit damciları 7 dəqiqədən sonra dərinin alt qatlarına keçir. 20-30 dəqiqə ərzində isə heç bir ağrı hissi törətmədən orqanizmdə təmamilə sorulur. İprit davamlı zəhərli maddədir.
Bogucu tə'sirli ZM – elə maddələrə deyilir ki, onlar xüsusən agciyər toxumalarını zədələyir, orqanizmin digər toxumalanna güclü tə'sir göstərmirlər.
Boğucu tə'sirli zəhərli maddələr qrupuna fosgen ve difosgen aiddir. Son zamanlar fosgen güclü tə'sirli zəhərli maddələrə (GTZM) aid edilir.
Difosgen qaynama temperaturu 128°C olan mayedir, fosgenə nisbətən yavas buxarlanır, havadan 7 dəfə ağırdır. Yayda ərazini açıq yerlərdə - 1 saata, meşəlik yerlərdə isə bir neçe saatadək zəhərləyir. Difosgen suda pis həll olunur, bu zaman xlorid tursusu və karbon qazı yaratmaqla parçalanır. Difosgen su hovuzlarını zəhərləmir.
Difosgen zəhərləyici xassələrinə görə fosgenə oxşayır. O, davamsız zəhərləyici maddələrə aiddir.
Qiciqlandirıci ZM (SÍ-ES) və adamsit aid edilir.
Adamsit yaşımtıl rəngli bərk maddədir, suda həll olunur: üzvi əridicilərdə, xüsusən qizdirılarkən və asetonda yaxşı həll olunur. Yavas buxarlanması və pis həll olunmasına görə torpağı uzun müddət zəhərləyə bilər. Suda parcalanmir, qələvi maddələr onun suda hidrolizini sür'ətləndirir və nəticədə fenəssazin oksidi yaranır.Adamsitin 1,41 mq/1 konsentrasiyasi olan havada 2 dəq. və ya 0,28 mq/1 konsentrasiyalı havada 20 dəq. Qalarkən ólümcül zəhərlənmə baş verir.
SI-ES suda pis həll olunan rəngsiz maddədir. O, spirtdə bir qədər, asetonda, dioksanda, metilxloriddə, etilasetatda. benzolda isə yaxşı həll olunur) Aerozol səklində tətbiq edilir.
SÍ-ES maddəsinin ümumi zəhərliliyi zəifdir, lakin o, qızdırıcı tə'sirə malikdir ki, bu da asqırtıya, öskürəyə, gözlərdən bol yaş, burundan selik axmasina, tənəffüsün çətinləsməsinə səbəb olur. Bunlardan basqa, dəriyə gicitkən kimi qaşındirıcı tə'sir göstərir, yüksək konsentrasiyalarda ürək bulanması və qusma törədir. Sıradan çıxarıcı orta konsentrasiyası 0,001 - 0,005 mq/l-dir.
Gözyasardici və ya lakrimator (yunanca "lakrime-gózyaşı) maddələr gözlərin burun-qirtlağın selikli qişalarını qıcıqlandırır, bu isə gözdən yas axması, bəbəklərin spazması, burundan güclü selik axması ilə nəticələnir. Bunlar tərkibində haloid olan üzvi maddələrdir. Belə maddələrdən əsasları xlorsetofenon və brombenzilsianiddir.
Xlorasetofenon bənövşə və ya meşəgilası iyi verən bərk mad¬dədir. Üzvi əridicilərdə yaxsi həll olunur. Suda hətta qaynadilarkən də dagılmır Müsbət 20°C-də buxarlanması 0,105 mq/l-ə bərabərdir, Buxarları havadan 5,3 dəfə ağırdır. Yayda ərazidə bir neçə gün tə'sirini saxlayır.
Brombenzilsianid - acı badam iyli, rəngsiz, yaxud sarımtıl kristal maddədir. Suda demək olar ki, həll olunmur, üzvi əridicilərdə isə yaxşı həll olunur. Suda hidroliz olunmur, torpaqda bir ayadək qala bilər. Spirtin su məhlulunda natrium-sulfídlə reaksiyaya qosularaq zəhərsiz maddəyə çevrilir.
LSD – rəngsiz bərk kristal maddədir, suda zəif, üzvi əridicilər¬də yaxşı həll olunur. Bu maddənin duzları davamlı məhlullar yaratmaqla suda yaxşı həll olunurlar.
Orqanizmə tənəffüz yolları ilə tə'sir edəcəyi daha çox ehtimal olunur. Mə'də-bagirsaq yolları ilə zəhərlənmə də mümkündür.
Bi-zet - suda həll olunmayan ag kristal tozdur. Bi-zet orqa¬nizmə tənəffüs və mə'də-bagirsaq yolları ilə keçir.
Zəhərləyici maddələr zəhərlənmiş hava ilə nəfəs aldıqda, ZM dəri üzərinə və selikli qişaya düsdükdə, həmçinin zəhərlənmiş yeyinti məhsullarından və sudan istifadə etdikdə insanları və heyvanları zədələyir. Ona görə onların seçilməsi və tətbiqi üsulları yerli səraitdən. ZM-in xassələrindən və qarşiya qoyulmuş məqsəddən asılı olaraq müxtəlif ola bilər.
Kimyəvi silah təyyarə bombalarında, top güllələrində, mayesi tökülə bilən təyyarə cihazlarında və müxtəlif tərtibatlarda ərazini zeherlemek üçün, damci-maye halında zəhərləmək üçün buxar və aerozol (tüstü, duman) şəklində tətbiq edilə bilər. Zəhərləyici maddeler kñləyin istiqametində on kilometrlərlə məsafəyə yayila bilən zəhərli bulud yaradır.
Havanın zəhərlənmə təhlükəsinin dərəcəsi ZM-in qatilıği və mühafizə olunmayan adamın zədələndiyi vaxtla müeyyən edilir.
Ərazinin və ya obyektin zəhərlənmə dərəcəsi oraya düsən maddənin miqdarından asılıdır və ZM-in qramlarla miqdarının 1 m2 səthə nisbətlilə ifadə olunan zəhərlənmə sıxhğı ilə müəyyən edilir.
ZM-in dayanıqlığı, yə'ni insanlara və heyvanlara göstərdiyi zədələyici tə'sirin müddəti, həmin ZM-in fiziki-kimyəvi xasselərindən, həmçinin ərazinin xarakterindən və havadan asihdir. Havanın temperaturu yüksək olduqda ZM daha tez buxarlanır. Güclü külək buxarı səpələyir, yağış isə zəhərləyici maddələri torpaqdan, bitkilərdən, müxtəlif əşyalardan yuyub aparır. Binalarda, zirzəmilərdə yarganlarda. Dərələrdə zəhərlənmiş hava uzun müddət qala bilər. Kimyəvi si-lahdan və GTZM-dən mühafízə olunmaq üçün əleyhqazdan, xüsusi paltardan və ya hermetik baglanmiş sıgınacaqlardan istifadə edilir.
Hazırda dünyada 6 milyondan artıq kimyəvi birləşmələr mə'lumdur. Bu geniş kimya aləmində bizi istehsalatda və məişətdə 100-dən artıq güclü tə'sirli zəhərli maddələr əhatə edir.
GTZM-in saxlandıqları tutumlardan və qablardan kənara axması həm dinc dövrdə qəzalar nəticəsində, həm də müharibə vaxti nüvə partlayışının zərbə dalğasından və adi basqın vasitələrinin bilavasitə təsirindən və ya təxribat yolu ilə ZM avadanlığının dağıdılması nə¬ticəsində baş verə bilər. Beləlikle, düsmənin nüve və ya adi silahla havadan zərbələri nəticəsində yaranan qəzalar zamani istehsalatlarda GTZM-in etrafa yayılması (axması) mümkündür. Bele hallarda ikinci zəhərlənmə ocaqları yaranır
Kimyəvi təhlükəli obyektlərə belə obyektlər aid edilə bilər:
kimya, neft e'malı, neft kimyası sənayesinin və onlarla əlaqədar olan digər sənaye sahələrinin müəssisələri;
suyu təmizləmək (dezinfeksiya etmek) ücün xlordan istifadə edilmə, su kəməri və su təmizləmə qurğuları;
soyuducu agent (maddə) olaraq ammonyakdan istifadə olunan soyuducu qurgulara malik müəssisələr və ilk növbədə yeyinti, meyvə-tərəvəz, ət-yağ sənayesi, balıq sənayesi sahələrinin, ərzaq ehtiyyatlarını saxlayan digər nazirlik və idarələrin soyuducu qurguları və bazaları;
GTZM daşıyan nəqliyyat vasitələrinin dayanması üçün nəzərdə tutulan xüsusi dəmir yolu stansiyaları;
taxıl və taxıl mı'mulatı anbarlarının dezinfeksiya və deretizasiya edilməsi (həşərat və gəmiricilərlə mübarizə) üçün zəhərli maddələr ehtiyatları saxlanılan xüsusi anbar və bazalar;
kənd təsərrüfatında işlədilən kimyəvi tə'sirli maddələr ehtiyyatı saxlanılan anbarlar va bazalar.
Respublikamızın xalq təsərrüfatında ən çox işlədilən bə'zi güclü tə'sirli zəhərli maddələri nəzərdən kecirək:
Ammonyak (NH3) – sənayedə nitrat tursuşu, ammonium nitratlı və sulfath maye gübrələr (ammiakatlar), sidik cövhəri, soda istehsal etmək, parçaların boyanmasında üzvi sintez ücün, soyuducu qurğularda soyuducu maddə kimi və güzgülərin parıldadılması və s. Işlərdə tətbiq edilir. Suların, ag neftin və bir sıra mineral yağların təmizlənməsi, dərinin aşılanması işlərində, səkər zavodlarında ammonyaka təsadüf edilir, o hamçinin təmizlənmamiş asetilenin tərkinbində də olur.
Ammonyak - boğucu, kəskin naşatır iyli rəngsiz qazdir, hiss olunma həddi 0,037 mq/l-dir, dadi çox acıdır, havadan yüngüldür, qaynama temperaturu 33-35°C-dir. Mənfí 33-35°C-dək soyudularkən sıxılaraq rəngsiz maye hahna keçir. Suda yaxşı həll olunur (həll olunma miqdarı 526 q/1). Efír və digər üzvi əridicilərdə əriyir. Ammonyakın hava ilə 4:3 nisbətli və ya 15-28%-li quru qarışığı partlaya bilər. Qabdan kənara (atmosferə) çıxarkən tüstülənir. Sisternlərdə və ya balonlarda təzyiq altında mayeləşdirilmiş halda daşınır.
(Ammonyak yuxarı tənəffüs yollarına vı gözlərə qıcıqlandırıcı tə'sir göstərir) Onun yüksək konsentrasiyaları gözlərdə ağrıya və güclü yaşarmaya, təngnəfəsliyə, kəskin öskürməyə, baş gicəllənməsinə, mə'də ağrılarına, qusmaya səbəb olur.
Susuz, saf maye ammonyak dəride ağır yanıqlar törədir, çünki o. nəinki qələvi kimi, həm də yüksək buxarlandırma hərarətinə malik dondurucu maddə kimi tə'sir göstərir.
İntektisid (həşəratqıran) maddələr, plastik kütlə materialları, boyaqlar və darman vasitələri hazırlanmasında, texniki-rezin sənayesində kağız sənayesində, kağızın ağardılmasında toxuculuq sənayesində - parçaların agardilmasında əhəmiyyəti böyükdür)
XLOR – kəskin boğucu iyli göyümtül-sari qazdır. Qaynama tem¬peraturu 34,5°C, sıxhgı 3,214 q/l-dir, havadan 2,5 dəfə ağırdır. 5-6 atmosfer təzyiqində, mənfí 35°C-də sıxılarkən göyümtül sarı rəngli yağh maye halına düsür.
Su təchizatı ve kanalizasiya sistemlərinin təmizləyici qurgularında da içməli və tullantı suların təmizlənməsi və zərərsizləşdirilməsi üçün çoxlu xlor işlədilir
Bir kiloqram maye xlor buxarlanarkən 316 litr qaz əmələ gəlir. Buxarlanma zamanı maye xlor su buxarları ilə birləşərək ağ duman yaranır. Xlor suda yaxşı həll olunur. Demək olar ki, bütün kimyəvi elementlərlə birləşmələr yaradir. Təzyiq altında mayeləşdirilmiş halda sistemlərdə, xüsusi konteyner və balonlarda daşınır.
Xlor yuxarı tənəffüs yollarına kəskin nəzəre çarpan qıcıqlandırıcı təsir göstərir. Yüksək konsentrasiyalarda tə'sir zamanı dərhal ağciyər. ödemi (şiş) inkisaf edir.
Xlorpikrin – kənd təsərrüfatı zərərvericiləri ilə mübarize üçün, dezinfeksiya məqsədləri ilə taxıl, un və digər ərzaq anbarlarının təmizlənməsi, habele əleyhqazların sazlıgının yoxlanılmasında işlədilir.
Saf xlorpikrin kəskin iyli, rəngsiz yağlı mayedir. Dənde, ağacda, kərpicdə, paltarlarda yaxşi sorbsiya olunur (udulub saxlanılır) və çox yavas desorbsiya olunur (yenidən buxarlanir). Bir sıra kimyəvi reagentlərə davamlıdır. Suda və qələvilərin su məhlulunda hidroliz olunmur
Xlorpikrin buxarları gözlərin selikli qişalarını, ağciyərləri güclü sür'ətdə, yuxarı nəfəs yollarını azacıq qıcıqlandırır. Ümumi zəhərləyici tə'sirə də (xüsusən, kapillyar damarlara) malikdir.
Sianid tursusundan - plastik kütlələrin istehsalı üçün lazım olan xlorsian, akrilnitril, amin turşuları, akrilatların əldə edilməsində, hemçinin kənd təsərrüfatı ziyanvericilərini məhv edən fumiqant maddəsi kimi, habelə qapalı binaların və nəqliyyat vasitələrinin tə¬mizlənməsi üçün istifadə edilir.
Sianid turşusu rəngsiz, səffaf mayedir. Aci badam iyinə bənzər bihuşedici iyə malikdir. Ərimə temperaturu - 13,3°C, qaynama tem¬peraturu +25,7°C-dir.
Sianid tursusu suda bütün nisbstlərlə qarışir, spirtdə, benzində və digər üzvi əridicilərdə həll olunur. Onun buxarları parçaların liflərində, məsaməli materiallarda, yeyinti məhsullarında, hemçinin kərpicdə, betonda, taxtada yaxşı adsorbsiya olunur.
Sianid turşusu - onun buxarları ile nefes alarkən, dəri səthindən sorularaq və qida yolları ilə birbaşa daxilə keçərək zəhərlənmələrə səbəb olur.
Fosgen - çürük ot iyi verən rəngsiz qazdır, havadan 3,5 dəfə ağırdır. 8,2°C-dən aşağı temperaturda rəngsiz mayeyə çevrilir. Özünün yüksək təzyiqi sayəsində fosgen asağı temperaturlarda da sür'ətlə buxarlanır. Suda az - 0,9% həll olunur. Benzində, toluolda, ksilolda və sirkə turşusunda yaxşı həll olunur.
Fosgen qaz halındakı və suda həll olunmuş ammonyakla tez reaksiyaya girərək zəhərsiz maddəyə çevrilir.
Fosgen torpağı, texnikanı, avadanlığı zəhərləyə bilmir
Fosgen buxarları ilə nəfəs alarkən ağ ciyərlərin spesifík zəhərlənməsi baş verir. Bundan başqa o, gözlərə və selikli qişalara zəif qıcıqlandırıcı tə'sir gostərir, dəriyə tə'sir etmir
Kimyəvi silah tətbiq olunan rayonlarda zəhərlənmə baş verdikdə kimyəvi zəhərlənmə ocağı yaranır.
Kimyəvi zəhərlənmə ocağı - o əraziyə deyilir ki, orada kimyəvi silahın (ZM) və ya güclü tə'sirli ZM (GTZM) tə'siri nəticəsində buradakı erazidə əhalinin, heyvanların və bitkilərin zədələnməsi baş verir. Kimyəvi zəhərlənmə ocağının ölçüləri zəhərləyici maddələrin işlədilməsi miqyasından, onların növündən, tətbiq edilmə üsulundan, meteoroloji səraitdən və yerin relyefíndən asılı olur.
Kimyəvi zəhərlənmə ocağı iki zonaya - ZM-lə bilavasitə zəhərlənən əsas zonaya, ZM-in buxar və ya aerozolları yayılan ikinci zonaya aid edilir. GTZM-dən mühafizə olunmaq üçün sənaye əleyhqazlarından vı xüsusi respiratorlardan istifadə olunur.



Yüklə 336,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə